Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-3837/2024 16.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, İddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Azərbaycan Respublikasının İpoteka Və Kredit Zəmanət Fondunun Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin təhvil verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:
1. Bildiririk ki, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (Fond) iləCavabdeh arasında 19 may 2020-ci il tarixli KM0086 nömrəli satmaq öhdəliyi ilə kirayə müqaviləsi (müqavilə) bağlanmış və22 may 2020-ci il tarixli 070 nömrəli təhviltəslim aktı ilə (əlavə edilir) Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 60A, M18, m3 ünvanında yerləşən yaşayış sahəsi təmirli və istifadəyə tam yararlı vəziyyətdə ona təhvil verilmişdir. Məlumat üçün qeyd edirik ki, satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə münasibətlər Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2019-cu il tarixli 488 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası” (Qayda) və tərəflər arasında bağlanan müqavilə ilə tənzimlənir. Qaydanın 9.3-cü bəndi ilə Fond tərəfindən müqaviləyə vaxtından əvvəl xitam verilməsi halları müəyyən edilmişdir. Belə ki,kirayəçi Qaydaya uyğun olaraq yaşayış sahəsini təhvil almadıqda, yaşayış sahəsinin istifadəsi ilə bağlı Qaydada nəzərdə tutulmuş öhdəlikləri pozduqda, habelə yaşayış sahəsinin saxlanılması üzrə kommunal xərcləri və digər məcburi ödənişləri 60 gün və daha çox müddətə ödəmədikdə, aylıq ödənişi 60 gün müddətində ödəmədikdə, kirayə müddətində kirayəçi vəfat etdikdə və müqavilə üzrə hüquq və vəzifələr kirayəçinin vərəsələrinə keçmədikdə, yaşayış sahəsi məhv olduqda və ya zədələnmə nəticəsində yaşayış sahəsi öz birbaşa təyinatı üzrə istifadə edilə bilməyəcək dərəcədə dəyişdikdə, habelə kirayəçi yaşayış sahəsini üçüncü şəxsin qeyri-hüquqi istifadəsinə verdikdə, Fond müqaviləyə vaxtından əvvəl xitam verə bilər. Fond tərəfindən müqaviləyə vaxtından əvvəl xitam verilməsi halları həmçinin müqavilənin 9.4- cü bəndi ilə də müəyyən edilmişdir. Qaydanın 9.3.3-cü, müqavilənin isə 9.4.4-cü yarımbəndlərinə əsasən, kirayəçi aylıq ödənişi 60 gün müddətində ödəmədikdə, Fond tərəfindən müqaviləyə vaxtından əvvəl xitam verilə bilər. Faktiki hal üzrə kirayəçi aylıq ödənişləri 60 gündən artıq müddətə gecikdirmiş, bu barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq ödənişləri müəyyən edilmiş müddətdə həyata keçirməmişdir (müvafiq bildirişlərin surəti əlavə edilir). Həmçinin Fond tərəfindən kirayəçiyə ödəniş imkanlarını itirməsi üzrə maliyyə restrukturizasiyası, müqavilə üzrə hüquq və vəzifələrin verilməsi imkanları barədə təklif verilsə də, kirayəçi buna maraq göstərməmiş və Fonda müraciət ünvanlamamışdır. Bu səbəblə, Fondun Kirayə Mənzil Komitəsinin 14 fevral 2024-cü il tarixli ***-**** nömrəli protokoluna əsasən (protokoldan çıxarış əlavə edilir) kirayəçi ilə bağlanmış 19 may 2020-ci il tarixli KM0086 nömrəli müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verilməsi qərara alınmışdır. Bu barədə kirayəçiyə 16 fevral 2024-cü il tarixli 12-3/3-121/2024 nömrəli bildirişlə məlumat verilmişdir (surəti əlavə edilir). Bildiririk ki, xəbərnaməli poçt vasitəsi ilə məktub cavabdehin ailə üzvünə 26 fevral 2024-cü il tarixində çatdırılmışdır (surəti əlavə olunur). Eyni zamanda, 16 fevral 2024-cü il tarixli 12- 3/3-121/2024 nömrəli bildirişlə kirayəçiyə bildirilmişdir ki, müqaviləyə xitam verildikdən sonra, kirayəçi və ailə üzvləri 15 gün müddətində yaşayış sahəsini tərk edib Fonda geri təhvil verməli və mövcud olduğu təqdirdə aylıq ödənişlər üzrə yaranmış borcu, kommunal və yaşayış sahəsinin istifadəsi və saxlanması xidmətləri üzrə ödənişləri, yaşayış sahəsinə vurulan zərəri və Fondun yazılı razılığı olmadan yaşayış sahəsində edilən yaxşılaşdırmaların sökülmə və qüsurların aradan qaldırılma xərclərini ödəməlidir. Lakin, müəyyən olunmuş 15 gün müddətin bitməsinə baxmayaraq, kirayəçi hələ də yaşayış sahəsini tərk edib onu Fonda geri təhvil verməmişdir. Müqavilənin 3.1.1-ci yarımbəndinə əsasən, Kirayəyə verənin müqavilə üzrə ödəmələrin və Kirayəçinin digər öhdəliklərinin vaxtında icrasını kirayəçidən tələb etmək hüququ, buna müvafiq olaraq kirayəçinin isə, müqavilə üzrə ödəmələri, habelə qanunvericiliklə müəyyən edilən məcburi ödənişləri vaxtında ödəmək vəzifəsi vardır. Müqavilənin 4.5-ci bəndinə uyğun olaraq, kirayəçinin yaşayış sahəsini təhvil almaması halı istisna olmaqla, kirayəçi tərəfindən ödənilən vəsaitlər (avans ödəniş istisna olmaqla) kirayəyə verənin gəliri hesab olunur və geri qaytarılmır. Müqavilənin 4.3-cü bəndinə müvafiq olaraq, kirayəçi yaşayış sahəsinə görə 739.41 manat məbləğində aylıq ödənişi hər ay üçün növbəti ayın 5-dək ödəniş cədvəli əsasında kirayəyə verənə ödəməli idi.
2. Eyni zamanda, əlavə olunmuş sənədlərdən də aydın olduğu üzrə, Cavabdeh ilə bağlanmış müqaviləyə 14 fevral 2024-cü il tarixindən etibarən xitam verilmiş və bu barədə ona müvafiq bildiriş göndərilmişdir. Lakin, Cavabdeh hələ də yaşayış sahəsini boşaltmamışdır və orada yaşamağa davam edir. Cavabdeh mənzildən qanunsuz istifadəsi həmin yaşayış sahəsini əldə etmək hüququ olan digər vətandaşların hüququnu məhdudlaşdırır. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmçinin həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məlum olduğu kimi Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bildiririk ki, Fondun Kirayə Mənzil Komitəsinin 14 fevral 2024-cü il tarixli qərarı ilə müqaviləyə xitam verilməsi barədə kirayəçiyə16 fevral 2024-cü il tarixli bildirişlə məlumat verilsə də, kirayəçi müvafiq yaşayış sahəsini boşaldaraq cari tarixə qədər Fonda geri təhvil verməmişdir. Bunun nəticəsində Fond həmin mənzili digər bir vətəndaşa yenidən satmaq öhdəliyi ilə kirayəyə vermə imkanından məhrum olmuşdur.
İddiaçının tələbi:
3. Cavabdeh Fonda məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 60A, M18, m3 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılması və mənzilin boşaldılaraq Fonda təhvil verilməsi, o cümlədən 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq Fonda ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.
İşdə iştirak edən şəxslərin izahatları:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə öz izahatında qeyd etmişdir ki, kirayəçi ilə bağlanmış kirayə müqaviləsi əsasında fonda məxsus mənzil kirayəçinin istifadəsinə verilmişdir. Kirayə müqaviləsi xüsusi kirayə müqaviləsidir, hansı ki, ödəniş tam həyata keçirildikdə mənzil vətəndaşın adına rəsmiləşdirilir. Müqaviləyə əsasən aylıq ödənişlər edilməli, 60 gün keçdikdən sonra müqavilə birtərəfli qaydada xitam verilir. Daha sonra cavabdehin qalıq borc məbləği hesablanmış və məhkəməyə hazırki iddia ərizəsi ilə müraciət edilmişdir. Məhkəmədə mülki işin gedişi zamanı cavabdeh tərəfindən qalıq bütün ödənişlər həyata keçirilmiş və fonda müraciət edilərək kirayə münasibətlərinin davam etdirilməsi xahiş etdirilmişdir. Tərəflər arasında barışıq sazişi bağlanmışdır və barışıq sazişinə əsasən bundan sonra aylıq ödənişlərin vaxtı-vaxtında ödəniləcəyinə dair cavabdeh tərəfindən öhdəlik də götürülmüşdür. Məhkəmədən barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında qeyd etmişdir ki, müqavilənin şərtlərindən xəbərdar olmuşdur, sadəcə olaraq müəyyən bir dövr ərzində maddi vəziyyəti yaxşı olmadığından və işləmədiyindən aylıq ödənişlərdə gecikmələr baş vermişdir. Hazırda bağlanmış barışıq sazişinə əsasən aylıq ödənişlərin vaxtında və tam şəkildə ediləcəyi ilə bağlı yazılı öhdəlik götürmüşdür. Barışıq sazişini heç bir kənar təsir olmadan könüllü şəkildə imzalamışdır. Barışıq sazişinin məhkəmə tərəfindən qəbul edilməsi və mülki iş üzrə icraata xitam verilməsinin bütün hüquqi nəticələri ona aydındır.
6.Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 881.1. barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. 881.2. barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur.
7.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 52.3. tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə; 191.2. hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə; 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər.
Məhkəmənin mövqeyi:
8. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları, tərəflərin izahatlarını məcmu halında qiymətləndirərək və ərizəni nəzərdən keçirərək hesab edir ki, mülki iş üzrə icraata AR MPMnin 261.0.5-ci maddəsinin tələblərinə əsasən, xitam verilməlidir.
9. Belə ki, mülki iş materiallarına və tərəflərin izahatlarına əsasən müəyyən edilmişdir ki, tərəflər arasında razılıq əldə edilmiş və barışıq sazişi bağlanmışdır. İddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizəyə əsasən, məhkəmədən mülki iş üzrə icraata xitam verilməsi xahiş edilmiş, həmçinin, aşağıdakı məzmunda barışıq sazişi məhkəməyə təqdim edilmişdir: Tərəflər- Cavabdeh (bundan sonra-birinci tərəf) və Azərbaycan Respublikasının İpoteka Və Kredit Zəmanət Fondu (bundan sonra - ikinci tərəf) aralarındakı fikir ayrılığı və mübahisəni qarşılıqlı razılıqla həll etmək üçün aşağıdakı şərtlər barədə bu Sazişi imzaladılar: 2.1. Tərəflər razılığa gəlirlər ki, bu Saziş imzalandıqdan və Bakı şəhəri Xətai Rayon Məhkəməsi (bundan sonra - məhkəmə) tərəfindən təsdiq edildiyi tarixdən etibarən Tərəflər arasında bağlanmış 19 may 2020-ci il tarixli KM0086 nömrəli Satmaq öhdəliyi ilə kirayə müqaviləsi (bundan sonra-kirayə müqaviləsi) üzrə münasibətlər təkrar davam etdirilir və Tərəflər kirayə müqaviləsi üzrə hüquq və vəzifələrini icra edəcəkdir. 2.2. Birinci tərəf təsdiq edir ki, bu Saziş imzalandığı tarixdən etibarən kirayə müqaviləsinin əlavəsi olan ödəniş cədvəli üzrə aylıq ödənişlərini cədvəl üzrə vaxtı-vaxtında həyata keçirəcəkdir. 2.3. Tərəflər təsdiq edir ki, Birinci tərəf 25 aprel 2024-cü il tarixinədək ümumilikdə ödənilməmiş borcu olan 3693,02 (üç min altı yüz doxsan üç manat sıfır iki qəpik) manat vəsaiti İkinci tərəfə nağdsız qaydada ödəmişdir. 2.4. Birinci tərəf təsdiq edir ki, həmçinin kirayə müqaviləsinin əlavəsi olan ödəniş cədvəlinə uyğun olaraq aylıq qaydada kirayə haqqını ödəyəcəkdir. 2.5. Birinci tərəf təsdiq edir ki, bu Sazişin 2.4-cü bəndində qeyd olunan öhdəliklər nəzərdə tutulduğu qaydada icra edilmədikdə və ya gecikdirildikdə İkinci tərəf kirayə müqaviləsinə birtərəfli qaydada xitam verir, o cümlədən, ödənilməmiş qalıq borc məbləğindən əlavə qanunvericiliyə uyğun olaraq gecikmə faizi, zərər və əldən çıxmış faydanı ondan tələb edə bilər. 2.6. Birinci tərəf təsdiq edir ki, bu Sazişin 2.4-cü bəndində qeyd olunan öhdəlik onun tərəfindən nəzərdə tutulduğu qaydada icra edilmədikdə və ya gecikdirildikdə o cümlədən qeyd olunan səbəblərdən İkinci tərəf kirayə müqaviləsinə birtərəfli qaydada xitam verildikdə, Birinci tərəf kirayə müqaviləsi üzrə istifadəsinə verilmiş mənzili boşaldaraq İkinci tərəfə 5(beş) iş günü ərzində təhvil verir və 10 (on) iş günü müddətində qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılmasını təmin edir. Mənzil təhvil verilmədiyi təqdirdə İkinci tərəf mənzilin boşaldılması və təhvil verilməsi, o cümlədən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün bu Sazişin məcburi icrası üzrə icra sənədi ilə icraya müraciət edir. 2.7. Bu Sazişin imzalanması və məhkəmə tərəfindən təsdiq edilməsi əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız bu Sazişin və Tərəflər arasında bağlanılmış kirayə müqaviləsinin şərtləri etibarlıdır. 2.8. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırki mübahisə ilə əlaqədar bir-birini və ya aidiyyəti şəxsləri, filiallarını, törəmələrini, təsisçilərini və onların müvafiq təmsilçilərini, hazırki və keçmiş direktorlarını, vəzifəli şəxslərini, idarəçilərini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin məhkəmə tərəfindən təsdiq edildiyi ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.9. Tərəflər razılığa gəlirlər ki, bu Saziş təsdiq edilənədək yaranmış məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərcləri özləri qarşılayırlar. 2.10. Bu Saziş icra edilmədiyi təqdirdə məcburi icra üçün Tərəflərdən biri icra sənədinin verilməsi üçün məhkəməyə müraciət edir. Əgər hər hansı tərəf digər tərəfə qarşı bu Sazişin icrası ilə əlaqədar məcburi icra üzrə icra orqanına müraciət edərsə, həmin tərəfin icra ilə əlaqədar tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəyir. 2.11. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildiyindən, sazişin məcburi icrası məhkəmənin verdiyi icra sənədinə əsasən həyata keçirilir. 2.12. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. Digər şərtlər. 3.1. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan bu Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Bu Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.2. Tərəflər bu Sazişi imzalayaraq təsdiq edir ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır və onlar bu Sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər və ya bu Sazişi imzalamaqla bu hüquqlarından imtina edirlər. Tərəflər, həmçinin, onlar bu Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.3. Bu Saziş məhkəmə tərəfindən təsdiq edildikdə Birinci tərəf, qanunvericiliklə tələb edildiyi hallar və ya İkinci tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla, bu Sazişin bağlanılması zamanı əldə edilmiş hər hansı məlumatı, sənədləri və ya bu Sazişin məzmununu məxfi saxlamaq və bunu heç kimə açıqlamamaq vəzifələrini bir daha təsdiqləyir. Bu Sazişin məzmununun üçüncü şəxslərə açıqlanmasına görə birinci tərəf məsuliyyət daşıyır. 3.4. Bu Saziş bütün tərəflər tərəfindən imzalanana və məhkəmə tərəfindən təsdiq edilənədək heç bir tərəf üçün məcburi olmayacaqdır, Saziş imzalandığı və Məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir 3.5. Bu Saziş 3 nüsxədə imzalanır, tərəflərin hər birində bir nüsxə qalmaqla, digər nüsxə təsdiq üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə təqdim ediləcəkdir.
10. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, tərəflər arasında mübahisə üzrə barışıq sazişi bağlanaraq məhkəməyə təqdim edildiyindən və barışıq sazişinin şərtlərinin tərəflərin hər hansı hüquqlarının pozması halları aşkar edilmədiyindən barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir.
11. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir.
12. Mülki iş üzrə icraata xitam verildiyindən iddiaçı Azərbaycan Respublikasının İpoteka Və Kredit Zəmanət Fondu tərəfindən xx.xx.2024-cü il tarixdə Hökumət ödəniş portalı vasitəsilə ödənilmiş ********** qəbz nömrəli 100 manat dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır.
13. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114, 261 və 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
1. İddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu ilə Cavabdeh arasında bağlanmış 02 may 2024-cü il tarixli 07 nömrəli Barışıq Sazişi aşağıdakı məzmunda təsdiq edilsin: 2.1. Tərəflər razılığa gəlirlər ki, bu Saziş imzalandıqdan və Bakı şəhəri Xətai Rayon Məhkəməsi (bundan sonra - məhkəmə) tərəfindən təsdiq edildiyi tarixdən etibarən Tərəflər arasında bağlanmış 19 may 2020-ci il tarixli KM0086 nömrəli Satmaq öhdəliyi ilə kirayə müqaviləsi (bundan sonra-kirayə müqaviləsi) üzrə münasibətlər təkrar davam etdirilir və Tərəflər kirayə müqaviləsi üzrə hüquq və vəzifələrini icra edəcəkdir. 2.2. Birinci tərəf təsdiq edir ki, bu Saziş imzalandığı tarixdən etibarən kirayə müqaviləsinin əlavəsi olan ödəniş cədvəli üzrə aylıq ödənişlərini cədvəl üzrə vaxtı-vaxtında həyata keçirəcəkdir. 2.3. Tərəflər təsdiq edir ki, Birinci tərəf 25 aprel 2024-cü il tarixinədək ümumilikdə ödənilməmiş borcu olan 3693,02 (üç min altı yüz doxsan üç manat sıfır iki qəpik) manat vəsaiti İkinci tərəfə nağdsız qaydada ödəmişdir. 2.4. Birinci tərəf təsdiq edir ki, həmçinin kirayə müqaviləsinin əlavəsi olan ödəniş cədvəlinə uyğun olaraq aylıq qaydada kirayə haqqını ödəyəcəkdir. 2.5. Birinci tərəf təsdiq edir ki, bu Sazişin 2.4-cü bəndində qeyd olunan öhdəliklər nəzərdə tutulduğu qaydada icra edilmədikdə və ya gecikdirildikdə İkinci tərəf kirayə müqaviləsinə birtərəfli qaydada xitam verir, o cümlədən, ödənilməmiş qalıq borc məbləğindən əlavə qanunvericiliyə uyğun olaraq gecikmə faizi, zərər və əldən çıxmış faydanı ondan tələb edə bilər. 2.6. Birinci tərəf təsdiq edir ki, bu Sazişin 2.4-cü bəndində qeyd olunan öhdəlik onun tərəfindən nəzərdə tutulduğu qaydada icra edilmədikdə və ya gecikdirildikdə o cümlədən qeyd olunan səbəblərdən İkinci tərəf kirayə müqaviləsinə birtərəfli qaydada xitam verildikdə, Birinci tərəf kirayə müqaviləsi üzrə istifadəsinə verilmiş mənzili boşaldaraq İkinci tərəfə 5(beş) iş günü ərzində təhvil verir və 10 (on) iş günü müddətində qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılmasını təmin edir. Mənzil təhvil verilmədiyi təqdirdə İkinci tərəf mənzilin boşaldılması və təhvil verilməsi, o cümlədən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün bu Sazişin məcburi icrası üzrə icra sənədi ilə icraya müraciət edir. 2.7. Bu Sazişin imzalanması və məhkəmə tərəfindən təsdiq edilməsi əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız bu Sazişin və Tərəflər arasında bağlanılmış kirayə müqaviləsinin şərtləri etibarlıdır. 2.8. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırki mübahisə ilə əlaqədar bir-birini və ya aidiyyəti şəxsləri, filiallarını, törəmələrini, təsisçilərini və onların müvafiq təmsilçilərini, hazırki və keçmiş direktorlarını, vəzifəli şəxslərini, idarəçilərini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin məhkəmə tərəfindən təsdiq edildiyi ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.9. Tərəflər razılığa gəlirlər ki, bu Saziş təsdiq edilənədək yaranmış məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərcləri özləri qarşılayırlar. 2.10. Bu Saziş icra edilmədiyi təqdirdə məcburi icra üçün Tərəflərdən biri icra sənədinin verilməsi üçün məhkəməyə müraciət edir. Əgər hər hansı tərəf digər tərəfə qarşı bu Sazişin icrası ilə əlaqədar məcburi icra üzrə icra orqanına müraciət edərsə, həmin tərəfin icra ilə əlaqədar tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəyir. 2.11. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildiyindən, sazişin məcburi icrası məhkəmənin verdiyi icra sənədinə əsasən həyata keçirilir. 2.12. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. Digər şərtlər. 3.1. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan bu Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Bu Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.2. Tərəflər bu Sazişi imzalayaraq təsdiq edir ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır və onlar bu Sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər və ya bu Sazişi imzalamaqla bu hüquqlarından imtina edirlər. Tərəflər, həmçinin, onlar bu Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.3. Bu Saziş məhkəmə tərəfindən təsdiq edildikdə Birinci tərəf, qanunvericiliklə tələb edildiyi hallar və ya İkinci tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla, bu Sazişin bağlanılması zamanı əldə edilmiş hər hansı məlumatı, sənədləri və ya bu Sazişin məzmununu məxfi saxlamaq və bunu heç kimə açıqlamamaq vəzifələrini bir daha təsdiqləyir. Bu Sazişin məzmununun üçüncü şəxslərə açıqlanmasına görə birinci tərəf məsuliyyət daşıyır. 3.4. Bu Saziş bütün tərəflər tərəfindən imzalanana və məhkəmə tərəfindən təsdiq edilənədək heç bir tərəf üçün məcburi olmayacaqdır, Saziş imzalandığı və Məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir 3.5. Bu Saziş 3 nüsxədə imzalanır, tərəflərin hər birində bir nüsxə qalmaqla, digər nüsxə təsdiq üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə təqdim ediləcəkdir.
2. İddiaçı Azərbaycan Respublikasının İpoteka Və Kredit Zəmanət Fondunun Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin.
3. İddiaçı Azərbaycan Respublikasının İpoteka Və Kredit Zəmanət Fondu tərəfindən xx.xx.2024-cü il tarixdə Hökumət ödəniş portalı vasitəsilə ödənilmiş ********** qəbz nömrəli 100 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın.
4. Qərardadın rüsumun qaytarılması hissəsində icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin.
5. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Hakim: Samirə Eyvazova