Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-3880/2025 08.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Şövkətli-X1, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyünə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar qaydada baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi dövlət rüsumu ödənilmədiyi üçün geri qaytarılmalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə qeyd edir ki, iddianın qiyməti 64493 manat olduğu üçün iddiaçı tərəfindən 283 manat dövlət rüsumu ödənilməlidir. İddia ərizəsinə dövlət rüsumunun ödənilməsinə dair qəbzlər əlavə olunsa da, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, həmin ödəniş qəbzlərinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmışdır. Belə ki, Xətai Rayon Məhkəməsinin 2(011)-1221/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması, xx.xx.2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzinə əsasən MilliÖn elektron ödəmə sistemi vasitəsi ilə dövlət rüsumu kimi ödənilmiş 247 manat pulun və xx.xx.2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzinə əsasən MilliÖn elektron ödəmə sistemi vasitəsi ilə dövlət rüsumu kimi ödənilmiş 38 manat pulun Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılması qərara alınmışdır. Qeyd edilən qərardad qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC-nin Cavabdeh qarşı əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddia ərizəsi müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilmədiyindən geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1, 152.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Leyla Şövkətli-Mənsimli
Məhkəmə qərarları › İş №e-2(011)-3880/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-3880/2025
08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver