Məhkəmə qərarları › İş №e-2(011)-3920/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3920/2023

18.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3920/2023 18.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2, Cavabdeh6, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Geray qızı və digərlərinə qarşı vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun qeydiyyatının və çıxarışın ləğv edilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı cavabdehlər cavabdehlər Cavabdeh1 Geray qızı, Cavabdeh2, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh5nə qarşı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair verilmiş xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilərək, həmin ünvana dair daşınmaz əmlakın dövlət reyestrində mərhum X3 mülkiyyəti kimi qeydiyyatdan keçmiş pay hissəsinin vərəsəlik qaydasında cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh1, Cavabdeh3 adına aparılmış qeydiyyatın və həmin qeydiyyata əsasən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin mahiyyətinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.1960-cı il tarixdə X30 ilə X12 və X18 arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında sonuncuların mülkiyyətinə keçmişdir. Qeyd edilən ünvanda uzun illər X12, X18 və Nəcəfova (Rəsulova) Gülarə Əbdülrəhman qızı öz ailə üzvləri ilə yaşamışlar. İddiaçı bacılardan Nəcəfova (Rəsulova) Gülarə Əbdülrəhman qızının oğludur və doğulduğundan bəri faktiki olaraq ailə üzvləriylə birgə hazırki ünvanda qeydiyyatda olmaqla yaşayır. Evin ½ hissəsi X7 vəfatından sonra 2010-cu ildə onun övladlarına vərəsəlik qaydasında keçmişdir. 2023-cü ilin mart ayında cavabdehlər tərəfindən iddia ərizəsi ilə Səbail rayon məhkəməsinə müraciət edilərək iddiaçının və ailə üzvləri ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Hal-hazırda həmin iddia tələbləri üzrə 2(009)-781/2023 saylı mülki iş hakim İlkin Rüstəmlinin icraatındadır. İddia ərizəsi ilə tanış olarkən iddiaçıya məlum olmuşdur ki, xalası Səmayənin övladları cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh1, Cavabdeh3 digər xalam X4 vəfatından sonra özlərini onun vərəsələri kimi tanıdaraq miras əmlakı faktiki qəbuletmədən evin mərhuma aid hissəsini öz adlarına keçirmişlər. 1995-ci ildə xalası X12 vəfat etdikdən sonra mirası faktiki olaraq cavabdehlər deyil, iddiaçı qəbul etmişdir. Lakin buna baxmayaraq cavabdehlər bu faktı notariat ofisində gizlətmişlər. Sumqayıt Cavabdeh5 notariat kontoruna sorğu ilə müraciət edilərək vərəsəlik işinin surəti alınmışdır. Vərəsəlik işi ilə tanış olduqları zaman məlum oldu ki, vərəsəlik şəhadətnaməsinin verilməsi zamanı bir sıra hüquq normaları pozulmuşdur. Belə ki, vərəsəlik işində cavabdehlərin anası olan X13 ölüm haqqında şəhadətnaməsi yoxdur. Həmçinin, cavabdehlərin 1995-ci ildə xalası X12 vəfat etdikdən sonra mirası faktiki qəbul etmələrinə dair vərəsəlik işində hər hansı bir sübut yoxdur. Cavabdehlərin etirazının dəlilləri. Cavabdeh2 məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. O, bacıları və qardaşları ilə birlikdə 1980-ci ildən etibardən Bakı şəhəri Neapol küçəsi, ev 7Q, mənzil 63-də yaşayıbrlar. Cavabdeh6 məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. O, bacıları və qardaşları ilə birlikdə 1980-ci ildən etibardən Bakı şəhəri Neapol küçəsi, ev 7Q, mənzil 63-də yaşayıbrlar. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. O, verdiyi izahatında göstərmişdir ki, xalası Səbubər vəfat etdiyi zaman mübahisəli evdə onun həyat yoldaşı Abbasov Maarif, qardaşı Rəsulov Samir və X60 ailəsi ilə birlikdə yaşayırdı. Daha sonra Abbasov Maarif vərəsəliyin rəsmiləşdirilməsi üçün ona etibarnamə vermişdir. Şahid ifadələri Məhkəmə iclasında şahid qimində dindirilmiş X21 verdiyi ifadəsində göstərmişdir ki, o 2010-cu ildən Səmayə xalasının uşaqlarına vərəsəliyin verildiyini eşitmişdir. O da evin satılması üçün çalışdıqları üçün etiraz etməmişdir. Evin satılması ilə bağlı təşəbbüs də Rəsulov Ağasəməddən gəlirdi. Sənubər xalası vəfat etdiyindən orada əri qalırdı, o da halhazırda vəfat edib. O evdə Sənubər xalasının əri, Esmira xanım, bacısı Sevinc və böyük qardaşının həyat yoldaşı qalırdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 verdiyi ifadəsində göstərmişdir ki, o tərəflərin qohumudur. Abbasova Sənaubər vəfat etdiyi vaxt mübahisəli evdə Abbasova Sənubərin həyat yoldaşı Abbasov Marif yaşamışdır. O, vərəsəliklə bağlı X2 etibarnamə vermişdir. İşin halları Bakı şəhəri 2 saylı Notariat Kontorunda təsdiq edilmiş xx.xx.1960-cı il tarixli 229799 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin fərdi yaşayış evi üzərində Nəcəfova (Abbasova) Sənubər Əbdülrəhman qızının və X8 mülkiyyət hüququ xx.xx.1960-cı il tarixdə qeydiyyata alınmışdır. X15 xx.xx.1995-ci il tarixində vəfat etmişdir. X39 ilə X16 arasında nikah xx.xx.1972-ci il tarixində bağlanılmışdır. X39 xx.xx.2011-ci il tarixində vəfat etmişdir. Abbasova (Nəcəfova) Sənubər Əbdülrəhman qızının bacıları X18 1995-ci il tarixdə vəfat etmiş, X19 isə xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. X7 övladları Cavabdeh2, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh1dır. X9 övladları İddiaçı, X11, X17, Rəsulov X24r. Tərəflərin verdikləri izahatlar əsasında mübahisəsiz qaydada müəyyən edilmişdir ki, miras qoyan Abbasova (Nəcəfova) Sənubər Əbdülrəhman qızı vəfat etdikdən onun uşaqları olmamış, yeganə vərəsəsi onun əri X39 miras əmlak olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdır. O, vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X5 etibarnamə vermişdir. Buna baxmayaraq sonuncu X20 vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün hər hansı tədbir görməmişdir. xx.xx.2010-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən xx.xx.1995-ci il tarixində vəfat etmiş X10 vərəsələri Bakı şəhəri Neapol küçəsi, ev 7Q, mənzil 63-də yaşayan Cavabdeh2, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh1 ünvan 3 ünvanında yerləşən 5 otaqlı evin ½ hissəsindən irs almışdırlar. Sumqayıt Cavabdeh5ndə notariat kontorunun xüsusi notariusu X43 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”yə əsasən xx.xx.1995-ci il tarixində vəfat etmiş X3 vərəsələri X37, Cavabdeh2 Geray qızı, Cavabdeh1 və Cavabdeh3 ünvan 3 ünvanında yerləşən evin ½ hissəsindən ibarət miras əmlakdan ¼ hissədə pay almışdırlar. Həmin notariat işində 1 saylı MTİİTS-nin rəisi tərəfindən verilmiş arayışda xx.xx.1995-ci il tarixdə vəfat etmiş X15 ölənə qədər Abşeron rayon, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 7 mənzil 16-da qeydiyyatda olmuş və X39 ilə birlikdə yaşadığı qeyd edilsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X15 vəfat etdiyi zamanda arayışda qeyd edilən ev satılmışdır və o, əri ilə birlikdə miras əmlak olan Bakı şəhəri, Xətai rayonu, M.Maqomayev küçəsində yerləşən 87 nömrəli evdə yaşamışdır. Qeyd edilən vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququ ¼ hissədə Cavabdeh1, ¼ hissədə Cavabdeh6 Geray qızı, ¼ hissədə Cavabdeh3 və ¼ hissədə Cavabdeh2 Geray qızının adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən qeydiyyata alınmışdır. Tətbiq edilən hüquq Azərbaycan SSR-in 1964-cü il 11 sentyabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 527 Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəziyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. Maddə 528 Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Maddə 530 Aşağıdakılar vərəsə ola bilərlər: - qanun üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar. Maddə 532 Birinci növbə vərəsələr. Qanun üzrə vərəsəlikdə payların bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Maddə 533 İkinci növbə vərəsələr Birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı qardaşları, habelə onun həm ata, həm ana tərəfindən babası və nənəsi, ulu babası, ulu nənəsi vərəsə olurlar. Miras qoyanın bacı və qardaşlarından hər hansı biri vərəsəlik açılana qədər ölərsə, qanun üzrə vərəsəlik əsasında onlara çatası pay bərabər hissədə onların uşaqlarına verilir. Maddə 552 Mirasın qəbulu Mirası əldə etmək üçün vərəsə onun qəbul etməlidir. Mirasın şərtlə və müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki sürətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də, vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidr. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2 Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, miras qoyan Abbasova (Nəcəfova) Sənubər Abdülrəhman qızı xx.xx.1995-ci il tarixdə vəfat etdiyi zamanı onun birinci növbəli vərəsəsi olan əri X39 miras əmlak olan Bakı şəhəri, Səbail rayonu, M.Maqomayev küçəsində yerləşən 87 nömrəli evdə yaşamış, evə yiyələnmiş və miras əmlakı faktiki olaraq qəbul etmişdir. X39 hətta vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə X6 etibarnamə də vermişdir. Göründüyü kimi, miras qoyan məhrum Abbasova (Nəcəfova) Sənubər Əbdülrəhman qızının tək vərəsəsi X31 olmuş, o miras əmlakı faktini olaraq qəbul etmişdir. Həmin şəxs vəfat etdikdən sonra ondan qalmış miras əmlak onun vərəsələri tərəfindən qəbul edilməmişdir. Digər tərəfdən miras qoyan Abbasova (Nəcəfova) Sənubər Abdülrəhman qızı xx.xx.1995-ci il tarixdə vəfat etdiyi vaxt həm iddiaçının, həm də cavabdehlərin anaları, yəni miras qoyanın bacıları sağ olmuşdur. Belə olan halda, nə İddiaçı, nə də cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6 miras qoyan Abbasova (Nəcəfova) Sənubər Abdülrəhman qızından miras qalmış əmlak vərəsəlik hüququ əsasında keçə bilməzdi və onlar miras qoyanın vərəsələri hesab edilə bilməzlər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı miras qoyan Abbasova (Nəcəfova) Sənubər Adülrəhman qızının vərəsəsi hesab edilmədiyinə görə, onun hazırkı iddianı irəli sürmək üçün subyektiv hüququ da yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir İddiaçı cavabdehlər cavabdehlər Cavabdeh1 Geray qızı, Cavabdeh2, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh5nə qarşı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair verilmiş xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilərək, həmin ünvana dair daşınmaz əmlakın dövlət reyestrində mərhum X3 mülkiyyəti kimi qeydiyyatdan keçmiş pay hissəsinin vərəsəlik qaydasında cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh1, Cavabdeh3 adına aparılmış qeydiyyatın və həmin qeydiyyata əsasən verilmiş çıxarışın ləğv edilməsini tələb etmək üçün subyektiv hüququ olmadığına görə iddia əsassız hesab edilərək rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər cavabdehlər Cavabdeh1 Geray qızı, Cavabdeh2, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh5nə qarşı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair verilmiş xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilərək, həmin ünvana dair daşınmaz əmlakın dövlət reyestrində mərhum X3 mülkiyyəti kimi qeydiyyatdan keçmiş pay hissəsinin vərəsəlik qaydasında cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh1, Cavabdeh3 adına aparılmış qeydiyyatın və həmin qeydiyyata əsasən verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar