Məhkəmə qərarları › İş №e-2(011)-3958/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3958/2025

04.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3958/2025 04.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh ünvan 3 qarşı (üçüncü şəxs Maraqlı şəxs MMC cəlb edilməklə) «icra qeydinin ləğv edilməsi» tələbi barədə iddiasına açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC cavabdeh ünvan 3 qarşı (üçüncü şəxs Maraqlı şəxs MMC cəlb edilməklə) «icra qeydinin ləğv edilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 36 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixində 8İ-1504 reyestr nömrəli icra qeydinin ləğv edilməsinə və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs MMC-dən İddiaçı MMC-yə xx.xx.2025-ci il tarixdə daxil olmuş “”Bakcell” MMC tərəfindən İddiaçı MMC-yə göstərilən telekommunikasiya xidmətlərinə görə müəyyən edilmiş xidmət haqqının ödənilməsi ilə bağlı 518 manat məbləğində öhdəlik yarandığına istinad olunaraq, həmin borcun ödənilməsi xahiş olunmuşdur. Sözügedən məktuba cavab olaraq Maraqlı şəxs MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli AZT-XO/034 saylı cavab məktubunda yuxarıda göstərilən bildirişə borc öhdəliyinin yaranmasını təsdiq edən hər hansı bir sənədin (görülmüş işlərin təhvil-təslim aktları, üzləşmə aktları, və digər müvafiq sənədlər) təqdim edilməməsinə istinad olunaraq İddiaçı MMC ilə Maraqlı şəxs MMC arasında bağlanmış telekommunikasiya xidmətlərinin göstərilməsinə dair ***-**** saylı müqavilə çərçivəsində Maraqlı şəxs MMC ona aid səbəblərə görə müqavilə üzrə öhdəliklərini yerinə yetirilmədiyinə, bu səbəbdən də yuxarıda sözügedən müqavilənin 3.4-cü bəndinə əsasən xidmət haqqının ödənilməsinin mümkün olmadığı göstərilmişdir. Yuxarıda göstərilənlərlə yanaşı onu da qeyd edir ki, Maraqlı şəxs MMC tərəfindən İddiaçı MMC-yə göndərilmiş EBCH seriyalı 119203 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə həmin qaimə fakturada göstərilən xidmətlərin yerinə yetirilməməsi əsası ilə qəbul edilməmiş və bu hala xx.xx.2022-ci il tarixdən keçən müddət ərzində Maraqlı şəxs MMC tərəfindən heç bir etiraz olunmamışdır. Cavabdeh 36 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən xx.xx.2025-ci il tarixində 8İ-1504 reyestr nömrəsi ilə qeydə alınmış İcra qeydi ilə İddiaçı MMC-dən Maraqlı şəxs MMC-nin xeyrinə 25 manat dövlət rüsumu da daxil olmaqla ümumilikdə 543 manat məbləğində pulun tutulması icra qeydi qaydasında təklif olunmuşdur. Yuxarıda göstərilən əsaslara, yəni Maraqlı şəxs MMC tərəfindən müqavilədən üzrə öhdəliyini yerinə yetirməməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixində 8İ-1504 reyestr nömrəsi ilə qeydə alınmış icra qeydi əsassız və qanunsuzdur. Odur ki, həmin icra qeydinin ləğv edilməsi xahiş olunur. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhəri 36 saylı Dövlət Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdır, lakin məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs Maraqlı şəxs MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdır, lakin məhkəmədə nümayənsidənin iştirakını təmin etməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış “icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildirişin” surətindən görünür ki, İddiaçı MMC barəsində avqust 2022-ci il tarixli, telekommunikasiya xidmətlərinin göstərilməsi haqqında müqavilə mövcuddur. Həmin sənədə görə "xxxx" MMC tərəfindən borcluya göstərilən telekommunikasiya xidmətlərinin müqabilində müəyyən edilmiş, tarif planına uyğun xidmət haqqı ödəmək öhdəliyi yaranmışdır. xx.xx.2022-ci il tarixdən (sonuncu ödəniş) etibarən qeyd edilən sənədlə müəyyən edilmiş öhdəliyin icra edilməməsi nəticəsində xx.xx.2025-ci il tarixinə 518 (beş yüz on səkkiz manat) manat məbləğində* (valyuta* göstərilməklə) əsas borc ödənilməlidir. İş materiallarında olan İddiaçı MMC (bundan sonra “Sifarişçi”) ilə Maraqlı şəxs MMC (bundan sonra Maraqlı şəxs) arasında bağlanmış ***-**** saylı Telekommunikasiya xidmətlərinin göstərilməsinə dair müqaviləsinin surətindən görünür ki, bu müqaviləyə əsasən Bakcell AZRT-2021-62 saylı, 04 mart 2021-ci il tarixli Agent Müqaviləsi əsasında AzərTelekom MMC-nin adından agent qismində fəaliyyət göstərərək ona telekommunikasiya xidmətlərini göstərir (“Xidmət(lər)”), Sifarişçi isə Xidmət müqabilində Bakcell-ə xidmət haqqı ödəyir. İş materiallarında olan Bakı şəhəri 36 Saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli, 8İ- 1504 reyestr saylı icra qeydinə əsasən ünvan 1 ünvanında yerləşən Maraqlı şəxs MMCnin xeyrinə Bakı şəhəri Xətai rayonu, X4, ev 2236-ci məhəllə ünvanında yerləşən İddiaçındən ***-**** nömrəli müqaviləyə əsasən vaxtında ödənilməmiş 518 manat 00 qəpik (beş yüz on səkkiz manat sıfır qəpik) tutulmalıdır. Bundan əlavə borcludan AZ1026, Bakı şəhəri Xətai rayonu, X4, ev 2236-ci məhəllə İddiaçındən tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 543 manat 00 qəpik (beş yüz qırx üç manat sıfır qəpik) pul tutulmalıdır. İş materiallarında olan Maraqlı şəxs MMC tərəfindən ünvan 3 ünvanlanmış “Notariat icra qeydi haqqında elektron ərizə”nin surətindən görünür ki, İddiaçı MMC ilə Maraqlı şəxs MMC arasında bağlanmış ***-**** saylı Telekommunikasiya xidmətlərinin göstərilməsinə dair müqavilə üzrə 518 manat məbləğində ödənilməmiş əsas borc və “Hökumət ödəniş portalı” vasitəsilə ödənilmiş 25 manat məbləğində dövlət rüsumu borcu mövcuddur. Bununla bağlı icra qeydinini verilməsi xahiş olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləndirilmiş vaxtda və yerdə lazımi şəkildə müqavilənin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.4-cü maddəsinə əsasən notariat orqanlarının icra qeydləri icra sənədləri sayılır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələbinə görə borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı”nın 1-ci hissəsinə uyğun olaraq pulun ödənilməsini əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq edilmiş əqdlərdə icra qeydinin aparılması üçün notariusa notariat qaydasında təsdiq edilmiş əqdin əsli təqdim olunmalıdır. Həmin maddəyə əsasən icra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir. Həmin siyahının qeyd hissəsində göstərilmişdir ki, tələbkar bu Siyahı ilə müəyyən edilmiş sənədlərlə icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) bu Siyahı ilə müəyyən edilmiş icra qeydinin aparılması üçün digər sənədlərə əlavə olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunvericinin tələbinə əsasən tələb mübahisəsiz olduğu təqdirdə üçüncü şəxs Maraqlı şəxs MMC icra qeydinin aparılması üçün notariat ofisinə müraciəti əsasında icra qeydi verilməlidir. İş materiallarından görünür ki, “tələbin icra edilmədiyi halda icra qeydinin verilməsi barədə” Maraqlı şəxs MMC-nin İddiaçı MMC-yə ünvanladığı bildiriş sonuncu tərəfindən xx.xx.2025-ci il tarixdə alınmışdır. Buna cavab olaraq İddiaçı MMC surətli poçt vasitəsilə xx.xx.2015-ci il tarixdə (“Courier service” poçt xidməti, qaimə 990976) Maraqlı şəxs MMC-nə tərəflərin arasında bağlanılmış müqavilə üzrə mübahisənin olmasını əks etdirən bildiriş (pretenziya) məktubunu göndərmişdir. Həmin pretenziya məktubu Maraqlı şəxs MMC tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. Buna baxmayaraq, Maraqlı şəxs MMC xx.xx.2025-ci il tarixdə mübahisə ilə bağlı notariusun icra qeydinin verilməsi barədə elektron ərizə ilə ünvan 3 müraciət etmişdir. Notariat kontoru həmin ərizə əsasında İddiaçı MMC-dən "xxxx" MMC-nin xeyrinə 518 manat pul məbləğinin tutulması barədə xx.xx.2025-ci il tarixli, 8İ-1504 reyestr saylı icra qeydi vermişdir. Məhkəmə həmçinin qeyd edir ki, notariat kontoruna Maraqlı şəxs MMC tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli “Notariat icra qeydi haqqında ərizə”nin surətindən görünür ki, “bildirişə borclunun cavabı” qrafasında “bəli” cavabı əks olunmuşdur. Bununla da Maraqlı şəxs MMC tərəfindən icra qeydinin verilməsi üçün notariat kontoruna müraciət olunarkən borclunun bildirişə cavab verdiyi məlum olmuşdur, lakin notariat kontoru tərəfindən həmin cavabın məzmunu araşdırılmadan, yəni tələbin mübahisəli olub-olmadığına aydınlıq gətirlmədən Maraqlı şəxs MMC-nin tələbi üzrə icra qeydi verilmişdir. İcra qeydinin verilməsini şərtləndirlən “Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı”ndan da göründüyü kimi, icra qeydi siyahıda əks olunmuş mübahisəsiz tələblər üzrə verilməlidir. Buna görə də iddia təmin edilərək, İddiaçı MMC-dən ***-**** nömrəli müqaviləyə əsasən "xxxx" MMC-nin xeyrinə 518 manat pul məbləğinin tutulması barədə Bakı şəhəri 36 saylı Dövlət Notariat Kontorunun xx.xx.2025-ci il tarixli, 8İ-1504 reyestr saylı icra qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı MMC-dən ***-**** nömrəli müqaviləyə əsasən "xxxx" MMC-nin xeyrinə 518 manat pul məbləğinin tutulması barədə Bakı şəhəri 36 saylı Dövlət Notariat Kontorunun xx.xx.2025-ci il tarixli, 8İ-1504 reyestr saylı icra qeydi ləğv edilsin. 100 (bir yüz) manat dövlət rüsumu cavabdeh 36 saylı Dövlət Notariat Kontorundan tutularaq İddiaçı MMC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar