Məhkəmə qərarları › İş №e-2(011)-3963/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3963/2025

15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3963/2025 15.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMCnin xeyrinə xx.xx.2024-cü il tarixli, ********* saylı müqaviləyə görə cavabdehə təqdim edilmiş “Redmi Note 13” markalı telefon cihazının qalıq borcunu və danışıq borcunu, cəmi 529.87 manat borc məbləğinin və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat pulun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli, ********* saylı müqaviləyə görə, Cavabdeh dəyəri 520.19 AZN təşkil edən“Redmi Note 13” markalı telefon cihazı verilmişdir, Cavabdeh isə mobil cihazın dəyərini aylıq 28.90 AZN olmaqla, 18 ay müddətinə, ********** nömrəsinin balansından silinmə yolu ilə ödəməli idi. Lakin Cavabdeh müqavilənin şərtlərini kobud şəkildə pozmuş, müqavilə imzalandıqdan sonra heç bir ödəniş etməmişdir. 2025-ci ilin fevral ayına olan borcu telefon danışıq borcu ilə birlikdə, 529.87 AZN (520.19 AZN mobil cihazın dəyəri + 19.68 AZN) təşkil edir. Bununla bağlı cavabdehə xx.xx.2025-ci il tarixində pretenziya göndərilmiş, lakin buna baxmayaraq borc ödənilməmişdir. Müqavilənin 4.1-ci bəndinə görə, abonent tərəfindən ardıcıl 2 ay ərzində ödəniş edilmədikdə, abonentin mobil nömrəsi operator tərəfindən ikitərəfli blok olunur və bundan sonrakı 90 gün ərzində borc ödənilmədikdə qalıq borc məbləği bütövlükdə abonentin mobil nömrəsinin balansına borc kimi yüklənir. Müqavilənin 5.5.2-ci bəndinə əsasən, abonent bu müqavilə üzrə hər hansı öhdəliyini yerinə yetirmədikdə, operator birtərəfli qaydada müqaviləyə xitam verə və abonentdən icra edilməmiş öhdəliklərin dərhal icrasını tələb edə bilər. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********* saylı Müqavilənin surətindən görünür ki, operator 18 ay müddətinə, aylıq ödənişi 28.90 AZN olmaqla, ümumi dəyəri 520.19 AZN, İMEİ kodu **********78189 olan “Redmi Note 13” markalı telefon cihazını abonentə təqdim etməyi, abonent isə müqavilədə qeyd olunan şərtlərlə malı və xidmətləri qəbul edib əvəzində razılaşdırılmış qiymətini operatora ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.1-ci bəndinə görə, abonent tərəfindən ardıcıl 2 ay ərzində ödəniş edilmədikdə, abonentin mobil nömrəsi operator tərəfindən ikitərəfli blok olunur və bundan sonrakı 90 gün ərzində borc ödənilmədikdə qalıq borc məbləği bütövlükdə abonentin mobil nömrəsinin balansına borc kimi yüklənir. Müqavilənin 5.5.2-ci bəndinə əsasən, abonent bu müqavilə üzrə hər hansı öhdəliyini yerinə yetirmədikdə, operator birtərəfli qaydada müqaviləyə xitam verə və abonentdən icra edilməmiş öhdəliklərin dərhal icrasını tələb edə bilər. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş Hesab-faktura arayışının surətindən görünür ki, Cavabdeh ödənilməmiş faktura məbləği ümumilikdə 529.87 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh 2025-ci ilin fevral ayına olan borcu telefon danışıq borcu ilə birlikdə 529.87 manat təşkil edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Pretenziya məktubundan görünür ki, İddiaçı tərəfindən Cavabdeh 529.87 manat məbləğində borcunu 3 (üç) gün müddətində ödəməsi tələb edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, **********13 saylı Dövlət rüsumunun ödənilməsi haqqında Mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, ********* saylı Müqavilə bağalanmışdır, müqaviləyə görə, Cavabdeh dəyəri 520.19 AZN təşkil edən“Redmi Note 13” markalı telefon cihazı verilmişdir, Cavabdeh isə mobil cihazın dəyərini aylıq 28.90 AZN olmaqla, 18 ay müddətinə, ********** nömrəsinin balansından silinmə yolu ilə ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərini pozan Cavabdeh müqavilə imzalandıqdan sonra heç bir ödəniş etməmişdir. Nəticə etibarilə Cavabdeh İddiaçınə borcu telefon danışıq borcu ilə birlikdə 529.87 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalı, xx.xx.2024-cü il tarixli, ********* saylı Müqavilə üzrə telefon danışıq borcu ilə birlikdə 529.87 manat borc pul məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumu ödənilməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia təmin edildiyindən, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 529 (beş yüz iyirmi doqquz) manat 87 (səksən yeddi) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar