Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4017/2025 21.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Eyvazova Samirə Əli qızının sədrliyi, Nağızadə Gülnaz Nasir qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair mülki işə inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:
1. İddiaçı (sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs) İddiaçı (Sunny Electronics) mağazası (bundan sonra iddiaçı) Cavabdeh1 (bundan sonra cavabdeh) arasında bağlanmış 18 noyabr 2013-cü il tarixli, 12158 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdehə 840 manat dəyərində olan aldığı malın dəyərinin ödənilməsi məqsədi ilə 12 ay müddətinə hissə-hissə ödənilməsi ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Həmin müqavilənin təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır (bundan sonra zamin). İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, cavabdeh və zamin müqavilənin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirilmişdir.
2. Daha sonra iddiaçı məhkəməyə müraciət edərək, cavabdeh və zamin ilə aralarında bağlanılmış müqavilə əsasında yaranmış 929,20 manat məbləğində əsas, 295 manat məbləğində cərimə və 21 manat məbləğində dövlət rüsumunun borclu və zamindən kreditorun xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin 2(031)-1033/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə əmri ilə, ərizə təmin edilmiş, borclular Cavabdeh1 və Cavabdeh2 929,20 manat məbləğində əsas, 295 manat məbləğində cərimə və 21 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 1245,20 manat məbləğində pul İddiaçı xeyrinə tutulması əmr edilmişdir. Hazırda qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini alınması və icra olunmamasından 10 il, 03 ay yəni (123 ay) keçməsinə baxmayaraq qanuni qüvvəsini almış məhkəmə qərarı icra olunmamışdır. Cavabdehlər qəbul olunmuş məhkəmə qərarı üzrə məbləği zamanında ödəyərək icra etsəydilər iddiaçı, başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin, cavabdehlərin məhkəmə qərarı üzrə öhdəliyinizi icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə iddiaçı, həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də, iddiaçı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur. Buna görə də, məhkəmə qərarı üzrə iddiaçıya ödənilən 1245,20 manat borca görə məhkəmə qərarı qanuni qüvvəsini aldığı müddətdən icra olunanadək illik 5 % faiz hesablanmaqla məhkəmə qərarı üzrə ümumi məbləğdən əlavə faiz ödənilməlidir. Bu da, (1245,20 AZN x 0,05 % = 62,26 / 12 ay = 5,18 x 123 ay = 638,16 AZN) təşkil edir. Bununla bağlıqanunvericilikdə nəzərə tutulmuş qaydada, işin məhkəmədən kənar həll edilməsi üçün cavabdehlərə rəsmi qaydada bildiriş (pretenziya) göndərilmiş və 5 (beş) gün müddətində icra olunması (ödənilməsi) xahiş olunmasına baxmayaraq, cavabdehlər icra etməmişlər.
İddiaçının tələbi:
3. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə qərarı qanuni qüvvəsini alınması və icra olunmamasını nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən, hesablanan 638,16 manat məbəğində (5%) faiz borc, bildiriş (pretenziyanı) göndərilməsi üçün ödənilmiş 1,80 manat məbəğində pul və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30,40 manat məbəğində dövlət rüsumu olmaqla cəmi 670,36 (altı yüz yetmiş manat otuz altı qəpik) manat məbəğində pul tutularaq İddiaçı “Sunny Electronics”ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Daha sonra iddiaçı xx.xx.2025-ci il tarixində məhkəməyə dəqiqləşmə ərizəsi ilə müraciət edərək, iddia ərizəsində xahiş etdi hissəsində 670,36 məbəğində pul tutularaq İddiaçı “Sunny Electronics”ə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmasına baxmayaraq, qətnamə qəbul olunarkən “İddiaçı”na ödənilməsi kimi, nəzərə alınmasını xahiş etmişdir.
Cavabdehin etirazı:
5. Cavabdehlər tərəfindən iddiaya qarşı əsaslandırılmış yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.
Tərəflərin izahatı:
6. İddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər:
8. xx.xx.2014-cü il tarixli, 2(011)-1033/2014 saylı Şabran Rayon Məhkəməsinin hakiminin əmrinə əsasən, borclu Cavabdeh1 və Cavabdeh2 kreditor X1 xeyrinə 929,20 AZN əsas, 295,00 AZN cərimə və 21 manat məbləğində ödənilmiş dövlət rüsumu, ümumilikdə 1245,20 manat tutulması əmr edilmişdir.
9. Şabran rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli, 118398/2025-29-7-004 saylı icraata başlamaq haqqında qərarına əsasən borclular Cavabdeh1, Cavabdeh2 10 gün müdətində icranı könüllü olaraq təmin etmələri təklif olunması, icra könüllü təmin edilmədikdə borclu barəsində məcburi icra tədbirləri görülmsi, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və icra ödənişinin borcludan tutulması, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmlakının siyahıya alınması ve həmin əmlakın üzərinə həbs qoyulması qərara alınmışdır.
10. Şabran rayon İcra və probasiya şöbəsi tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanan xx.xx.2024-cü il tarixli, 118398/2025-29-7-004 saylı tələbin könüllü icrası haqqında bildirişə əsasən, xx.xx.2025-cu il tarixli qərarla icraata başlanılan Şabran Rayon Məhkəməsinin 2(031)- 1033/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş edilmişdir.
11. Şabran rayon İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli, borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində və ya qeyri-əmlak xarakterli tələblə bağlı icra ödənişinin alınması barədə qərarına əsasən, borclu Cavabdeh2 87,15 manat məbləğində icra ödənişi tutulması qərara alınmışdır.
12. Şabran rayon İcra və probasiya şöbəsinin borclunun gəlirindən tutulma ilə bağlı xx.xx.2025-ci il tarixli, 118398/2025-29-7 saylı müraciətə əsasən, icra sənədinin icrası ilə bağlı borclunun gəlirindən hər ay 50% tutularaq tələbkarın hesabına ödənilməsi tələb edilmişdir.
13. “Sunny Electronics” tələbkar İddiaçı tərəfindən göndərilmiş xx.xx.2025-ci il tarixli 12158 №-li pretenziya məktubuna əsasən, Cavabdeh1, Cavabdeh2 Rauf oğlunun tələb olunan 1245,20 manat məbləğin borc və 10 il, 03 ay yəni (123 ay) gecikdirildiyindən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 638,16 manat hesablanmış faiz borcu olmaqla cəmi 1883,36 manat borcu bildiriş (pretenziya) alındığı gündən 5 gün müddətində kreditor "Sunny Electronics" İddiaçı ödənilməsi xahiş edilmiş, əks halda, məhkəməyə müraciət olunacağı bildirilmişdir.
14. xx.xx.2025-ci il tarixli 12158 saylı maliyyə arayışına əsasən, Şabran Rayon Məhkəməsinin 2(031)-1033/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə qərarına əsasən, borclular Cavabdeh1 və Cavabdeh2 cəmi 1245,20 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır.
15. Digər sənədlər.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. 445.6. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
18. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarı.
Məhkəmənin mövqeyi:
19. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.
20. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
21. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Şabran Rayon Məhkəməsinin 2(031)- 1033/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə əmri ilə, ərizə təmin edilmiş, borclular Cavabdeh1 və Cavabdeh2 929,20 manat məbləğində əsas, 295 manat məbləğində cərimə və 21 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 1245,20 manat məbləğində pul İddiaçı xeyrinə tutulması əmr edilmişdir. Hazırda qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini alınması və icra olunmamasından 10 il, 03 ay yəni (123 ay) keçməsinə baxmayaraq qanuni qüvvəsini almış məhkəmə qərarı icra olunmamışdır.
22. Öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri olan dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir.
23. Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının tələbi MM-nin 445.7-ci maddəsinə tələbinə əsasən təmin edilməlidir. Belə ki, həmin norma kreditora digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, pul öhdəliyinin icrasını gecikdirmiş borcludan gecikdirilmiş vaxt üçün illik beş faiz tutulmasını tələb etmək hüququ verir.
24. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada Şabran Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(031)-1033/2014 nömrəli, xx.xx.2014-cü il tarixli əmrinə əsasən müəyyən olunmuş 1245,20 (min iki yüz qırx beş manat iyirmi qəpik) manat məbləğinin Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına uyğun olaraq (5% faiz) hesablanan 638,16 (altı yüz otuz səkkiz manat on altı qəpik) manat pul tutularaq İddiaçı xeyrinə tutulmalıdır.
Məhkəmə xərcləri:
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.
27. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
1. İddia təmin edilsin.
2. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada Şabran Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(031)-1033/2014 nömrəli, xx.xx.2014-cü il tarixli əmrinə əsasən müəyyən olunmuş 1245,20 (min iki yüz qırx beş manat iyirmi qəpik) manat məbləğinin Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına uyğun olaraq (5% faiz) hesablanan 638,16 (altı yüz otuz səkkiz manat on altı qəpik) manat pul tutularaq İddiaçı ödənilsin.
3. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 (otuz manat qırx qəpik) manat və bildiriş (pretenziyanı) göndərilməsi üçün ödənilmiş 1,80 (bir manat səksən qəpik) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin.
4. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova