Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4033/2025 05.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və mülkiyyətçinin mənzilə köçürülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 13 A saylı evin 59 saylı mənzilindən Cavabdeh ailə üzvləri və əşyaları ilə birlikdə məcburi çıxarılmaqla mənzilin boşaldılaraq ona təhvil verilməsi və mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 13 A saylı evin 59 saylı mənzilini 28 mart 2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında satıcı Cavabdeh 65000 manata almışdır, müqavilənin 11-ci bəndinə əsasən satıcı xx.xx.2023-cü il tarixinədək mənzili iddiaçının sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Lakin dəfələrlə qarşı tərəfə bildirsə də cavabdeh iddiaçının mülkiyyəti olan mənzili boşaltmamış, mənzili ona təhvil verməmişdir, aradan uzun zaman keçməsinə baxmayaraq iddiaçı mənzilini təhvil ala bilməmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili-ümayəndəsi iddia ərizəsini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, cavabdehə mənzili boşaldıb təhvil verməsi barədə xəbərdarlıq məktubu da göndərmişdir, lakin cavabdeh və ailə üzvüləri mənzili boşaltmamışlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, ev 13 A, mənzil 59 xüsusi mülkiyyət hüququ əsasında X1 məxsusdur. Bakı şəhəri 23 saylı Notaria Ofisində xx.xx.2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, ev 13 A, mənzil 59 Cavabdeh tərəfindən İddiaçı satılmışdır, müqavilənin 11-ci bəndinə əsasən satıcı, Cavabdeh xx.xx.2023-cü il tarixinədək mənzili alıcı İddiaçı sahibliyinə verməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, cavabdeh 5 gün müddətində mənzili mülkiyyətçisinə təhvil vermədiyi halda iddiaçı məhkəməyə müraciət olunacağını bildirmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. 29.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29.İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 29.İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 223.1. Məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, iş materialları ilə mübahisəli mənzilin hazırda İddiaçı mülkiyyətində olması, iddiaçı ilə cavabdeh arasında mənzilə dair alqı-satqı müqaviləsi bağlanması və cavabdehin müqaviləyə əsasən xx.xx.2023-cü il tarixinədək mənzili iddiaçının sahibliyinə verməsinə dair öhdəlik götürməsi təsdiq olunmuşdur. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlə bağlanmış alqı-satqı müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinədək cavabdehə mənzilində yaşamaq üçün icazə vermiş, hazırda cavabdehdən mənzildən çıxmalarını tələb etməsinə baxmayaraq cavabdehin heç bir qanuni əsas olmadan mənzildə yaşamağa davam etməsi onun mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə qanuni əsaslarla yaşaması halını sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin, iş materiallarında cavabdehin iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 13 A saylı evin 59 saylı mənzilinə istifadə hüququnun mövcudluğunu təsdiqləyən heç bir sübut aşkar edilməmişdir. Əksinə, iş materialları ilə təsdiq olunur ki, cavabdeh xx.xx.2023-cü il tarixinədək mənzili iddiaçıya təhvil verməyi öhdəsinə götürmüş, lakin, müqavilə üzrə razılaşdırılmış öhdəliyi yerinə yetirməmişdir. Cavabdehin hazırda hər hansı hüquqi əsas, o cümlədən iddiaçının razılığı olmadan özünə məxsus əşyalarla birlikdə mübahisəli mənzildən istifadə etməsi iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Odur ki, iddia tələbi cavabdehin əşyaları ilə birlikdə mənzildən çıxarılması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verlməsi və iddiaçının mənzilə köçürülməsi hissəsində təmin edilməlidir. Məhkəmə, eyni zamanda qeyd edir ki, iddia tələbi Cavabdeh ailə üzvlərinin mənzildən çıxarılması hissəsində təmin edilə bilməz. Belə ki, həmin tələb qeyri-müəyyən şəxlərə qarşı yönəlmişdir. Halbuki, MPM-nin 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Mülki işlər üzrə iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Məhkəmə qəbul etdiyi məhkəmə aktı ilə iş üzrə tərəf olmayan şəxslərin üzərinə hər hansı vəzifə qoya, iddiaçı tərəfindən cavabdeh qismində cəlb edilməmiş və dairəsi qeyri-müəyyən olan şəxslərə yönəlmiş iddia tələbini təmin edə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əşyaları ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 13a saylı evin 59 saylı mənzilindən çıxarılsın. Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 13a saylı evin 59 saylı mənzili Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı təhvil verilsin və iddaçı İddiaçı həmin mənzilə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Leyla Şövkətli-Mənsimli
Məhkəmə qərarları › İş №e-2(011)-4033/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4033/2025
05.06.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver