Məhkəmə qərarları › İş №e-2(011)-4065/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-4065/2023

15.05.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-4065/2023 15.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu – İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər arasında 05 oktyabr 2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Abşeron rayonu, Masazır qəsəbəsi, Duz zavodu yolu-3, “Rahat Nəfəs” yaşayış kompleksi bina 1, giriş 2, ümumi sahəsi 63,24 kv.m-dən ibarət 47 saylı mənzilin 1/2 hissəsinə payı müəyyən edilməklə bölünməsi, cavabdeh "xxxx" MMCnin üzərinə yeni müqavilə bağlanması vəzifəsinin qoyulması, həmin mənzildə olan iddia ərizəsində qeyd edilən cehiz əşyalarının cavabdehdən alınaraq ona qaytarılması, naturada verilməsi mümkün olmadığı halda dəyərinin cavabdehdən tutularaq ödənilməsi barədə iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyindən geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən tələb etdiyi cehiz əmlakların dəyəri 335 399 manat olsa da, onların dəyərinə uyğun olaraq qanunvericilikdə müəyyənləşdirilmiş məbləğdə dövlət rüsumu ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.2-ci maddəsinə əsasən əmlakın tələb edilməsi haqqındakı iddialarda iddianın qiyməti tələb edilən əmlakın dəyəri ilə müəyyən edilir. Həmin Məcəllənin 112.5-ci maddəsinə əsasən iddianın qiyməti iddia ərizəsi verilən vaxt mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsində müəyyən olunmalıdır. Qeyd edilən müddəalara əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ödəniləcək dövlət rüsumu iddia tələbində göstərilən əmlakların bazar qiymətlərinə uyğun olaraq “Dövlət rüsumu haqqında” Qanunla müəyyən edilmiş əmsallar nəzərə alınmaqla hesablanmalıdır. Lakin iddia ərizəsinə əlavə edilmiş ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. AR Mülki Prosessual Məcəllənin 150.0.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmçinin, iddiaçı iddia ərizəsini Cavabdeh1 MMC-nin hüquqi ünvanı üzrə (ünvan 1binin xarakteri həmin mübahisəyə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxmağa imkan vermir. Belə ki, iddia ərazisində əsas tələb Abşeron rayonu, Masazır qəsəbəsi, Duz zavodu yolu-3, “Rahat Nəfəs” yaşayış kompleksi, bina 1, giriş 2, 47 saylı mənzilə dair ½ hissədə payların müəyyən edilməsindən ibarətdir. Tələbin digər hissəsi olan Cavabdeh1 MMC-nin üzərinə yeni müqavilə bağlamaq vəzifəsinin qoyulması törəmə tələb olub, birinci tələbdən bilavasitə asılıdır. Yəni tələbin birinci hissəsi təmin olunduğu halda, digər hissələrinə hüquqi qiymət verilir, əks halda yox. Əsas tələb üzrə Cavabdeh2 şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, o, Neftçala rayonu, Aşağı Surra ərazi dairəsi, Aşağı Surra kəndində qeydiyyatdadır. MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məcəllənin 35.2-ci maddəsinə görə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 150-152-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar