Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4070/2022 28.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məcburi icra tədbirləri zamanı tələbkar İddiaçı ASC tərəfindən ödənilmiş 245.43 manat məbləğində icra ödənişi, 175.31 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərci), həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" ASC –yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 13 may 2015-ci il tarixli 2(011)-2797/2015 saylı qətnaməsi ilə (sədrlik edən hakim F.Ə.Məmmədov) İddiaçı ASC nin Cavabdeh qarşı “Avtomobil kredit müqaviləsi” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh 13453.10 AZN əsas, 595.42 faiz borcu və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulması, tələb ipoteka predmeti olan xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus “Seat İbiza ST” markal, **- UA-*** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracda satılması və onun satışından əldə olunmuş pul hesabına iddiaçıya olan 14.048.82 AZN məbləğində pul tutulması qət edilmişdir, məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir, Xətai Rayon İcra və Probasiya şöbəsinin sifariş məktubuna əsasən Cavabdeh məxsus “Seat İbiza ST” markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobili hərrac təşkilatçısı "xxxx" MMC vasitəsi ilə açıq hərraca çıxarılmışdır, lakin təkrar hərracın baş tutmaması səbəbindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmeti ipoteka saxlayana təklif olunmuşdur, hərrac təşkilatçısı "xxxx" MMC-nin 19 yanvar 2022-ci il tarixli 04/02 saylı “Hərracın yekunları barədə Protokolu”na əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq, Cavabdeh məxsus “Seat İbiza ST” markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobili ipoteka saxlayan İddiaçı ASC tərəfindən əldə edilmişdir, 10 fevral 2022ci il tarixli ********* və ********* nömrəli ödəniş tapşırığları ilə müəyyən olunur ki, İddiaçı ASC tərəfindən "xxxx" ASC-nin hesabına xx.xx.2022-ci il tarixli № 15 hesab-fakturaya əsasən 175.43 manat məbləğində ƏDV ödənilmişdir, 10 fevral 2022-ci il tarixli ********* nömrəli ödəniş tapşırığı ilə müəyyən olunur ki, İddiaçı ASC tərəfindən X1 hesabına 245.43 manat məbləğində icra ödənişi ödənilmişdir, qeyd olunan ödəniş tapşırıqlarından göründüyü kimi, 175.43 manat məbləğində hərracın keçirilməsi xərci və 245.43 manat məbləğində icra ödənişi borclu Cavabdeh əvəzinə tələbkar İddiaçı ASC tərəfindən ödənilmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Daşınar Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC tərəfindən ünvanlanmış xx.xx.2021-ci il tarixli İpoteka predmetinin əldə olunmasına dair Təklifdən görünür ki, ipoteka ilə yüklü “Seat İbiza ST” markalı **-UA-*** d.q.n avtomobil 25 faiz az olmayan qiymətlə yəni 3506,25 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. İş materiallarından görünür ki, “Seat İbiza ST” markalı **-UA-*** d.q.n avtomobilin açıq hərracdan satılmasına dair Cavabdeh oğluna, Muradov ədalər Qaçay oğluna, İddiaçı ASC-yə Açıq hərracın keçirilməsinə dair xx.xx.2021-ci il tarixli 01 №-li və xx.xx.2021-ci il tarixli 02 nömrəli Bildirişlər göndərilmişdir. İş materiallarında olan 19 yanvar 2022-ci il tarixli 04/02 №-li Hərracın yekunları barədə Protokoldan görünür ki, Cavabdeh oğluna məxsus Seat İbiza ST” markalı **-UA-*** d.q.n avtomobil 25% aşağı qiymətlə 3506,25 manat qiymətlə tələbkar İddiaçı ASC tərəfindən əldə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən AR DİN BDYPİnin Qeydiyyat İmtahan İdarəsinə ünvanlanmış məktubdan görünür ki, Cavabdeh oğluna məxsus “Seat İbiza ST” markalı **-UA-*** d.q.n avtomobil 04/02 saylı xx.xx.2022-ci il tarixli hərrac protokoluna əsasən İddiaçı ASC-yə satılmışdır. İş materiallarında olan Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 15№-li Hesab-Fakturanın surətindən görünür ki, Cavabdeh məxsus “Seat İbiza ST” markalı **-UA-*** d.q.n avtomobilin qiymətləndirilməsi üzrə ödənilməli xidmət haqqı 148,57 manat, ƏDV 18% - 26,74 manat, ƏDV ilə birlikdə 175,3 manatdır. İş materiallarında olan 10 fevral 2022-ci il tarixli ********* saylı Ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən Daşınar Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC-nin hesabına Cavabdeh oğluna məxsus avtomobilin qiymətləndirilməsi əsası ilə 148,57 manat ödənilmişdir. İş materiallarında olan 10 fevral 2022-ci il tarixli ********* saylı Ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən Daşınar Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC-nin hesabına ƏDV üzrə 26,74 manat ödənilmişdir. İş materiallarında olan 10 fevral 2022-ci il tarixli ********* saylı Ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən Xətai rayon İcra və probasiya şöbəsinin hesabına xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 245,43 manat ödənilmişdir. İş mateiallarında olan 22 aprel 2022-ci il tarixli 3505 P saylı Pretenziya məktubundan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh oğluna 245.43 manat məbləğində icra ödənişi, 175.31 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclərin (hərracın keçirilməsi xərci), 5 iş günü ərzində İddiaçı ASC-yə ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə məktub göndərilmiş, xx.xx.2022-ci il tarixdə Cavabdeh oğlu tərəfindən alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* saylı Mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Abşeron Rayon Məhkəməsinin 13 may 2015-ci il tarixli 2(011)-2797/2015 saylı qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı iddiası təmin edilərək, cavabdehdən 13.453.10 AZN əsas, 595.42 faiz borcu və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tələbin ipoteka predmeti olan xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus “Seat İbiza ST” markal, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracda satılması və onun satışından əldə olunmuş pul hesabına iddiaçıya olan 14.048.82 AZN məbləğində pul tutulması qət edilmişdir, məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəlmiş, Cavabdeh məxsus “Seat İbiza ST” markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobili hərrac təşkilatçısı "xxxx" MMC vasitəsi ilə açıq hərraca çıxarılmışdır, hərracın keçirilməsi ilə bağlı 10 fevral 2022-ci il tarixində "xxxx" MMC-yə avtomobilin qiymətləndirilməsi üzrə 148,57 manat, ƏDV ödənişi üzrə 26,74 manat, Xətai rayon İcra şöbəsinə 245.43 manat məbləğində icra ödənişi tələbkar İddiaçı ASC tərəfindən ödənilmişdir. Bununla belə, cavabdehin qanunvericilikdə göstərilən öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, iddia buna müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən və iddiaya cavab verməli olan şəxsə qarşı qaldırıldığından, qanunvericiliyə əsasən, icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclərin ödənilməsi borclunun, yəni hazırki iş üzrə Cavabdeh öhdəliyinə aid edilməsinə baxmayaraq bu xərclər hazırki iş üzrə iddiaçı tərəfindən yerinə yetirildiyindən, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.5-ci maddəsinə əsasən, hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 78.1-ci maddəsinə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. Həmin Qanunun 79.1-ci maddəsinə əsasən, icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. Həmin Qanunun 79.2-ci maddəsinə əsasən, borclunun əmlakının daşınmasına, saxlanmasına və satılması icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə daxildir. Həmin Qanunun 81.1-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 245.43 manat məbləğində icra ödənişi, 175.31 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər olmaqla, ümumilikdə 420,74 manat məbləğində borc alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli, iddia tələbinin həcmi nəzərə alınaraq 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 245.43 manat məbləğində icra ödənişi, 175.31 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər olmaqla, ümumilikdə 420 (dörd yüz iyirmi) manat 74 (yetmiş dörd) qəpik və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-4070/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4070/2022
28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver