Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4087/2023 15.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 MTK-nın nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh2 və Cavabdeh1nə qarşı “maneələrin aradan qaldırılması və s.” barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh2 MTK və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilə əsasında ona məxsus avtomobil dayanacağı sahəsindən (Bakı şəhəri, Xətai rayonu, keşmiş Nobel prospekti, 15A ünvandakı parkinq sahəsində 2 saylı qaraj yerindən) sərbəst istifadəsinə və girişinə cavabdehlər tərəfindən yaradılan süni və qanunsuz maneələrin aradan qaldırılması, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Bildirirəm ki, xx.xx.2018-ci il tarixdə ünvan 2 ünvanının sakini olaraq cavabdehlər ilə mənim aramda xx.xx.2010-cu il tarixli 22 saylı maliyyə arayışı əsas götürükməklə, keçmiş Nobel prospekti 15A ünvanındakı parkinq sahəsində 1 (bir) avtomobil üçün nəzərdə tutulan 2 saylı qaraj yerindən avtomobil dayanacağı sahəsinin alınmasına dair müqavilə bağlanmışdır. Bu müqavilə üzrə əmlakın dəyəri tərəfimdən tam ödənilmiş və daşınmaz əmlak mülkiyyətimə verilmişdir. Xeyli müddətdir ki, avtomobil dayanacağı sahəsi mülkiyyətimdə və sərəncamımda olmasına baxmayaraq cavabdehlər son vaxtlar həmin sahədən rahat istifadəmə süni əngəllər yaratmağa çalışır. Cavabdehlər uzün illərdir sərəncamımda olan qeyri-yaşayış sahəsinə dair sahədən aylıq ödənişlər edilməklə istifadə etməyimlə bağlı yeni müqavilə bağlamağımı təklif etmişlər. Təbii olaraq bu təklif tərəfimdən qəbul edilmədiyi üçün hazırki vəziyyətdə əmlakım zəbt edilmişdir və əmlakımdan sərbəst istifadəmə suni maneələr yaradılmışdır. Belə ki, cavabdehlər avtomobil dayanacağı sahəsinə avtomobillə girişimi əngəlləməklə, dayanacağa giriş üçün mənə verilmiş giriş kartını ləğv etmişdir və nəticədə öz mülkiyyətimdə olan sahəyə hazırda daxil ola və istifadə edə bilmirəm. Dəfələrlə cavabdehlərə qanunsuz olaraq əmlakımdan istifadəmə maneəçilik törətməməyini, mənim mülkiyyətimə müdaxilə edilməməsini, qanunsuz əməllərinə son verməsini, məsələnin aramızda sülh yolu ilə həll edilməli olmasını bildirsəm də heç bir razılığa gəlməmişlər. Cavabdehlərlə aramızda razılığa gələ bilmədiyim üçün hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, işdə olan maliyyə arayışından, müqavilədən, eləcə də yerli baxışın nəticəsindən görünür ki, keçmiş Nobel prospekti 15A ünvanında yerləşən qaraj yeri iddiaçıya məxsusu olmaqla cavabdehlər tərəfindən iddiaçının həmin yerdən istifadəsinə məhdudiyyətlər yaradılır. Cavabdehlərin hərəkətləri qaraj yerinin hazırki mülkiyyətçisinin konstitusiya ilə nəzərdə tutulmuş hüquqlarının kobud surətdə pozur. Sonda M.Ə.Əliyev iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 MTK-nın nümayəndəsi Vəkil2 məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçının mübahisələndirdiyi keçmiş Nobel prospekti 15A ünvanı ilə maliyyə arayışında qeyd olunan ünvan 3ardır, iddiaçının tələb irəli sürdüyü mənzil başqa bir binadadır və onun Cavabdeh2nə aidiyyəti yoxdur. Sonda cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan “Yeni HƏYAT-BB.Kompleksi” tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli maliyyə arayışından görünür ki, MTK-nın Xətai rayonu A.Cəlilov küçəsi 26 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 2 saylı avtomobil dayanacağında 1(bir) avtomobil yeri ona məxsusdur və dəyəri tam ödənilmişdir. İş materiallarında olan 10 sentyabr 2018-ci il tarixli Cavabdeh2 (MTK), "xxxx" MMC (Xidmət göstərən) və İddiaçı (Sakin) arasında bağlanmış Müqavilənin surətindən görünür ki, İddiaçı 2 saylı qaraj yeri haqqında MTK tərəfindən xx.xx.2010-cu il tarixli 22 saylı Maliyyə Arayışı verildiyini nəzərə alaraq bu müqavilə əsasında Bakı şəhəri, Nobel prospekti, 15 A ünvanındakı parkinq sahəsində 1 (bir) avtomobil üçün nəzərdə tutulan 2 saylı qaraj yerindən bundan sonrakı dövrdə İddiaçı istifadəsinin şərtləri müəyyən edilir. Müqavilə üzrə MTK-nın hüquqları və öhdəlikləri: bu Müqavilənin şərtlərinin pozulmasının aradan qaldırılmasını Sakindən və Xidmət göstərəndən tələb edir, MTK Sakinin Sahə üzrə ödənişsiz qaydada istifadə hüququnun həyata keçirilməsi üzrə heç bir maneəçilik törətməyəcəyərıni öhdəsinə götürür, Xidmət Göstərənin hüquqları və öhdəlikləri: bu Müqavilənin şərtlərinin pozulmasının aradan qaldırılmasını Sakindən və MTK-dan tələb edir, Sakini və ya onun tərəfindən səlahiyyətləndirilmiş şəxs(lər)i müvafiq qaydada bildirilmiş avtomobil üzrə cəmi 1 (ədəd) parkinq kartı ilə təmin edərək parkinq sahəsinin giriş çıxışında (müvafiq parkinq kartı təqdim edilməklə) maneəsiz giriş və ya çıxışa şərait yaradır, Sakinin Sahə üzrə istıfadə hüququnun həyata keçirilməsi üzrə heç bir maneəçilik törətməyəcəyəni öhdəsinə götürür, Kamera müşahidəsi olan Ümumi sahənin müvafiq yerlərinə 24 saat ərzində nəzarət edilməsi, parkinqin idarə olunması, günün 24 saatı ərzində parkinq-daxılı və parkinqin giriş-çıxış qaydalarına riayət olunmasına nəzarəti təşkil/koordinasiya edir. Sakinin hüquq və öhdəlikləri: Öz mülahizəsinə uyğun olaraq Sahədən gündə 24 saat, heç bir maneə torədilmədən (parkinq kartından istifadə etməklə) heç bir ödəniş aparmadan istifadə edir, bu Müqavilənin şərtlərinin pozulmasının aradan qaldırılmasını MTK və Xidmət Göstərəndən tələb edir, Qaraj yerindən istifadə zamanı ümumi parkinq sahəsinin gorüntüsü, istifadə təyinatı, imici və digər istifadə/yararlılıq göstəncilərinə mənfi təsir göstərəcək hər hansı bir hərəkət/hərəkətsizliyi (məsələn, ialüz, şlaqbaum və s. tikili/qurğuların yerləşdirilməsi və s,) etməyəcək, Parkinqə girişçıxış, parkinq daxilində manevr və saxlama vaxtı bütün yol təhlükəsizliyi normalarına, sanitar və yanğından mühafizə qaydalarına xüsusi həssaslıqla riayət edilməsini təmin etməlidir, Onun təqsiri üzündən parkinq sahəsində baş verərək fəsadları kənara yayılmış qəza hallarının nəticələrini aradan qaldıracaq, Parkinqin istismar normalarında nəzərdə tutulmuş (təhlükəsizliklə bağlı) tələblərə riayət edilməsini təmin etməlidir, İş materiallarında olan İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə “X2 Qrupu” MMC İdarə heyətinin sədri Babək Babayevə ünvanlanmış məktubdan görünür ki, İddiaçı “YENİ HƏYAT BB Kompleksi”nə müraciət edərək müqaviləyə əsasən qarajdan istifadə edilməsinə şərait yaradılmasını xahiş etmiş, həmçinin bu məktubu, Müqavilənin ona verdiyi hüquqlardan istıfadə üçün son bidiriş kimi qəbul edilməsi xahiş edilmişdir. İş materiallarında olan 12 sentyabr 2023-cü il tarixli yerli baxış protokolundan görünür ki, Cavabdeh2 MTK-ya məxsus dayancaqda B1 nömrəli blokun qarşısında A1 nömrəli VİP park yeri var. İddiaçının dediklərinə görə isə həmin A1 park yerinin sol tərəfində 02 nömrəsi ilə nömrələnmiş qaraj ona məxsusdur. Özünü Cavabdeh “Yeni Həyat-BB kompleksinin parkinq xidmətinin müdiri kimi təqdim edən X1 təqdim etdiyi binanın qaraş yerlərinin yerləşmə sxeminə görə də həmin qaraj 02 nömrə ilə nömrələnibdir. Belə ki sxemə görə də həmin yer parkinq girişindən sol tərəfdə yeləşməli idi. Şəxsin özü də B1 nöməli blokda yaşayır və qeyd olunan qaraj da həmin blokun altındadır. Sənədlərdən də görünür ki, qarajın ünvanı ilə iddiaçının yaşadığı mənzilin ünvanı eynidir. İddiaçı şəxsi avtomobilini həmin nömrəli qarajda saxlamış və dediyinə görə illərdir orda saxladığından onun orda olmasını heç bir qonşu mübahisələndirməmişdir, lakin iddiaçı həmin yer üçün qonşusunu kartından istifadə edir. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan İnternet vergi idarəsinin elektron sistemindən və Elektron Məhkəmə Sistemindən çıxarışlardan görünür ki, iddia ərizəsində qeyd olunan və ********** VÖEN-i ilə fəaliyyət göstərən "xxxx" MMC hazırda eyni VÖEN ilə Cavabdeh1 adı ilə fəaliyyət göstərir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh2, (hazırda Cavabdeh1 MMC adı ilə fəaliyyət göstərən) "xxxx" MMC və İddiaçı arasında Müqavilə bağlanmış, həmin Müqaviləyə əsasən Bakı şəhəri, Nobel prospekti (indiki 8 Noyabr), 15 A ünvanındakı parkinq sahəsində 1 (bir) avtomobil üçün nəzərdə tutulan 2 saylı qaraj yeri İddiaçı məxsusdur və müqavilə ilə İddiaçı qaraj yerindən istifadəsinin şərtləri müəyyən edilmiş, bununla bağlı İddiaçı tərəfindən həmin yerin dəyəri tam ödənilmişdir, cavabdeh iddiaçıya əmlakdan sərbəst istifadə etməsində süni maneələr yaratmaqla onun mülkiyyət hüququnu pozur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (29-cu maddənin İ, İİ,İİİ hissələri). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcələnin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçıya məxsus Bakı şəhəri, keçmiş Nobel prospekti, 15 A ünvanındakı parkinq sahəsində 2 saylı qaraj yerindən sərbəst istifadəyə və girişə cavabdehlər tərəfindən yaradılan süni və qanunsuz maneələr aradan qaldırılmalıdır. Məhkəmə dövlət rüsumuna münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehlərin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından dövlət rüsumu kimi ödənilmiş 100 manat cavabdehlərə aid edilməli və həmin məbləğ onlardan müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilə əsasında İddiaçı məxsus avtomobil dayanacağından (Bakı şəhəri, keçmiş Nobel prospekti, 15 A ünvanındakı parkinq sahəsində 2 saylı qaraj yerindən) sərbəst istifadəyə və girişə cavabdehlər Cavabdeh2 MTK və Cavabdeh1 MMC tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-4087/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4087/2023
15.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver