Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4117/2025 29.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçıların nümayəndəsi X8 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Bakı şəhəri 29 saylı notariat ofisinə qarşı “vərəsəlik şəhadətnaməsinin və daşınmaz əmlakın çıxarışın ləğvedilməsi və mirasəmlaka qanun üzrə vərəsəlik payın müəyyən edilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Bakı şəhəri 29 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhər 29 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-141 reystr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsini, həmin vərəsəlik şəhadətnaməsi əsasında Cavabdeh1 adından Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021ci il tarixdə verilmiş çıxarışın, 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiqlənmiş 4Ə-1790 reyestr nömrəli, xx.xx.2021-ci il tarixlidaşınmaz əmlakın bağışlanması müqaviləsinin və həmin müqavilə əsasdan xx.xx.2021-ci il tarıxdə Daşınmaz əmlakın reyestrində Cavabdeh3 adına aparılmış qeydiyyata ləğv edilməsi; X6 miras qalmış, Nardaran bağ massivində yerləşən 878 saylı bağ sahəsi ünvanında yerləşən, ümumi sahəsi 334,6 kv.m. yaşayış (bağ) evində və həmin evin yerləşdiyi 0,09 ha. torpaq sahəsində miras qoyanın qanun üzrə vərəsələri olan arvadı (nənələri) Cavabdeh1 ½ hissədə, nəvələri İddiaçı1 ¼ hissədə və X4 ¼ hissədə payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıların nümayəndəsi sonda iddia tələblərinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Bakı şəhər 29 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-141 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsini, həmin vərəsəlik şəhatənması əsasında Cavabdeh1 adından Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixə verilmiş çıxarışın, 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiqlənmiş 4Ə-1790 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında xx.xx.2021-ci il tarixdə Daşınmaz əmlakın reyestrində Cavabdeh3 adına aparılmış qeydiyyatın ləğv edilməsi, X6 miras qalmış, Nardaran bağ masivində yerləşən 878 saylı bağ sahəsi ünvanında yerləşən, ümumi sahəsi 334,6 kv.m yaşayış (bağ) evində və həmin evin yerləşdiyi 0,09 ha torpaq sahəsində miras qoyanın qanun üzrə vərəsələri olan arvadə (nənələri) Cavabdeh1 ½ hissədə, nəvələri İddiaçı1 ¼ hissədə və X4 ¼ hissədə payların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ata xətti ilə iddiaçıların nənəsidir. Cavabdeh3, nənələrinin babalarından əvvəlki evliliyindən olan qızıdır və babaları tərəfindən övladlığa qəbul edilməmişdir. Nənələri qoca yaşlı adam olduğundan, son illərdə sağlamlığı ilə bağlı problemləri yaşayır. Ona görə də onun adından bütün işləri qızı Nailənin həyat yoldaşı X20 ondan aldığı etibarnamə əsasında həyata keçirir. Cavabdehlər nənələri Cavabdeh1 və qızı Cavabdeh3 əlbir olaraq, babalarından qalmış miras əmlakdan qanun üzrə onlara çatası miras payına sahiblənmişlər. Belə ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 525 № li Sərəncamına əsasən, Nardaran bağ massivində yerləşən 878 saylı bağ sahəsi 205 saylı Bağ Tikinti Kooperativinin tərkibində mərhum babaları X9 adına keçirilmişdir. Bu barədə ona 205 saylı BTKnın 31 №li Order verilmişdir. Babaları 04 yanvar 1999-cu il tarixdə vəfat etmişdir. Vəfat etdiyi tarixə qanun üzrə vərəsələri həyat yoldaşı nənəsi Cavabdeh1 və ataları mərhum X16 olmuşdur. Ataları məhrum X16, babalarından 12 il sonra xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Onun da qanun üzrə vərəsələri iddiaçılar İddiaçı1 və İddiaçı2dır. Məlum məsələdir ki, babalarının vəfatından sonra ondan miras qalmış əmlaka nənələri və ataları qanun üzrə vərəsəlik payına malikdirlər. Atalarının vəfatından sonra da nəvələr olaraq iddiaçılar atalarına çatan miras əmlak payına bərabər pay almaq hüquqları yaranır. Bağın ayrılmasına dair sənədə babalarının ata adında hərf səhvinə yol verildiyindən vaxtında miras əmlakın rəsmiləşdirilməsi mümkün olmamışdır. Bununla bağlı nənələrinin ərizəsi Nərimanov rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnamə ilə təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən 205 saylı BTK-nın tərkibində olan, sahəsi 0,09 ha təşkil edən 878 nömrəli bağ sahəsinə dair Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli 525 saylı Sərəncamına əsasən Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 31 №li orderin, mərhum babaları X12 məxsusolması faktının müəyyən olunmuşdur. Bundan sonra adı çəkilən 878 saylı bağ sahəsi xx.xx.2021-ci il tarixdə babaları mərhum X9 adına Dövlət Reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi adı çəkilən 878 saylı bağ sahəsinə mülkiyyət hüququ reyestrdə babalarının ölümündən sonra qeydiyyata alınsa da, həmin bağ sahəsinə əmlak hüququna malik olmuşdur. Miras əmlakı olan adı çəkilən 878 saylı bağ sahəsi, 0,09 ha. torpaq sahəsi və üzərində inşa edilmiş, ümumi sahəsi 349,4 kv.m. iki mərtəbəli bağ evindən ibarət, vahid əmlak şəklində olmuşdur. Əslində həmin 2 mərtəbəli ev babalarının vəfatından sonra ataları tərəfindən inşa etdirilmişdir. Babanın sağlığında və ondan sonra bağ sahəsi ailənin sahiblik və istifadəsində olmuşdur. Nə qədər ki, həmin bağ sahəsi mərhum babalarına əvəzssiz verilmişdir, nənəsi ilə birgə nikah zamanı birgə qazancdan əldə edilmiş hesab olmadığından, məhrum ataları və nənələri arasında mirasda müəyyən olunan payları bərabərdir. Ataları sağlığında həmin miras əmlakdakı payından imtina etməmişdir və mülkiyyət hüququ qeydiyyata alınan zaman ataları vəfat etdiyindən qanun üzrə vərəsələr sırasından çıxdığından, ona çatası pay, onun qanun üzrə vərəsələri olaraq iddiaçılara çatmalı olduğu bəllidir. Lakin nənələri Cavabdeh1, iddiaçıdan gizli 29 saylı notariat ofisinə müraciət edib, digər vərəsələrin olmadığı barədə yanlış məlumat verərək, tək vərəsə kimi miras əmlaka xx.xx.2021-ci il tarixdə, 2V-141 reystr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsini əldə etmişdir. Həmin vərəsəlik şəhadətnaməsi əsasında da miras əmlakına mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reystrində qeydiyyata alınmışdır. Cavabdeh1 babalarından qalmış mirası dolayısı ilə tam payla mülkiyyətinə aldığı bağ sahəsini 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiqlənmiş 4Ə-1790 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasdan xx.xx.2021-ci il tarixdə Cavabdeh3 adına qeydiyyata alınmışdır. Halbuki, cavabdeh nənənin qanun üzrə vərəsələrdən biri olaraq, babalarından miras qalmış adı çəkilən 878 saylı bağ evinin yalnız ½ hissəsi üzərində pay, daha sonra da mülkiyyət hüququnu əldə edə və ona sərəncam verə bilərdi. Ata xətti ilə babalarından qalmış miras əmlak payından iddiaçılar tərəfindən imtina edilmədiyindən, miras əmlakdan qanun üzrə vərəsələr olaraq onlara çatası ½ hissəsinə yiyələnmək hüququna malik olmamışdır. Tərəflərin izahatları: İddiaçıların nümayəndəsi X17 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Bakı şəhəri 29 saylı notariat ofisinə, Cavabdeh1, Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılsa da, lakin məhkəmə iclasına gəlməmişlər və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2022-ci il tairxli qanun üzrə vərəsəlik şəhadətnaməsindən görünür ki, X10 vərəsələri Cavabdeh1, İddiaçı1 və X7 və hər biri miras əmlakdan 1/3 hissədə pay almışdır. Miras əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 28.1 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0.035 ha olan torpaq sahəsindən ibarətdir. xx.xx.2021-ci il tarixi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X10 vərəsələri Cavabdeh1, İddiaçı1 və X7 və hər biri miras əmlakdan 1/3 hissədə pay almışdır. Miras əmlak Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 2(103)-970/2021 saylı icra vərəqəsinə əsasən cavabdeh Nişanə MMC-dən iddiaçı X10 xeyrinə tutulmuş 25.729 manat pul məbləğindən ibarətdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli müvafiq məlumatın təqdim edilməsi barədə məktubdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 878 saylı bağ sahəsi Bakı şəhəri 29saylı notariat ofisində təsdq edilmiş 2V-141 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında xx.xx.2021-ci il tarixdə X3 adına qeydiyyata alınmışdır. Cavabdeh1 Ələkbərovanın mülkiyyətində olan həmin bağ sahəsi 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq edilmiş 4İ-1790 reyestr nömrəli xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın əmlakın bağışlanması müqaviləsi əsasında xx.xx.2021-ci il tarixdə Cavabdeh3 adına qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixdə isə Naradaran qəsəbəsi, 0,09 hektar torpaq sahəsi və üzərində inşa edilmiş, ümumi sahəsi 349,4 kv.m olan 878 saylı bağ evi Cavabdeh3 adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Məhkəmə tərəfindən sorğu edilərək, məhkəməyə təqdim edilmiş Bakı şəhəri 29 saylı notariat ofisi tərəfindən təqdim edilmiş notariat işindən görünür ki, X18 xx.xx.1999-cu ildə ölmüş və onun ölümü ilə bağlı vərəsəlik işi açılmışdır. xx.xx.2001-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Cavabdeh1 onun vərəsəsi kimi tanınmış və miras əmlak Azərbaycan Respublikası Beynəlxalq Bankı Səhmdar-Kommersiya Bankının 365 nömrəli sertifikatına əsasən 1190 ədəd səhmi və SBK BB-B saylı may 1993-cü il tarixli 10 ədəd adi səhmdən ibarətdir. Həmin notariat işinə əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.1969-cu ildə anadan olmuşdur, atası X19, anası Cavabdeh1dır. Həmin notariat işinə əlavə edilmiş xx.xx.2001-ci il tarixli ərizədən görünür ki, X16 xx.xx.1999-cu ildə vəfat etmiş atası X6 qalmış səhm payından anası Cavabdeh1 Ələkbər qızının xeyrinə imtina edir və gələcəkdə məhkəmədə heç bir iddiası olmayacaq. xx.xx.2021-ci il tarixli ərizə ilə X1 etibarnamə üzrə nümayəndəsi notariat ofisinə müraciət etmiş və Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 878 saylı bağ sahəsində yerləşən 0.09 ha torpaq sahəsinə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X9 vərəsəsi Cavabdeh1 Əkbərovna Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 878 saylı bağ sahəsində yerləşən 0.09 ha torpaq sahəsindən tam hissədə pay almışdır. Məhkəmə tərəfindən sorğu edilərək, məhkəməyə təqdim edilmiş 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən təqdim edilmiş notariat işinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Saunçu rayonu, Nardaran qəsəbəsi, 878 saylı bağ sahəsini Cavabdeh3 bağışlamışdır. Həmin notariat işinə əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.1961-ci ildə anadan olmuşdur, atası X15, anası X2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 2775/2021 saylı qətnaməsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən 205 saylı BTK-nın tərkibində olan, sahəsi 0,09 ha təşkil edən 878 nömrəli bağ sahəsinə dair Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli 525 saylı Sərəncamına əsasən Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 31 №li Orderin, mərhum həyat yoldaşı X12 (Nəsimi rayon VVAQ şöbəsi 591 №li ölüm haqqında akt qeydi, akt qeydinin tarixi: 14 iyul 1999) məxsus olması faktı müəyyən edilmişdir. Həmin qətnamədən görünür ki, Bakı şəhəri Oktyabr rayon ZAQS şöbəsinin 06 yanvar 1996-cı il tarixdə verilmiş AZ 056152 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X18 ilə X11 arasında 06 yanvar 1967-ci il tarixdə nikah bağlanmış və 10 nömrə ilə qeydə alınmışdır. Arvada Tağıyeva soyadı verilmişdir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti aparatının əhaliyə xidmət, fərdi və bağ idarəsinin tikintisi üzrə baş istehsalat idarəsinin Bağlar təsərrüfatı idarəsinin Nardaran bağlar sahəsindəki 205 nömrəli kooperativ tərəfindən verilmiş 31 nömrəli orderin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X14 müvafiq kooperativ tərəfindən Nardaran bağ massivində yerləşən 878 saylı bağ sahəsi ayrılmışdır. Tətbiq edilən hüquq: xx.xx.1965-ci ildən xx.xx.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş e`lan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş e`lan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmi Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Həmin Məcəllənin 552-ci maddəsinə əsaəsn mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Məcəllənin 556-cı maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə tərəfindən mirasdan imtina etməyin kimi xeyrinə olduğu göstərilməməklə edilən imtina, mirası qəbul etməmək hallarında baş verən nəticələrə səbəb olur. Vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. xx.xx.2000-ci il tarixindən qüvvəsini almış Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəlləni 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.. 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nikah və Ailə Məcəlləsinin 23-cü maddəsinə əsasən, ər-arvadın nikah müddətində qazandıqları əmlak, o cümlədən mənzil tikintisi və bağ tikintisi kooperativlərinə verdikləri paylar, onların ümumi birgə mülkiyyətidir. Əmlakın ər və ya arvadın qazancı (gəliri) hesabına əldə edilib-edilməməsindən asılı olmayaraq, ər-arvad bu əmlaka bərabər sahiblik, istifadə və sərəncam hüququna malikdirlər. Ər-arvadın ikisindən biri ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduqda və ya digər üzrlü səbəbə görə onun müstəqil qazancı olmadıqda onlar əmlak üzərində bərabər hüquqa malikdirlər. Nikah müddətində qazanılmış əmlakın ər-arvadın birinin adına yazıldığından asılı olmayaraq həmin əmlak üzərində hər ikisinin hüququ vardır. 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 111-ci maddəsinə əsasən, əmlak ümumi mülkiyyət hüququ əsasında iki və ya bir neçə kolxoza və kooperativ və ya sair ictimai təşkilatlara, yaxud dövlətə və bir və ya bir neçə kolxoza və ya kooperativ və sair ictimai təşkilatlara, yaxud iki və ya bir neçə vətəndaşa məxsus ola bilər. Ümumi mülkiyyətin paylar məlum olan (paylı mülkiyyət) və paylar məlum olmayan (birgə mülkiyyət) növləri vardır. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən, paylar məlum olan ümumi mülkiyyətin hər bir iştirakçısı öz payını ümumi əmlakdan ayırmağı tələb etməyə haqlıdır. Ayırma üsulu haqqında saziş əldə edilmədikdə, iştirakçıların hər hansı birinin iddiası üzrə əmlak, onun təsərrüfat təyinatına müvafiq zərər yetirmədən bölünə bilərsə, eyni ilə bölünür; əks halda payını ayıran mülkiyyətçi payının əvəzinə pul alır. xx.xx.2000-ci il tarixində qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçı tərəfin izahatını, notariat işlərinin müvafiq surətdə təsdiq edilmiş surətlərini və iş materiallarını məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X18 ilə X11 arasında 06 yanvar 1967-ci il tarixdə nikah bağlanmışdır. Onların bu nikahlarından X16 anadan olmuşdur. X18 xx.xx.1999-cu ildə vəfat etmişdir. Onun oğlu X16 xx.xx.2001-ci il tarixində ərizə ilə notariat ofisinə müraciət edərək, atasından qalmış səhm payından anası Cavabdeh1 Ələkbər qızının xeyrinə imtina etmişdir. Məhkəmə ilk olaraq qeyd edilir ki, iddiaçıların babası olan X19 vəfat edərkən xx.xx.1965-ci il tarixli Azərbaycan Sovet Sosialist Respublikasının Mülki Məcəlləsi qüvvədə olmuşdur. Buna görə də mərhumun vəfatından sonra yaranmış vərəsəlik münasibətlərinə həmin tarixdə mövcud olan Məcəllənin müddəaları tətbiq edilməlidir. Belə ki, Köhnə Mülki Məcəllənin müddəalarına əsasən vərəsəliyin açılma vaxtı miras qoyan şəxsin öldüyü gün hesab edilir və vərəsə vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina edilə bilər. X19 xx.xx.1999-cu ildə vəfat etdiyindən, bununla da həmin tarixdə vərəsəlik açılmışdır. Belə olduğu təqdirdə isə onun birinci növbəli vərəsəsi olan oğlu isə xx.xx.1999cu il tarixinədək vərəsəlik payından imtina edə bilərdi. Lakin iş materiallarından görünür ki, o, 3 il sonra, yəni xx.xx.2001-ci ildə öz vərəsəlik payından anası Cavabdeh1 xeyrinə imtina etmişdir. Həmçinin məhkəmə qeyd edir ki, mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olmuş Mülki Məcəllə vərəsəlikdən imtinanın vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən asılı etməmiş, bir qayda olaraq vərəsəliyin açıldığı gündən 6 ay müddətində miras paydan imtinanın mövcudluğunu şərtləşdirmişdir. Belə ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir. Bundan əlavə məhkəmə qeyd edir ki, köhnə Mülki Məcəllədə vərəsənin mirasın bir hissəsindən imtina etməsinin, onun bütünlüklə mirasdan imtina etmiş hesab edilməsi kimi başa düşülməsinə dəlalət edən hər hansı müddəa mövcud olmamışdır. Odur ki, X10 atasından qalmış səhmlərdən imtina etməsi(hərçənd o, mirasdan imtina etmək üçün müddəti də ötürmüşdür) onun bütün əmlakdan mirasdan imtina etməməsi kimi qəbul edilməli və onun atasının sağlığında əldə etdiyi və atasından miras qalmış əmlakda payı müəyyən edilməlidir. Düzünə xətt ilə X9 birinci növbəli vərəsələrinin onun arvadı – Cavabdeh1 və onun oğlu - X16 olması mülki işin mübahisə olunmayan halıdır. Bundan başqa mübahisəsiz şəkildə aydın olur ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən sahəsi 0,09 ha təşkil edən 878 nömrəli bağ sahəsi Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli 525 saylı Sərəncamına əsasən Bağlar Təsərrüfatı İdarəsinin 31 nömrəli orderi əsasında mərhum (baba) X12 verilmişdir. Şübhəsizdir ki, həmin əmlak mərhumun Cavabdeh1 ilə birgə nikah müddətində əldə edilmiş əmlakdır. Belə ki, həmin vaxt qüvvədə olan Nikah və Ailə Məcəlləsinin 23-cü maddəsində əsasən, ər-arvadın nikah müddətində qazandıqları əmlak onların ümumi birgə mülkiyyəti hesab edilirdi. Həmin müddəa hazırkı münasibətlərə tətbiq edildikdə aydın olur ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən sahəsi 0,09 ha təşkil edən 878 nömrəli bağ sahəsi üzərində həm Cavabdeh1, həm də X9 1/2 hissədə payı vardır. Mülki işin hallarından görünür ki, X16 (ata) xx.xx.2021-ci il tarixində vəfat etmiş, onun vərəsələri anası Cavabdeh1, qızları İddiaçı1 və İddiaçı2 tanınmış və Vaqif Tağıyevdən qalan miras əmlakdan hər birinin 1/3 hissədə payı müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 və X9 birgə mülkiyyəti olan bağ sahəsinə dair onların oğulları Vaqif Tağıyevin ölümündən sonra Bakı şəhər 29 saylı notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixli, 2V-141 reystr nömrəli tam pay üzrə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilərkən, yalnız Cavabdeh1 vərəsəlik hüquqları təsbit edilmiş, digər vərəsə olan oğlu Vaqif Tağıyevin (onun yerində dayanan vərəsələrinin) vərəsəlik hüquqları pozulmuşdur. Yuxarıda qeyd edilən halları, yəni Cavabdeh1 birgə nikah dövründə əldə edilmiş əmlaka yarıbayarı payı olduğunu və Vaqif Tağıyevin də vərəsə olduğunu, lakin vəfat etdiyindən onun yerində vərəsələri - anası və qızları dayandığını nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən, sahəsi 0,09 ha təşkil edən 878 nömrəli bağ sahəsi üzərində Cavabdeh1 4/6 hissədə, nəvələri İddiaçı1 1/6 hissədə və X5 1/6 hissədə payları tanınmalıdır. Belə bir nəticəyə nail olmaq üçün xx.xx.2021-ci il tarixli, 2V-141 reystr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsi və Bakı şəhər 29 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-141 reystr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında Cavabdeh1 adından Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixdə verilmiş çıxarış etibarsız edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiqlənmiş 4Ə-1790 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilməli və xx.xx.2021-ci il tarixdə Daşınmaz əmlakın reyestrində Cavabdeh3 adına aparılmış qeydiyyat ləğv edilməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik tərəfindən əqdin etibarlı olması aşağıdakı şərtlər sistemi daxilində müəyyən edilir: 1) məzmunun qanuniliyi; 2) əqdi həyata keçirən hüquqi və fiziki şəxslərin əqddə iştirak etmək qabiliyyətinin olması; 3) iradə və iradə ifadəsinin müvafiqliyi; 4) əqdin formasına riayət edilməsi. Göründüyü kimi əqdlərin etibarlılığı onu təşkil edən elementlərin etibarlılığından asılıdır. Əqdin hansı elementinin qüsurlu olmasından asılı olaraq, etibarsız əqdlər bir neçə qrupa bölünür: subyektiv tərkibinin, iradənin, formanın və məzmunun qüsurlu olduğu etibarsız əqdlər. xx.xx.2021-ci il tarixli bağışlanma müqaviləsinə əsasən bağ sahəsi Cavabdeh1 tərəfindən onun birinci nikahından olan qızı Cavabdeh3 bağışlanılmışdır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən əsaslara görə bağışlama olarkən Cavabdeh1 bağ sahəsi üzərində tam pay üzrə sərəncam vermək hüququ olmamışdır. Odur ki, 4Ə-1790 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi həyata keçirilərkən əqdin subyektiv tərkibi pozulduğundan müqavilə etibarsız hesab edilməli və həmin müqavilə əsasında Daşınmaz əmlakın reyestrində Cavabdeh3 adına aparılmış qeydiyyat ləğv edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Bakı şəhər 29 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-141 reystr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilsin. Bakı şəhər 29 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-141 reystr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında Cavabdeh1 adından Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021ci il tarixdə verilmiş çıxarış etibarsız hesab edilsin. Bakı şəhər 29 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-141 reystr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiqlənmiş 4Ə-1790 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilsin. 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiqlənmiş 4Ə-1790 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında xx.xx.2021-ci il tarixdə Daşınmaz əmlakın reyestrində Cavabdeh3 adına aparılmış qeydiyyat ləğv edilsin. X6 miras qalmış, Nardaran bağ massivində yerləşən 878 saylı bağ sahəsi ünvanında yerləşən, ümumi sahəsi 349.4 kv.m. yaşayış (bağ) evində və həmin evin yerləşdiyi 0,09 ha. torpaq sahəsində miras qoyanın qanun üzrə vərəsələri olan arvadı (nənə) Cavabdeh1 4/6 hissədə, nəvələri İddiaçı1 1/6 hissədə və X5 1/6 hissədə payları müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasıya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-4117/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4117/2025
29.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver