Məhkəmə qərarları › İş №e-2(011)-4124/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4124/2025

15.10.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4124/2025 15.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdeh, cavabdehin nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildə çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küç 42 ünvanında yerləşən 529-530 nömrəli mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə iddianın dəqiqləşdirilməsi ərizəsi ilə müraciət edərək bildirmişdir ki, Cavabdeh iddiaçının oğlu X7 ilə ailə həyatı quraraq İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 529-530 nömrəli mənzilə (indiki bina 1, mənzil 66) gəlin köçmüşdür. İddiaçının oğlu ilə gəlini arasında artıq uzun müddətdir ki, ailədaxili münaqişələr davam etdiyindən onlar boşanma həddinə çatmış və onlar arasında nikahın pozulması tələbinə dair mübahisəyə Xətai Rayon Məhkəməsində baxılaraq barışıq üçün 3 aylıq müddət verilmiş, 24 aprel tarixinə məhkəmə iclası təyin edilmişdir. Cavabdeh iddiaçının dəfələrlə şifahi şəkildə iradlarına baxmayaraq iddiaçıya məxsus mənzili tərk etmir və iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır. Yuxarıda göstərilənlərə, Mülki və mülki-prosessual qanunvericiliyin müvafiq maddələrinə əsasən Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küç 42 ünvanında yerləşən 1 nömrəli binanın 66 nömrəli mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının oğlu Lətifov Rəşad ilə ailə həyatı quraraq İddiaçı məxsus Bakı şəhəri Xətai rayonu, G.Şıxlinski küç 42 ünvanında yerləşən 529-530 nömrəli mənzilə gəlin köçmüşdür. İddiaçının oğlu ilə gəlini arasında artıq uzun müddətdir ki, ailədaxili münaqişələr davam etdiyindən onlar boşanma həddinə çatmış və onlar arasında nikahın pozulması tələbinə dair mübahisəyə Xətai Rayon Məhkəməsində baxılaraq barışıq üçün 3 aylıq müddət verilmiş, 24 aprel tarixinə məhkəmə iclası təyin edilmişdir. Cavabdeh iddiaçının dəfələrlə şifahi şəkildə iradlarına baxmayaraq iddiaçıya məxsus mənzili tərk etmir və iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır. Tərəflərin izahatı: İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsini məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddiaya etiraz edərək rədd edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək rədd edilməsini xahiş etmişdir. İşin halları: 494 nömrəli 04 iyun 1996-cı il tarixli orderə əsasən İddiaçı ünvan 4 ünvanında yaşayış sahəsi verilmişdir. Orderdə yaşayış sahəsinə hüququ olan şəxslər kimi, İddiaçı, Lətifov Əlovsət, Lətifov Rəşad, Lətifov Ramal və Lətifov Rüfət qeyd edilmişdir. 22 fevral 2021-ci il tarixdə Xətai Rayon İcra Hakimiyyəti başçısının 101 saylı, xx.xx.2019-cu il tarixli sərəncamı ilə tədqiq edilmiş komissiya ilə İddiaçı arasında razılaşma aktı təsdiq edilmişdir. Akta əsasən İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığına əsasən Bakı Kondisionerləri Elmi İstehsalat Birliyinin xx.xx.1996-cı il tarixli 494 saylı Orderi ilə kirayə müqaviləsi əsasında binada sahəsi 28.8 kv.m. olan 529-530 saylı otaqın kirayəşini İddiaçı 30.000 manat birdəfəlik maddi yardım və 500 manat bir aylıq kirayə haqqı ödənilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda kirayəşin birdəfəlik maddi yardımın məbləği ilə razılaşaraq həmin təzminat məbləğinin bankda şəxsi hesabına köçürüldükdən 3 gün müddətində yaşadığı mənzilin boşaldılaraq sökülməsi üçün şərait yaradacağı öhdəliyini öz üzərinə götürmüşdür. Podratçı "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyəti ilə payçı İddiaçı arasında 10 mart 2021-ci il tarixdə Kooperativ Binada Mənzil Tikintisi haqqında 134 saylı müqavilə bağlamışdırlar. Müqaviləyə əsasən müqavilə qüvvədə olduğu müddət ərzində podratçı "xxxx" MMC-nin sifarişçi Xətai Rayon İcra Hakimiyyətinin sifarişi əsasında qəzalı vəziyyətdə hesab edilmiş Xətai rayonu, G.Şıxlinski küçəsi 42 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının (Bundan sonra “Qəzalı yaşayış binası” adlandırılacaq) sökülərək, həmin binanın yerində sakinlərə ayrılmış vəsait hesabına yeni çoxmənzilli yaşayış binasının inşa edilməsi və inşa ediləcək binada “Payçı"nı təmirsiz mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Payçıya Bina 1, 9-cu mərtəbə, 2 otaqlı, 54.5 kv.m., 66 saylı mənzil təqdim ediləcəkdir. Qəzalı yaşayış binasının sökülməsi və yerində yeni çoxmənzilli yaşayış binasının inşa edilməsi üçün ayrılmış dövlət vəsaitindən 30.500 (otuz inin beş yüz) manat kompensasiya vəsaitini "Payçı”nın bank hesabına köçürülmüşdür. 10 mart 2021-ci il tarixli 134 saylı maliyyə arayışına əsasən ünvan 5 ünvanında inşa edilən kooperativ yaşayış binası "xxxx" MMC-yə məxsusdur. 1-ci binanın, 1-ci girişi, yerdən 9-cu mərtəbəsində, ümumi sahəsi 54.5 kv.m. olan 2 otaqlı, 66 saylı təmirsiz mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir. Azərbaycan Respublikasinin İqtisadiyyat Nazirliyi Yaninda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X14 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-34423/2025 saylı, 5 avqust 2025-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, ev 42, 66 saylı mənzilin dövlət reyestrindən qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Məhkəmə tərəfindən "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə göndərilmiş sorğu nəticəsində müəyyən edilmişdir ki, Xətai rayon İcra Hakimiyyətinin sifarişinə əsasən "xxxx" MMC tərəfindən ünvan 5 ünvanında Fövqəladə Hallar Nazirliyinin rəyinə əsasən qəzalı vəziyyətdə hesab edilmiş yataqxana binasının sökülmüş və yerində 3 ədəd 12 mərtəbəli bina inşa edilmişdir. Yuxarıda qeyd olunan qəzalı yataqxanada hər bir mənzil sahibinə dövlət tərəfindən 30.000 manat məbləğində kompensasiya ödənilmişdir. Xətai rayon İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında imzalanmış Podrat Müqaviləsinə əsasən, dövlət tərəfindən sakinlərə ödənilmiş 30.000 manat kompensasiyanın müqabilində 54.5 kv.m sahədən ibarət təmirli mənzilin satılmasına "xxxx" MMC tərəfindən öhdəlik götürülmüşdür. Bununla bağlı ünvan 5 ünvanında qəzalı vəziyyətdə olan yataqxana binasının kompensasiya ödənilmiş sakinlərindən "xxxx" MMC-yə müraciət edən şəxslərə 30.000 manata 54.5 kv.m sahədən ibarət təmirli mənzillər satılmışdır. İddiaçı da yataqxana sakini olduğuna görə 30.000 manata kompensasiya ödənilmişdir. İddiaçı müraciətinə və Xətai rayon İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında imzalanmış Podrat Müqaviləsinə əsasən ona ünvan 5 ünvanında inşa edilən 1 saylı binanın 9-cu mərtəbəsində ümumi sahəsi 54.5 kv.m olan 2 otaqlı 66 saylı təmirsiz mənzilin satılmasına dair 10 mart 2021-ci il tarixli 134 saylı Müqavilə bağlanmışdır. Həmin mənzilin dəyəri İddiaçı tərəfindən "xxxx" MMC-yə tam ödənilmişdir. Bundan əlavə "xxxx" MMC ilə İddiaçı arasında 10 mart 2021-ci il tarixli 135 saylı Kooperativ Binada Mənzil Tikintisi haqqında Müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC tərəfindən İddiaçı ünvan 5 ünvanında inşa edilən 3 saylı binanın 9-cu mərtəbəsində ümumi sahəsi 54.5 kv.m olan 2 otaqlı 71 saylı təmirsiz mənzilin satılmışdır. Həmin mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir. Sonradan İddiaçı ünvan 5 ünvanında inşa edilən 3 saylı binanın 9-cu mərtəbəsində ümumi sahəsi 54.5 kv.m olan 2 otaqlı 71 saylı mənzilə olan pay hüququnu X1 və bununla bağlı tərəflər arasında Kooperativ Binada Mənzil Tikintisi haqqında 135 saylı Müqaviləyə 10 iyun 2024-cü il tarixli 1 saylı əlavə imzalanmışdır. Hal-hazırda həmin mənzilin sahibi X6r. İddia tələbinin hüquqi əsası: Azərbaycan Respublikasinin Konstitusiyasi Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Maddə 157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarı

1. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

2. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.

Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 04 iyun 1996-cı il tarixdə order alaraq Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi 42, 529-530 saylı otağına yaşamaq hüququ əldə etmişdir. Onunla birlikdə həmin yaşayış sahəsinə həyat yoldaşı Əlövsət Lətifov və uşaqları Rəşad Lətifov, Ramal Lətifov, Rüfət Lətifov yaşamaq hüququ əldə etmişdirlər. Həmin şəxslərdən X7 22 iyun 2016-cı il tarixdə Cavabdeh ilə nikaha daxil olmuş və sonuncu həmin tarixdə qeyd olunan yaşayış sahəsinə gəlin köçmüşdür. Tərəflərin birgə nikahdan iki övladı - xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2020-ci il təvəllüdlü X9 dünyaya gəlmişdir. Sözügedən yaşayış sahəsi Fövqəladə Hallar Nazirliyinin rəyinə əsasən qəzalı vəziyyətdə hesab edildiyindən Xətai rayon İcra Hakimiyyətinin sifarişinə əsasən "xxxx" MMC tərəfindən həmin yataqxana sökülərək yerində 3 ədəd 12 mərtəbəli bina inşa edilmişdir. Sökülən yataqxananın 529-530 saylı otağının kirayəşini İddiaçı 30.000 manat birdəfəlik maddi yardım və 500 manat bir aylıq kirayə haqqı ödənilmişdir. Xətai rayon İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında imzalanmış Podrat Müqaviləsinə əsasən, dövlət tərəfindən sakinlərə ödənilmiş 30.000 manat kompensasiyanın müqabilində 54.5 kv.m sahədən ibarət təmirli mənzilin satılmasına "xxxx" MMC tərəfindən öhdəlik götürülmüşdür. Bununla bağlı ünvan 5 ünvanında qəzalı vəziyyətdə olan yataqxana binasının kompensasiya ödənilmiş sakinlərindən "xxxx" MMC-yə müraciət edən şəxslərə 30.000 manata 54.5 kv.m sahədən ibarət mənzillər satılmışdır. İddiaçı müraciətinə və Xətai rayon İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında imzalanmış Podrat Müqaviləsinə əsasən ona ünvan 5 ünvanında inşa edilən 1 saylı binanın 9-cu mərtəbəsində ümumi sahəsi 54.5 kv.m olan 2 otaqlı 66 saylı mənzilin satılmasına dair 10 mart 2021-ci il tarixli 134 saylı müqavilə bağlanmışdır. Həmin mənzilin dəyəri İddiaçı tərəfindən "xxxx" MMC-yə tam ödənilmişdir. Bununla da, İddiaçı həmin mənzil üzərində sahiblik və istifadə hüquqları yaranmışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, “İnsan hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri baxımından iddiaçının sözü gedən mənzilə dair mülkiyyətə gözlənti hüququ da yaranmışdır. Qeyd olunan ünvan 6 ünvanında yerləşən 66 saylı mənzildə 2021-ci il tarixdən İddiaçı, oğlu X7 və onun həyat yoldaşı Cavabdeh yaşamağa başlamışdırlar. Bir müddət sonra X7 ilə Cavabdeh münasibətləri pozulmuş və X7 nikahın pozulması üçün müraciət etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1714/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddiaçı X7 ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə 3 saylı Bakı “ASAN Xidmət” X2 2348 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ünvan 6 ünvanında yerləşən 66 saylı mənzilin sahibi İddiaçı olması işin mübahisəsiz halıdır. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya məxsus mənzildən çıxarılması məsələsinə qiymət verilərkən ilkin olaraq onun mənzilə dair istifadə hüququnun olub-olmaması müəyyən edilməlidir. Mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh qeyd edilən mənzildə 2021-ci ildən yaşamağa başladığından, onun mənzillə bağlı hüquqlarının yaranıb-yaranmadığı həmin tarix əsas götürülərək Azərbaycan Respublikasının 2009-cu il 30 iyun tarixli 845-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin müvafiq normalarına əsasən araşdırılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən iddiaçının keçmiş gəlini Cavabdeh iddiaçının ailə üzvü və ya özünün saxlanılmasını tələb etmək hüququ olan qohumu hesab edilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququ yaranmamışdır. Göstərilənlərlə yanaşı, mülki işin məhkəmə araşdırması zamanı, müəyyən edilmişdir ki, Cavabdeh mübahisəli mənzildə yaşaması üçün hər hansı digər hüquqi əsası yoxdur. Belə olan halda məhkəmə iş üzrə müəyyən edilmiş bütün halları nəzərə alaraq hesab edir ki, Cavabdeh mübahisəli mənzildə yaşaması üçün hər hansı bir hüquqi əsası olmadığından sonuncunun həmin mənzildə saxlanılması İddiaçı mənzilə dair hüquqlarının qanunsuz şəkildə məhdudlaşdırılmasına gətirib çıxaracaqdır. Odur ki, iddia təmin edilərək Cavabdeh İddiaçı məxsus ünvan 6 ünvanında yerləşən 66 saylı mənzildən məcburi qaydada çıxarılmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus ünvan 7 ünvanında yerləşən mənzildən çıxarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim : Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar