Məhkəmə qərarları › İş №e-2(011)-4138/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-4138/2024

05.07.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-4138/2024 05.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, İddiaçı, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 iştirakları, X1 tərcüməçiliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Barışıq sazişinə əsasən müəyyən edilmiş şərtlərin bərpa edilərək Barışıq sazişindən kənar icra edilmiş nəticələrin ləğv edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Barışıq sazişinə əsasən müəyyən edilmiş şərtlərin bərpa edilərək Barışıq sazişindən kənar icra edilmiş nəticələrin ləğv edilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Mülki iş üzrə xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində 4 məhkəmə hazırlıq iclası keçirilmişdir. İddiaçı bütün məhkəmə hazırlıq iclaslarında iştirak etmişdir.

Tətbiq edilən hüquq:

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 114.1. ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa; 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 259.0. məhkəmə aşağıdakı hallarda iddia ərizəsini baxılmamış saxlayır: 259.0.12. ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda;

4. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı:

13. Məhkəmələrə xatırladılır ki, iddia ərizəsində (ərizədə, şikayətdə) Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində müəyyən olunmuş məlumatlar dəqiq göstərilməli və ərizəyə 150-ci maddədə göstərilən sənədlər əlavə edilməlidir. Məhkəməyə müraciət edən şəxs ərizənin qanunla müəyyən edilmiş məzmununa əməl etmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə təkrar müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində nəzərdə tutulmuş sənədlərin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır.

İşə baxan məhkəmənin mövqeyi:

5. Məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır.

6. Belə ki, ərizədə Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən, 149-cu maddədə nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizənin baxılmamış saxlanılması mümkündür. Məhkəmə xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində 4 hazırlıq iclası keçirmiş, iddiaçı bütün hazırlıq iclaslarında iştirak etmiş, bir neçə dəfə iddia tələbini dəqiqləşdirməklə bağlı ərizə vermiş, lakin idda tələbini qanunvericiliyin tələbinə uyğun aydın və dəqiq formada irəli sürə bilməmişdir.

7. Məhkəmə qeyd edir ki, iddiaçının iddia ərizəsində qeyd edilmiş iddia tələbi aydın olmadığından keçirilmiş məhkəmə hazırlıq iclaslarında məhkəmə tərəfindən iddiaçıya iddia tələbini dəqiqləşdirmə etmək təklif edilmiş, xx.xx.2024-cü il tarixində iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etsə də yenə də iddia tələbinin dəqiq və konkret olaraq nədən ibarət olduğu ərizədə öz əksini tapmamışdır. Bu səbəbdən məhkəmə araşdırmasının davam etdirilməsi mümükün olmamışdır. Məhkəmə hesab edir ki, sadalanan hallar mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır.

8. Həmçinin, iddiaçının ərizəsi baxılmamış saxlanıldığından ödənilmiş dövlət rüsumu da geri qaytarılmalıdır.

9. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 114, 259.0.6, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Barışıq sazişinə əsasən müəyyən edilmiş şərtlərin bərpa edilərək Barışıq sazişindən kənar icra edilmiş nəticələrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın.

2. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə “Kapital Bank” ödəniş sistemi vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına ödənilmiş ********** qəbz nömrəli 100 (yüz) manat dövlət rüsumu geri qaytarılsın.

3. Qərardadın rüsumun qaytarılması hissəsində icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin.

4. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar