Məhkəmə qərarları › İş №e-2(011)-4159/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4159/2023

09.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4159/2023 09.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Adın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhər 40 saylı Dövlət Notariat Kontoruna qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə) “icra qeydinin ləğv edilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Bakı şəhər 40 saylı Dövlət Notariat Kontoruna qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə) “icra qeydinin ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 40 saylı Notariat ofisi tərəfindən verilmiş icra qeydinin ləğv olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC mülki dövriyyədə boya məhsullarının satışı üzrə fəaliyyət göstərir. Bakı şəhəri, Xətai rayonu İcra şöbəsi tərəfindən Bakı şəhəri 40 saylı Notariat ofisinin 8İ-2063 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbinin könüllü icra edilməsi ilə bağlı iddiaçın hüquqi ünvanına bildiriş göndərilmişdir. Daha sonra iddiaçının nümayəndəsi şöbə ilə əlaqə saxlamış və bununla bağlı sənədləri təqdim etməyi bildirmişdir. Şöbə tərəfindən cavabdehin verdiyi icra qeydinin surəti iddiaçının nümayəndəsinə təqdim edilmişdir. Həmin icra qeydində iddiaçıdan "xxxx" MMC-nin xeyrinə 77,07 manat borcun tutulması göstərilmişdir. İddiaçının nümayəndəsi dərhal cavabdehlə əlaqə saxlamış və ondan xx.xx.2023-cü il tarixdə iddiaçı barədə verilən icra qeydinə əsas olan sənədləri tələb etmişdir. Cavabdeh daha sonra iddiaçının nümayəndəsinə üçüncü şəxs ilə iddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, xx.xx.2016-cı il tarixli müqavilələrin surətini təqdim etsə də, borcu təsdiq edən heç bir sənəd təqdim etməmişdir. Həmçinin üçüncü şəxs tərəfindən borcun ödənilməsi ilə bağlı iddiaçının hüquqi ünvanına heç bir bildiriş göndərilməmişdir. Borc tələbi üzrə iddia müddətinin keçməsi və cavabdeh tərəfindən borcu təsdiq edən sənədlər olmadan icra qeydinin aparılması bu qeydin ləğv olunması üçün əsasdır. Belə ki, iddiaçı ilə üçüncü şəxs arasındakı müqavilələrin tarixi xx.xx.2015-ci, xx.xx.2016-cı illərdir, lakin icra qeydinin tarixi xx.xx.2023-cü ildir. Göründüyü kimi, cavabdeh icra qeydini tələb etmək hüququnun yarandığı gündən 8 ildən çox müddət keçəndən sonra vermişdir. Daha sonra "xxxx" MMC-nin qanuni nümayəndəsi Qanuni nümayəndə Qurbət oğlu məhkəməyə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq bildirmişdir ki, "xxxx" MMC uzun müddətdir fəaliyyətini dayandırmışdır və artıq sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. Şirkət müqavilələr əsasında Azercell Telekom MMC-dən müvafiq mobil nömrələri əldə etmişdir. 2018-ci il tarixə qədər həmin nömrələrdən istifadə etmiş, daha sonra istifadəni dayandırmışdır. Belə ki, həmin tarixdə şirkətin mağazası bağlanmış, daha sonra isə fəaliyyətini dayandırması barədə Dövlət Vergi Xidmətinə ərizə ünvanlamışdır. Şirkətin balansında olan 050 *** ** ** nömrəsi isə onun işçisi X2 xidməti istifadəsində olmuşdur. Azercell Telekom MMC-nin məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, şirkətin məlumatı olmadan həmin nömrə istifadə edilmiş və borc məbləği yaranmışdır. "Məlumat" adlı sənəddəki zəng edilən nömrələri yığaraq onların sahibləri ilə danışaraq nömrələrdən qanunsuz istifadə edən şəxsin şəxsiyyətini müəyyənləşdirilmişdir. Bu faktı 050 *** ** ** nömrəsindən zəng edilən 070 *** ** ** və digər nömrə sahibləri təsdiq edə bilər. Qanunsuz istifadə edən şəxsin adı X1, həmin şəxs şirkətdə sürücü işləmiş və 2018-ci ildə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. X3 Usman xidməti məqsədlər üçün ona verilən nömrədən təəssüf ki, şəxsi məqsədləri üçün istifadə etmişdir. 2018-ci ildən 2022-ci ilə qədər istifadə dövründə 2021-ci ilə qədər olan dövr üçün xidmət haqqını ödəsə də, sonrakı dövrdə ödəməmişdir. Qeyd edək ki, şirkət 2018-ci ildən bu günə qədər həmin nömrələr üçün ödəniş etməmişdir. X4 Usmanla əlaqə yaradıblar, borcu etiraf edir və qısa müddətdə ödəyəcəyini bildirir. Amma şirkətin fəaliyyəti dayandırıldığı üçün, bank hesabı olmadığı üçün ödənişin hansı formada həyata keçiriləcəyi sual altındadır. Odur ki iddiaçı həmin şəxsdən borc məbləğinin alınmasının təmin edilməsi və ödənişlə bağlı məsələlərin müzakirəsi üçün hazırlıq iclasının təxirə salınmasını xahiş edir. İddiaçı "xxxx" MMC məhkəmənin növbəti iclaslarının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclaslarına çağırılsa da, iddiaçı təşkilat nümayəndənin iştirakını təmin etməmişdir. Cavabdeh ünvan 1 ünvanlanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC tərəfindən məhkəməyə ərizə ünvanlanaraq işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması və iddia tələblərinin təmin edilməməsi xahiş edilmişdir. Cavabdeh Bakı şəhər 40 saylı Dövlət Notariat Kontorunun işin onun iştirakı olmadan baxılmasına dair ərizəsini nəzərə alınaraq, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri 40 saylı Notariat Kontorunin 8İ-2063 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 77 manat məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icraata başlamaq haqqında qərar və bildirişin surəti borclu İddiaçı ünvanına xx.xx.2023-cü il tarixdə göndərilmişdir. İş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, "xxxx" MMC-nin fəaliyyəti müvəqqəti olaraq xx.xx.2021-ci il tarixdən xx.xx.2026-ci il tarixədək dayandırılmışdır. İş materiallarına əlavə edilmiş borclu nömrələrə dair cədvəldən görünür ki, "xxxx" MMC-nin ********* saylı mobil nömrə üzrə 6,61 manat borc məbləğinin son ödəniş tarixi xx.xx.2021-ci il tarixidir. ********* saylı mobil nömrə üzrə 70,46 manat borc məbləğinin son ödəniş tarixi xx.xx.2022-ci il tarixidir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləndirilmiş vaxtda və yerdə lazımi şəkildə müqavilənin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvaf:q olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.4-cü maddəsinə əsasən notariat orqanlarının icra qeydləri icra sənədləri sayılır “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələbinə görə borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında" Təlimatın 161 -ci hissəsinə görə borclunun olduğu yer üzrə notariuslar borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün əlaqədar şəxslərin ərizələrinə əsasən borcu müəyyən edən sənədlərdə icra qeydləri aparırlar. Borcların icra qeydini əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı”nın 1 -ci hissəsinə uyğun olaraq pulun ödənilməsin' umlar.n qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq ec;i!miş müqavilələrdə icra qeydinin aparılması üçün notariusa aşağıdakı sənədlcr təqdim olunmalıdır: 1) notariat qaydasında təsdiq edilmiş müqavilənin əsli; 2) borcluya göndərilmiş ödəniş müddətinin keçməsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında yazılı bildiriş. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında" Təlimatın 162-ci hissəsinə əsasən icra qeydləri aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Hazırkı halda, iddia tələbləri onunla əsaslandırılmışdır ki, üçüncü şəxs tərəfindən borcun ödənilməsi ilə bağlı iddiaçının hüquqi ünvanına heç bir bildiriş göndərilməmişdir. Bundan başqa borc tələbi üzrə iddia müddəti keçmişdir və cavabdeh tərəfindən borcu təsdiq edən sənədlər təqdim edilməmişdir. İddianın dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş “notariat icra qeydi haqqında ərizə”dən görünür ki, borc tələbi barədə bildiriş "xxxx" MMC tərəfindən TA005114129AZ saylı poçt qəbzi ilə "xxxx" MMC-yə göndərilmişdir. Həmin ərizə üzrə öhdəliyi müəyyən edən sənədlər qismində 512414140, ********* saylı müqavilələr qeyd edilmişdir. Həmin müqavilələrin surəti notariat işinin materiallarına əlavə edilmişdir. "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanılmış ********* saylı xx.xx.2015-ci il tarixli və ********* saylı xx.xx.2016-cı il tarixli müqavilələrin 4.1-ci maddəsində göstərilmişdir ki, abunəçi xidmət haqqını, müqavilə ilə müəyyənləşdirilən digər ödənişləri və ya hər hansı borc məbləğlərini hər faktura dövrünün sonunda müvafiq hesab-fakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər ödəməlidir. İş materiallarına əlavə edilmiş borclu nömrələrə dair cədvəldən görünür ki, "xxxx" MMC-nin ********* saylı mobil nömrə üzrə 6,61 manat borc məbləğinin son ödəniş tarixi xx.xx.2021-ci il tarixidir. ********* saylı mobil nömrə üzrə 70,46 manat borc məbləğinin son ödəniş tarixi xx.xx.2022-ci il tarixidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Belə ki, müqavilələrin 4.1-ci maddəsinə görə müqavilələr üzrə iddia müddətləri müvafiq hesab-fakturada nəzərdə tutulan son ödəmə tarixindən hesablanmalıdır. Həmin ödənişlərin son icra günü tarixindən üç illik müddət keçməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbləri əsassızdır və buna görə də təmin edilməli deyil. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 234-234 və 360-cı maddələrinə əsasən, məhkəmə qətetdi: İddiaçı cavabdeh Bakı şəhər 40 saylı Dövlət Notariat Kontoruna qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə) “icra qeydinin ləğv edilməsi” barədə iddia tələbləri təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar