Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4171/2022 04.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Bayramova Nərmin Nizami qızının katibliyi İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh MMC-nin nümayəndəsi Seleznev Valeriyin, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı cavabdeh hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 012K nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-də supervayzer vəzifəsinə bərpa olunması və işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 02 mart 2020-ci il tarixli 07 saylı Əmr iləCavabdeh MMC-nin supervayzeri (qərb bölgəsi üzrə) vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 11 aprel 2022-ci il tarixdə 012K nömrəli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini əsas gətirilərək əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2022-ci il tarixdə 001NİT nömrəli əmrlə İddiaçı töhmət elan edilmişdir. Əmrdə hansı tapşırığın nəzərdə tutulduğu aydın deyil, həmçinin əsas olaraq məsul şəxsin təqdimatı və məktub göstərilmişdir. Əmrdə əsas kimi göstərilmiş məktub, İddiaçı cavab məktubudur. Həmin məktubda İddiaçı ona verilmiş tapşırıqları yerinə yetirdiyini, hesabatları vaxtında verdiyini göstərmişdir. Bundan 28 gün sonra 11 aprel 2022-ci il tarixdə 012K nömrəli əmr ilə İddiaçı işdən azad edilmişdir. Əmrdə qeyd olunur ki, Cavabdeh MMC-nin qərb bölgəsi üzrə supervayzeri İddiaçı xx.xx.2022-ci il tarixdən ona satış üzrə direktor müavini Seleznev Valeriy tərəfindən verilən tapşırıqları yerinə yetirməmişdir. Əmrdə hansı tapşırıqların yerinə yetirilməməsi aydın deyil. Halbuki, əmrdə tapşırıq aydın və konkret qeyd edilməlidir. İddiaçı bildirdiyinə görə ona iki tapşırıq verilib. 1ci tapşırıq - 2021-ci ilin dekabr ayında “Bonde” uşaq peçenyasının hər satış təmsilçisi 600 ədəd satılması olmuşdur. İddiaçı satışı yerinə yetirdiyini bildirmişdir. 2-ci tapşırıq ərazinin və marşurutların optimallaşdırılması, yəni 6 satış təmsilçisinin 110-120 satış nöqtələri var, böyük dövriyyəli satış agentlərindən kiçik dövriyyəli satış agentlərinə keçid edilməsi olmuşdur. Tapşırıqların tam yerinə yetirilməsi elektron poçt vasitəsi ilə yazışmalarla sübut ediləcəkdir. Yazışmalardan işçiyə işdən özü çıxması üçün təzyiq göstərildiyi görünür. Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbinə əsasən əmək müqaviləsinin ləğv edilməsinin əsası göstərilməlidir. Lakin, 11 aprel 2022-ci il tarixdə 012K nömrəli əmrdə işəgötürən əmək müqaviləsinin ləğv edilməsinin əsası kimi tapşırıqların yerinə yetirilməməsinə görə xx.xx.2022-ci il tarixli töhməti verilməsi, sonra töhmətdən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozmasını qeyd etməklə kifayətlənmişdir. Lakin, əmrdə işçinin hansı tapşırıqları yerinə yetirməməsi göstərilməmişdir. Halbuki, İddiaçı tapşırıqları vaxtında yerinə yetirmişdir. Əmrdən görünür İddiaçı işdən azad etməyi əvvəlcədən planlaşdırmışdır. Beləki, İddiaçı 14 mart 2022-ci il tarixdə töhmət verilmiş, həmin gün direktor müavini tərəfindən İddiaçı əmək funksiyalarını yerinə yetirməməsi ilə bağlı direktora təqdimat verilmişdir. 28 gün sonra isə İddiaçı işdən azad edilmişdir. Əmrin verilməsi üçün əsas xx.xx.2022-ci il tarixdə 001NİT nömrəli əmr, direktor müavinin təqdimatı, xx.xx.2022-ci il tarixli məktub göstərilmişdir. 11 aprel 2022-ci il tarixdə 012K nömrəli əmrdə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Əmrdə və ona əsas olan sənədlər işçinin müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması haqqında heç bir yoxdur, çünki, belə bir hal yoxdur. İddiaçı 12 aprel 2022-ci il tarixdə əmək mübahisəsinin mediasiya vasitəsi ilə həlli məqsədi iləCavabdeh MMC təklif göndərmiş, 13 aprel 2022-ci il tarixdə təklif qəbul edilmişdir. Təklifə cavab verilmədiyində mediatorun təyin edilməsi haqqında Bakı 2 saylı mediasiya təşkilatına müraciət edilmiş, lakin, mediasiya prosesində razılıq əldə etmək mümkün olmamışdır. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2020-ci il əmək müqaviləsinin surətindən görünür ki, işçi ərazi satışları şöbəsində supervayzer vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsi müddətsiz bağlanmışdır. İşçi aşağıdakı funksiyalarının icrasını öhdəsinə götürür: - tabeçiliyində olan işçilərin qarşısında qoyulmuş vəzifələri onların nəzərinə çatdırmaq, işçilərin qoyulmuş vəzifələrin həllinə hazırlığını yoxlamaq; iş sahələrinin işçilər arasında bölgüsündə iştirak etmək; - ticarət nümayəndələri komandasının işinə düzəlişlər etmək, planlaşdırılmamış, yaxud qeyri-standart vəziyyətlər yarandıqda, işin ümumi qaydası pozulduqda işçiləri müəyyən işlərin icrasına təyin etmək; - işçi əmək funksiyasının yerinə yetirərkən işə götürənə özünün istehsal fəaliyyəti ilə bağlı ixtiraları, səmərələşdirici təklifləri haqqında məlumat verməlidir. Tərəflər arasında imzalanmış əmək müqaviləsinin şərlərinə görə əmək müqaviləsi tərəflərdən birinin təşəbbüsü ilə Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş əsaslara və qaydaya ciddi riayət olunmaqla ləğv oluna bilər. İş materiallarında olan xx.xx.2022-ci-xx.xx.2022-ci il tarixlərində İddiaçı ilə Valeriy Seleznev arasında aparılmış elektron məktub yazışmalarının nüsxələrindən görünür ki, X2 Həsənov tərəfindən ərazinin optimallaşdırılması üzrə hesabatların düzgün aparılmadığını bildirmiş, sonuncu hesabatın tamamlandığını, sadəcə bəzi addımları - TT-nin düzgün bölmək və hüquqi şəxsləri iki sətrə bölmək, yekunlaşdırmaq gərəkdiyini bildirmiş, izahat verməkdən imtina etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixində Abbas Qasanov ilə Valeriy Seleznev arasında aparılmış elektron məktub yazışmalarının nüsxələrindən görünür ki, sonuncu İddiaçı hansı ərazidə və hansı TP-lərlə işlədiyini məruzə etməməklə daxili nizamı pozub, bununla bağlı İddiaçı izahat tələb edir, cavab olaraq İddiaçı məruzə etməyəcəyini bildirib. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Valeriy Seleznevun Cavabdeh MMC-nin müdirinə məruzəsinin surətindən görünür ki, xx.xx.2022-ci il SV satış şöbəsi, Həsənova Abbasın qarşısında ərazilərin və TP marşrutların optimallaşdırılması tapşırığı verilmişdir. İcra müddəti xx.xx.2022-ci ilədək müəyyən edilmişdir. Tapşırıq elektron poçtuna göndərilmiş, lakin İddiaçı tapşırığı icra etməmişdir. Valeriy Seleznev tərəfindən tapşırığın icrası üçün əlavə vaxt verilmişdir. xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək İddiaçı xəstəliklə bağlı büllütendə olmuşdur. xx.xx.2022-ci il tarixdə İddiaçı eyni tapşırıq verilmiş, icra müddəti xx.xx.2022-ci il tarixinədək müəyyən edilmişdir. Tapşırığı icra edilməsi qaydası İddiaçı izah edilmiş, buna baxmayaraq, vacib tapşırıq icra edilməmişdir. Göstərilənlərə əsasən müəyyən etmək olar ki, İddiaçı əmək müqaviləsində göstərilən əmək funksiyalarını icra etməyə istəmir və bacarmır, bununla da şirkətin ona həvalə edilmiş ərazidə inkişafını ləngidir. İş materiallarında olan Cavabdeh MMC-nin müdiri tərəfindən İddiaçı Bayram oğluna ünvanlanmış məktubun surətindən görünür ki, sonuncudan yazılı tapşırığın verilməsi tələb edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Valeriy Seleznevun Cavabdeh MMC-nin müdirinə məruzəsinin surətindən görünür ki, o, xx.xx.2022-ci il tarixində şirkətin Gəncə filialına gəlmişdir. Həmin gün satış şöbəsinin supervayzeri İddiaçı ilə görüşü təyin edilmişdir. Görüşün mövzusu İddiaçı ona verilmiş tapşırıqların icra edilməməsi ilə bağlı yazılı izahatların alınması olmuşdur. Yuxarıda göstərilənlərdən aşkar olur ki, əmək müqaviləsində göstərilən əmək funksiyalarını icra etmək istəmir və qərəzli olaraq münaqişə yaradır. İş materiallarında olan Cavabdeh MMC-nin müdiri tərəfindən İddiaçı Bayram oğluna ünvanlanmış məktubun surətindən görünür ki, sonuncudan tapşırıqların tam yerinə yetirilməməsi, bu barədə ona ünvanlanmış məktubu qəbul etməməyi və yazılı izahat verməkdən imtina etməyi barədə ümumiləşdirilmiş yazılı izahat verməyi tələb edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Valeriy Seleznevun Cavabdeh MMC-nin müdirinə məruzəsinin surətindən görünür ki, xx.xx.2022-ci il SV satış şöbəsi, Həsənova Abbasın qarşısında ərazilərin və TP marşrutların optimallaşdırılması tapşırığı verilmişdir. İcra müddəti xx.xx.2022-ci ilədək müəyyən edilmişdir. Tapşırıq elektron poçtuna göndərilmiş, lakin İddiaçı tapşırığı icra etməmişdir. Valeriy Seleznev tərəfindən tapşırığın icrası üçün əlavə vaxt verilmişdir. xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək İddiaçı xəstəliklə bağlı büllütendə olmuşdur. xx.xx.2022-ci il tarixdə İddiaçı eyni tapşırıq verilmiş, icra müddəti xx.xx.2022-ci il tarixinədək müəyyən edilmişdir. Tapşırığı icra edilməsi qaydası İddiaçı izah edilmiş, buna baxmayaraq, vacib tapşırıq icra edilməmişdir. xx.xx.2022-ci il tarixdə Gəncə şəhərində baş tutmuş görüş zamanı, İddiaçı ilə kompüter qarşısında nəyin və hansı qaydada icra etmək lazım olduğunu izah etmişdir. Tapşırığın icra edilməsi üçün yeni müddət xx.xx.2022-ci il tarixə saat 18:00-dək müəyyən edilmişdir. Müddət bitənə qədər İddiaçı icra etdiyi tapşırığı onun elektron poçtuna göndərmişdir. Tapşırıq bir çox səhvlərə görə icra edilməmişdir. Göstərilənlərə əsasən müəyyən etmək olar ki, İddiaçı əmək müqaviləsində göstərilən əmək funksiyalarını icra etmək istəmir və bacarmır, bununla da şirkətin ona həvalə edilmiş ərazidə inkişafını ləngidir. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli 001NİT nömrəli əmrin surətindən görünür ki, İddiaçı verilmiş tapşırıqları tam şəkildə yerinə yetirməmiş, yerinə yetirilməməsinin səbəblərini aydınlaşdırmaq üçün yazılı izahat verməkdən imtina etmişdir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respulikası Əmək Məcəlləsinin 186cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən İddiaçı töhmət elan edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli 012K nömrəli əmrin surətindən görünür ki, cəmiyyətin qərb bölgəsi üzrə supervayzeri İddiaçı Bəhrəm oğlu xx.xx.2022-ci il tarixdən ona satış üzrə direktor müavini Seleznev Valeriy tərəfindən verilən tapşırıqlar yerinə yetirməmişdir. Bununla bağlı Valeriy Seleznev tərəfindən İddiaçı tapşırıqların yerinə yetirilməməsinin səbəbinin izah edilməsi xahiş olunmuş, lakin İddiaçı izahatın verilməsindən imtina etmişdir. xx.xx.2022-ci ildə Valeriy Seleznevun yazılı təqdimatı əsasında Cəmiyyət tərəfindən İddiaçı məktub göndərilmiş, həmin məktubda İddiaçı əmək funksiyalarının icra edilməməsi ilə bağlı izahatın verilməsi xahiş olunmuş, lakin İddiaçı izahat verməmişdir. Bunu nəzərə alaraq xx.xx.2022-ci il tarixli 001NİT nömrəli əmrlə İddiaçı ona verilmiş tapşırıqların tam yerinə yetirməməsinə görə töhmət verilmişdir. xx.xx.2022-ci ildə Valeriy Seleznev tərəfindən yeni təqdimat daxil olmuş, həmin təqdimatda İddiaçı əmək funksiyalarının yenidən yerinə yetirməməsi göstərilmişdir. Cəmiyyət tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı izahatın verilməsi ilə bağlı məktub göndərilmişdir. xx.xx.2022-ci il tarixli cavab məktubunda İddiaçı tərəfindən ona verilmiş bütün tapşırıqların yerinə yetirilməsi qeyd olunsa da, faktiki olaraq onun tərəfindən tapşırıqlar yerinə yetirilməmişdir. Beləliklə də, İddiaçı ona verilmiş töhmətdən nəticə çıxarmayaraq əmək funksiyalarını təkrarən pozmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq, cəmiyyətin supervayzeri işləyən İddiaçı Bəhrəm oğlu ilə bağlanmış əmək müqaviləsi, xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndində sadalanan hal) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən (xx.xx.2022-ci il tarixli 001NİT nömrəli əmr) nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozduğu üçün ləğv edilmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 1-ci bəndinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” hissəsinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” hissəsinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” hissəsində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən, əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək intizam tənbehi olmaqla ən ağır tənbeh növüdür. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Göründüyü kimi, işçi tərəfindən əmək vəzifələrini kobud şəkildə pozulması hallarından biri də əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozulmasıdır. Cavabdeh MMC İddiaçı ilə əmək müqaviləsinə xitam verdikdə bu halı əsas göstərsə də, məhkəmə araşdırması zamanı işçi İddiaçı tərəfindən təkrarən əmək funksiyasının pozuntusu halı müəyyən edilməmişdir. Belə ki, işəgötürən tərəfindən xx.xx.2022-ci il tarixli 001NİT nömrəli əmrlə İddiaçı ona verilmiş tapşırıqların tam yerinə yetirməməsinə görə töhmət verildikdən əvvəl İddiaçı əmək funksiyalarının yerinə yetirməməsi onun təkrarən (yenidən) əmək funksiyasını pozulması hesab edilə bilməz. Digər tərəfdən məhkəmə qeyd edir ki, işçinin intizam tənbehi tətbiq edilməsi ilə əlaqədar izahatın alınması işçinin əmək funksiyası deyil, işçiyə intizam tənbehin verilməsi qaydasıdır. Odur ki, İddiaçı tərəfindən yazılı izahatın verilməsindən imtina əmək funksiyasının pozuntusu kimi qiymətləndirilmir. Belə olan halda məhkəmə hesab edir ki, işəgötürən Cavabdeh MMC tərəfindən işçi İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli 012K nömrəli əmri qanunsuz olduğuna görə ləğv edilməli, İddiaçı Cavabdeh MMC-də supervayzer vəzifəsinə bərpa olunmalı və məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddiaların məhkəməyə verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən 100 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsində ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. İddiaçı Bəhrəm oğlunun işdən azad olunmağı barədə Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli 012K nömrəli əmri ləğv edilsin. Həsənov X1 Abbas Bəhram oğlu Cavabdeh MMC-də supervayzer vəzifəsinə bərpa edilsin və məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilsin. 100 manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-4171/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4171/2022
04.08.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver