Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4205/2025 18.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsini, Füzuli Rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi “doğum faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələbi və dəlilləri Ərizəçinin qardaşı X3 doğum faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi qardaşı X9 (Ş/v: AZE 02706650; FİN: 2G1574B) xx.xx.2024-cü il tarixdə dəqiqləşdirilməmiş ürək çatışmazlığı diaqnozu ilə vəfat etmiş və ölüm faktı Füzuli Rayon Qeydiyyat Şöbəsinin AZ-İİ № 142929 nömrəli, 11 yanvar 2024-cü il tarixli ölüm haqqında şəhadətnamə ilə öz təsdiqini tapmışdır. Ərizəçinin qardaşı X9 vəfat edərkən mülkiyyətində (X1 ilə birgə mülkiyyətində) ünvan 1 ünvanında yerləşən **********22-05101-093006 dövlət reyestr nömrəli mənzil olmuşdur. Hazırda həmin əmlakla bağlı vərəsəlik münasibətlərinin həyata keçirilməsi üçün X3 1938-ci ildə Azərbaycan Respublikası Füzuli rayonunda anadan olması faktının məhkəmə qaydasında təsdiq edilməsi zərurəti ortaya çıxmışdır. Ərizəçi mərhum qardaşı X3 doğum faktına dair şəhadətnamənin əldə edilməsi ilə bağlı Füzuli Rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, həmin idarənin 17 aprel 2025-ci il tarixli, 3-16-58-11-227/25 nömrəli cavab məktubunda Füzuli Rayon Qeydiyyat Şöbəsinin arxivinə və elektron məhkəmə sisteminə baxış zamanı X4 doğumu barədə heç bir akt qeydinin aşkar edilmədiyi qeyd edilmiş və məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Bu səbəbdən də həmin şəxsin doğum faktının məhkəmə qaydasında təsdiq edilməsi zərurəti ortaya çıxmışdır. Belə ki, Ərizəçi qardaşı X5 məxsus ünvan 1 ünvanında yerləşən **********22-05101-093006 dövlət reyestr nömrəli mənzil üzərində qanun üzrə vərəsəlik hüququnun yaranması üçün X3 doğum faktı məhkəmə qaydasında təsdiq olunmalıdır. Hazırda ərizəçinin qardaşının birinci növbə vərəsələrinin hamısı vəfat etdiyindən və ikinci növbəli vərəsələrdən yalnız onun (Ərizəçi) sağ olduğunu nəzərə alaraq, Ərizəçi qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün onun qardaşı X3 doğum faktı məhkəmə qaydasında təsdiq olunmalıdır. Ərizəçi məhkəmə iclasında məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxslərin ərizəyə dair münasibəti Maraqlı şəxslər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsi və Füzuli Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin maraqlı şəxslərin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları xx.xx.2024-cü il tarixli “Ölüm haqqında” şəhadətnaməyə əsasən X3 xx.xx.2024-cü il tarixdə 06 saylı akt qeydi ilə ölüm faktı qeydə alınmışdır. xx.xx.2025-ci il tarixli, 3-48-DA/2-203/2025 saylı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivinin təqdim etdiyi məktubun sürətinə əsasən, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətandaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1938-ci ilə dair Maraqlı şəxs1 və 1938-ci il Füzuli rayonu Əhmədallar kəndi üzrə doğum haqqında qeydiyyat kitablarında X3 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli, 3-48-DA/2-203/2025 saylı təqdim etdiyi məktubun sürətinə əsasən, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətandaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1938-ci ilə dair Maraqlı şəxs1 və 1938-ci il Füzuli rayonu Əhmədallar kəndi üzrə doğum haqqında qeydiyyat kitablarında X7 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Füzuli rayon qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5-8-11-227/25 saylı təqdim etdiyi məktubun sürətinə əsasən Füzuli rayon qeydiyyat şöbəsinin arxivinə və elektron informasiya sisteminə baxış zamanı X3 doğumu barədə heç bir akt qeydi aşkar edilməmişdir. Bu səbəbdən vətəndaşa imtina verilmiş və doğum aktının bərpa olunması barədə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 bildirmişdir ki, ərizəçi onun əmisidir. X9 da əmisidir. 1938-ci ildə Füzuli rayonunun, Əhmədallar kəndində anadan olmuşdur. Özü Horadiz qəsəbəsində yaşamışdır. 2 oğlu var. Bildikləri qədəri ilə Rusiyada Lelinqraddadırlar. Hal-hazırda harda olduqlarını bilmirlər. Atasıgil 5 qardaş olub. O Ziyad İbrahimovun qızıdır. Xanoğlan əmisi həyat yoldaşı Nadejda Qriqoryevna ilə yaşayırdı. O da 2 il əvvəl dünyasını dəyişib. Oğulları onun da vəfatında gəlməmişdirlər. Əmisigilin anası X2, atası X12 olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 bildirmişdir ki, ərizəçi onun bibisi oğludur. Şahid ona əmi deyir. Mərhum da bibisi oğludur. Bu yaxınlarda vəfat edib. 1938-ci ildə Füzuli rayonunun Əhmədallar kəndində dünyaya gəlmişdi. Onlar uşaq idi. Doğumunun qeydiyyata alınıb-alınmamasını bilmir. Atasının, əmisinin danışıqlarına əsasən xəbərdardır. Anası Salatın, atası Məhər idi. Soyadlarını bilmir. Yoldaşı ilə yaşayırdı. Yoldaşı özündən 1 il əvvəl rəhmətə gedib. Övladları Sovet dağılmamışdan qabaq Rusiyaya köçüblər. Hal-hazırda onlarda xəbər yoxdur. Valideynləri rəhmətə gedəndə də gəlməyiblər. Tapa bilməyiblər onları. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; 307.2.7. bədbəxt hadisə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 307.2.10. atalığın etiraf olunması faktının; 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin mövqeyi Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda istinad edilən qanunvericilik aktlarının müddəalarına əsasən məhkəmə hesab edir ki, X3 doğumunun qeyd edilmə faktının müəyyən edilməsi ərizəçinin vərəsəlik hüquqlarının təmin edilməsi baxımından hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin onun mərhum qardaşının doğumunun qeydə alınmasından imtina etməsi nəticəsində ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X3 doğum faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin doğum faktını qeydə almaqdan imtina etməsi nəticəsində ərizəçi qardaşı adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə X3 1938-ci il tarixində Füzuli rayonu, Əhmədallar kəndində doğulması, atasının X13, anasının isə X11 olduğu şahidlərinin ifadələri və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X3 1938-ci ildə Füzuli rayonu, Əhmədallar kəndində doğulduğuna dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Doğum akt qeydində ata qrafasında - X13, ana qrafasında - X11 qeyd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-4205/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4205/2025
18.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver