Məhkəmə qərarları › İş №e-2(011)-4214/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4214/2023

20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4214/2023 20.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, İddiaçı1 və İddiaçı2 MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə pulun tutulması” tələbinə dair ilkin iddiası, iddiaçı Cavabdeh İddiaçı2 MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı1 və İddiaçı2 MMC Cavabdeh qarşı “müqavilə üzrə pulun tutulması” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh aralarında bağlanmış 21 aprel 2021-ci il tarixli hüquqi xidmət müqaviləsinə uyğun olaraq 34.628 manat məbləğin, eləcə də "xxxx" MMC-yə ödənilən 500 manat məbləğin və dövlət rüsumu üçün ödədiyi 196 manat məbləğin cavabdehdən tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, yəni İddiaçı2 MMC ilə Cavabdeh arasında hüquq-konsaltinq xidmətlərin göstərilməsi ilə bağlı 21 aprel 2021-ci il tarixli müqavilə imzalanmışdır. Həmin müqavilənin predmetinə əsasən, cavabdehə məxsus, Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən qeyriyaşayış sahəsinin qanunsuz sökülməsi ilə əlaqədar kompensasiyanın alınmasına İddiaçı2 MMC olaraq hər cür hüquqi yardımın göstərilməsi, bununla əlaqədar müxtəlif qurumlara ərizə və şikayətlərin tərtib edilərək göndərilməsi, o cümlədən vəkillə hüquqi yardımla bağlı müqavilələrin bağlanması, müvafiq məsələ ilə bağlı məhkəmədə işlərin aparılması və cinayət işinin gedişində hüquqi yardımın göstərilməsini icraçı olaraq öhdəliyə götürmüşlər. Sifarişçi Cavabdeh isə bunun müqabilində müqavilənin 4.2-ci bəndində göstərildiyi kimi ona məxsus qeyri-yaşayış sahəsinin qanunsuz sökülməsi ilə əlaqədar alacağı kompensasiya məbləğinin 2%-i həcmində ödənişi edəcəyini öhdəsinə götürmüşdür. Beləliklə, adıçəkilən 21 aprel 2021-ci il tarixli müqaviləyə uyğun olaraq, Bakı Kommersiya Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2-2(113)-3466/2021 nömrəli, 31 avqust 2021-ci il, 04 oktyabr 2021-ci il və 28 dekabr 2021-ci il tarixli, 2-2(113)-4285/2021 nömrəli, 25 fevral 2022-ci il, 29 mart 2022-ci il və 30 sentyabr 2022-ci il tarixli, e-2-2(113)-231/2022 nömrəli işlərdə, Xətai Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 6(011)-3/2022 nömrəli və 19 may 2021-ci il tarixli, 2(011)-4669/2021 nömrəli işlərdə, Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2022 tarixli, habelə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 18 noyabr 2021-ci il tarixli, 2-2(103)-1367/2021 nömrəli və 01 fevral 2022-ci il tarixli, 2- 2(103)-236/2022 nömrəli, Cinayət Kollegiyasının 04 fevral 2022-ci il tarixli, 6(103)-42/2022 nömrəli işlərində Cavabdeh iddiaçı tərəfindən hüquqi xidmətlər göstərilmişdir. Göstərilən həmin hüquqi xidmətlər nəticəsində, Cavabdeh və ona məxsus qeyri-yaşayış sahəsinin qanunsuz olaraq sökülməsini həyata keçirən "xxxx" ilə aralarında 01 mart 2023-cü il tarixli barışıq sazişi imzalanmış və həmin barışıq sazişinə uyğun olaraq aşağıda təqdim edilən əmlaklar kompensasiya olaraq ona verilmişdir. 1) Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “OLYMPUS PARK” brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 11, ümumi sahəsi 44 kv.m, 1 otaqdan ibarət olan 266 saylı mənzil, 2) Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “OLYMPUS PARK” brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 3, mərtəbə 11, ümumi sahəsi 114 kv.m, 3 otaqdan ibarət olan 160 saylı mənzil, 3) Həmin 12 mərtəbəli 6 girişli yaşayış binasında giriş 5, mərtəbə 1, ümumi sahəsi 36.75 kv.m olan 21/A qeyri yaşayış sahəsini, 4) Həmin 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 1, ümumi sahəsi 127.55 kv.m olan 22 saylı qeyri yaşayış sahəsini, 5) Həmin 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 1, ümumi sahəsi 135.70 kv.m olan 23 saylı qeyri yaşayış sahəsini və eyni zamanda Cavabdeh bu daşınmaz əmlaklarla paralel olaraq 162.194 manat məbləğində kompensasiya ödənişi qanunsuz söküntünü aparmış "xxxx" MMC tərəfindən ödənilmişdir. Bütün bunlara baxmayaraq, hazırda aralarında bağlanan müqaviləyə uyğun olaraq sifarişçi Cavabdeh nəzərdə tutulan ümumi kompensasiya məbləğinin 2% həcmindəki ödənişi ödəməkdən imtina edərək müqavilə öhdəliklərini kobud şəkildə pozur. Belə ki, həmin daşınmaz əmlakların ümumi qiymətləndirmə aktına və əlavə olaraq 162.194 manat məbləğində kompensasiya ödənişinə uyğun olaraq Cavabdeh İddiaçı2 MMC-yə 34.512 manat məbləğində ödəniş etməli olduğu halda bu ödənişi ödəməkdən imtina edir. Belə ki, "xxxx" MMC Ekspertiza qiymətləndirmə fəaliyyətinin nəticəsində yuxarıda sadalanan əmlakların cəmi məbləği 1.563.399 manat müəyyən edilmişdir. 162.194 manat məbləğində kompensasiya ödənişi ilə birlikdə bu məbləğ 1.725.593 manata bərabərdir. Həmin məbləğin 2%-i isə 34.512 manat təşkil edir. İddiaçı Cavabdeh İddiaçı2 MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia üzrə İddiaçı2 MMC-nin ona qarşı hüquqi xidmətlər qarşılığında mövcud olan pul vəsaitinin Cavabdeh tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməsi barədə iddiasının rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ürə cavabdehə qarşı 21 aprel 2021-ci il tarixli Hüquq-konsaltinq xidmətlərinin göstərilməsinə dair müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya hüquqi yardımın göstərilməsi vəkil X1 tərəfindən edilmişdir. İş üzrə ilkin iddiaçı ona hər hansısa hüquqi yardımın edilməsində dəstək verməmiş, nə yaxından nə də ki uzaqdan işlə heç bir əlaqəsi olmamışdır. Bakı Kommersiya Məhkəməsində İntiqam Hacıyev bir neçə iclasda iştirak etmiş və aidiyyatı üzrə məhkəmənin 30 sentyabr 2022-ci il tarixli qətnaməsi qəbul edilmişdir. 01 mart 2023-cü il tarixində "xxxx" MMC ilə barışıq sazişi bağlanmış və məhkəmə çəkişmələri yekunlaşmışdır. Sazişə əsasən ona nağd olaraq 162.194 manat pul ödənilmiş və tikintisi başa çatmamış bir neçə daşınmaz əmlak verilmişdir. İş üzrə ilkin olaraq "xxxx" MMC-yə qarşı cinayət işi başladılmışdır. Cinayət işi vaxtında İntiqam Hacıyev müdafiə tərəfi olaraq onu Xətai Rayon Məhkəməsində təmsil etmişdir. Bununla əlaqədar olaraq bir neçə dəfə Xətai Rayon Məhkəməsində çıxışlar etmişdir. İ.Hacıyevin istintaqın qurtarmasından belə məlumatı olmamışdır, ona istintaqın yekunlaşması xəbərini iddiaçı vermişdir. Bundan başqa iddiaçı digər hüquqşünaslardan məsləhətlər almış, iş üzrə istintaqın qərarından yuxarı prokurora şikayətin verilməsi məsləhət görülmüşdür, ancaq İ.Hacıyev ona qərarın ləğv edilməsi üçün məhkəməyə müraciət etməyini bildirmiş və məhkəmə də prokurorluğun xeyrinə yekunlaşmışdır. İ.Hacıyev nə istintaq vaxtı, nə də ki prokurorluğun qərarının ləğv edilməsi vaxtında məhkəmədə lazımi səviyyədə iştirak etməmiş və məhkəmədə qalib gəlməmişdir. İşi İ.hacıyev qəbul edərkən bildirmişdir ki, 7-8 aya bu iş bitəcəkdir, ancaq belə də olmamışdır. İstintaq vaxtı və ondan sonrakı dövrdə İ.Hacıyevin müdafiəsi demək olar ki, sıfır olmuşdur. Bu barədə iş materialları ilə tanış olduqda da bunların şahidi olmaq olar. İşin gedişi (cinayət işi və ondan sonrakı mərhələrdə) vaxtlarında İ.Hacıyev dəfələrlə onu müdafiə etdiyini unutmuş və qarşı tərəfin maraqlarına uyğun surətdə çıxışlar edərək hazırda ona verilmiş əmlakların yarısına razılıq vermişdir. Sonradan onun müdaxilələri nəticəsində İ.Hacıyev tərəfindən şifahi razılaşdırılmış işlər ləğv edilmiş və onun istəkləri nəzərə alınmışdır. Qeyd edilənlərə görə müqavilə artıq etibarsızdır. Burada maraqlı olan hal ondan ibarətdir ki, onun tələbi ondan ibarət idi ki, dağıdılmış əmlakın bərpası üçün 500.000 manat dəymiş zərərə görə isə 1.000.000 manat kompensasiya ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Bakı Kommersiya Məhkəməsi isə qarşılıqlı iddianı qismən təmin edərək 267.000 manat maddi zərər, 49.865 manat real maddi zərər, mənəvi zərərə görə 5.000 manat cəmi 321.865 manat pulun ödənilməsi qərara alınmışdır. O, İ,hacıyevlə razılaşmışdır ki, əmlakın bərpası olacaq və mənəvi zərərin isə ödənilməsi təmin edilməli idi, ancaq belə olmamışdır. Bununla da belə nəticəyə gəlinir ki, artıq müqavilə etibarsızdır və müqavilədən gələn şərtlər kobud surətdə pozulmuşdur. Tərəflərin izahatları: Məhkəmə araşdırması zamanı İddiaçı1 ilkin iddia tələbini müdafiə edərək onun təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etdi və ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə araşdırması zamanı Cavabdeh ilkin iddia tələbinə etiraz edərək onun rədd edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş etdi. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, 2021-ci ilin əvvəllərində cavabdehə məxsus qeyri-yaşayış sahəsi "xxxx" MMC tərəfindən qanunsuz olaraq sökülmüşdür. Cavabdeh və "xxxx" MMC arasında hüquq xidmətlərinin göstərilməsinə dair 21 aprel 2021-ci ildə müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 36-da yerləşən, çıxarış əsasında Cavabdeh məxsus qeyriyaşayış sahəsinin qanunsuz olaraq sökülməsi ilə bağlı "xxxx" MMC üzərinə hər cür yardımın göstərilməsi öhdəliyini götürmüşdür. Müqaviləyə əsasən, ərizə və şikayətlərin tərtibi, göndərilməsi, o cümlədən, vəkillə hüquqi yardımla bağlı müqavilənin bağlanması, kompensasiya ilə əlaqədar məhkəmədə işləri aparılması və cinayət işinin gedişatında hüquqi yardımın göstərilməsi nəzərdə tutulmuşdur. Göstərilmiş xidmətin əvəzi olaraq Cavabdeh tikilinin qanunsuz sökülməsi ilə bağlı alacağı kompensasiyanın 2%-ni ödəmək öhdəliyi götürmüşdür. İş materiallarında mövcud olan Bakı Kommersiya Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, e-2-2(113)-231/2022 saylı qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kompensasiya ödənilməklə mülkiyyət hüququna xitam verilməsi və zərərin əvəzinin ödənilməsi tələbinə dair ilk iddia rədd, iddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı (üçüncü şəxs "xxxx" ASC) obyektin bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılması, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia isə qismən təmin edilmişdir. İş materiallarında mövcud olan Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 01 mart 2023-cü il tarixli qərardadından görünür ki, Bakı Kommersiya Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, tərəflər arasında barışıq sazişi təsdiq edilmiş və iş üzrə icraata xitam verilmişdir. İddiaçı mübahisənin barışıqla nəticələndiyinə istinad edərək barışıq sazişi üzrə əldə olunmuş əmlakların müstəqil ekspert tərəfindən qiymətləndirilməsinə nail olmuş və işin gedişatında cavabdehə ödənilmiş 162.000 manat vəsaiti də əmlakların qiymətinə əlavə edərək həmin vəsaitin 2%i olan 34.628 manat tələb irəli sürmüşdür. Cavabdeh tərəflər arasında bağlanmış 21 aprel 2021-ci il tarixli müqavilənin etibarsız hesab edərək məhkəmədən bununla bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 61-ci maddənin İ bəndinə görə, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 337.1 və 337.2-ci maddələrinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə istinad olunan müqaviləyə qiymət verərək hesab edir ki, Mülki Məcəllə ilə müqavilənin etibarsız hesab edilməsi üçün müəyyən edilmiş dispozitiv şərtlərdən heç biri mövcud deyildir. Belə ki, mülki qanunvericilikdə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən birinin qüsurlu olması vacibdir: 1) subyekt tərkibinə görə; 2) məzmununa görə; 3) formasına görə; 4) iradə və iradə ifadəsinə görə. Cavabdeh öz tələbində müqavilə bağlanarkən qeyd olunan ünsürlərdən iradə və iradə ifadəsinin qüsurlu olduğunu qeyd etmişdir. Bu səbəbdən məhkəmə iradə və iradə ifadəsinə münasibətdə qeyd edir ki, Cavabdeh müqavilə bağlayarkən ona yalnız cinayət işi üzrə xidmət göstərilməli olduğunu bildirsə də, bu halı nə müqavilə şərtində, nə də işin başqa hallarında müəyyən etmək mümkün olmamışdır. Belə ki, Cavabdeh öz izahatından da görünür ki, o, mülki işin icraatı zamanı da vəkilə müraciət etmiş, hətta keçirilmiş son iclasda vəkilin onunla birgə barışıq sazişinin bağlanmasında ona səhv istiqamət verdiyini qeyd etmişdir. Odur ki, istinad olunanlara əsasən məhkəmə tərəflər arasında bağlanmış müqaviləni etibarlı hesab edir. Daha sonra məhkəmə cavabdehin müqavilədən irəli gələn öhdəliyinə riayət etməklə aldığı kompensasiya məbləğindən 2% ödəməsi ilə bağlı tələbə qiymət verərək hesab edir ki, iddia tələbi bu hissədə qismən əsaslı olduğundan təmin edilməlidir. Belə ki, hər bir şəxsin keyfiyyətli hüquqi yardım almaq hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilir. Cavabdeh bu hüququndan istifadə edərək "xxxx" MMC-yə müraciət etmiş, sonuncu da öz növbəsində müqaviləyə əsasən ona hüquqi xidmətlər göstərmişdir. Belə ki, təqdim olunmuş sənədlərdən görünür ki, "xxxx" MMC cavabdehə xidmət göstərilməsi üçün 18 saylı Vəkil bürosunun vəkili X1 ilə razılıq əldə etmiş və sonuncu Cavabdehla 22 iyun 2021, 05 yanvar 2022, 29 sentyabr 2022, 07 oktyabr 2022 və 03 fevral 2023-cü il tarixlərdə müvafiq olaraq Xətai Rayon Məhkəməsində, Xətai rayon Polis İdarəsində, Bakı İnzibati Məhkəməsində, Bakı Apellyasiya Məhkəməsində və Xətai Rayon Məhkəməsində təmsil olunmaq üçün müqavilə bağlamış və order tərtib edilmişdir. Cavabdeh ona keyfiyyətli hüquqi yardım göstərilmədiyini qeyd etsə də, müqavilənin ləğv edilməsi üçün müraciət etməsi, müqaviləyə xitam verilməsi və buna istinad edən digər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə cavabdehdən tutulacaq vəsaiti müzakirə edərkən qeyd edir ki, barışıq sazişinə əsasən iddiaçı qeyd etsə də ki, cavabdehə barışıq sazişində qeyd edilən yaşayış və qeyri-yaşayış sahələri təhvil verilib, məhkəmə araşdırması zamanı Cavabdeh verdiyi izahatdan müəyyən olunur ki, ona yalnız bir yaşayış sahəsi təhvil verilib. Barışıq sahəsində təhvil verilməsi nəzərdə tutulan sahələr hələ tikilməkdədir və ona nə vaxt təhvil veriləcəyi ilə bağlı məlumat mövcud deyildir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatda göstərmişdir ki, qiymətləndirilməsi həyata keçirilmiş əmlakların tikintisi başa çatmamışdır. Faktiki olaraq hər iki tərəfin verdiyi izahatlarla müəyyən edilir ki, əmlaklar bugünki gün mövcud deyildir. Belə olan halda müəyyən olunur ki, Cavabdeh yalnız bir yaşayış sahəsi və 162.000 manat vəsait təqdim edilmişdir. Odur ki, mövcud olmayan, hələ cavabdehə təhvil verilməyən əmlakın qiymətləndirilərək dəyərindən 2%-in tutularaq iddiaçıya ödənilməsini məhkəmə ağlabatan hesab etmir. Məhkəmə qeyd edir ki, Cavabdeh Bakı Kommersiya Məhkəməsinə müraciət edərkən sökülmüş qeyri-yaşayış sahəsinin bərpasını, maddi ziyan olaraq 500.000 manat ödənilməsini, mənəvi ziyan olaraq 1.000.000 manat tələb etmişdir. Tərəflər arasında bağlanmış barışıq sazişində hansı əmlakların Cavabdeh məxsus əmlakın bərpası üçün, hansı əmlakların maddi ziyanın əvəzi olaraq təqdim olunması öz əksini tapmamışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilədə konkret olaraq kompensasiya məbləğinin nə hesab olunmasını və tələb edilən vəsaitin hansı hissəsinin 2%-nin alınması şərtləşdirilmədiyindən məhkəmə Cavabdeh tərəfindən verilmiş tələbin 500.000 manatına münasibətdə 2% xidmət haqqının tutulmasını ağlabatan və ədalətli hesab edir. Odur ki, iddia tələbi qismən təmin edilərək xidmət haqqı olaraq 500.000 manatın 2%-i olaraq 10.000 manat tutulmalıdır. Məhkəmə iddia tələbinin 500 manat əmlakların qiymətləndirilməsi üçün ödənilən məbləğin tutulmasına münasibətdə qeyd edir ki, mövcud olmayan əmlakların qiymətləndirilməsinin aparılması ağlabatan deyil və iddia tələbinin də qismən təmin edilməsi nəzərə alınaraq keçirilmiş qiymətləndirmənin dəyəri olan 500 manat vəsait iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı1 və İddiaçı2 MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə pulun tutulması” tələbinə dair ilkin iddiası qismən təmin edilməli, xidmət haqqı olaraq 500.000 manatın 2%-i olaraq 10.000 manat Cavabdeh tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-yə ödənilməli, ilkin iddia tələbi qalan hissədə rədd edilməli, iddiaçı Cavabdeh İddiaçı2 MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddia ərizəsi məhkəməyə verilərkən 196 manat dövlət rüsumu ödənilmişdir. İlkin iddia tələbi qismən təmin edildiyindən dövlət rüsumunun 141.12 manatı iddiaçının özünə aid edilməli, qalan 54.88 manatı Cavabdeh alınaraq İddiaçı1 ödənilməlidir. Qarşılıqlı iddia tələbi rədd edildiyindən Cavabdeh ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh xidmət haqqı olaraq 500.000 manatın 2%-i olaraq 10.000 (on min) manat pul vəsaiti və ödənilmiş 54.88 (əlli dörd manat səksən səkkiz qəpik) manat dövlət rüsumu alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-yə ödənilsin. Qalan 141.12 (bir yüz qırx bir manat on iki qəpik) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İlkin iddia tələbi qalan hissədə rədd edilsin. İddiaçı Cavabdeh İddiaçı2 MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilsin. İddiaçı Cavabdeh ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar