Məhkəmə qərarları › İş №e-2(011)-431/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-431/2023

16.02.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-431/2023 16.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 iştirakı, İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrisinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 04 avqust 2021-ci il tarixli AN İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh1 adına verilmiş 01 aprel 2015-ci il tarixli **********88 reyestr nömrəli və Cavabdeh2 adına rəsmiləşdirilən xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrində 766 saylı reyestr kitabının 26 saylı vərəqində ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Ximətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 23 noyabr 2013-cü il qeydiyyat tarixli RX seryalı, ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa və həmin çıxarışa əlavə edilmiş “Torpaq sahəsinin plan və ölçüsü”nə dair sənədə əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisindəki 0,344 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı, mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisindəki 0,344 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının naturada göstərilməsi barədə 15 sentyabr 2020-ci il tarixli ərizə ilə Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Onun ərizəsinə cavab olaraq bildirilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəkı fərdi yaşayış evlərinin həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının tabeçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarının hüquqi və texniki sənədlərdəkı məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cu maddəsinə uyğun aradan qaldırılması barədə Azərbaycan Respublikası Prezidenti tərəfindən 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərman imzalanmışdır. Hazırda həmin Fərmanın icrası ilə əlaqədar Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq torpaqların istifadəsində mövcud olan uyğunsuzluqların və çatışmamazlıqların aradan qaldırılması məqsədi ilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması istiqamətində aidiyyyəti təşkilatlar tərəfindən müvafiq işlər aparılır. Odur kı, uçot işləri tam başa çatdıqdan sonra torpaq sahəsinin faktiki vəziyyətinə uyğun göstərilməsi məsələsinə baxıla bilər. İddiaçı mülkiyyətində olan həmin torpaq sahəsinin “Torpaq sahəsinin plan və ölçüsü"nə dair sənəddə göstərilən koordinatlarla qeyd olunan torpaq sahəsinin naturada faktiki coğrafi yerləşmə mövqeyinin üst-üstə düsüb-düşməməsinin plan sxem tərtib edilməklə müəyyən edilməsi və bu barədə rəy verilməsi üçün “Müstəqil Məhkəmə Ekspertizası" MMC-yə müraciət olunmuşdur. MMCnin verdiyi 30 noyabr 2020-ci il tarixli 572 nömrəli rəyə əsasən, İddiaçı çıxarış ve plan-ölçü sənədi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Torpaq şobəsı tərəfindən hazırlanan 07 12 2005-ci ii tarixli JN-2981 saylı Dövlət Aktı əsasında tərtib edımışdır. Bu cür Dövlət Akt, sənədləri köhnə "Pulkovo-42" koordinat sistemində tərtib olunmuşdur. 2005-ci ildən sonra Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Dövlət Aktları əsasında cıxarış sənədləri verilərkən yeni "WGS-84" Grid (UTM-39) koordinat sistemindən istifadı olunmuşdur. Beləliklə, köhnə koordinat sistemindən yeni koordinat sisteminə keçiddə müəyyən texniki-mühəndis xətaları (torpaq sahələrinin döngə nöqtələrinin koordinat sürüşməsi) baş vermişdir. Yəni torpaq sahəsinin sənəd üzrə məkan göstəriciləri ilə naturadakı (yer səthi üzərindəki) mövcud torpaq sahəsinin faktiki məkan göstəriciləri arasında yerləşmə fərqlər yaranmışdır. Məhz müraciətlə bağlı Abşeron rayonu Mehdiabad qəsəbəsində tədqiq olunan torpaq sahəsinin faktiki məkan göstəriciləri ilə (koordinatları) çıxarış və plan ölçu sənədində qeyd olunan məkan göstəriciləri arasında 30m fərqın olması (koordinat sürüsməsi) müəyyən edilmişdir. Rəyə ortofotoplan əlavə olunmuşdur. Bundan sonra İddiaçı mülkiyyətində olan Abşeron rayonu. Mehdiabad qəsəbəsi ərazisindəki 0,344 ha torpaq sahəsinə dair onun adına verilmiş RX seriyalı ******* saylı çıxarışın, həmin çıxarışa əlavə edilmiş lorpaq sahəsinin plan və ölçüsünə dair sənədin, "Müstəqil Məhkəmə Ekspertizası MMC-nın verdiyi 30 noyabr 2020-ci il tarixli 572 nömrəli rəyi və rəyə əlavə edilmiş ortofotoplanm surətləri Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə göndərməklə Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı ıl tarıxl 818 nömrəli Fərmanının icrası qaydasında həmin torpaq sahəsinin huquqı və texniki sənədlərdəkı məkan qöstəriciləri ilə torpaqdan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldmlması, və İddiaçı torpaqdan faktiki istifadə vəziyyətinin məkan göstəricilərinə uyğun yeni hüquqı və texniki sənədlərin verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi həmin ərizəvə 11 fevral 2021-ci il tarixli **********83 saylı məktubla cavab verərə bildirmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində 0.344 ha sahəsinin döngə nöqtələrinin koordinatlarının naturada göstərilməsi barədə xx.xx.2020-ci il tarixdə daxil olmuş ərizəyə həmin idarədə baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində İddiaçı mülkiyyətində olan 0.344 ha torpaq sahəsinin xx.xx.2013-cu il tarıxlli **********11 reyestr nömrəli “torpaq sahəsinin planı və ölçüsündə döngə nöqtələrinin koordinatları GPS mövqetəyinetmə cihazı vasitəsilə naturada rəy olunmuşdur. Eyni zamanda təqdim edilmiş döngə nöqtələrinin koordinatıma əsasən torpaq sahəsinin bir hissəsinə hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrində çıxarışla başqa şəxslərin mülkiyyətinə verilmişdir. Eyni zamanda elektron kadastr bazasının yaradılması zamanı buraxılmış texniki səhvlərin və digər çatışmazlıqların aradan qaldırılması məqsədilə aidiyyəti qurumlar tərəfindən aparılan torpaqların elektron uçotu işləri yekunlaşdırıldıqdan sonra əksər torpaq istifadəçilərinin və mülkiyyətçilərinin müraciətlərinə yenidən baxılacağı bildirilmişdir. Həmin imtina məktubu ilə razılaşmadıqlarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Ximətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 23 noyabr 2013-cü il qeydiyyat tarixli RX seryalı, ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa və həmin çıxarışa əlavə edilmiş Torpaq sahəsinin plan və ölçüsü-nə dair sənədə əsasən İddiaçı onun mülkiyyətində olan, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, ərazisindəki 0,344 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinin məkan göstəricilərinə uyğun yeni hüquqi və texniki sənədlər verilməsindən Dövlət Reyestri Xidmətının 4 saylı Abşeron Ərazi İdarəsinin imtinasının qanunsuz hesab edilməsi və cavadehin üzərinə iddiaçı X2 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisindəki 0.344 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinin məkan göstəricilərinə uyğun, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən yeni Çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin qoyulması barədə iddia tələbi ilə Sumqayıt inzibati məhkəməsində iddia qaldırılmışdır. Göstərilən iddiaya Sumqayıt inzibatı məhkəməsində baxılarkən 2(012)-493/2022 saylı mülki iş üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı torpaq sərhədlərinin müəyyən edilməsi, torpaqdan istifadə edilməsində maneənin törədilməməsinin cavabdehin üzərinə öhdəlik qoyulması, torpaq sahəsindən çıxarılması, və mənəvi zərərin ödənilməsi tələbinə daır iddıa ərizəsı ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsinin plan və olçüsünə uyğun olaraq sərhədlərinin müəyyən edilməsi, torpaqdan istifadə edilməsində maneənin aradan qaldırılması, mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsində maneən' törədilməməsinin cavabdehin və digər şəxslərin üzərinə öhdəlik qoyulması, cavabdeh İddiaçı və digərlərinin ona məxsus torpaq sahəsindən çıxarılması, vurulmuş mənəvi ziyana görə cavabdehdən 7000 manat pul vəsaıtin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı Cavabdeh2 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərinin qalan hissədə saxlanılmaq şərtilə cavabdeh İddiaçı və digər şəxslərin ona məxsus 0-0307 ha torpaq sahəsinin 0.0298 ha hissəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon məhkəməsinin 22 iyul 2022-ci il tarixli 2(012)-493/2022 saylı qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, iddiaçı Cavabdeh2 adına xx.xx.2021-ci il tarixli çıxarış əsasında, daşınmaz əmlakın dovlə reyestrində 766 saylı reyestr kitabının 26 saylı vərəqində ********** qeydiyyat nömrəsi **********88 reyestr nömrəsi ilə qeydiyyata alınmış Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.0307 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 0 0298 ha torpaq sahəsindən cavabdeh İddiaçı çıxarılmaqla həmin torpaq sahəsindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Abşeron rayon məhkəməsinin 22 iyul 2022-cı ıl tarixli 2(012)-493/2022 say qətnaməsindən cavabdeh İddiaçı tərəfindən apellyasıya şikayəti verilmişdir. Bİrinci instansiya məhkəməsi iş üzrə qeyd olunan nəticəyə gələrkən saysız- hesabsız maddi və prosessual qanunvericlik noramalarının pozuntusuna yol vemiş, işin hallarını hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etməmiş, iş üzrə əsassız, qanunsuz və qeyri-obyektiv qətnamə qəbul etmişdir. Belə ki, həmin işin faktiki halları ilə təsdiq edilir ki, göstərilən işə məhkəmə iclasında üzrlü səbəblərdən iştirak etməyən cavabdehlərin, o cümlədən cavabdeh İddiaçı, habelə onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı olmadan baxılmışdır. Məhz bu səbəbdən də İddiaçı tərəfindən Cavabdeh2 qarşı qarşılıqlı iddia ilə müraciət etmək mümkün olmamışdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmənin hakimi Habil Əhmədovun tələm-tələsik qətnamə qəbul etməsin təsdiq edən faktlardan biri də ondan ibarətdir ki, onun sədrliyi ilə işə baxılarkən qəbul etdiyi xx.xx.2022-ci il tarixli, 2(012)-493/2022 saylı qərardad ilə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı torpaq sərhədlərinin müəyyən edilməsi, torpaqdan istifadə edilməsində maneçiliyin törədılməməsının cavabdehin üzərinə öhdəlik qoyulması, torpaq sahəsindən çıxarılması və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi və ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi 25 may 2022-ci il tarixli, 10/3158 nömrəli ekspert vəsatəti ilə Abşeon rayon məhkəməsinin X7a müraciət edərək tədqiq olunan torpaq sahəsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tədqiq olunan sahənin koordinatları və baza məlumatlarının göndərilməsini xahiş etmişdir. X7 ekspertin həmin vəsatətini təmin etmək əvəzinə, heç bır əsas olmadan 17 may 2022-ci il tarixli 2(012)-493/2022 saylı məktubla Məhkəmə Ekspertizası Mərkəzinə məktubla müraciət edərək iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsinə dair xx.xx.2022-ci il tarixli, 2(012)-493/2022 saylı qərardadı icra etmədən mülki işin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə Ekspertizası Mərkəzi həmin məktub əsasında 26 aprel 2020-ci il tarixli qərardad icra olunmadan 2(012)-493/2022 saylı mülki işi məhkəməyə qaytarmışdır. Bundan sonra məhkəmənin hakimi Habil Əhmədov daha bir kobud prosessual qanun pozuntusuna yol vermiş, 03 iyun 2022-ci il tarixli 2(012)-493/2022 saylı qərardadla qanunsuz olaraq MPMnın 257-ci maddəsinə istinad edərək guya, işin dayandırılmasına səbəb olmuş halların aradan qaldırılması adı ilə iş üzrə icraatı təzələmişdir. Halbuki işin dayandırılması üçün səbəb olan hal, yəni iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsinə dair qərardad X7un təqsiri üzündən, yəni heç bir əsas olmadan işi geri tələb etməsi ilə bağlı icra edilməmişdir. Məhkəmənin hakimi Habil Əhmədovun hazırki işə baxarkən yol verdiyi kobud prosessual qanun pozuntularından biri də ondan ibarətdir ki, o, heç bir zərurət olmadığı və tərəflərin heç bir müraciəti olmadığı halda öz təşəbbüsü ilə 15 may 2022-ci il tarixli 2(012)-493/2022 saylı məktubla Abşeron rayon icra hakimiyyəti başçısının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə məktubla müraciət edərək iddiaçı Cavabdeh2 adına olan torpaq sahəsinin qonşular tərəfindən zəbt edilib edilməməsi barədə sorğu göndərmişdir. Halbuki vətəndaşların mülkiyyətlərində olan torpaq sahələrinin qonşular tərəfindən zəbt olunub-olunmamasını müəyyən etmək səlahiyyətlərinin İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir aidiyyəti yoxdur. RİH Başçısının Mehdiabad Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi 15 iyul 2022-ci il tarixli 54 nömrəli məktubla məhkəmənin hakimi Habil Əhmədova cavab verərək tərtib edilmiş akta əsasən Cavabdeh2 məxsus 0,0307 ha torpaq sahəsinin bir hissəsinin qonşuları tərəfindən zəbt edilərək istifadə olunmaqda olduğunu bildirmişdir. Həmin məktuba iki nəfər tərəfindən tərtib edilmiş və üç nəfər tərəfindən imzalanmış akt əlavə edilmişdir. Məhkəmənin hakimi Habil Əhmədovun hazırki iş üzrə qətnamə qəbul edərkən yol verdiyi kobud prosessual qanun pozuntularından biri də ondan ibarətdir ki, həmin aktın heç bir hüquqi qüvvəsi olmadığı halda, habelə həmin aktı imzalayan şəxslərdən birinin işin nəticəsində maraqlı olan şəxs, yəni iddiaçı Cavabdeh2 mübahisəli hesab edilən torpaq sahəsinin sənədini satan X3r. Göründüyü kimi, məhkəmənin hakimi Habil Əhmədov süni surətdə hüquqi qüvvəsi olmayan sübutlar toplamaqla, hər vəchlə iddianın təmin olunması üçün ciddi səylər göstərmişdir. Məhkəmənin hakimi Habil Əhmədov qəbul etdiyi qətnamədə mülki işin materiallarında olan sənədləri sadalasa da, iddiaçı Cavabdeh2 adına olan 0,0307 ha torpaq sahəsinin 0,2985 hissəsinin cavabdeh İddiaçı tərəfindən zəbt olunmasına dair heç bir mötəbər sübut növü göstərə bilməmişdir. Həqiqətən də işdə araşdırılmış sübutlarla həmin faktı təsdiq edəcək hər hansı sübut növü müəyyən edilməmişdir. Məhkəmənin hakimi Habil Əhmədov gözdən pərdə asmaq üçün iddiaçı Cavabdeh2 iştirakı ilə mübahisəli hesab edilən əraziyə yerli baxış keçirmiş, guya iddiaçı Cavabdeh2 məxsus olan torpaq sahəsinin bir hissəsinin cavabdeh İddiaçı tərəfindən zəbt olunmasını müəyyən etmişdir. Halbuki, X7 bu sahədə mütəxəssis olmadığına görə və heç bir texniki vasitələrdən istifadə etmədən, yəni koordinatları və döngə nöqtələrini təyin etmədən torpaq sahələrinin üst-üstə düşməsi faktının ürəkdən arzu etsə də, müəyyən edə bilməzdi. Qeyd olunanlardan əlavə vəsatətlə məhkəməyə müraciət edərək bildirmişik ki, həmin iddia üzrə mübahisəli hesab edilən torpaq sahəsi ilə əlaqədar tərəfimizdən 02 mart 2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “mülkiyyətdə olan torpaq sahəsinin faktiki istifadə vəziyyətinin məkan göstəricilərinə uyğun yeni hüquqi və texniki sənədlər verilməsindən imtinanın qanunsuz hesab edilməsi və cavadehin üzərinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrndən yeni Çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin qoyulması tələbinə dair” iddia ilə müraciət olunmuşdur. Həmin iş hazırda Sumqayıt İnzibati Məhkəməsində hakim Leyla Mirzəyevanın icraatındadır. Hər iki iddia üzrə mübahisənin predmeti eyni torpaq sahəsidir. Ona görə də Sumqayıt İnzibati Məhkəməsində göstərilən iddiaya baxılıb yekun vurulanadək hazırkı iş üzrə nəticəyə gəlmək mümkün deyildir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli plan və ölçünün surətindən görünür ki, Abşeron rayonu,Mehdiabad qəsəbəsində yerləşən 0.344 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş 2981 saylı dövlət aktı olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli RX saylı ******* seriya nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.344 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 488 saylı reyestr kitabının 16 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********11 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0 0307 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 766 sayh reyestr kitabının 26 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********88 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin sənədin tərtib enməsinə əsas Cavabdeh1 adına verilmiş 01 aprel 2015-cı il tarixli 3030133^4588 reyestr nömrəli çıxarış əsasında ona məxsus olan torpaq sahəsim Cavabdeh2 satmasına dair, notariat ofisində təsdiq edilmiş 04 avqust 2921-cı ıl tarixli AN İ ******* nömrəli alqısatqı müqaviləsi olmuşdur. Halbuki, Cavabdeh1 adına verilmiş 01 aprel 2015-cı ıl tarixli **********88 reyestr nömrəli çıxarışda nəzərdə tutulan torpaq sahəsi naturada ona təqdim edilməmiş, mərz nişanları vurulmamış və yerində torpaq sahəsi ona tanıdılmamışdır. Qeyd olunan torpaq sahəsinin alqı-satqısı formal olaraq kağız üzərində həyata keçirilmişdir. Beləliklə, qeyd olunan sənədlərdən göründüyü kımı İddiaçı adına çıxarış 23 iyun 2013-cü il tarixdə, Cavabdeh1 adına çıxarış 01 aprel 2015-ci il tarixdə, Cavabdeh2 adına isə çıxarış xx.xx.2021-ci il tarixdə verilmişdir. Göründüyü kimi Cavabdeh1 adına olan **********88 reyestr nömrəli və Cavabdeh2 adına olan **********88 reyestr nömrəli çıxarışlar verilərkən qanunsuzluğa yol verilmiş, həmin torpaq sahələrinin İddiaçı mülkiyyətində olan (**********11 reyestr nömrəli) 0 344 ha torpaq sahəsi ilə üst-üstə düşməsinə əhəmiyyət verilməmişdir. Ona gorə də 04 avqust 2921-ci il tarixli AN İ ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və Cavabdeh1 adına olan **********88 reyestr nömrəli və çıxarışlar ləğv olunmalıdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 04 avqust 2921-ci il tarixli AN İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh1 adına verilmiş 01 aprel 2015-ci il tarixli **********88 reyestr nömrəli və Cavabdeh2 adına rəsmiləşdirilən xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrində 766 saylı reyestr kitabının 26 saylı vərəqində ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 iddia etiraz edərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Cavabdeh1 məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların nümayəndəsnin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin 11 fevral 2021-ci il tarixli **********83 saylı məktubunun surətindən ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində 0.344 ha sahəsinin döngə nöqtələrinin koordinatlarının naturada göstərilməsi barədə xx.xx.2020-ci il tarixdə daxil olmuş ərizəyə həmin İdarədə baxılmışdır. Abşeron rayonu, Mehdiabad qəsəbəsi, ərazisində İddiaçı mülkiyyətində olan 0.344 ha torpaq sahəsinin xx.xx.2013-cu il tarıxlli **********11 reyestr nömrəli “torpaq sahəsinin planı və ölçüsündə döngə nöqtələrinin koordinatları GPS mövqetəyinetmə cihazı vasitəsilə naturada təyin olunmuşdur. Eyni zamanda təqdim edilmiş döngə nöqtələrinin koordinatıma əsasən torpaq sahəsinin bir hissəsinə hüquqların dövlət qeydiyyat, haqqında daşınmaz əmlakın Dövlət reyestrində çıxarışla başqa şəxslərin mülkiyyətinə verilmişdir. Eyni zamanda elektron kadastr bazasının yaradılması zamanı buraxılmış texniki səhvlərin və digər çatışmazlıqların aradan qaldırılması məqsədilə aidiyyəti qurumlar tərəfindən aparılan torpaqların elektron uçotu işləri yekunlaşdırıldıqdan sonra əksər torpaq istifadəçilərinin və mülkiyyətçilərinin müraciətlərinə yenidən baxılacağı bildirilmişdir. Mülki iş materiallarında olan 23 noyabr 2013-cü il qeydiyyat tarixli RX seryalı, ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisindəki 0,344 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Mülki iş materiallarında olan “Müstəqil Məhkəmə Ekspertizası" MMC-nin 30 noyabr 2020-ci il tarixli 572 nömrəli rəyinin surətindən görünür ki, İddiaçı çıxarış ve plan-ölçü sənədi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Torpaq şobəsı tərəfindən hazırlanan 07 12 2005-ci ii tarixli JN-2981 saylı Dövlət Aktı əsasında tərtib edımışdır. Bu cür Dövlət Akt, sənədləri köhnə "Pulkovo-42" koordinat sistemində tərtib olunmuşdur. 2005-ci İdən sonra Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Dövlət Aktları əsasında cıxarış sənədləri verilərkən yeni "WGS-84" Grid (UTM-39) koordinat sistemindən istifadı olunmuşdur. Beləliklə, köhnə koordinat sistemindən yeni koordinat sisteminə keçiddə müəyyən texniki-mühəndis xətaları (torpaq sahələrinin döngə nöqtələrinin koordinat sürüşməsi) baş vermişdir Yəni torpaq sahəsinin sənəd üzrə məkan göstəriciləri ilə naturadakı (yer səthi üzərindəki) mövcud torpaq sahəsinin faktiki məkan göstəriciləri arasında yerləşmə fərqlər yaranmışdır. Məhz müraciətlə bağlı Abşeron rayonu Mehdiabad qəsəbəsində tədqiq olunan torpaq sahəsinin faktiki məkan göstəriciləri ilə (koordinatları) çıxarış və plan ölçu sənədində qeyd olunan məkan göstəriciləri arasında 30m fərqın olması (koordinat sürüsməsi) müəyyən edilmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6835 nömrəli rəyinin surətindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nın Bakı LTl-nin mütəxəssis rəyinə əsasən, iddiaçı X1 faktiki istifadəsində olan 0,3290 ha torpaq sahəsinin 0,0982 ha hissəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışla X2 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,344 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə üstüstə düşdüyü müəyyən edildi. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nın Bakı LTl-nin mütəxəssis rəyinə əsasən, iddiaçı X1 faktiki istifadəsində olan 0,3290 ha torpaq sahəsinin 0.1706 ha hissəsinin digər şəxslərə çıxarışla mülkiyyətlərinə verilmiş torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən edildi. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışın və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Torpaq sahəsinin planı və ölçüsü”nün surətindən görünür ki, Abeşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən 0.0307 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixdən Cavabdeh2 adına qeydiyyatdadır. Mülki iş materiallarında olan AN-İ seriyalı, ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki,. Məmmədov X4 rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən 0.0307 ha torpaq sahəsini Cavabdeh2 satmışdır. Mülki iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cavabdeh2 ünvanladığı məktubun surətindın görünür ki, Abeşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən 0.0307 ha torpaq sahəsinin 0.0298 ha hissəsi başqa şəxs tərəfindən metal torla sərhədlənərək istifadə olunur. Mülki iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli 2(012)-493/2022 saylı qətnaməsi ilə iddiaçə Cavabdeh2 adına xx.xx.2021-ci il tarixli çıxarış əsasında, daşınmaz əmlakın dovlə reyestrində 766 saylı reyestr kitabının 26 saylı vərəqində ********** qeydiyyat nömrəsi **********88 reyestr nömrəsi ilə qeydiyyata alınmış Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.0307 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 0 0298 ha torpaq sahəsindən cavabdeh İddiaçı çıxarılmaqla həmin torpaq sahəsindən istifadəyə yaradılmış maneələrin äradan qaldırılması qət edilmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən 0.344 ha torpaq sahəsi xx.xx.2013-cü il tarixdən İddiaçı adına qeydiyyatda olmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən 0.344 ha torpaq sahəsi xx.xx.2013-cü il tarixdən Cavabdeh1 adına qeydiyyatda olmuşdur. Cavabdeh1 AN-İ seriyalı, ******* saylı alqı-satqı müqaviləsi əsasında həmin torpaq səhəsinin 0.0307 ha hissəsini Cavabdeh2 satmışdır. Daha sonra Cavabdeh2 adına Abeşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən 0.0307 ha torpaq sahəsinə dair onun mülkiyyət hüququnu təsdiq edən xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrində 766 saylı reyestr kitabının 26 saylı vərəqində ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli çıxarış verilmişdir. Məhkəmə iddianın Cavabdeh1 adına verilmiş 01 aprel 2015-ci il tarixli **********88 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi ilə bağlı tələbə qiymət verərək belə qənaətə gəlir ki, çıxarışın etibarsız hesab edilməsi inzibati hüquq sahəsinə aid olduğundan qeyd edilən məsələyə münasibət bildirilməsi ümumi məhkəmələrin səlahiyyətində olmadığından Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)- 431/2023 saylı qərardadı ilə iddiaya 01 aprel 2015-ci il tarixli **********88 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi hissəsində xitam verilmişdir. Məhkəmə iddianın Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 04 avqust 2921-ci il tarixli AN İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, iddia həmin hissədə əsassız olduğundan rədd edilməlidir. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında qeyd edilir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Beləliklə, əqdlərin etibarlı olması üçün qanunda nəzərədə tutulmuş 4 şərtin mövcudluğu vacibdir. Əqdin subyektiv tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqdə iradə və iradənin ifadə edilməsinə adi edilən şərt, əqdin formasina aid edilən şərt. Bu şərtlərin hər biri olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd etdikləri və istədikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Məhkəmə yuxarıda istinad etdiyi qanunvericilik normalarının müddəalarını və işin faktiki hallarını təhlil edərək belə qənaətə gəlir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən 0.344 ha torpaq sahəsi Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq sonuncunun həmin torpaq sahəsinə mülkiyyət hüququ yaranmışdır. Cavabdeh1 mülkiyyətində olan mübahisəli torpaq sahəsini Cavabdeh2 satmışdır. Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 04 avqust 2021-ci il tarixli AN İ ******* nömrəli alqı-satqı müqaviləsi hər bir tərəf öz iradəsini ifadəsini bildirməklə notarial qaydada təsdiq edilmiş, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin şərtlərinə uyğun tərtib edilmişdir. Beləliklə, həmin müqavilənin etibarlılığını şübhə altına alan halların mövcudluğu sübuta yetirilməmişdir. Odur ki, iddia Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 04 avqust 2921-ci il tarixli AN İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində əsassız hesab edilərək rədd edilməlidir. Məhkəmə iddiaya Cavabdeh2 adına rəsmiləşdirilən xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrində 766 saylı reyestr kitabının 26 saylı vərəqində ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli çıxarışın ləğv edilməsi etibarsız hesab olunması hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə də təmin edilməməlidir. Belə ki, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrində 766 saylı reyestr kitabının 26 saylı vərəqində ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi ilə bağlı tələb, həmin çıxarışın verilməsi üçün əsas olan Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 04 avqust 2921-ci il tarixli AN İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə əlaqəlidir. İddia müqavilənin etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyinə görə məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrində 766 saylı reyestr kitabının 26 saylı vərəqində ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli çıxarışın etibarsızlığı üçün hər hansı əsas mövcud deyil. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarlılığı şübhə altına alan hər hansı bir şərtlərin mövcud olduğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, həmin altı-satqı müqaviləsinin və onların əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi və ləğv edilməsi barədə iddia əsasız hesab edilərək rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 04 avqust 2921-ci il tarixli AN İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına rəsmiləşdirilən xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrində 766 saylı reyestr kitabının 26 saylı vərəqində ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli çıxarışların ləğv edilməsi barədə iddiası rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 04 avqust 2921-ci il tarixli AN İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına rəsmiləşdirilən xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrində 766 saylı reyestr kitabının 26 saylı vərəqində ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli qeydiyyatın ləğv edilməsi (çıxarışın ləğv edilməsi) barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar