Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-4337/2025 26.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Fərhadzadə Mehri Polad qızının katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinin boşaldılması və sair” tələbinə dair mülki iş üzrə iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə “işlərin bir icraatda birləşdirilməsinə dair” vəsatətinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinin boşaldılması və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz olaraq yaşadığı ünvan 1 ünvanında yerləşən, iddiaçının xüsusi mülkiyyətində olan yaşayış sahəsindən (mənzildən) çıxarılması, yaşayış sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi və 2024-cü ilin sentyabr ayından başlamaqla mənzilin iddiaçıya təhvil verildiyi günədək hər ay 500 manat məbləğində pulun iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə ərizə (vəsatət) ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə Cavabdehlər İddiaçı və X2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və s.” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılması və s” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh iddia tələbi üzrə 2(005)-1158/2025 saylı mülki iş xx.xx.2024-cü il tarixdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi X1 icraatındadır. Bununla bağlı müvafiq sənədləri elektron məhkəmə sistemi vasitəsilə işə əlavə edilmişdir. Qeyd olunan iddia tələbləri eyni predmet barəsində və eyni tərəflər arasındadır, yəni ki, hər iki iddia tələbi eyni mənzillə bağlıdır.Qeyd olunanlara əsasən, nümayəndə hazırkı mülki işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi X1 icraatında olan 2(005)-1158/2025 saylı mülki işilə bir icraatda birləşdirilərək baxılması üçün 2(011)-4337/2025 saylı mülki işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(011)- 5218/2025 saylı, 23 dekabr 2024-cü il tarixli (hakim: Mehriban Əfəndizadə) qərardadının surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı və X2 qarşı “müqaviləni etibarsız hesab olunması, çıxarışın ləğvi, birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi, yalan əqd və s.” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1158/2025 saylı məhkəmə bildirişinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı və X2 qarşı “müqaviləni etibarsız hesab olunması, çıxarışın ləğvi, birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi, yalan əqd və s.” tələbinə dair mülki iş üzrə məhkəmə iclası 17 iyun 2025-ci il tarixə, saat 11:30-a təyin edilmişdir. AR Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. AR Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, nəzərə alaraq ki, mülki işlər üzrə tərəflər və iddia predmetləri eynidir həmin işlərin bir icraatda birləşdirilməsi və bir icraatda baxılması məqsədəmüvafiqdir və bu səbəbdən də, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinin boşaldılması və sair” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-4337/2025 saylı mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdehlər İddiaçı və X2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair mülki işlə birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 169.3-cü, 263-264-cü və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə “işlərin bir icraatda birləşdirilməsinə dair” vəsatəti təmin edilsin. İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinin boşaldılması və sair” tələbinə dair e-2(011)- 4337/2025 saylı mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdehlər İddiaçı və X2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair mülki işlə birləşdirilərək, baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-4337/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-4337/2025
26.05.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver