Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4353/2024 04.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi (vəkili) https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=2826305Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Bakı Şəhəri 36 Saylı Notariat Ofisinə qarşı bağışlama müqaviləsinin, reyestr qeydlərinin etibarsız hesab edilməsi, mirası qəbul etmə vaxtının uzadılması və mirasda məcburi pay hüququnun tanınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. İddiaçı xx.xx.1949-cu ildə Quba rayonunun Qonaqkənd kəndində anadan olmuş, valideynləri X6 və X14 olmaqla, ailələri yeddi uşaqdan ibarət olmuşdur. Belə ki, bacıları Hafizə, Vəzifə, Sürayyə, Solmaz, qardaşları isə Bəhrəm və Nasir olmuşdur. Cavabdeh3 başqa, digər qardaş və bacıları rəsmi nikahda olmaqla, öz ailə üzvləri ilə birgə yaşayırlar. İddiaçı 1998-ci ildən Almaniya Federativ Respublikasına köçmüş və orada yaşamağa başlamışdır. Orada o alman dilini öyrənmiş və xx.xx.1999-cu ildə Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında olan səfirliyində qeydiyyata durmaqla, Almaniyada işləməyə başlamışdır.
2. İddiaçı hal-hazırki vaxtadək Almanya Federativ Respublikasının Kassel şəhərində yaşayır. İddiaçının atası X6 xx.xx.1969-cu ildə, iddiaçının bacılarından biri Bayramova (Əzizova) Surayyə Əlimərdan qızı 2011-ci ildə, anası X14 isə xx.xx.2015-ci ildə vəfat etmişlər. İddiaçı anasından ayrı yaşasa da, iddiaçı daim anasının qayğısına qalmış, anası ilə yaşayan Cavabdeh3 maddi yardım göstərmişdir.
3. İddiaçı anasının xx.xx.2015-ci ildə vəfat etməsi barədə məlumatı aldığı zaman, dərhal növbəti gün Bakıya gəlmiş, xx.xx.2015-ci ildə anasının dəfn və hüzr mərasimlərini keçirmiş və bütün zəruri olan xərcləri qarşılamışdır. Bir aya yaxın Bakı şəhərində mübahisəli ünvanda qaldıqdan sonra, məcburiyyət qarşısında qalaraq daimi yaşadığı Almaniya Federativ Respublikasına geri dönmüşdür. İddiaçıya məlum idi ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 73,9 kv.m olan 21 saylı fərdi yaşayış evi anasının xüsusi mülkiyyətindədir. İddiaçı bacı-qardaşları ilə razılığa gəlmişdirlər ki, fərdi yaşayış evi müvəqqəti olaraq anasının adında qalacaq və gələcəkdə iddiaçıya xəbər verməklə öz aralarında paylarını müəyyən edib vərəsəlik hüququ əsasında rəsmiləşdirəcəklər.
4. 2024-cü ilin fevral ayının sonlarında iddiaçıya qardaşlarından biri bildirmişdir ki, Cavabdeh3 2015-ci ildə analarının vəfatından bir neçə ay keçdikdən sonra, evi öz adına keçirmiş, iddiaçının daim Almaniya Federativ Respublikasında yaşamasını əsas gətirərək, bu barədə iddiaçıya məlumat verilməməsini onlardan tələb etmişdir. Qardaşı onu da bildirmişdir ki, notariat ofisində sənədləşmə işləri aparılarkən, bütün işlərlə bacıları Cavabdeh3 məşğul olmuş və anaları X4 ölən övladı Bayramova (Əzizova) Surayyə Əlimərdan qızı və iddiaçı barəsində notariat ofisinə məlumat verilib-vedilməməsindən məlumatsız olmuşdular. İddiaçı məsələyə aydınlıq gətirmək, eyni zamanda isirahət məqsədilə 2024-cü ilin mart ayında Bakı şəhərinə gəldikdə, ata yurdu olan ünvan 3 ünvanında yerləşən 21 saylı fərdi yaşayış evinə gedib orada qalmaq istədikdə, bacısı Cavabdeh3 ona evdə qalmağa icazə verməmiş və bildirmişdir ki, ev artıq ona məxsusdur o öz hüquqlarını qeydiyyatdan keçirib, evi bacısı qızına bağışlayacaq və evə heç kimi buraxa bilməz. Bir neçə gündən sonra cavabdeh bildirmişdir ki, evi bağışlayıb digər bacısının qızı Leylaya və istəyirsə vəkili ilə əlaqə saxlaya bilər. İddiaçı bundan sonra müəyyən araşdırmalar aparmış və ona məlum olmuşdur ki, Cavabdeh3 iddiaçı tərəfindən vərəsəlik haqqında şəhadətnamənin mübahsiləndirəcəyini biləndən dərhal sonra, 2024-cü ilin yanvar ayında fərdi yaşayış evini bacısı qızı Cavabdeh2 bağışlanma müqaviləsi əsasında rəsmiləşdirmişdir. Sanki, cavabdeh bu yolla izləri itirmək istəyində olmuşdur.
İddiaçının tələbi:
5. xx.xx.2015-ci il tarixində vəfat etmiş X3 miras qalmış ünvan 4) küçəsi ünvanında yerləşən, ümumi sahəsi 73,9 kv.m olan 21 saylı fərdi yaşayış evinə dair Cavabdeh3 adına verilmiş xx.xx.2015-ci il tarixli vərəsəlik hüququ haqqında şahdətnamənin və onun əsasında Cavabdeh3 adına ƏMDX-nin DƏDKRPHŞ-də aparılan reyestr qeydlərində daşınmaz əmlakın Cavabdeh2 adına bağlanmış xx.xx.2024-cü il tarixli bağışlanma müqaviləsinin və onun əsasında Cavabdeh2 adına ƏMDX-nin DƏDKRPHŞ-də aparılan reyestr qeydlərin etibarsız hesab edilməsi, mirasın qəbul etmə vaxtının uzadılması və mirasda İddiaçı məcburi 1/6 pay hüququnun, Cavabdeh3 isə 5/6 pay hüququnun tanınması, vərəsəlik haqqında şəhadətnamənin paylara uyğun olaraq verilməsi vəzifəsinin notariat ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
6. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.2015-ci il tarixində vəfat etmiş X3 miras qalan, ünvan 4) küçəsi ünvanında yerləşən, ümumi sahəsi 73,9 kv.m. olan 21 saylı fərdi yaşayış evinə dair Cavabdeh3 adına verilmiş xx.xx.2015-ci il tarixli vərəsəlik hüququ haqqında şahdətnamənin etibarsız hesab edilməsi, onun əsasında Cavabdeh3 adına ƏMDX-nin DƏDKRPHŞ-in 1 saylı Bakı Ərazi İdarəsində mülkiyyət hüquqlarına dair aparılan reyestr qeydlərinin ləğv edilməsi vəzifəsinin ƏMDX-nin DƏDKRPHŞ-in 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması, daşınmaz əmlaka dair Cavabdeh3 ilə Cavabdeh2 arasında Bakı şəhəri 36 saylı Notariat ofisində xx.xx.2024-cü il tarixində bağlanmış bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Cavabdeh2 adına ƏMDX-nin DƏDKRPHŞ-in 1 saylı Bakı Ərazi İdarəsində aparılan reyestr qeydlərinin, həmçinin ünvan 4) küçəsi ünvanında yerləşən, ümumi sahəsi 73,9 kv.m olan 21 saylı fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsinə dair ƏMDX-nin DƏDKRPHŞ-də mülkiyyət hüquqları barəsində aparılan reyestr qeydlərinin ləğv edilməsi vəzifəsinin ƏMDX-nin DƏDKRPHŞ-in in 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması, mirasın qəbul etmə vaxtının uzadılması və mirasda İddiaçı 1/6 pay hüququnun, Cavabdeh3 isə 5/6 pay hüququnun tanınması, vərəsəlik haqqında şəhadətnamənin paylara uyğun olaraq verilməsi vəzifəsinin Bakı şəhəri 36 saylı notariat ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
7. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.2015-ci il tarixində vəfat etmiş X3 miras qalan, ünvan 4) küçəsi ünvanında yerləşən, ümumi sahəsi 73,9 kv.m olan 21 saylı fərdi yaşayış evinə dair Cavabdeh3 adına verilmiş xx.xx.2015-ci il tarixli vərəsəlik hüququ haqqında şahdətnamənin etibarsız hesab edilməsi, onun əsasında Cavabdeh3 adına ƏMDX-nin DƏDKRPHŞ-in 1 saylı Bakı Ərazi İdarəsində mülkiyyət hüquqlarına dair aparılan reyestr qeydlərinin ləğv edilməsi, daşınmaz əmlaka dair Cavabdeh3 ilə Cavabdeh2 arasında Bakı şəhəri 36 saylı Notariat ofisində xx.xx.2024-cü il tarixində bağlanmış bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Cavabdeh2 adına ƏMDX-nin DƏDKRPHŞ-in 1 saylı Bakı Ərazi İdarəsində aparılan reyestr qeydlərinin, həmçinin ünvan 4) küçəsi ünvanında yerləşən, ümumi sahəsi 73,9 kv.m olan 21 saylı fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsinə dair ƏMDX-nin DƏDKRPHŞ-də mülkiyyət hüquqları barəsində aparılan reyestr qeydlərinin və xx.xx.2024-cü il tarix çıxarışın ləğv edilməsi, mirasın qəbul etmə vaxtının uzadılması və mirasda İddiaçı 1/6 pay hüququnun, Cavabdeh3 isə 5/6 pay hüququnun tanınması, vərəsəlik haqqında şəhadətnamənin paylara uyğun olaraq verilməsi vəzifəsinin Bakı şəhəri 36 saylı notariat ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
Cavabdehin iddiaya münasibəti:
8. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi (vəkili) https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=2826305Nümayəndə2 iddia tələbinə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddia tələblərini qəbul etmirlər, qeyd etdikləri səbəblərdən həmin tələblərin qanunsuz və əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər. Belə ki, iddianın Cavabdeh2 aid hissəsinə münasibət bildirirlər ki, İddiaçı mübahisəli mənzilin Cavabdeh2 bağışlamasını mübahisələndirir və bağışlama müqaviləsindən irəli gələn qeydlərin etibarsız hesab edilməsini tələb edir. İddiaçı sözügedən bağışlama müqaviləsini və ondan irəli gələn sənədləri mübahisələndirməyə subyektiv hüququ yoxdur. Belə ki, bağışlama müqaviləsi birtərəfli əqd olaraq Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmışdır, məhz həmin şəxslər üçün hüquq və vəzifələr yaratmışdır və həmin müqaviləni mübahisələndirmək yalnız müqavilə tərəflərinin müstəsna hüququdur. Təbii ki, hər hansı müqavilə üçüncü şəxslərin maraqlarına toxunduğu halda şəxsin məhkəməyə müraciət etmək hüququ yarana bilər. Lakin nə qədər ki, Cavabdeh3 adına DƏDRX tərəfindən edilmiş xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın dövlət qeydiyyatına alınması barədə reyestr qeydi qüvvədədir, hər hansı maraqlı şəxsin hüququndan söhbət gedə bilməz. Həmin tələbin davamında isə iddiaçı bağışlama müqaviləsindən irəli gələn sənədlərin (reyestr qeydinin və çıxarışın) etibarsız hesab edilməsini xahiş etmişdir. Tələbin bu hissəsi ilə bağlı qeyd edir ki, əqdlərin etibarsızlığı üçün əsaslar Mülki Məcəllənin 14-cü fəslində, xüsusən də 337-ci maddəsində sadalanmışdır. Qanunvericiliklə nəzərdə tutulmuş halların heç biri H. Bayramova ilə L. Zeynalova arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədə müşahidə edilmir. Odur ki, iddia tələbinin Cavabdeh2 münasibətdə tam əsassız və qanunsuz olduğu üçün rədd edilməsini xahiş etmişdir. İddia tələblərini Cavabdeh3 münasibətdə bir neçə hissəyə bölərək - xx.xx.2015-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi; - xx.xx.2015-ci il tarixli ********** saylı daşınmaz əmlakın Cavabdeh3 adına dövlət qeydiyyatına alınması barədə reyestr qeydinin etibarsız hesab edilməsi ; - mirasın qəbul edilmə vaxtının uzadılması, İddiaçı məcburi 1/6 pay hüququnun tanınması, bu paylara uyğun olaraq vərəsəlik haqqında şəhadətnamənin verilməsi hissələrindən ibarət olduğunu qeyd etmişdir. Tələbin hər bir hissəsinə ayrıca münasibət bildirərək qeyd etmişdir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin anlayışı Mülki Məcəllənin 74-cü fəslində təsbit edilmişdir. Mülki qanunvericiliklə tanış olduqda görürük ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi müddəaları qanunvericiliklə nəzərdə tutulmamışdır. Bir anlıq hesab etsələr ki, iddiaçı etibarsızlığı deyil, ləğvetməni nəzərdə tuturdursa, yenə də vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvinə dair hər hansı əsas mövcud deyildir. Bu səbəbdən cavabdehlərin nümayəndəsi (vəkili) hesab edir ki, vərəsəlik işində notarial orqan tərəfindən qanunvericiliyin tələblərinə tam riayət edilmişdir, qanun çərçivəsində sənədlər toplanmış, müddətlər gözlənmiş, nəticədə qanunamüvafiq qaydada vərəsəlik hüququnun tanınması haqqında şəhadətnamə tərtib edilmişdir. İkincisi, o qeyd edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamə qanuni və əsaslıdır, ondan irəli gələn növbəti hüquqi addımlar, xüsusən daşınmaz əmlakın Cavabdeh3 adına dövlət qeydiyyatına alınması və müvafiq qeydlərin aparılması ilə çıxarışın verilməsi hərəkətləri də qanuni və əsaslı olmuşdur. Dövlət orqanı tərəfindən verilmiş sənədlərin, habelə dövlət orqanının apardığı qeydlərin etibarsızlığı barədə mübahisələndirilmə şərtləri və qaydaları qanunvericiliklə inzibati icraatda nəzərdə tutulmuşdur. Yəni, iddiaçı Şahid2 hesab edirsə ki, Cavabdeh3 daşınmaz əmlak barədə reyestrdən çıxarışın verilməsi onun hər hansı hüququnu pozur, bu halda iddiaçı Şahid2 ilk öncə həmin quruma müraciət etməli idi və bundan sonra müraciəti təmin edilmədiyi halda həmin cavabı aidiyyəti üzrə məhkəmədə mübahisələndirə bilərdi. Hazırki vaxtda vərəsəlik hüququ haqqında şəhadətnamə qüvvədə olduğu müddətdə iddiaçının H. Bayramovanın adına verilmiş çıxarışı (daşınmaz əmlakın dövlət qeydiyyatına alınması barədə reyestr qeydini) mübahisələndirməyə hüququ yoxdur. Vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv olunduğu təqdirdə iddiaçının sadaladığım addımları atmaq hüququ yarana bilər. Üçüncüsü, mirasın qəbuletmə vaxtının uzadılması ilə bağlı hissədə qeyd edir ki, qanunvericiliyin aşağıdakı normalarına əsasən iddia tələbi bu hissədə də tam əsassızdır və rədd edilməlidir. Belə ki, mirasın açıldığı an qüvvədə olmuş qanunvericiliklə xüsusi müddətlər nəzərdə tutulmuşdurlar. Bu müddət ərzində (yəni anasının 2015- ci ildə vəfatından 2024-cü ildə məhkəməyə ərizə ilə müraciət etdiyi vaxtadək) iddiaçı Şahid2 mirasın qəbulu ilə bağlı notarial orqana müraciət etməyinə kifayət qədər vaxtı olmuşdur. Əgər bu yerdə iddiaçı onlara bildirmək istəyirsə ki, o, daimi olaraq Almaniyada yaşayır və fiziki olaraq belə müraciəti etməyə imkanı olmamışdır, cavabdehlərin nümayəndəsi (vəkili) qeyd edir ki, Bayramova Şəmiyat xx.xx.2015-ci ildə vəfat etdikdən sonra İddiaçı xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikasına daxil olmuş və təxmini 1 ay sonra,yəni xx.xx.2015-ci il tarixdə ölkəni tərk etmişdir. Bundan başqa iddiaçı Şahid2, həmçinin, xx.xx.2016-cı ildə ölkəyə gəlmiş, təxmini 2 həftə sonra, yəni xx.xx.2016-cı ildə ölkəni tərk etmişdir. İş materiallarından göründüyü kimi iddiaçı Şahid2 notarial orqana müraciət etmək imkanı dəfələrlə olmuşdur, lakin o, bu imkanından istifadə etməmişdir. Hazırda da vərəsəliyin qəbulu ilə bağlı müddətin uzadılmasını qanunvericiliklə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. İddiaçı müddəti üzrlü səbəbdən ötürməsinə dair hər hansı sübut təqdim etməmişdir. Bundan başqa, iddiaçı miras əmlak üzərində məcburi 1/6 pay hüququnun tanınmasını tələb edir. Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Gördüyümüz kimi, qanunvericilikdə məcburi pay anlayışı yalnız və yalnız vəsiyyətin mövcud olduğu hallarda yaranır. Odur ki, iddianın bu hissəsi də tam əsassızdır və buna görə də ləğv edilməlidir. İşin mahiyyəti bundan ibarətdir ki, xx.xx.2015-ci il tarixdə Şəmiyat Bayramovanın vəfatından sonra onun vərəsələri olan uşaqları miras əmlakın aqibətini həll etmək məqsədilə məşvərət etmişlər və belə qənaətə gəlmişdirlər ki, bütün miras əmlak uzun illər ərzində məhz analarının yanında qalan və ona xidmət edən Cavabdeh3 çatmalıdır. Bu müzakirələr zamanı qardaşları İddiaçı müraciət etsələr də, o, bildirmişdir ki, daimi olaraq Almaniyada yaşayır, Azərbaycana qayıtmaq fikri və niyyəti yoxdur, anasından qalan əmlakla bağlı hər hansı hüquqi addım atmaq istəmir. Bu halı məhkəməyə təqdim edəcəkləri şahidlər bir daha təsdiq edəcəkdirlər. Vərəsələrdən Şahid1 xx.xx.2015-ci il tarixdə, Solmaz Abbasova xx.xx.2015-ci il tarixdə, Şahid2 xx.xx.2015-ci il tarixdə, Bəhrəm Bayramov isə xx.xx.2015-ci il tarixdə notarial orqana ərizələrlə müraciətlər edərək onlara çatası paylardan bacıları Cavabdeh3 xeyrinə imtina etmişdilər. Tarixlərin fərqli günlərə təsadüf etməsi bir daha onu sübut edir ki, bu şəxslər könüllü şəkildə, öncədən sövdələşməyərək bu ərizələri vermişdirlər. Həmçinin vərəsəlik işinin açılmasına dair Cavabdeh3 ərizəsindən görünür ki, bu ərizə notariat kontoruna xx.xx.2015-ci il tarixdə, yəni anasının vəfatından bir ay yarım sonra verilmişdir. Yəni İddiaçı deyə bilməz ki, onun bacıqardaşları arxasınca iş qurmuşlar, ondan xəbərsiz iş görmüşdürlər. Çünki miras payı qəbul etmək niyyəti olsa idi Hafizə və digər vərəsələrdən öncə notariat kontoruna müraciət edə bilərdi. Yuxarıda qeyd olunanların hamısını nəzərə alaraq cavabdehərin nümayəndəsi (vəkili) hesab edir ki, iddia tələbləri bütün hissələrdə əsassızdır və ona görə də rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Digər cavabdeh Bakı Şəhəri 36 Saylı Notariat Ofisi tərəfindən iddia tələbinə qarşı heç bir yazılı etiraz daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
10. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi (vəkili) https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=2826305Nümayəndə2 öz izahatında qeyd etmişdir ki, iddia tələblərini qəbul etmədiklərini bildirərk etirazını onunla əsaslandırmışdır ki, iddia tələbi vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsidir və bu məsələ də mülki qanunverilikdə əqdlərin etibarsızlığı ilə məsələni açıq-aydın qeyd edilmişdir. Belə ki, mülki qanunvericilikdə etibarsızlıqla bağlı hansı əsasların olması qeyd edilmişdir, lakin mülki qanunvericilikdə qeyd edilən əsasların heç birinin olmadığını, iddiaçının da iddia tələbini əsaslandırmadığını, Cavabdeh3 adına vərəsəlik şəhadətnaməsinin verilməsinin iddiaçının hansı hüquqlarını pozduğunu qeyd etməmişdir. Sonuncu iclasda onlar tərəfindən dəvət olunmuş şahidin izahatından sonra onlara məlum olmuşdur ki, iddiaçı hətta qeyd edilən mənzili öz adına keçirməyə çalışmış, bu niyyətinə nail ola bilmədiyini gördükdə Nizami Rayon Polis İdarəsinə gedərək orada pul təklif etməklə qeyd edilən mənzilə qeydiyyata düşməyə cəhd etmişdir. Təbii ki, onun qeydiyyata alınmasından imtina edilmişdir. O, qanunveriliyə əsasən mirasın bir hissəsinin qəbulunun mirasın tam qəbul kimi qəbul edildiyini, digər tərəfdən mirasın qəbulunun vərəsəlik qaydasında qəbul və faktiki qəbul olmaqla iki formada olduğunu qeyd etmişdir. O sədrlik edən tərəfindən şahidlərə mərhum tərəfindən hər hansı bir xatirənin iddiaçı tərəfindən qəbul edilib-edilmədiyini sual verdiyi zaman şahidlərin qeyd edilən suala cavab olaraq heç bir şey qəbul edilmədiyi bildirdiklərini məhkəmənin diqqətini çatdırmışdır. Hazırda mirasın faktiki qəbulunun həyata keçirilmədiyini bildirmişdir. Cavabdehlərin nümayəndəsi (vəkili) öz izahatında şahidlərin verdiyi ifadəyə istinad edərək qeyd etmişdir ki, Bayramova Şəmiyat vəfat etdikdən sonra qardaşların qeyd edilən mənzili 3 qardaş arasında bölüşdürülməsi ilə bağlı danışıqlar apardıqlarını bu danışıqlarda iddiaçının da iştirak etdiyini qeyd etmiş, müəyyən hərəkətlər aparmış, lakin notarial qaydada ərizə verməmişdir. O hüququn yarandığı anı nəzərə alaraq qeyd etmişdir ki, iddiaçı anasının vəfatından sonra gəlmiş, o bundan sonra 20-25 gün qaldıqdan sonra geri qayıtmışdır. Eyni zamanda o bir il sonra yenidən gəldiyi zaman artıq vərəsəlik haqqında şəhadətnamə alınmış, hətta cavabdehin adına çıxarış da olmuşdur. İddiaçı payının açıq saxlanmaması ilə bağlı notariat ofisini məhkəməyə verə biləcəyini, ancaq belə bir iddia verilmədiyini bildirmişdir. O, həmçinin qeyd etmişdir ki, iddiaçı üzrlü səbəbdən müddəti ötürdüyünü qeyd etmiş, lakin bunu əsaslandırmamış belə ki, həmin dövrdə Almanyada sel və s. kimi təbii fəlakətin baş vermədiyini bildirmiş, izahatına əlavə olaraq qeyd etmişdir ki, iddiaçı erməni ilə ailə həyatı qurmuş, arvadı ilə birlikdə Almanyaya köçmüş, bu səbəbdən ailəsi ilə bura gəlmədiyini qeyd etmişdir. Həmçinin mərhumun bu səbəbdən bir növ iddiaçını mirasından mərhum etdiyini qeyd etmişdir. Mirasın qəbulu üçün müddətin üzrlü səbəbdən ötürülməsi sübuta yetirilməmişdir. O ötən il məhkəməyə müraciət edərək Bəhram ilə Nasiri qeydiyyatdan çıxardığını, bundan sonra Bəhram əsəbləşdiyi üçün iddiaçıya zəng etmişdir.İddiaçı da ondan sonra gələrək vəkil tutmuş, daha sonra getmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi (vəkili) https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=2826305Nümayəndə2 müddətin ötürülməsi ilə bağlı heç bir üzrlü səbədin olmadığını, bununla bağlı müddət ötürüldüyü üçün digər tələblərə də baxılmasına ehtiyac qalmadığını bildirmişdir. Əqdlərin etibarsızlığının hansı hallarda mümkün olduğunun məlum olduğunu, lakin bu etibarsızlığa səbəb olacaq hər hansı halı qeyd etməmiş, eyni zamanda bu hissəyə ümumiyyətlə istinad olunmadığını bildirmişdir. Həmçinin iddiaçının ona münasibətdə 1/6 payın, Cavabdeh3 münasibətdə isə 5/6 payın müəyyən edilməsini xahiş etdiyini, bu məsələyə münasibətdə cavabdehə veriləcək payın iddiaçı tərəfindən müəyyən edilməsinin əsassız olduğunu qeyd etmişdir. O həmçinin üçüncü şəxslər tərəfindən əqdlərin yalnız onların maraqlarına toxunduğu zaman mübahisələndirilə biləcəyini qeyd edərək hazırda iddiaçının maraqlarına toxunmasının əsaslandırılmadığı qeyd edilmişdir.
11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 öz izahatında qeyd etmişdir ki, iddia tələbini tam olaraq müdafiə etdiyini qeyd etmiş, iddia tələbinin detallarını iddia ərizəsində qeyd etdiyini bildirmişdir. O sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçı 2016-cı ildə Azərbaycana gələn zaman onun bu barədə məlumatı olmamışdır. 2016-cı ildə yalnız mirasın bölünməsi ilə bağlı fikir irəli sürülmüşdür. Lakin iddiaçı bununla bağlı 2024-cü ilin fevral-mart ayında məlumat əldə edəcəkdir. Belə ki, onlar razılığa gəlmişlər ki, zamanı gələn vaxt əmlak satılacaq həmin vəsait hesabına cavabdehə ev alınacaq qalan vəsait isə digər şəxslər arasında bölüşdürəcək. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iddiaçının anasına məxsus-anasının çox sevdiyi fincanı özü ilə birlikdə götürdüyünü qeyd etmişdir.
12. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Şahid1 öz izahatında qeyd etmişdir ki, anasının 2015-ci ildə vəfat etdiyini, dəfn mərasimində hər birinin iştirak etdiyini, qardaşı Nizamin basdırılan günü gəldiyini, atası 1969-cu ildə atası vəfat etdikdən sonra bacısı Hafizənin öz həyatını anası üçün qurban verdiyini, anasına baxdığını, anasının gözündə və ayaqlarında problem olduğunu qeyd etmişdir. Anasının digər övladlarının və gəlinlərin anasına baxmadığını, anası dəfələrlə Bəhrama əşyalarını götürərək o evdən çıxsı üçün acıqlandığını bildirmişdir. Dəfn mərasimindən sonra heç bir şey danışığın olmadığını, lakin anasının hər zaman ona baxan Hafizə olduğu üçün evi ona verəcəyini bildirdiyini qeyd etmişdir. İddiaçı ilə dəfndən sonra heç nə danışmadıqlarını, iddiaçının 2-3 gün qaldıqdan sonra getdiyini, qardaşının anasından yadigar olaraq heç nə aparmadığını bildirmişdir. Şahid1 hər kəsin evi Hafizə verdiyini danışdığını (özü X34, Nasir) Nizaminin onlara özünün Almanyada yaşadığını, onlar necə bilirsə elə etməklərini bildirdiyini qeyd etmişdir. Onlar öz razılığı ilə notariusa gedərək paylarını Hafizəyə vermişdirlər. Anası öldükdən sonra Nizamini görmədiyini qeyd etmişdir. Qardaşı Nasirlə notariusa getdiyini, bildirmişdir. Notarius ona öz payını Hafizəyə öz xoşu ilə verdiyini soruşmuş, 4 bacı, 3 qardaş olduğunu, 1 bacısının vəfat etdiyini bildirmişdir. İddiaçının Almaniyaya gedən zaman bütün sənədləri apardığını, bu səbəbdən onlarda heç bir sənədi olmadığını bildirmişdir. İddiaçının anası yaşayan zaman gələndə 2 gün həmin evdə qaldığını, anasının vəfatından sonra onu görmədiyini, anasının yas mərasimində iştirak edən zaman mübahisəli mənzildə qaldığını, yas mərasimi üçün heç bir köməklik göstərmədiiyini, 3-nü xeyir-şər evində yeznələri (ölən bacısının əri) tərəfindən, 7sinin isə onun oğlu tərəfindən verildiyini, Nasirin pul xərclədiyini, Bəhramın və Nizaminin isə heç bir pul xərcləmədiyini bildirmişdir.
13. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Şahid2 öz izahatında qeyd etmişdir ki, Nizaminin dəfn mərasimi üçün gəldiyini, lakin anasının qırxına qədər qalmadığını qeyd etmişdir. Nizami gəldikdən sonra evlə bağlı danışıq olmuş bütün ailə üzvləri (Bəhram, Solmaz, Nizami,bacı uşaqları, özü, Hafizə), (Vəzifənin orada olmadığını güman edir) qeyd etdiyini bildirmişdir. Nizaminin evi öz adına keçirmək istədiyini, gələcəkdə satmaq istəyə biləcəyini bildirmişdir. Yalnız onun evin satılmasına razı olmadığını, çoxunun isə evi satmaq istədiyini bildirmişdir. Onun da anasının yanında olduğunu, anası ilə aralarında hasar olduğunu, onun anasının evində otağı olduğunu, anasının yalnız ona otaq verdiyini qeyd etmişdir. İddiaçı Nizaminin qeydiyyata düşərək evi öz adına keçirmək istədiyini qeyd etmiş, onunla birlikdə iddiaçının Nizami rayon Polis Bölməsinə getdiyini, lakin alınmadığını bildirmişdir. Bundan sonra razılaşmışlar ki, Hafizənin adına keçirilsin, lazım olacağı təqdirdə həmin evi satacaqlarını, Hafizə xanıma isə bir ev ala biləcəklərini, qalan pulu isə qardaşlar arasında böləcəklərini yəqin etdiklərini qeyd etmişdir. İddiaçının anasının ilində gəldiyini xatırladığını güman edir. Nə zaman payından imtina etdiyini xatırlamır, bununla bağlı Nizamiyə məlumat verməmişdir, qardaşlarından incidiyi üçün onlarla danışmadığını bildirmişdir. O, iddiaçının onların notariusda öz paylarından imtina etməsi barədə məlumatının olmadığını qeyd etmişdir. Anası evin yarısının onun digər hissəsinin isə bacısının olmasını istədiyini qeyd edərək, anasının dəfn mərasiminin xərclərinin çoxunun iddiaçı tərəfindən ödənildiyini bildirmişdir. Onlarda bir nəfərin pul xərclədiyini, ümumi xərclənmiş pulun 3 qardaş arasında bölündüyünü, qəbr üstünü iddiaçı ölkədə olan zaman sifariş verdiyini bildirmişdir. İlk öncə Nizaminin adına keçirməyin alınmadığını, bundan bir müddət sonra Nizami hamıya gedib evi Hafizənin adına keçirməsini demişdir. Nizaminin 10 il sonra bu məsələni niyə mübahisələndiyini bilmir, Nizami getdikdən sonra o iddiaçı ilə heç bir əlaqə saxlamamışdır. Onların cavabin evi Leyla xanıma bağışlamasından məlumatları olmamışdır. Bu məsələlər baş verdikdən sonra məlumatı olmamışdır. O onun payının başqasına verilməsinə razı olmadığını bildirmişdir. O payından şərtlə imtina etmişdir, ki ev satılsın. Notariusda neçə uşaq olduqlarını soruşduqları zaman Nizami adında qardaşlarının olduğunu deyib-demədiklərini xatırlamır. İddiaçı ilə danışmadığı üçün evin nə zaman Hafizə xanımın adına rəsmiləşdirildiyini bildiyini deyə bilməyəcəyini qeyd etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
14. xx.xx.2015-ci il tarixli “Qanunüzrə vərəsəlik haqqında” Şəhadətnaməyə əsasən xx.xx.2015-ci il tarixdə ölmüş X4 vərəsəsi ünvan 5 ünvanında qeydiyyatda olan Cavabdeh3dır və miras əmlakdan 1/1 hissədə pay almalıdır.
15. Y09NCV6MM nömrəli “Ölkə ərazisində yaşamaq üçün icazə”yə əsasən İddiaçı xx.xx.2020-ci il tarixdə ABH şəhəri və Kassel rayon dairəsi tərəfindən xx.xx.2030-cu il tarixədək ölkə ərazisində daimi yaşamağa və əmək fəaliyyəti ilə məşğul olmağa icazə verilmişdir.
16. xx.xx.2024-cü il tarixdə Bakı Şəhəri 36 Saylı Notariat Ofisində rəsmiləçdirilmiş 4Ə- 10 saylı notariat işinə əsasən Cavabdeh3 ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 73.9 kv.m olan fərdi yaşayış evini Cavabdeh2 bağışlamışdır.
17. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən əldə edilmiş № ******* saylı çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 73.9 kv.m olan fərdi yaşayış evi tam payda Cavabdeh3 məxsus olmuşdur.
18. xx.xx.2024-cü il tarixli “Elektron notariat” X2 vasitəsilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışa əsasən Cavabdeh2 ünvan 5 ünvanında qeydiyyatda olmuşdur.
19. “Elektron notariat” X1 çıxarışa əsasən ölmüş (miras qoyan) X4 qanun üzrə vərəsəsi Cavabdeh3dır.
20. AZ-İİİ № 601843 nömrəli “Doğum haqqında” Şəhadətnaməyə əsasən xx.xx.1944cü il tarixdə anadan olmuş Cavabdeh3 atası X6, anası isə X7r.
21. AZ-İ № 733311 saylı “Ölüm haqqında” şəhadətnaməyə əsasən X14 xx.xx.2015-ci il tarixdə ölmüşdür.
22. AZ-T № 244398 saylı “Doğum haqqında şəhadətnamə”yə əsasən xx.xx.1949-cu il tarixdə anadan olmuş İddiaçı atası X6, anası isə X7r.
23. xx.xx.2015-ci il tarixdə Bakı Şəhəri 36 Saylı Notariat Ofisində rəsmiləşdirilmiş 2N- 57 saylı notariat işinə əsasən X18 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət etmiş və ərizədə X5 vərəsələri qrafasında Şahid1, X8, X13 və Şahid2 adları qeyd edilmişdir.
24. Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının Əhmədli qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli № 1212 saylı arayışa əsasən mərhum X14 ölən günə kimi ünvan 5 ünvanında qızı X18 və oğlu X19 ilə birgə qeydiyyatda olmuşdur.
25. İ- ИЕ № 232184 “Evlənmək haqqında şəhadətnamə”yə əsasən X6 ilə Məmmədxanova (Bayramova) Şəmiyat Piroğlan qızı rəsmi nikaha daxil olmuşdurlar.
26. İİ- ИЕ № 314269 saylı “Ölüm haqqında şəhadətnamə”yə əsasən X6 xx.xx.1969-cu il tarixdə ölmüşdür.
27. İ- ИЕ № 826473 saylı “Nikah haqqında şəhadətnamə”yə əsasən X32 ilə X15 08 iyun 1975-ci ildə rəsmi nikaha daxil olmuşdur.
28. xx.xx.2015-ci il tarixdə Şahid1 notariat kontoruna ərizə ilə müraciət edərək xx.xx.2015-ci il tarixdə vəfat etmiş anası X3 ona düşən miras paydan, bacısı Cavabdeh3 xeyrinə imtina etdiyini, adının vərəsəlik haqqında şəhadətnaməyə salınmasını istəmədiyini, gələcəkdə bununla bağlı heç bir məhkəmə orqanına müraciət etməyəcəyini, bununla bağlı hər hansı bir mübahisə olarsa bütün məsuliyyəti öz üzərinə götürdüyünü qeyd etmişdir.
29. X- ЖГ № 358776 saylı “Doğum haqqında şəhadətnamə”yə əsasən xx.xx.1959-cu il tarixdə anadan olmuş Şahid2 atası X6, anası isə X7r.
30. xx.xx.2015-ci il tarixdə Şahid2 notariat kontoruna ərizə ilə müraciət edərək xx.xx.2015-ci il tarixdə vəfat etmiş anası X3 ona düşən miras paydan, bacısı Cavabdeh3 xeyrinə imtina etdiyini, adının vərəsəlik haqqında şəhadətnaməyə salınmasını istəmədiyini, gələcəkdə bununla bağlı heç bir məhkəmə orqanına müraciət etməyəcəyini, bununla bağlı hər hansı bir mübahisə olarsa bütün məsuliyyəti öz üzərinə götürdüyünü qeyd etmişdir.
31. İ- ИЕ № 875774 saylı “Doğum haqqında şəhadətnamə”yə əsasən xx.xx.1952-ci il tarixdə anadan olmuş X9 atası X6, anası isə X7r.
32. xx.xx.2015-ci il tarixdə X20 notariat kontoruna ərizə ilə müraciət edərək xx.xx.2015-ci il tarixdə vəfat etmiş anası X3 ona düşən miras paydan, bacısı Cavabdeh3 xeyrinə imtina etdiyini, adının vərəsəlik haqqında şəhadətnaməyə salınmasını istəmədiyini, gələcəkdə bununla bağlı heç bir məhkəmə orqanına müraciət etməyəcəyini, bununla bağlı hər hansı bir mübahisə olarsa bütün məsuliyyəti öz üzərinə götürdüyünü qeyd etmişdir.
33. İİİ-ЖГ №256711 saylı “Nikah haqqında şəhadətnamə”yə əsasən X16 ilə X10 ilə nikaha daxil olmuşdur.
34. İ- ИЕ №377244 sayı “Doğum haqqında şəhadətnamə”yə əsasən xx.xx.1957-ci il tarixdə anadan olmuş X11 atası X6, anası isə X7r.
35. xx.xx.2015-ci il tarixdə X21 notariat kontoruna ərizə ilə müraciət edərək xx.xx.2015-ci il tarixdə vəfat etmiş anası X3 ona düşən miras paydan, bacısı Cavabdeh3 xeyrinə imtina etdiyini, adının vərəsəlik haqqında şəhadətnaməyə salınmasını istəmədiyini, gələcəkdə bununla bağlı heç bir məhkəmə orqanına müraciət etməyəcəyini, bununla bağlı hər hansı bir mübahisə olarsa bütün məsuliyyəti öz üzərinə götürdüyünü qeyd etmişdir.
36. Azərbaycan Sovet Respublikası Bakı Şəhər Zəhmətkeş X17 Komitəsinin № 15294 nömrəli sərəncama əsasən verilmiş çıxarışa əsasən Əhmədli kəndində 21 nömrəli ev X12 verilmişdir.
37. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən verilmiş xx.xx.2015-ci il tarixli 10/140 saylı arayışa əsasən ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi tay payda X12 məxsusdur.
38. Cavabdeh3 notariat ofisinə ərizə ilə müraciət edərək Bakı şəhəri 36 saylı notariat ofisində xx.xx.2024-cü il tarixdə 4Ə-10 reyestr nömrəsi ilə rəsmi
39. “Elektron notariat” X2 vasitəsilə “X22” AQİS-dən çıxarışa əsasən X32 xx.xx.1975ci il tarixdə Zeynalova (Bayramova) Vəzifə Əlimərdan qızı ilə nikaha daxil olmuş və nikah № 326473 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir.
40. “Elektron notariat” X2 vasitəsilə “X22” AQİS-dən çıxarışa əsasən Cavabdeh2 xx.xx.1977-ci il tarixdə anadan olmuş və doğumu №347629 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Cavabdeh2 atası X32 anası isə Şahid1dır.
41. xx.xx.2024-cü il tarixdə Cavabdeh2 notariat ofisinə ərizə ilə müraciət edərək Bakı şəhəri 36 saylı notariat ofisində rəsmiləşdirilmiş bağışlama müqaviləsinə əsasən əldə etdiyi ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair 10 (on) iş günü müddətinə yalnız elektron çıxarışın qeydiyyata alınmasının təmin edilməsini xahiş etmişdir.
42. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsininxx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X18 xx.xx.2024-cü il tarixli, № 375973 saylı “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi”nə əsasən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 3-cü Əhmədli küçəsi, 21 saylı evi Cavabdeh2 bağışlamış və Bakı Şəhəri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən əldə edilmiş №********** saylı çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 73.9 kv.m olan fərdi yaşayış evi tam payda Cavabdeh2 məxsusdur.
43. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktuba əsasən İddiaçı xx.xx.2015-ci il, xx.xx.2016-cı il və xx.xx.2024cü il tarixlərdə ölkə ərasizində giriş etmiş, xx.xx.2015-ci il, xx.xx.2016-cı il və xx.xx.2024-cü il tarixdə ölkədən çıxmışdır.
Tətbiq edilən hüquq:
44. Azərbaycan Respublikasının Konstitusiyası: 60.İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 60.İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. 60.İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır.
127. Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.
45. Azərbaycan Respublikası Mülki Məcəlləsi ( AR MM): 15.2. Fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
19. Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər.
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. (26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.) 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1301.1. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. 1301.2. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. 1301.3. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (AR MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1. Yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.3. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
47. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “ G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarı.
48. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarı.
49. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı.
Məhkəmənin mövqeyi:
50. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” (§48)
52. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. (§48)
53. İddiaçının məhkəmədən xx.xx.2015-ci il tarixində vəfat etmiş X3 miras qalan, ünvan 4) küçəsi ünvanında yerləşən, ümumi sahəsi 73,9 kv.m olan 21 saylı fərdi yaşayış evinə dair Cavabdeh3 adına verilmiş xx.xx.2015-ci il tarixli vərəsəlik hüququ haqqında şahdətnamənin etibarsız hesab edilməsi, onun əsasında Cavabdeh3 adına ƏMDX-nin DƏDKRPHŞ-in 1 saylı Bakı Ərazi İdarəsində mülkiyyət hüquqlarına dair aparılan reyestr qeydlərinin ləğv edilməsi, daşınmaz əmlaka dair Cavabdeh3 ilə Cavabdeh2 arasında Bakı şəhəri 36 saylı Notariat ofisində xx.xx.2024-cü il tarixində bağlanmış bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Cavabdeh2 adına ƏMDX-nin DƏDKRPHŞ-in 1 saylı Bakı Ərazi İdarəsində aparılan reyestr qeydlərinin, həmçinin ünvan 4) küçəsi ünvanında yerləşən, ümumi sahəsi 73,9 kv.m olan 21 saylı fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsinə dair ƏMDX-nin DƏDKRPHŞ-də mülkiyyət hüquqları barəsində aparılan reyestr qeydlərinin və xx.xx.2024-cü il tarix çıxarışın ləğv edilməsi, mirasın qəbul etmə vaxtının uzadılması və mirasda İddiaçı 1/6 pay hüququnun, Cavabdeh3 isə 5/6 pay hüququnun tanınması, vərəsəlik haqqında şəhadətnamənin paylara uyğun olaraq verilməsi vəzifəsinin Bakı şəhəri 36 saylı notariat ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbindən də göründüyü kimi tələb əsas və törəmə tələblərdən ibarətdir. Məhkəmə qeyd edir ki, tələb ilk növbədə əsas tələb hissəsində araşdırılmalı, əsaslı olduğu təqdirdə digər törəmə tələb hissəsində də araşırma aparılmalıdır.
54. İddiaçının əsas tələbi xx.xx.2015-ci il tarixində vəfat etmiş X3 miras qalan, ünvan 4) küçəsi ünvanında yerləşən, ümumi sahəsi 73,9 kv.m olan 21 saylı fərdi yaşayış evi olan miras əmlakın qəbul etmə vaxtının uzadılması ilə bağlıdır.
53. Məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə vərəsəlik münasibətinin yarandığı an qüvvədə olan qanunvericilik normaları tətbiq edilməlidir. Belə ki, 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. (§48) Mülki iş materiallarından da göründüyü kimi hazırki iş xx.xx.2015-ci il tarixindən başlamış vərəsəlik münasibəti ilə bağlıdır, 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarının əhatə dairəsinə düşmür.
55. İşin mübahisəsiz hallarından görünür ki, X14 xx.xx.2015-ci il tarixdə ölümündən sonra (§21) ünvan 4) küçəsi ünvanında yerləşən, ümumi sahəsi 73,9 kv.m olan 21 saylı ünvanda yerləşən fərdi yaşayış evi miras və onun birinci növbəli vərəsəsi kimi altı övladı- Cavabdeh3, X21 , Şahid1, İddiaçı, Şahid2, X20 qalmışlar. 2015-ci ilin iyun ayında X21 , Şahid1, Şahid2, X20 xx.xx.2015-ci il tarixdə vəfat etmiş anaları X3 ona düşən miras paydan, bacıları Cavabdeh3 xeyrinə imtina etdiyini, adının vərəsəlik haqqında şəhadətnaməyə salınmasını istəmədiyini, gələcəkdə bununla bağlı heç bir məhkəmə orqanına müraciət etməyəcəyini, bununla bağlı hər hansı bir mübahisə olarsa bütün məsuliyyəti öz üzərinə götürmələri barədə ayrı-ayrılıqda notarial qaydada ərizə vermişlər. (§28, §30, §32, §35)
56. İddiaçı anasının yasında, daha sonra “il” mərasimində iştirak etsə də, miras əmlakını faktiki qəbul etməmiş, qanunla müəyyən edilmiş müddətə mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhsdətnamə almamışdır. Cavabdeh3 anasının vəfatından sonra qanunla müəyyən edilmiş müddətdə notariat orqanına müraciət edərək qanun üzrə vərəsilik hüququ haqqında şəhatətnamə almışdır. (§23)
57. Eyni zamanda məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Cavabdeh3 anasının sağlığında və ölümündən sonra bu günə kimi mübahisəli evdə yaşamış, iddiaçı isə mübahisəli evdə yaşamamış, hər zaman Almanyada yaşamışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktuba əsasən İddiaçı xx.xx.2015-ci il, xx.xx.2016-cı il və xx.xx.2024-cü il tarixlərdə ölkə ərasizində giriş etmiş, xx.xx.2015-ci il, xx.xx.2016-cı il və xx.xx.2024-cü il tarixdə ölkədən çıxmışdır. (§43) Tarixlərə nəzər yetirdikdə iddaçının Bakıya gəlmə tarixlərinin anasının vəfat etmə, “il” mərasimi və vəkillə müqavilə bağladığı tarixlərlə üst-üstü düşdüyü müəyyən edilir.
58. Məhkəmə qeyd edir ki, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. AR MM-in 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (AR MM 1248-ci maddəsi).
59. 26 dekabr 2023-cü il tarixə qədər qüvvədə olmuş 1246-ci maddənin və 1248-ci maddənin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir.
50. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı anasının ölümündən sonra Bakıya gəlmi, miras əmlakı ilə bağlı qanun üzrə vərəsələr və iddiaçı arasında danışıqlar olmuş, hətta cavabdeh Hafizənin xeyrinə mirasdan imtina ilə bağlı digər vərəsələrlə fikir mübadiləsi aparılmış, iddiaçı xx.xx.2016-cı il - xx.xx.2016-cı il ci il tarixlərində anasının il mərasiminə gəldikdə (§43) o artıq vərəsəliklə bağlı məsələlərdən məlumatlı olmuş, qanun üzrə vərəsəliklə ona çatası payla bağlı hər hansı etirazını bildirməmiş, hər hansı hərəkət etməmişdir. İddiaçı sonuncu dəfə mübahisəli ənzilin digər cavabdehə bağışlanmasından sonra qardaşı Bayramın ona Almaniyaya zəng etməsindən sonra Bakıya gələrək məhkəməyə müraciət etmişdir.
61. Məhkəmə hesab edir ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mirasın açıldığı vaxtdan 9 ildən artıq müddət keçmiş, iddiaçı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti ərzində məlumatı olsa da heç bir hərəkət etməmiş və gecikdirmənin səbəbini üzrlü saya biləcək hər hansı mötəbər səbəb təqdim etməmişdir.
62. Eyni zamanda məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı mübahisəli evin Cavabdeh3 adına rəsmiləşdirilməsi barədə məlumatlı olmuş, lakin daha sonra Cavabdeh3 tərəfindən mübahisəli evin Cavabdeh2 bağışlandığı barədə məlumat aldıqdan sonra hazırki mübahisə üzrə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. (§12, §13)
63. Yuxarıda qeyd edilənlərə, qanunvericilik normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas hissədə əsassızdır və təmin edilməməlidir.
64. İddia tələbi əsas hissədə təmin edilmədiyindən digər törəmə tələblər hissəsində də təmin edilməməlidir.
Məhkəmə xərcləri:
65. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən iddia verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
66. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
1. İddia rədd edilsin.
2. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.
3. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova