Məhkəmə qərarları › İş №e-2(011)-4391/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4391/2025

08.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4391/2025 08.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ X11 İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilənin ləğv edilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış müqavilələrin şəriaitin əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində ləğv edilməsi: İddiaçı ilə Cavabdeh1 arasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 702 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə iddiaçıya məxsus hissəsindən, 3-cü mərtəbəsindən, yaşayış sahəsi 29.3 kv.m köməkçi sahəsi 26 kv.m olan ümumi sahəsi 55.3 kv.m olan 2 otaqdan ibarət hissəsinin Cavabdeh1 satılmasına dair xx.xx.2014-cü il tarixli 3M-699 reyestr nömrəli “İlkin müqavilə” və həmin əmlakın alqı-satqısına dair xx.xx.2023-cü il tarixli AN-1 ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin; İddiaçı ilə Cavabdeh2 arasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 702 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə iddiaçıya məxsus hissəsindən yaşayış sahəsi 29.3 kv.m köməkçi sahəsi 26 kv.m olan ümumi sahəsi 55.3 kv.m olan 2 otaqdan ibarət hissəsinin Cavabdeh2 satılmasına dair xx.xx.2014-cü il tarixli 3M-698 reyestr nömrəli “İlkin müqavilə” və həmin əmlakın alqı-satqısına dair xx.xx.2023-cü il tarixli AN-1 ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsi; İddiaçı ilə Cavabdeh3 arasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 702 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə iddiaçıya məxsus hissəsindən 20ci mərtəbəsindən, yaşayış sahəsi 29.3 kv.m köməkçi sahəsi 26 kv.m olan ümumi sahəsi 55.3 kv.m olan 2 otaqdan ibarət hissəsinin cavabdeh İddiaçı satılmasına dair xx.xx.2014-cü il tarixli 3M-748 reyestr nömrəli “İlkin müqavilə” və həmin əmlakın alqısatqısına dair xx.xx.2023-cü il tarixli AN-1 ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsi, həmin alqı-satqı müqavilələri üzrə alınanların (cavabdehlər tərəfindən iddiaçıya ödənilmiş pul vəsaitlərinin və iddiaçının mülkiyyət hüquqlarının) geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehlər arasında ayrıayrılıqda eyni ünvanda yerləşən aşağıdakı mənzillərin satışı ilə bağlı aşağıdakı alqı-satqı müqavilələri bağlanmışdır: 1. İddiaçı ilə Cavabdeh1 arasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 702 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə iddiaçıya məxsus hissəsindən, 3-cü mərtəbəsindən, yaşayış sahəsi 29.3 kv.m köməkçi sahəsi 26 kv.m olan ümumi sahəsi 55.3 kv.m olan 2 otaqdan ibarət hissəsinin Cavabdeh1 satılmasına dair xx.xx.2014-cü il tarixli 3M-699 reyestr nömrəli “İlkin müqavilə” və həmin əmlakın alqısatqısına dair xx.xx.2023-cü il tarixli AN-1 ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsi – ilkin müqavilə üzrə 7500 manat, alqı-satqı müqaviləsi üzrə 25 620 manat ödənilmişdir. 2. İddiaçı ilə Cavabdeh2 arasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 702 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə iddiaçıya məxsus hissəsindən yaşayış sahəsi 29.3 kv.m köməkçi sahəsi 26 kv.m olan ümumi sahəsi 55.3 kv.m olan 2 otaqdan ibarət hissəsinin Cavabdeh2 satılmasına dair xx.xx.2014-cü il tarixli 3M-698 reyestr nömrəli “İlkin müqavilə” və həmin əmlakın alqı-satqısına dair xx.xx.2023-cü il tarixli AN-1 ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsi – ilkin müqavilə üzrə 9000 manat, alqı-satqı müqaviləsi üzrə 18650 manat ödənilmişdir; 3. İddiaçı ilə Cavabdeh3 arasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 702 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə iddiaçıya məxsus hissəsindən 20ci mərtəbəsindən, yaşayış sahəsi 29.3 kv.m köməkçi sahəsi 26 kv.m olan ümumi sahəsi 55.3 kv.m olan 2 otaqdan ibarət hissəsinin cavabdeh İddiaçı satılmasına dair xx.xx.2014-cü il tarixli 3M-748 reyestr nömrəli “İlkin müqavilə” və həmin əmlakın alqı-satqısına dair xx.xx.2023-cü il tarixli AN-1 ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsi – ilkin müqavilə üzrə 10587 manat, alqısatqı müqaviləsi üzrə 22 533 manat ödənilmişdir. Belə ki, hələ sadalnan ilkin müqavilənin bağlandığı tarixdən alqı-satqı müqavilələrinin predmeti olan mənzillər ötən müddət ərzində bina istismara qəbul edilmədiyindən aidiyyəti qurumlar tərəfindən binaya kommunal və digər texniki xidmətlər göstərilməmiş, məskunlaşma mümkün olmamışdır. AR FHN Tikintidə X3 Agentliyi “Azkommunalayihə” KLİ tərəfindən tərtib edilmiş 30 yanvar 2025-ci il tarixli Texniki Rəyə əsasən tikinti konstruksiyalarının yükdaşıma qabiliyyətinin tükənməsinə və dağılma təhlükəsinin mövcudluğuna əyani sübut olan zədələnmə deformasiyaların olması səbəbindən yaşayış binası texniki cəhətdən qəzalı kimi qiymətləndirilmiş və istismara yolverilməz hesab edilmiş, tikinti norma və qaydalarının tələblərinə cavab vermədiyindən mövcud vəziyyəti nəzərə alaraq binanın ətrafının hasarlanmalı olması, giriş-çıxışın qadağan olunması və insanların həyatı üçün ciddi təhlükə yaratdığından təcili binanın söküntüsünə başlanması barədə göstəriş verilmiş, həmin göstərişlərə müvafiq olaraq aidiyyəti qurumlar tərəfindən binanın söküntüsü həyata keçirilmişdir. İstinad olunan ilkin müqavilələrin bağlanma tarixi ilə həmin mənzillərə dair alqı-satqı müqavilələrinin bağlanma tarixlərini müqayisə etdikdə sonrakı alqı-satqı müqavilələri ilkin alqı-satqı müqavilələrindən nəinki 1 il, hətta 10 il sonra bağlanmış, əslində isə həmin müqavilələrin faktiki olaraq icra olunmamış və mahiyyət etibarilə həmin əqdlər uydurma əqd xarakteri daşımışdır. Belə ki, satıcı, iş üzrə iddiaçı müqavilələrin bağlanması zamanı əhəmiyyətli yanılmaya yol vermiş, binanın istismara yararsız olması və müvafiq texniki göstəricilərə uyğun olmaması ona məlum olmamış, bu faktların müəyyən olunması xüsusi bilik tələb etdiyindən daha sonra aidiyyəti orqanları rəyləri nəticəsində aşkarlanmışdır. Bununla da həm də müqavilə bağlanılarkən tərəflərin rəhbər tutduğu şərait də əhəmiyyətli dərəcədə dəyişmişdir. Belə ki, həmin mənzillər və onların yerləşdiyi bina aidiyyəti orqanların müvafiq texniki rəylərinə əsasən istismara yararsız olduğundan, qəzalı vəziyyətdə olduğundan həmin mənzillərin nəinki özgəninkiləşdirilməsi, hətta istifadəsi insan həyat və sağlamlığı üçün təhlükəlidir. Belə ki, həmin müqavilələrin predmeti olan əmlak hal-hazırda mövcud deyil. Eyni zamanda həmin mənzillər kommunal təsərrüfat idarələri tərəfindən istehlak enerji, su, qaz və s. təchizatına qəbul edilməmişdir. Belə ki, iddiaçı vicdanlılıq prinsipini rəhbər tutaraq, ona məlum olmayan texniki şərtləri nəzərə almadan bağladığı müqavilələri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini, həmin mənzillərin və onların yerləşdiyi binanın istismara yararsız olmasını və qəzalı vəziyyətdə olmasını nəzərə alaraq müvafiq alqı-satqı müqavilələrininn ləğv edilməsini, ona ödənilmiş vəsaitlərin cavabdehlərə qaytarılmasını vacib hesab edir. Məhkəmə iclasında xx.xx.2025-ci il tarixli etiraza uyğun olaraq Cavabdeh1 izahat verərək bildirdi ki, İddiaçı" daşınmaz əmlakın alqı-satqı müqavilələrinin ləğv edilməsinə dair" iddiasına qarşı etiraz edərək bildirirəm ki, iddia tələbi əsassızdır bu səbəbdən rədd olunmalıdır. Belə ki, iddiaçı ilə bağlanmış xx.xx.2014-cü il tarixli, 3M-699 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli 3M-698 reyestr nömrəli və xx.xx.2014-cü il tarixli, 3M-748 reystr nömrəli ilkin alqı-satqı müqavilələrinin şərtinə görə iddiaçı bir il ərzində dövlət reyestrindən çıxarış almalı və sonra mənzillərə dair alqı-satqı müqavilələri bağlanmalı idi. Lakin iddiaçı bizdən aldığı pulları başqa yerlərə məsrəf etdiyindən mənzillərimizin inşasını başa çatdıra bilmədi və məsələ iddiaçının təqsiri üzündən 2023-cü ilə kimi uzandı. Nəhayət xx.xx.2023cü il tarixdə AN-1 ******* saylı, xx.xx.2023-cü il tarixdə AN-1 ******* saylı və xx.xx.2023-cü il tarixli AN-1 ******* saylı alqı-satqı müqavilələri bağlandı və mənzillərimiz bizə təhvil verildi. Həmin mənzillərə dair xx.xx.2024-cü il tarixdə **********, xx.xx.2024-cü il tarixli, **********, və xx.xx.2024-cü il tarixində (X1 bağışlama müqaviləsi əsasında) ********** qeydiyyat nömrəli X6 əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. Bundan sonra iddiaçı mənzillərimizin yerləşdiyi ünvan 2 ünvanında ki 0,8106 ha torpaq sahəsini və mülkiyyətində olan (0,8106 ha torpaq sahəsinə bitişik digər torpaq sahələrini) cəm şəkildə 2.4 ha olmaq şərti ilə 8 milyon manata çoxmərtəbəli bina inşaatı ilə məşqul olan şirkətlərə satmaq məqsədi ilə danışıqlara başlamışdır. Alıcılar 0,8106 ha torpaq sahəsi üzərində yerləşən biz, mənzil sahibləri ilə danışıqlar apararaq mənzilləri bizdən almaq istəsələrdə iddiaçı buna imkan verməmiş və onlara bildirmişdir ki özü bu məsələni həll edəcək, mənzilləri bizdən geri alaraq binanı söküb onlara boş torpaq sahəsini təhvil verəcəkdir. Artıq 2024-cü ilin payız aylarından iddiaçı bizləri yenədə bezdirməyə başladı, gah binanın zirzəmisinə kanalizasiya suyunu buraxdı, kah bizi əraziyə buraxmadı. İddiaçı bizə xəbər göndərdi ki, bina guya qəzalı vəziyyətə düşüb deyə bizlərə yazzığı gəlir və ona görə mənzilləri bizə 2014-cü ildə satdığı 1 kvm. 600 manat olmaqla dəyərini qaytarmaq və mənzilləri geri almaq istəyir. Bizlər iddiaçının məşhur, analoqu olmayan dələduz olmasından bu 11 il ərzində yaxşı məlumatlı olduğumuzdan onun bu fırldaqçı təklifinə getmədik. Bundan qəzəblənən iddiaçı bir saxta arayış alaraq bildirdi ki guya FHN-yi binanın qəzalı olduğuna görə sökəcək. İddiaçının qızı özünü modelyer adlandıran, lakin atası kimi dələduz Leyla Əhmədova bizlərə bir neçə dəfə zəng edərək təhdid dolu hədələr biçdi və üzərimizə reket, bandit göndərəcəyini bildirdi. 2024-cü ilin dekabr ayından 2025-ci ilin mart ayına kimi dəfələrlə hüquq-mühafizə orqanlarına, bu kriminal ailə barədə şikayətimiz oldu mətbuata, telekanallara rəsmi qaydada müraciətlər etdik. Telekanallarda və mətbuatda iddiaçının bizim başımıza gətirdiyi müsibətlər barədə məlumatlar yayıldı, həmin məlumatları sübut kimi (DVD) disk vasitəsi ilə etiraza əlavə edirik. Beləliklə iddiaçı özbaşına 2025-ci ilin 12 fevraldan 13 fevrala keçən gecə əlaltısı Eldəniz Əhmədova xüsusi tapşırıq verərək mülkiyyətimizdə olan mənzillərimizi qərəzli şəkildə sökdürdü. Biz prokurorluq tərəfindən zərərçəkmiş kimi tanınan (səkkiz) şəxslər (9 mənzil sahibi, 4 mənzil çıxarışlı, 5 mənzil alqı-satqı müqaviləsi ilə) mənzillərimizin qərəzli şəkildə söküldüyünə və bizlərə külli miqdarada zərər dəydiyinə görə nəhayət ki cinayət işinin açılmasına nail olduq. Belə ki 28 aprel 2025-ci il tarixdə Bakı şəhəri Xətai rayon prokuroluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1 və 186.2.1-ci maddələri ilə cinayət işi başlanılmışdır, ********* nömrəli cinayət işi hal-hazırda Xətai rayon prokurorluğunun müstəntiqi Pünhan Eyvazovun icraatındadır. İddiaçı onun qızı Leyla Əhmədova və iddiaçının əhaltısı Eldəniz Əhmədov istintaqa cəlb olunublar. Cinayət işinin başlanmasınadan qorxuya düşən iddiaçı onu bu qanunsuz ( cinayət əməlini törətməyə) əmələ əl ətmağa məsləhət verən nümayəndəsi və vəkili Nümayəndə tələb etmişdir ki, onu necə bu problemə (yəni barəsində cinayət təqibinə) salıbsa eləcə də bu cinayət işindən qurtarsın. Nümayəndə cinayətkar dələduz İddiaçı, qızı leyla Əhmədovanı və əlaltıları Eldəniz Əhmədovu xilas etməkdən ötəri bu uydurma iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir ki guya cinayətkarlarla zərərçəkənlər arasında qərəzli sökülmüş mənzillərə dair məhkəmədə mülki iş var bu səbəbdən cinayət işinin təqibinə xitam verilsin. Halbuki bu məsələ ölkə mətbuatı və teleməkanda o dərəcədə rezonans salmışdır ki iş ölkə başçısına kimi gedib çatmışdır, bu səbəbdən Nümayəndə öz xülyasına uyğun olaraq cinayətkar dəstəni bu uydurma iddianın arxasında nə gizlədə nə də xilas edə bilməyəcəkdir. Hesab edirik ki, etiraza əlavə olunmuş (DVD) diskə məhkəmə islasında tətqiq olunandan sonra hakim üçün hər sey aydın olacaqdır. Yəni Nümayəndə yaxşı bilir ki onun bu iddiasının məhkəmədə heç bir perspektivi yoxdur, sadəcə bu iddiadan sui-istifadə edərək bəlaya saldığı şəxsləri real həbdsdən xilas etmək üçün bir cəhdidir. İddiaçı " daşınmaz əmlakın alqı-satqısı müqavilələrinin ləğv edilməsinə dair" iddiasının rədd edilməsi barədədə qətnamə qəbul olunsun. Məhkəmə iclasında xx.xx.2025-ci il tarixli izahata uyğun olaraq Cavabdeh2 izahat verərək bildirdi ki, İddiaçı məhkəməyə müraciəti sıradan bir mülki mübahisə deyil. vətəndaşların fundamental mülkiyyət hüququna qarşı yönəlmiş ciddi təhdiddir. Gecə saatlarında qanunsuz söküntü və onunla bağlı başlanmış cinayət işi mahiyyətin sırf mülki çəkişmədən kənara çıxaraq daha geniş hüquqi və ictimai nəticələr doğurduğunu göstərir. İddiaçı əvvəlcə qanunsuz nəticə yaradıb, onun əsasında məhkəmədən leqallaşdırma tələb edir. Bu mövqe faktiki və hüquqi əsaslardan məhrumdur, irəli sürdüyü arqumentlər bir-birini təkzib edir. İddiaya dair əsaslandırmamız: 13 fevral 2025-ci il gecəsi evimiz məhkəmə qərarı olmadan və kompensasiya verilmədən iddiaçı tərəfindən sökülüb. Bu fakt Konstitusiya və beynəlxalq hüquqda qorunan mülkiyyət toxunulmazlığı prinsipinin açıq pozuntusudur. Hüququ pozan tərəf yaratdığı nəticəyə istinad edərək müqavilələrin ləğvini tələb edə bilməz. Bu, yalnız məsuliyyətdən yayınmaq cəhdidir. Söküntü ilə bağlı cinayət işi başlanıb, İddiaçı qarşı Cinayət Məcəlləsinin 32.3., 186.3., 309.2. maddələri ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxs statusunda olduğu halda, eyni vaxtda mülki müqavilələri ləğv etdirmək üçün iddia qaldırması hüquqi müdafiə deyil, törətdiyi əməli legitim göstərmək cəhdidir. İddiaçı "bina yoxdur, ona görə müqavilələr ləğv olunmalıdır" deyir. Halbuki bu "yoxluq" özünün qanunsuz və zorakı söküntü əməlindən qaynaqlanır. Mövcudluğu ortadan qaldıraraq faktiki vəziyyəti dəyişib, sonra buna istinad edərək məhkəmədən hüquqi təsbit tələb edir. Hüququn məqsədi qanunsuzluğun nəticələrini rəsmiləşdirmək deyil, pozuntunu aradan qaldırmaqdır. Heç kim öz qanunsuz əməlindən fayda götürə bilməz. FHN rəyi yalnız tövsiyə xarakterlidir, mülkiyyət hüququnu ləğv etmək üçün məcburetmə səlahiyyəti vermir. "Qurunt suları" arqumenti mövcud faktlarla təkzib olunur. Pandemiya isə xüsusi hüquqi əsas yaratmayıb və ölkədə minlərlə müqaviləyə təsir etməyib. Bu deyilənlər hüquqi dəyər daşımır. Enerji, su və qaz təchizatındakı çətinliklər satıcının məsuliyyət sahəsidir, mülkiyyətçinin yox. Bu, yalnız xidmət təminatına aid texniki məsələdir. Çıxarış yalnız saxtakarlıq və ya reyestr xətası olduqda ləğv edilə bilər. İddiaçı belə əsaslar təqdim etmir, təkcə öz əməlindən qaynaqlanan vəziyyətə istinad edir. Bu, hüquqi əsası olmayan tələbdir. İlkin razılaşmanım öhdəlik doğuran statusu. İddiaçı Mülki Məcəllənin 402.4 va 402.5-ci maddələri ilə bəraət almağa çalışır. Həmin müddəalar yalnız tərəflərin heç birinin müqavilə bağlamaq üçün təklif vermədiyi hallara şamil olunur. Bizimlə əsas müqaviləni bağlamaqla ilkin mülkiyyət sənədini hüquqi nəticəyə çatdırıb (çıxarış verib), bununla o, öhdəlikdən azad olmaq hüququndan könüllü imtina edib. Müqavilə bağlamaq üçün daha əvvəlki cəhdlərimizin rəsmi qurumlarda (polis-prokurorluq orqanları) qərarla təsdiqi var. Bizimlə ilkin müqaviləni 2014-cü ildə bağladığı halda, binaya çıxarışı yalnız 2020-ci ilin may ayında alıb. İddiaçının illərdi tikintini tamamlaya və mülkiyyət hüququnu rəsmiləşdirə bilməməsi öz məsuliyyətidir. Evin dam örtüyünü (mansard) belə 2020-ci ildən sonra bitirib. Bütün bunlar istinad olunan maddəni özü üçün mənasız edir, cavabdehlərin isə xeyrinədir. İddiaçı üç fərqli tarixdə müxtəlif müqavilələr bağlayıb və nəticə etibarilə üç ayı mənzil üzrə çıxarış verib. Əgər bir dəfə "yanıldım" demək nəzəri olaraq mübahisələndirilə bilirsə, iki və ya üç dəfə fərqli tarixlərdə eyni tipli müqavilələr bağlamaq və çıxarış vermək artıq davamlı və şüurlu qərar deməkdir. İddiaçı Mülki Məcəllənin 150-ci maddəsinə istinad edir. Bu maddə yalnız tam hüquqi mülkiyyət sahibi və ya bütün maraqlı tərəflərin razılığı ilə tətbiq oluna bilər. O, "maraqlı şəxs" anlayışına təkbaşına sahib çıxır, hüquqi reallığı təhrif edərək faktiki söküntünü apardığını da boynuna alır. Bizim mülkiyyət hüququmuz mövcuddur və ləğvinə razılığımız yoxdur. İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanunun 18-ci maddəsini əsas tutur. Bu maddə yalnız tam hüquqi mülkiyyətçinin könüllü olaraq öz iradəsi ilə əmlakı sökməsi halında tətbiq olunur. Sözügedən əmlakın 500 kv/m.-i paylı mülkiyyət şəklində zərərçəkənlərə məxsusdur. S. Əhmədovun həmin əmlak üzərində tam hüquqi mülkiyyət statusu olmayıb, lakin o, söküntüyə özü qərar verib. Bununla cinayətini etiraf edir və bizə qarşı tələbi əsassızdır. İstismara qəbul aktının "normativ zəruriliyi". İddiaçı binanın istismara qəbul edilmədiyini bildirir. Bina fərdi yaşayış evi kimi tikildiyi üçün istismara qəbul aktı tələb olunmur. Çıxarışın mövcudluğu dövlətin mülkiyyəti tanıdığını sübut edir. Fakt iddianı təkzib edir. Espertiza rəyi xəstəlik iddiasını rədd edir. Məhkəmə ekspertizası iddiaçının fəaliyyət qabiliyyətini təsdiq edib və "xəstəlik səbəbindən yanılma" iddiasını rədd edib (Sabail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(009)-400/2025 saylı Qətnaməsi). Bu söylədiyi də "ağ yalan"dır, hüquqi əhəmiyyət daşımır. Mülkiyyətçilərə iqtisadi təzyiq. İddiaçı müxtəlif vaxtlarda bazar dəyərindən xeyli aşağı təkliflər verib, razılıq ala bilməyəndə məhkəməyə üz tutub. Bu yanaşma açıq təzyiq və şantaj elementləri daşıyır, məsuliyyətdən yayınma cəhdidir. Beşdə bir ödəmə ilə məsuliyyətdən yaxa qurtarmaq mümkün deyil. İddiaçı yaxın zamanda real zərərin beşdə birinə bərabər məbləği depozit hesabına yerləşdirməklə, guya ödənişə hazır görünmək istəyir. Bu addım əslində, cəzanın yüngülləşdirilməsinə yönəlmiş formal jestdir. Niyyəti səmimi və xoşməramlı deyil. "Yarım hüquq"la məsuliyyətdən yayınma cəhdi. Məhkəmə iclasında "zərərin yarısını ödəyərəm" deməsi faktiki məsuliyyətin 50 faizinin etirafıdır. Haqlı tərəfin belə bir ödənişə razılıq verməsinə zərurət yox idi (məhkəmə qərarı əlavə edilir). İddiaçı iddiasında söküntünü icra edən dövlət qurumlarından narazılıq bildirməyib, təkcə mülkiyyətçilərin hüquqlarını hədəf alıb. Bu, dövlət orqanlarının hərəkətlərini qanuni saydığını, məqsədinin yalnız maraqlarını qorumaq olduğunu göstərir Prosessual mövqelərin dəyişdirilməsi strategiyası. İddiaçı barəsində rayon Prokurorluğunda üç maddə üzrə (CM-nin 32.3., 186.3., 309.2. maddələri) ittiham irəli sürülüb, hakim qarşısına çıxarılıb. Təqsirləndirilən şəxs statusunda o, özünü hücumçu mövqeyinə çıxarıb, zərərçəkənləri müdafiəçi roluna salıb. Süni rol dəyişikliyi məhkəmənin diqqətini çaşdırmaq məqsədli manipulyasiyadır. İddiaçı oxşar məhkəmə çəkişmələrini müxtəlif şəxslərlə təkrarlaması, onun müqavilə öhdəliklərinin icrasında sui-istifadə hallarını nümayiş etdirir. Bu, sistemli va spekulyativ davranış modelidir, qeyri-adekvatlıq təkcə tərəflərin deyil, məhkəmə sisteminin resurslarının israfına və əsassız məşğul edilməsinə səbəb olur. Bu, "prosessual firıldaq" və ya dələduzluq xarakterli iddia davranışı kimi qiymətləndirilməlidir. Aktivlərin realizasiyası və qanunsuz əmlakın leqallaşdırılması, İstintaqın intensiv mərhələsində İddiaçı mübahisəli ərazidə əlavə satışlar həyata keçirərək 1.735.000 manat gəlir əldə edib. Bu fakt qanunsuz "azad etdiyi" torpağı legitimləşdirərək başqalarının əmlakı üzərindən əlavə külli miqdarda qazanc götürmək niyyətinin faktlı təsdiqidir (özü və qızı L.Əhmədovanın etirafı da var). İddianın hüquqi və faktiki arqumentləri əsasdan məhrumdur və məhkəmə müstəvisində hüquqi nəticə doğura bilməz. İrəli sürülən arqumentlər ya mövcud qanunvericiliyə ziddir, ya da özünü təkzib edir. Cinayət işindəki ağır maddələr iddiaçının hüquqi risklərini daha da artırır. Onun üçün yeganə rasional yol ədalətli kompensasiyanı ödəyərək məsələni sülh yolu ilə həll etməkdir. Prosesin çoxpilləli davam etməsi yalnız vəkillərin maraqlarına xidmət edir, özünün isə hüquqi vəziyyətini ağırlaşdırır. Çünki iddia müdafiəsizdir, gələcəkdə də uğursuzluğa məhkumdur. Prosesi uzatmaq onu yalnız dərinləşdirəcək. İndi dayanmaq və məsələni öz iradəsi ilə həll etmək onun üçün tək şansdır. Möhtərəm hakim, mülkiyyət hüququnun toxunulmazlığı və hüquqi sabitlik fundamental dəyərlərdir. Bu iş yalnız formal mübahisə deyil, gələcək hüquqi proseslər üçün də presedent xarakteri daşıyır. Söküntü faktı və cinayət işi araşdırılmadan mülkiyyət hüquqlarının ləğvi ədalətli nəticə verə bilməz. Belə şəraitdə həmin söküntünün nəticələrinə əsaslanan mülki iddia hüququn sui-istifadəsidir və rədd edilməlidir. Sizdən xahiş edirik: qanunsuz söküntü faktı və cinayət işini nəzərə alasınız; iddiaçının arqumentlərinin əsassızlığını qiymətləndirəsiniz; müqavilələrin ləğvi və çıxarışların etibarsızlığı tələbinin rəddinə qərar verəsiniz; təkrar əsassız iddialara qarşı prosessual tədbirlər görəsiniz. Sadıqov Cavabdeh3 Umküs Mütəllib qızı və Cavabdeh2 uyğun olaraq izahat verib, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İddiaçıya və onun nümayəndəsi və vəkilinə xx.xx.2025-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçı və onun nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan Cavabdeh3 və İddiaçı arasaında bağlanmış AN-İ № ******* saylı xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 702 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyət üzrə ona məxsus hissəsindən, 2-ci mərtəbəsindən, yaşayış sahəsi 29.3 kv.m, yardımçı sahəsi 26.0 kv.m olan, ümumi sahəsi 55.3 kv.m olan, 2 (iki) otaqdan ibarət hissəsini tam mülkiyyət üzrə ona məxsus olan tam hissəsini Cavabdeh3 mülkiyyətinə vermişdir. Daşınmaz əmlakın qiyməti 33120 manat qiymətində razılaşdırılmış, həmin məbləğin 10587 manatı xx.xx.2014-cü il tarixdə bağlanmış 3M-748 reyestr saylı “ilkin müqavilə” əsasında satıcıya ödənilmiş, satış qiymətinin qalan 22533 manat təşkil edən hissəsi notariusun depozit hesabına köçürülmüş, satıcı xx.xx.2023-cü il tarixə qədər alıcıya verməyi öhdəsinə götürmüşdür. Müqavilə Cavabdeh3 və İddiaçı tərəfindən imzalanmışdır. İş materiallarında olan Cavabdeh2 və İddiaçı arasaında bağlanmış AN-İ № ******* saylı xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 702 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyət üzrə ona məxsus hissəsindən, yaşayış sahəsi 29.3 kv.m, yardımçı sahəsi 26.0 kv.m olan, ümumi sahəsi 55.3 kv.m olan, 2 (iki) otaqdan ibarət hissəsini tam mülkiyyət üzrə ona məxsus olan tam hissəsini Cavabdeh2 mülkiyyətinə vermişdir. Daşınmaz əmlakın qiyməti 27650 manat qiymətində razılaşdırılmış, həmin məbləğin 9000 manatı xx.xx.2014-cü il tarixdə bağlanmış 3M-698 reyestr saylı “ilkin müqavilə” əsasında satıcıya ödənilmiş, satış qiymətinin qalan 18650 manat təşkil edən hissəsi notariusun depozit hesabına köçürülmüş, satıcı xx.xx.2023-cü il tarixə qədər alıcıya verməyi öhdəsinə götürmüşdür. Müqavilə Cavabdeh2 və İddiaçı tərəfindən imzalanmışdır. İş materiallarında olan Cavabdeh1 və İddiaçı arasaında bağlanmış AN-İ № ******* saylı xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 702 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyət üzrə ona məxsus hissəsindən, 3-cü mərtəbəsindən, yaşayış sahəsi 29.3 kv.m, yardımçı sahəsi 26.0 kv.m olan, ümumi sahəsi 55.3 kv.m olan, 2 (iki) otaqdan ibarət hissəsini tam mülkiyyət üzrə ona məxsus olan tam hissəsini Cavabdeh1 mülkiyyətinə vermişdir. Daşınmaz əmlakın qiyməti 33120 manat qiymətində razılaşdırılmış, həmin məbləğin 7500 manatı xx.xx.2014-cü il tarixdə bağlanmış 3M-699 reyestr saylı “ilkin müqavilə” əsasında satıcıya ödənilmiş, satış qiymətinin qalan 25620 manat təşkil edən hissəsi notariusun depozit hesabına köçürülmüş, satıcı xx.xx.2023-cü il tarixə qədər alıcıya verməyi öhdəsinə götürmüşdür. Müqavilə Cavabdeh1 və İddiaçı tərəfindən imzalanmışdır. İş materiallarında olan ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsi, 150A, 2290-cı məhəllədə yerləşən əmlakın 2 otaq ü/s-55.3kv.m. (y/s-29.3 kv.m, k/s-26.0 kv.m.) hissəsinə pay hüququ xx.xx.2024-cü il tarixində, Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsi, 150A, 2290-cı məhəllədə yerləşən əmlakın 3-cü mərtəbədən 2 otaq ü/s-55.3kv.m. (y/s-29.3 kv.m, k/s-26.0 kv.m.) hissəsinə pay hüququ xx.xx.2024-cü il tarixində, Cavabdeh3 Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsi, 150A, 2290-cı məhəllədə yerləşən əmlakın 2-ci mərtəbədən 2 otaq ü/s-55.3kv.m. (y/s-29.3 kv.m, k/s-26 kv.m.) hissəsinə pay hüququ xx.xx.2024-cü il tarixində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, İddiaçı Cavabdeh2 xx.xx.2014-cü il tarixli 3M-698 reyestr nömrəli "İlkin müqavilə" və həmin əmlakın alqısatqısına dair xx.xx.2023-cü il tarixli AN-1 ******* saylı Daşınmaz emlakın alqı-satqı müqaviləsi ləğv edilməsinə və ödənilmiş pulların geri qaytarılmasına qısa müddət ərzində münasibət bildirməsini xahiş etmiş, əks halda müvafiq qaydada məhkəməyə müraciət ediləcəyini qeyd etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, İddiaçı Cavabdeh3 xx.xx.2014-cü il tarixli 3M-748 reyestr nömrəli "İlkin müqavilə" və həmin əmlakın alqısatqısına dair xx.xx.2023-cü il tarixli AN-1 ******* saylı Daşınmaz emlakın alqı-satqı müqaviləsi ləğv edilməsinə və və ödənilmiş pulların geri qaytarılmasına qısa müddət ərzində münasibət bildirməsini xahiş etmiş, əks halda müvafiq qaydada məhkəməyə müraciət ediləcəyini qeyd etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, İddiaçı Cavabdeh1 xx.xx.2014-cü il tarixli 3M-699 reyestr nömrəli "İlkin müqavilə" və həmin əmlakın alqısatqısına dair xx.xx.2023-cü il tarixli AN-1 ******* saylı Daşınmaz emlakın alqı-satqı müqaviləsi ləğv edilməsinə və və ödənilmiş pulların geri qaytarılmasına tərəfindən qısa müddət ərzində münasibət bildirməsini xahiş etmiş, əks halda müvafiq qaydada məhkəməyə müraciət ediləcəyini qeyd etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi «Azkommunlayihə» KLİ tərəfindən hazırlanmış xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin məktubuna əsasən ünvan 4 ünvanında 3+mansard mərtəbəli yaşayış binasının mövcud vəziyyəti haqqında texniki rəydən görünür ki, AzDTN 1.7-1 "Bina və qurğuların yükdaşıyan inşaat konstruksiyalarının müayinəsi Qaydaları"-na əsasən hal-hazırda tikinti konstruksiyalarının yükdaşıma qabiliyyətinin tükənməsinə və dağılma təhlükəsinin mövcudluğuna əyani sübut olan zədələnmə və deformasiyaların olması səbəbindən yaşayış binası texniki cəhətdən qəzalı kimi qiymətləndirilir, binalarının texniki vəziyyəti qəzalıdır, istismarı yol verilməzdir, ümumiyyətlə binalar mövcud Tikinti Norma və Qaydalarına tələblərinə cavab vermir. Rəydə qeyd edilir ki, mövcüd vəziyyəti nəzərə alaraq binanın ətrafı hasarlanmalı, girişçıxış qadağan olunmalı, təcili binanın söküntüsünə başlanılmalıdır, əks halda insanların həyatı üçün ciddi təhlükə yarana bilər və binalarda yaranmış bu vəziyyətin təbii fəlakətlə əlaqəsi yoxdur. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, Cavabdeh1 və Cavabdeh2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-416/2025 nömrəli iş üzrə, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, İddiaçı "xxxx" MMC-nin təsisçisi vəzifəsində işləyib vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq aşkar kənara çıxan hərəkətlər etməklə ünvan 5 ünvanındakı binanın sökülməsinə rəhbərlik edilməsini X4 həvələ edərək Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinin, yəni həmin Məcəllənin 95-1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanının tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət etməsi barədə normanın tələbini pozub fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq ağır nəticələrə səbəb olmaqla həmin binada yerləşən zərərçəkmiş şəxs Cavabdeh2 məxsus 47.3 kv.metr, dəyəri 61.963 manat olan birotaqlı mənzilin və zərərçəkmiş şəxs Cavabdeh1 məxsus 47.3 kv.metr, dəyəri 61.963 manat olan birotaqlı mənzilin, ümumilikdə dəyəri 572.740 manat olan və özgə əmlakı hesab edilən həmin mənzillərin vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2025-ci il tarixdə xüsusilə külli miqdarda ziyan vurmaqla sökülürək qəsdən məhv edilməsini təşkil etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı ilə cavabdehlər arasında 2023-cü il tarixində bağlanmış Alqı-satqı müqavilələrinə əsasən, iddiaçı ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 702 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyət üzrə ona məxsus hissəsindən, 2-ci mərtəbəsindən, yaşayış sahəsi 29.3 kv.m, yardımçı sahəsi 26.0 kv.m olan, ümumi sahəsi 55.3 kv.m olan, 2 (iki) otaqdan ibarət hissəsini tam mülkiyyət üzrə ona məxsus olan tam hissəsini Cavabdeh3, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 702 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyət üzrə ona məxsus hissəsindən, yaşayış sahəsi 29.3 kv.m, yardımçı sahəsi 26.0 kv.m olan, ümumi sahəsi 55.3 kv.m olan, 2 (iki) otaqdan ibarət hissəsini tam mülkiyyət üzrə ona məxsus olan tam hissəsini Cavabdeh2 və ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 702 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyət üzrə ona məxsus hissəsindən, 3-cü mərtəbəsindən, yaşayış sahəsi 29.3 kv.m, yardımçı sahəsi 26.0 kv.m olan, ümumi sahəsi 55.3 kv.m olan, 2 (iki) otaqdan ibarət hissəsini tam mülkiyyət üzrə ona məxsus olan tam hissəsini Cavabdeh1 mülkiyyətinə vermiş, tərəflər arasında razılaşdırılmış məbləğlər iddiaçıya ödənilmişdir, mənzillər cavabdehlərə təhvil verilmişdir, mübahisəli mənzillər 2025-ci tarixdə iddiaçı tərəfindən heç bir qanuni əsas olmadan sökülmüş, bununla bağlı iddiaçı barəsində cinayət işi başlanılmışdır, cavabdehlərdən Cavabdeh2 və Cavabdeh1 həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İddaçı hazırda binanın texniki cəhətdən istismara yararsız olması, binaya dair cavabdehlərlə bağlanmış müqavilələrin ilkin müqavilədən sonra müddət ötürülməklə imzalandığını, əqdlərin uydurma əqd olduğunu bildirərək, müqavilələrin ləğv edilməsini tələb edir. Bununla belə, mübahisəli əmlakların satışına dair alqı-satqı müqavilələrinin ləğv edilməsinə əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, müqavilənin ləğv edilməsi əsasları mülki qanunvericilikdə öz təsbitini dəqiq tapmışdır, hazırkı iş üzrə isə mülki qanunvericiliklə müəyyən edilmiş müqavilə üzrə tərəflərdən birinin müqaviləni əhəmiyyətli dərəcədə pozması halları və ya Mülki Məcəllədə və ya müqavilədə müqavilənin ləğv edilməsi üçün nəzərdə tutulan digər hallar müəyyən edilməmiş, iddiaçı özü də bu hallara dair hər hansı mötəbər sübutu məhkəmə təqdim etməmişdir. Məhkəmə, iddiaçının “binanın texnixi cəhətdən istismara yararsız olması” barədə dəlilinə münasibətdə qeyd edir ki, binanın söküntüsü iddiaçı tərəfindən mənzillər satılıb cavabdehlərə təhvil verildikdən sonra və heç bir əsas olmadan həyata keçirilmiş, cavabdehlərə ziyan vurmuşdur ki, bu hal da müqavilənin ləğv edilməsi üçün əsas kimi nəzərə alına bilməz. Bundan başqa alqı-satqı müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmiş, o cümlədən əmlak cavabdehlərə verilmiş, yəni müqavilə iddiaçı və cavabdehlər tərəfindən icra olunmuşdur ki, bundan sonra da müqaviləni ləğvi barədə tələbi istisna olunur. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı deyil və təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.1-cü maddəsinə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 424.1-ci maddəsinə əsasən, müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır. Həmin Məcəllənin 424.4-cü maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun dair 29 mart 2023cü il tarixli Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, ...müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: – digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (məsələn, Mülki Məcəllənin 719.7-ci maddəsində müəyyən edildiyi kimi); – Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda (məsələn, Mülki Məcəllənin 786.1-ci maddəsində göstərilən hal). Müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. "X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilir ki, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumuna münasibətdə isə hesab edir ki, hazırki iddia tələbi rədd edildiyindən, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-di maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “İddiaçı ilə Cavabdeh1 arasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 702 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə iddiaçıya məxsus hissəsindən, 3-cü mərtəbəsindən, yaşayış sahəsi 29.3 kv.m köməkçi sahəsi 26 kv.m olan ümumi sahəsi 55.3 kv.m olan 2 otaqdan ibarət hissəsinin Cavabdeh1 satılmasına dair xx.xx.2014-cü il tarixli 3M-699 reyestr nömrəli “İlkin müqavilə” və həmin əmlakın alqı-satqısına dair xx.xx.2023cü il tarixli AN-1 ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin; - İddiaçı ilə Cavabdeh2 arasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 702 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə iddiaçıya məxsus hissəsindən yaşayış sahəsi 29.3 kv.m köməkçi sahəsi 26 kv.m olan ümumi sahəsi 55.3 kv.m olan 2 otaqdan ibarət hissəsinin Cavabdeh2 satılmasına dair xx.xx.2014-cü il tarixli 3M-698 reyestr nömrəli “İlkin müqavilə” və həmin əmlakın alqı-satqısına dair xx.xx.2023-cü il tarixli AN-1 ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsi; - İddiaçı ilə Cavabdeh3 arasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 702 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə iddiaçıya məxsus hissəsindən 20ci mərtəbəsindən, yaşayış sahəsi 29.3 kv.m köməkçi sahəsi 26 kv.m olan ümumi sahəsi 55.3 kv.m olan 2 otaqdan ibarət hissəsinin cavabdeh İddiaçı satılmasına dair xx.xx.2014-cü il tarixli 3M-748 reyestr nömrəli “İlkin müqavilə” və həmin əmlakın alqı-satqısına dair xx.xx.2023-cü il tarixli AN-1 ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin şəriaitin əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində ləğv edilməsi, həmin alqı-satqı müqavilələri üzrə alınanların (cavabdehlər tərəfindən iddiaçıya ödənilmiş pul vəsaitlərinin və iddiaçının mülkiyyət hüquqlarının) geri qaytarılması” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar