Məhkəmə qərarları › İş №e-2(011)-4395/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4395/2024

25.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4395/2024 25.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 6 saylı Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 qız iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X13 miras əmlakına dair X4 vərəsəlik hüququnun tanınmasına, mərhum X8 məxsus miras əmlaklar üzrə vərəsəlik işinin açılaraq övladları İddiaçı2 və İddiaçı1 mərhumun vərəsəsi kimi tanınmasına və onlara miras əmlak üzərindəpaylarını müəyyən edən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X16 xx.xx.1994-cü il tarixində vəfatetmişdir. X19 miras əmlakına iddiaçılara məlum olan Bakı şəhəri, Xətai rayonu, Araz Novruzov küçəsi, 13 nömrəli fərdi yaşayış evi də daxil olmuşdur. Mərhumun vəfatından əvvəl, eləcə də sonra onun xx.xx.1945-ci il təvəllüdlü qızı X10 öz ailəsi ilə birlikdə atasına məxsus həmin fərdi yaşayış evində yaşamağa davam etmiş və faktiki olaraq atası X19 vərəsəsi kimi miras əmlakı qəbul etmişdir. Buna baxmayaraq, həmin əmlaklara dair İsmayılova Zərindac tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə əldə edilməmişdir. 16 ildən çox həmin evdə daimi və fasiləsiz şəkildə yaşayan X10 xx.xx.2010- cü il tarixində vəfat etmişdir. İsmayılova Zərindac vəfat etdikdən sonra həmin fərdi yaşayış evində onun övladları xx.xx.1979-cu il təvəllüdlü İddiaçı2 və xx.xx.1971-ci il təvəllüdlü İddiaçı1 faktiki olaraq yaşamağa davam etmişdir. Nəticə etibarilə, İddiaçı2 və İddiaçı1 həmin tarixdən etibarən anaları İsmayılova Zərindaca qanun üzrə vərəsəlik qaydasında mərhum atasından keçmiş miras əmlaka dair faktiki olaraq vərəsəlik hüququ əldə etmişlər. Lakin iddiaçılar tərəfindən də bu günə kimi qanun üzrə vərəsəlik əldə edilməmiş, notariat orqanı isə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o təsadüfən bilmişdir ki, bibisi rəhmətə gedib, ora başsağlığına getsə də, onu buraxmamışdılar ata evinə, orada valideynlərinin əşyaları olub. Onu buraxmayıblar, deyiblər ki, 3 aydan sonra gəlsin, ona MKİS-dən zəng vurublar sonradan. O, notariusa zəng edib məsələ ilə bağlı, noratius deyib ki, 2 yerə bölünəcək mülk, bibisinin uşağı yox idi, onunla bölüşməli idi, Fərhad deyib ki, razı deyil, başqa bir şey fikirləşəcək. Zərnişanın vəsiyyətnaməsi olmayıb. Olubsa da, bibisi öləndən sonra olub, iki hissəyə bölünməli idi, ona deyiblər ki, pay düşməlidi. İddiaçılar ona 20 min pul veriləcəyini deyib, atası 2010-cu ilə qədər orada yaşayıb, həmin il Zərnitac rəhmətə gedib, o həmin evə gedib gəlmiş, atasına nəzarət etmişdir, Zərindacı görüb orda, lakin elə-belə gəlib-getmişdir. Sonda Cavabdeh2 qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. İddiaçılar və digər cavabdeh Bakı şəhəri 6 saylı Notariat kontoru məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılsalar da, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. Belə ki, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid qismində ifadə verən xx.xx.1990-ci il təvəllüdlü X18 bildirmişdir ki, iddiaçıları tanıyır, Cavabdeh2 tanımır, ola bilər ki, Samirə onu tanıyır. O, 1996-cı ildən orada yaşayır, qonşudur, Fərhad gəlib gedirdi. Bundan başqa Zərintacı tanımışdır, onu da kimi tanıyıb, Lyuda da o evdə yaşayırdı. Ora Fərhadın anası gəlib gedirdi, yaşayırdı orada adını bilmir. Lyudanın bacısı idi həmin adam. Lyuda qalırdı bacısı isə gəlib gedirdi. 2000-ci ildən lap dəqiq tanıyıb onları. Daimi gördüyü adam Lyuda olub. Arif adlı adamı tanımamışdır, ola bilər ki, Arif gəlib gedib ora 1-2 dəfə. İndi orada Lalə və Fərhad yaşayır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-1494/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri 6 saylı Notariat Ofisinə qarşı iddia tələbi təmin edilmiş. X5 faktiki qəbul etmiş olduğu miras əmlak olan ünvan 1 ünvanına dair İddiaçı2 ½ və İddiaçı1 ½ pay olmaqla, bərabər paylarının tanınmasına dair vərəsəlik haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri 6 saylı Notariat Ofisinə həvalə edilməsi, iddiaçı Cavabdeh2 cavabdeh Bakı şəhəri 6 saylı Notariat Ofisinə qarşı X14 miras qalmış əmlak üzərində Cavabdeh2 vərəsəlik hüququnun tanınması, bu barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilməsi və miras əmlakın qəbul edilməsi müddətinin həmin qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq iki ay uzadılması barədə iddia tələbi rədd edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-427/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1494/2021 saylı iş üzrə 17 may 2021- ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən birgə, Cavabdeh2 tərəfindən ayrı verilən iddialar qismən təmin edilsin. Mərhum X11 miras qalmış Bakı şəhəri, Xətai rayonu, Araz Novruzov (keçmiş Matros) küçəsindəki 13 nömrəli fərdi yaşayış evinə Cavabdeh2, atası, mərhum X7 üzrə vərəsəlik qaydasında çatası paya görə ½ hissədə; İddiaçı2 və İddiaçı1, mərhum X1 üzrə vərəsəlik qaydasında çatası paya görə, vəsiyyət üzrə vərəsəlik qaydasında ½ hissədə, (yəni İddiaçı2 və İddiaçı1 hər birinə ¼ hissədə) vərəsəlik hüquqları tanınsın və payları müəyyən edilməsi, həmin hissələrdə vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin Bakı şəhəri 6 saylı Notariat Ofisinə həvalə edilməsi qət edilmiş, iddiaların qalan hissələri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-427/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin mövqeyinə görə, Bakı şəhəri, Xətai rayonu, Matros küçəsindəki 13 nömrəli fərdi yaşayış evinin və onun yerləşdiyi 0,630 ha. torpaq sahəsinin mərhum X13 adına Bakı şəhəri 6 saylı Notariat Ofisinin xx.xx.2020-ci il tarixli məktubuna, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, J-478 saylı arxiv arayışına və ləğv edilmiş DTXK tərəfindən tərtib olunmuş, AN 415160 saylı, xx.xx.2012-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən ilkin qeydiyyata alındığı və hazırda mülkiyyətdə olduğu qeyd olunmuş, müvafiq sənədlər göndərilmişdir. Həmin sənədlərin məzmunundan aydın olur ki, qeyd olunan ünvanda miras qoyana fərdi yaşayış tikilməsi üçün torpaq sahəsi 10 dekabr 1948-ci ildə verilmişdir. Demək, miras qoyan Mixail İsmayılov öldüyü vaxt mübahisəli torpaq sahəsi və üzərində tikilmiş fərdi yaşayış evi daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmasa da faktiki olaraq qanuni əsaslarla ona məxsus olmuş və mülkiyyət hüququna “qanuni gözləntisi” olmuşdur. Ona görə də, mirasın açıldığı vaxt torpaq sahəsinin və fərdi yaşayış evinin qeydə alındığı 12 oktyabr 2020-ci il tarixi deyil, X13 öldüyü 01 may 1994-cü il hesab edilir. Həmin qətnamədən görünür ki, apellyasiya baxışı zamanı məhkəmə tərkibi tərəfindən mübahisəli miras əmlaka yerində baxış keçirilmişdir və baxış zamanı mübahisəli fərdi yaşayış evinə küçəyə paralel qoyulmuş giriş qapısından daxil olduqdan sonra evin həyətyanı sahəsinin dörd tərəfdən daş hasarla bağlandığı, miras evin həyətyanı boş torpaq sahəsinin isə evin ön və arxa tərəfində yerləşdiyi, evin sağ və sol tərəfinin isə hasara birləşdiyi, eləcə də evin içərisinə, yəni otaqlara daxil olmaq üçün iki giriş qapısının olduğu müəyyən edildi. Tərəflərin iştirakı ilə əvvəlcə Cavabdeh2 atası Arif İsmayılovun yaşadığı göstərilən hissəyə baxış keçirildi və həmin hissənin iç-içə olan, digər otaqlardan təcrid olunmuş 2 otaqdan ibarət olduğu, uzun müddət yaşanılmayan, təmiri köhnəlmiş, lakin köhnə əşyaların, o cümlədən Cavabdeh2 qeyd etdiyi uşaqlıqda ona alınmış pianinonun və atasının saatsaz olduğu üçün köhnə saatlara aid detallar olduğu aşkar olundu. Cavabdeh2 özünün uşaqlıqda və atasının evin bu hissəsində ölənədək yaşadığını bildirdi. Bundan sonra, evə daxil olmaq üçün nəzərdə tutulmuş digər giriş qapısından evin digər hissəsinə keçildi. Həmin hissələrin üç otaqdan və mətbəxdən ibarət olmaqla təmirli və yaşayış üçün yararlı olduğu müəyyən edildi. Zərnişan İsmayılovanın ölən günədək evin bu hissəsində yaşadığını tərəflər mübahisələndirmədi. Qeyd olunduğu kimi evin arxa hissəsində də həmin evə aid daş hasarla bağlanmış həyətyanı torpaq sahəsi yerləşir. Mübahisəli miras əmlak olan evə, onun ayrı-ayrı hissələrinə və həyətyanı torpaq sahəsinə yerli baxış zamanı mərhum Arif İsmayılovun həmin evin təmirsiz, iç-içə və digər təmirli, yaşayış üçün yararlı otaqlardan təcrid şəkildə olan iki otağında ölən günədək yaşaması və miras əmlakı faktiki qəbul etməsi halı məhkəmə tərkibində şübhə doğurmadı. Çünki, miras evin həmin hissəsində uzun müddət (Arif İsmayılovun öldüyü vaxtdan sonrakı müddət nəzərdə tutulur) yaşayış olmadığından köhnəlmə, yaşayış üçün yararsız vəziyytə düşmə əlamətləri və orada olan əşyalar məhkəmə tərkibində bu qənaətə gəlməkdə daxili inam yaratdı. Ona görə də bu faktın özü də mərhum Arif İsmayılovun miras açıldıqdan sonra həmin miras əmlakı faktiki olaraq qəbul etməsini açıq-aşkar təsdiq edir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 3076/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-427/2022 nömrəli, 24 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin məhkəmə qərarları ilə işin müəyyən edilmiş hallarından görünür ki, Mixail İsmayılov 1994-cü ildə, onun arvadı Mariya İsmayılova 2005-ci ildə vəfat etmişlər. İsmayılovların ölümündən sonra onların 3 vərəsəsi qalmışdır. Bu vərəsələrdən Arif İsmayılov 12 aprel 2010-cu ildə, Zərindac İsmayılova 07 iyul 2010-cu ildə, Zərnişan İsmayılova 10 sentyabr 2020-ci ildə vəfat etmişlər. X12 İsmayılova, Zərindac İsmayılovanın övladları Fərhad və Lalə Quliyevlərdir, Zərnişan İsmayılovanın övladları olmamışdır. İş materiallarında olan Bakı şəhəri 6 saylı Notariat ofisi tərəfindən İddiaçı2 və İddiaçı1 ünvanlanmış xx.xx.2024-cü il tarixli ***-**** saylı məktubdan görünür ki, onlara, anaları X2mış mirasa dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı müvafiq məhkəmə orqanına müraciət etmələri tövsiyə olunmuşdur. İş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçılar tərəfindən ümumilikdə 200 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, X16 1994-cü ildə, onun arvadı Mariya İsmayılova 2005-ci ildə vəfat etmişlər, İsmayılova Zərindac, Zərnişan İsmayılova və Arif İsmayılov onların uşaqları olmuşlar, onlardan Arif İsmayılov 12 aprel 2010-cu ildə, Zərindac İsmayılova 07 iyul 2010-cu ildə, Zərnişan İsmayılova 10 sentyabr 2020-ci ildə vəfat etmişlər, X12 İsmayılova, Zərindac İsmayılovanın uşaqları İddiaçı2 və Lalə Quliyevdir, Zərnişan İsmayılovanın uşaqları olmamışdır, mərhum X11 miras qalmış Bakı şəhəri, Xətai rayonu, Araz Novruzov (keçmiş Matros) küçəsindəki 13 nömrəli fərdi yaşayış evinə dair tərəflər arasında 2021-2022-ci il tarixlərdə məhkəmə mübahisəsi olmuş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə X11 miras qalmış Bakı şəhəri, Xətai rayonu, Araz Novruzov (keçmiş Matros) küçəsindəki 13 nömrəli fərdi yaşayış evinə Cavabdeh2, atası, mərhum X7 üzrə vərəsəlik qaydasında çatası paya görə ½ hissədə; İddiaçı2 və İddiaçı1, mərhum X1 üzrə vərəsəlik qaydasında çatası paya görə, vəsiyyət üzrə vərəsəlik qaydasında ½ hissədə, (yəni İddiaçı2 və İddiaçı1 hər birinə ¼ hissədə) vərəsəlik hüquqları tanınmış, payların müəyyən edilməsi, həmin hissələrdə vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsi Bakı şəhəri 6 saylı Notariat Ofisinə həvalə edilmişdir, tərəflərin mübahisəli əmlak üzərində paylarını müəyyən edərkən məhkəmə X17 və X3 həmin ünvanda yaşamaqla mirası faktiki olaraq qəbul etməsinə əsaslanmışdır. Bununla belə, miras əmlakın mərhum Zərindac İsmayılova tərəfindən faktiki qəbul edilməsini (miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək) təsdiq edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (MPM. mad. 217.2). Miras qoyan X16 01 may 1994-cü il tarixdə ölmüşdür. Demək qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin dövrdə Azərbaycan SSR-in 1964-cü ildə qəbul edilmiş Mülki Məcəlləsi qüvvədə olmuşdur. Bu halda da iddia tələbi sübutetmə yükü ilə bağlıdır. Belə ki, mübahisəli mənzilə dair payların müəyyən olunduğu, mərhum Zərindac İsmayılovanın qanunla nəzərdə tutulan müddət ərzində vərəsəliklə bağlı müvafiq orqana müraciət etmədiyi bir vəziyyətdə, həmin əmlakın faktiki qəbul edilməsinə dair sübutetmə vəzifəsi yaranır. Lakin iddiaçılar buna dair sübutları məhkəməyə təqdim etməmiş, belə hallar isə məhkəmə tərəfindən müəyyən olunmamışdır. Əksinə, iş materiallarında olan şahid ifadəsindən və işin digər müəyyən olunmuş hallarından (Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuş 2(103)-427/2022 saylı iş üzrə keçirilmiş yerli baxış zamanı da) mərhum Zərindac İsmayılovanın mübahisəli mənzildə yaşaması və miras əmlakı qəbul etməsi faktı görünmür. Belə olan halda məhkəmə hesab edir ki, hazırki mübahisəyə mərhum X13 vəfat etdiyi tarixdə qüvvədə olmuş Azərbaycan SSR-in 1964-cü ildə qəbul edilmiş Mülki Məcəlləsinin 552-cı maddəsi tətbiq edilməli və iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan SSR-in 1964-cü ildə qəbul edilmiş Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair“ Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 18 iyul tarixli Qərarı ilə formalaşdırılmış hüququi mövqeyə əsasən, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun digər hüquqi mövqeyinə görə (T. Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 5 dekabr 2011-ci il Qərarı) “mirasın qəbul edilməsi müddəti vərəsəlik institutun vacib aspektlərindən biridir. Belə ki, mirasın qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsini və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir” Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi və mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Məhkəmə, məhkəmə xərclərinin kimdən tutulmasına münasibətdə hesab edir ki, iddia tələbləri təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu tərəfin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı2 və İddiaçı1 “mərhum X13 miras əmlakına dair X4 vərəsəlik hüququnun tanınmasına, mərhum X8 məxsus miras əmlaklar üzrə vərəsəlik işinin açılaraq övladları İddiaçı2 və İddiaçı1 mərhumun vərəsəsi kimi tanınmasına və onlara miras əmlak üzərindəpaylarını müəyyən edən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı2 və İddiaçı1 özlərinə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar