Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4395/2025 30.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Hüseynova Mehri Polad qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “əmrin ləğv edilməsi, işə bərpa və sair” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı cavabdeh X3 qarşı “əmrin ləğv edilməsi, işə bərpa və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ilə cavabdeh X6 arasında xx.xx.2025-ci il tarixli əmək müqaviləsi bağlanmışdır. İddiaçı sürücü vəzifəsində işləmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsi cavabdehin xx.xx.2025-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsnin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş əmri qanunsuz və əsassız olduğu üçün əmr ləğv edilməlidir. Cavabdeh tərəfindən heç bir araşdırma aparılmadan və iddiaçının izahatı alınmadan sadəcə olaraq Əmək Məcəlləsinə istinad edilərək, müqavilə ləğv edilmişdir. xx.xx.2025-ci il tarixli əmr iddiaçıda təqdim olunmadığı və elektron sistemdən də həmin əmri əldə etmək mümkün olmadığından sadəcə olaraq əmrin xitam verilməsi ilə bağlı məlumatı məhkəməyə təqdim edə bilərlər. İddiaçı göstərilənləri nəzərə alaraq, iddiaçının tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında 28 fevral 2025-ci il tarixli nömrəli əmrin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi, işdən çıxdığı gündən işə bərpa olunan günə qədər buraxılmış iş vaxtı üçün hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc də daxil olmaqla əmək haqqının, 60 manat mediasiya və 320 manat vəkil xərclərinin cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında 28 fevral 2025-ci il tarixli əmrin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının, 60 manat mediasiya və 320 manat vəkil xərclərinin cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 hər biri ayrıayrılıqda iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin bildirmişdir ki, 19 fevral tarixində işdə olmuş, cavabdeh ondan maşının açarlarını almış və bir daha işə gəlməməsini bildirmiş, 20 fevralda iddiaçı barəsində yalançı şahidlərin iştirakı ilə akt tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz etməklə yanaşı, məhkəməyə etiraz ərizəsi təqdim edərək, qeyd etmişdir ki, iddia ərizəsində heç bir əsaslandırma öz əksini tapmamışdır. İddiaçı qanunsuz olaraq işdən çıxarıldığını və əmək hüquqlarının pozulduğunu təsdiq edən heç bir halı sübuta yetirə bilməmiş, həmçinin bununla bağlı iddia ərizəsinə təsdiqedici sənədlər əlavə edilməmişdir. İddia ərizəsi sırf formal mülahizələrə əsaslanmaqla və Əmək Məcəlləsinin bəzi maddələrinin sadalanması yolu ilə tərtib edilmişdir. Cavabdeh T.Musayevlə əmək müqaviləsi bağlayaraq, sürücü vəzifəsində çalışan İddiaçı 19 fevral 2025-ci il tarixində üzrsüz səbəbdən heç bir məlumat vermədən işə gəlməmişdir. Cavabdeh T.Musayevin tabeçiliyində çalışan aidiyyəti əməkdaşlar İddiaçılə əlaqə saxlayaraq işə gəlməməsinin səbəblərini öyrənməyə cəhd etsələr də, onunla əlaqə saxlamaq mümkün olmamışdır. Həmçinin İddiaçı işə çıxmayacağı təqdirdə intizam məsuliyyətinə cəlb ediləcəyi barədə də rəsmi bildiriş verilmişdir. Beləliklə də yuxarıda göstərilənlərdən aydın olur ki, iddiaçı R.Meydiyev tam iş günü ərzində heç bir üzrlü hal olmadan işə çıxmayaraq, kobud pozuntuya yol vermiş və cavabdeh T.Musayev tam haqlı olaraq onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70- ci maddəsinin “ç” bəndi ilə xitam vermişdir. Həmçinin İddiaçı xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində xidməti zərurətlə əlaqədar istifadəsində olan nəqliyyat vasitəsinə faktiki olaraq 350 manatlıq yanacaq doldurmuş, lakin yanacaqdoldurma məntəqəsinin əməkdaşları ilə qanunazidd şəkildə razılığa gələrək guya 400 litr manatlıq vurulduğu barədə kassa çeki vurdurmuşdur. Bu hal "xxxx" ASC-nin əməkdaşları tərəfindən aşkar edilərək, işəgötürənə məlumat verilmişdir. Bununla da İddiaçı iki dəfə (hər dəfə 50 manat) 50 manat məbləğində benzin pulunu özününkiləşdirməyə cəhd etsə də, həmin məbləğlər "xxxx" ASC tərəfindən işəgötürənə geri ödənilmişdir. Göründüyü kimi İddiaçı əməlində AR İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində təsbit edilmiş “Xırda talama” inzibati xətasının tərkib əlamətləri mövcuddur. Qeyd edilənlərdən aydın olur ki, İddiaçı qeyd edilən kobud intizam pozuntulara yol verməklə fərdi sahibkarın təşkil etdiyi işin-xidmətin normal ahəngi pozulmuş, iş prosesində ləngimələr ortaya çıxmış, həmçinin işəgötürənin qanunla qorunan mənafelərinə zərər dəymişdir. İddiaçı 22 yanvar 2025-ci il tarixdə Sifarişçi "xxxx" MMC ilə “nəqliyyat xidməti müqaviləsi” bağlayaraq daşıma xidmətləri göstərməyi öz öhdəsinə götürmüş, lakin, iddiaçının hüquqazidd hərəkətləri nəticəsində həmin müqavilə üzrə öhdəliklərini icra edə bilməmiş və daşınma xidməti göstərməsi qeyri-mümkün olmuşdur. Bu hal "xxxx" MMC-nin 07 may 2025-ci il tarixli məktubu ilə də öz təsdiqini tapmışdır. Eləcə də iddiaçının qanunazidd əməlləri nəticəsində cavabdeh T.Musayevə maddi zərər dəymişdir. Cavabdeh T.Musayev isə əmək qanunvericiliyinin ona verdiyi imkanlardan istifadə edərək qanunazidd əməllərə yol vermiş işçi ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermişdir. Beləliklə də, işçi İddiaçı yuxarıda qeyd edilən kobud intizam pozuntularına yol verdiyindən işəgötürən Əmək Məcəlləsinin 11-ci maddəsi ilə ona verilmiş hüquqlardan istifadə edərək, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermişdir. Göstərilənləri nəzərə alaraq, cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə tərəflərin çıxışını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan X6 ilə İddiaçı arasında bağlanan 03 fevral 2025-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı sürücü vəzifəsinə işə qəbul edilmiş, aylıq əmək haqqı 442 manat müəyyən edilmişdir. İş materiallarında olan fərdi sahibkar X6 tərəfindən verilmiş əmək müqaviləsinə xitam verilməsi barədə 28 fevral 2025-ci il tarixli, 002 nömrəli əmrin surətindən görünür ki, özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə və bağladığı əmək müqaviləsində müəyyən edilən tələbləri kobud şəkildə pozduğuna, üzürsüz səbəbdən heç bir məlumat vermədən işə gəlmədiyinə görə və işəgötürənin mənafelərinə qanunazidd şəkildə zərər vurduğuna görə sürücü vəzifəsində çalışan İddiaçı ilə bağlanmış 03 fevral 2025-ci il tarixli Əmək müqaviləsinə 28 fevral 2025-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin xitam verilməsi və onun həmin tarixdən işdən azad edilməsi, İddiaçılə zəruri haqq-hesab işləri aparılması və ödənişlərin həyata keçirilməsi əmr edilmişdir. Həmin əmrdə qeyd edilmişdir ki, sürücü vəzifəsində çalışan İddiaçı 19 fevral 2025-ci il tarixlərində şirkət üzrə işçilərin davamiyyət cədvəlində imza etməyərək üzürsüz səbəbdən heç bir məlumat vermədən işə gəlməmişdir. Aidiyyəti əməkdaşları İddiaçılə əlaqə saxlayaraq, işə gəlməməsinin səbəblərini öyrənməyə cəhd etsələr də, onunla əlaqə saxlamaq mümkün olmamışdır. Həmçinin İddiaçı işə çıxmayacağı təqdirdə intizam nəsuliyyətinə cəlb ediləcəyi barədə də rəsmi bildiriş verilmişdir. Həmçinin İddiaçı 08 fevral 2025-ci il və 15 fevral 2025-ci il tarixlərində xidməti zərurətlə əlaqədar istifadəsində olan nəqliyyat vasitəsinə faktiki olaraq 350 manatlıq yanacaq doldurmuş, lakin yanacaqdoldurma məntəqəsinin əməkdaşları ilə qanunazidd şəkildə razılığa gələrək, guya 400 litr manatlıq vurulduğu barədə kassa çeki vurdurmuşdur. Bu hal "xxxx" ASC-nin əməkdaşları tərəfindən aşkar edilərək, işəgötürənə məlumat verilmişdir. Bununla da İddiaçı iki dəfə (hər dəfə 50 manat) 50 manat məbləğində benzin pulunu özününkiləşdirməyə cəhd etsə də, həmin məbləğlər "xxxx" ASC tərəfindən işəgötürənə geri ödənilmişdir. Beləliklə də, müəssisədə işin-xidmətin normal ahəngi pozulmuş, iş prosesində ləngimələr ortaya çıxmış, həmçinin işəgötürənin qanunla qorunan mənafelərinə zərər dəymişdir. İddiaçı Nizamı oğlunun yuxarıda göstərilən hərəkətləri AR ƏM-nin 10-cu maddəsinin, ”a”,“b" və “ç” bəndlərinin tələblərinə ziddir. Eləcə də onun əməli AR ƏM-nin 72-ci maddəsinin və “a”, “c” və “e” bəndinə görə əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. İş materiallarında olan fərdi sahibkar X6 tərəfindən verilmiş əmək müqaviləsinə xitam verilməsi barədə 28 fevral 2025-ci il tarixli, 002 nömrəli əmrin (fərqli formada) surətindən görünür ki, “ümumi” bölməsində “sürücü” vəzifəsində işləyən İddiaçı 20 fevral 2025-ci il tarixdən səbəbsiz işə gəlməməyini, işəgötürən və işçi arasında rəsmi yazışmalar üzərindən əməkdaşa göndərilən məktublara cavab verməməsini, poçt vasitəsi ilə faktiki yaşayış ünvanına göndərilən məktuba reaksiya verməməsini, izahat yazmaqdan imtina etməsini və bu davranışı ilə iş prosesini pozmasını və sair səbəblər əsas tutularaq, onunla bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 70 “ç” maddəsinə əsasən 28 fevral 2025-ci il tarixdən xitam verilmiş, işçinin 03 fevral 2025-ci il tarixindən 28 fevral 2025-ci il tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabın qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi əmr edilmişdir. İş materiallarında olan fərdi sahibkar X6, X4 və X5 tərəfindən tərtib edilmiş 20 fevral 2025-ci il tarixli aktın surətindən görünür ki, sürücü vəzifəsində çalışan İddiaçı 19 fevral 2025-ci il tarixində işə gəlmədiyinə, 08 fevral 2025-ci il və 5 fevral 2025-ci il tarixlərində xidməti zərurətlə əlaqədar istifadəsində olan nəqliyyat vasitəsinə faktiki olaraq 350 manatlıq yanacaq doldurmuş, lakin yanacaqdoldurma məntəqəsinin əməkdaşları ilə qanunazidd şəkildə razılığa gələrək guya 400 litr manatlıq vurulduğu barədə kassa çeki vurdurmuşdur. Bu hal "xxxx" ASC-nin əməkdaşları tərəfindən aşkar edilərək işəgötürənə məlumat verilmişdir. Bununla da, İddiaçı iki dəfə (hər dəfə 50 manat) 50 manat məbləğində benzin pulunu özününküləşdirməyə cəhd etsə dı, həmin məbləğlər "xxxx" ASC tərəfindən işəgötürənə geri ödənilmişdir. 08 fevral 2025-ci il saat 09:52:24 və 15 fevral 2025-ci il 16:44:09 radələrində baş vermiş bu fakt təhlükəsizlik kamerası görünütüsü vasitəsilə aşkarlanmışdır. İddiaçı yazılı izahat tələb olunsa da, o, izahat verməkdən imtina etmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən X3 ünvanlanmış 20 may 2025-ci il tarixli, 05- 846 nömrəli məktubun surətindən görünür ki, X3 məxsus **-SN-*** dövlət qeydiyyat nişanlı avtomaşına 08 fevral 2025 və 15 fevral 2025-ci il tarixlərində yanacağın vurulması ilə əlaqədar 97 manat məbləğində geri ödəmə vəsaiti X2 hesabına yüklənmişdir. İş materiallarında olan X6 tərəfindən təqdim edilmiş Xidmət üçün müraciətlə bağlı 26 fevral 2025-ci il tarixli bildirişin surətindən görünür ki, İddiaçı 20 fevral 2025-ci il tarixindən etibarən heç bir əsas olmadan işə gəlməmiş, bundan əlavə, iş yerində aparılan daxili araşdırma zamanı (Azpetrol Ltd MMC tərəfindən təqdim olunan kamera görüntüləri dəlil olaraq mövcuddur) İddiaçı oğurluq etdiyi faktı aşkar olunmuşdur. Əmək məcəlləsinin müvafiq maddələrinə əsasən, işdə davamiyyətin pozulması və etik qaydaların kobud şəkildə pozulması ciddi intizam pozuntusu hesab olunur. Bu səbəbdən, İddiaçı sonuncu xəbərdarlıq edilmişdir ki, izahat verilməsi üçün bu məktubu aldığı tarixdən etibarən 1 gün ərzində yazılı izahat təqdim etsin, əks halda barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir. İş materiallarında olan X6 tərəfindən İddiaçı ünvanlanmış 27 fevral 2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı 20 fevral 2025-ci il tarixindən etibarən işə gəlmədiyi müşahidə olunmuş, işin davamlılığı və əmək intizamının qorunması baxımından bu halın səbəbi barədə rəsmi məlumat verilməsi xahiş edilmişdir. İşə gəlməməsinin səbəbini izah edən bir açıqlama təqdim etməsi və əgər əsaslı səbəbi varsa, bunu təsdiq edən sənədin 28 fevral 2025-ci il tarixinə qədər təqdim etməsi xahiş edilmiş, əks halda bu davranışın intizam qaydalarına uyğun olaraq qiymətləndiriləcəyi bildirilmişdir. İş materiallarında olan 19 fevral 2025-ci il tarixli tərəzi çeklərindən müəyyən edilir ki, **- SN-*** dövlət qeydiyyat nişanlı avtomobil “Atsep” yükünü daşıması təsdiq edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş qəbzlərdən görünür ki, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilə 01 fevral 2025-ci il tarixdə 300 litr (300 manat), 03 fevral 2025-ci il tarixdə 400 litr (400 manat), 05 fevral 2025-ci il tarixdə 400 litr (400 manat), 08 fevral 2025-ci il tarixdə 400 litr (400 manat), 10 fevral 2025-ci il tarixdə 400 litr (400 manat), 15 fevral 2025-ci il tarixdə 400 litr (400 manat) və 18 fevral 2025-ci il tarixdə 400 litr (400 manat) dizel vurulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə əsasən İ. əmək fərdi və ictimai rifahın əsasıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin vəzifələri və prinsipləri arasında (bundan sonra ismin müvafiq hallarında «Əmək Məcəlləsi») əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipi müəyyən edilmişdir. Məcəllənin işəgötürənin əsas hüquqlarının arasında Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək və Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ təsbit olunmuşdur. (11-ci maddə) Əmək Məcəlləsinin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. (46-cı maddə) Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Həmin Məcəllənin 70-ci maddəsinin ç bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Həmin Məcəllənin 71.2-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 74-cü maddəsinin ikinci bəndinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Həmin Məcəllənin 76-cı maddəsinin 1-ci bəndinə görə İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 76-cı maddəsinin 2-ci bəndinə görə əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən, elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. Həmin Məcəllənin 83-cü maddəsinin 3-cü hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Həmin Məcəllənin 84-cü maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin Məcəllənin 84-cü maddəsinin 3-cü hissəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Həmin Məcəllənin fərdi əmək mübahisələrinin predmetini müəyyən edən 288-ci maddəsində əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi fərdi əmək mübahisələrinin predmeti kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 292-ci maddəsinə görə İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 1-ci hissəsinə əsasən, 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı işəgötürən X6 ilə əmək müqaviləsi bağlayaraq, sürücü vəzifəsinə işə qəbul olunmuşdur. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 28 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Məhkəməyə təqdim edilən sənədlərdən müəyyən edilir ki, işəgötürən X6 tərəfindən İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı eyni tarixli 2 fərqli məzmunlu əmr verilmişdir. Cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsası kimi iddiaçının səbəbsiz işə gəlməməyini, işəgötürən və işçi arasında rəsmi yazışmalar üzərindən əməkdaşa göndərilən məktublara cavab verməməsini, poçt vasitəsi ilə faktiki yaşayış ünvanına göndərilən məktuba reaksiya verməməsini, izahat yazmaqdan imtina etməsini qeyd etmişdir. İlk növbədə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin təqdim etdiyi sübutlardan görünür ki, X6 tərəfindən İddiaçı ünvanlanmış 27 fevral 2025-ci il tarixli xəbərdarlıq məktubunda İddiaçı 20 fevral 2025-ci il tarixindən etibarən işə gəlmədiyi bildirilərək, işin davamlılığı və əmək intizamının qorunması baxımından bu halın səbəbi barədə rəsmi məlumat verilməsi xahiş edilsə də, həmin məktubun iddiaçıya çatdırılmasını təsdiq edən sübut məhkəməyə təqdim edilməmiş, həmin məktub göndərilən günün ertəsi iddiaçı 28 fevral 2025-ci il tarixli 002 nömrəli əmrlə işdən çıxarılmışdır. Bununla yanaşı işdə olan sübutlardan və tərəflərin izahatlarından müəyyən olunur ki, iddiaçının işdən çıxarılmasının əsl səbəbi cavabdeh tərəfin iddiaçı tərəfindən yanacaqdoldurma məntəqəsinin əməkdaşları ilə qanunazidd şəkildə razılığa gələrək guya 400 litr manatlıq vurulduğu barədə kassa çeki vurdurmaqla, oğurluq etməsi faktının aşkar edilməsi olmuşdur ki, bununla bağlı məhkəməyə müvafiq mötəbər sübutlar təqdim edilməmiş, iddiaçının oğurluq etməsi ilə bağlı fakt iş materialları ilə öz təsdiqini tapmamışdır. İddiaçı həmçinin izahatında bildirmişdir ki, o, 19 fevral 2025-ci il tarixədək işdə olmuş, həmin tarixdə nəqliyyat vasitəsinin açarları ondan cavabdeh tərəfindən alınaraq, ona işə gəlməməsi bildirilmişdir. Cavabdeh tərəf bu dəlili təkzib edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin iddiaçının izahatı alınmamış, cavabdeh tərəfindən təqdim edilmiş 20 fevral 2025-ci il tarixli aktın iştirakçıları kimi qeyd edilmiş X4 və X5 adlı şəxslərin vəzifələri müəyyən edilməmişdir. Mülki işdə olan sübutları qiymətləndirib, qeyd edilmiş əmək qanunvericiliyində nəzərdə tutulmuş tələblərə əsaslanaraq, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qanunsuz olduğundan, iddia əsaslı olduğu üçün təmin edilməli, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə X2 28 fevral 2025ci il tarixli 002 nömrəli əmri ləğv edilməli, İddiaçı fərdi sahibkar X2 “ümumi” bölgəsində sürücü vəzifəsinə bərpa edilməli və iddiaçıya məcburi iş buraxmaya görə 28 fevral 2025-ci il tarixdən işə faktiki bərpa ediləcəyi vaxtadək əmək haqqı ödənilməlidir. Eyni zamanda cavabdehdən 320 manat hüquqi yardıma görə ödənilən xərc və 60 manat mediasiya xərci olmaqla, ümumilikdə 380 manat pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci maddəsinə əsaəsn hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə X2 28 fevral 2025-ci il tarixli 002 nömrəli əmri ləğv edilsin. İddiaçı fərdi sahibkar X2 “ümumi” bölgəsində sürücü vəzifəsinə bərpa edilsin. İddiaçı məcburi iş buraxmaya görə 28 fevral 2025-ci il tarixdən işə faktiki bərpa ediləcəyi vaxtadək əmək haqqı ödənilsin. Cavabdeh X1 320 manat hüquqi yardıma görə ödənilən xərc və 60 manat mediasiya xərci olmaqla, ümumilikdə 380 manat pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-4395/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4395/2025
30.06.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver