Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4396/2024 12.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı işə bərpa tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh İB-nə qarşı iddiaçı ilə Cavabdeh İB-nin Ağsu X9 İdarəsi ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 14-2-2-12/3-1K-292/2023 nömrəli əmrin ləğv edilməsi, iddiaçı ilə Cavabdeh İB-nin Ağsu X9 İdarəsinin İsmayıllı rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinə 5-ci dərəcəli qaz təsərrüfatında nəzarətçi vəzifəsinə bərpa olunması, məcburi iş buraxma müddəti üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla iddiaçının cavabdeh tərəfindən işə barpa olunması günə qədər hər ay üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı ilə Cavabdeh Ağsu X9 İdarəsi arasında bağlanmış xx.xx.2019-cu il tarixli 39 nömrəli əmək müqaviləsinə əsasən, X11İstismar İdarəsinin İsmayıllı rayon üzrə Təbii qazın qəbulu və satış xidmətinin 5-ci dərəcəli qaz təsərrüfatına nəzarətçi vəzifəsinə işə qəbul olunmuşdur. X10 İdarəsi əmək müqaviləsini bağlamaq hüququndan sui-istifadə edərək xx.xx.2022-ci ildə mənimlə bağladığı əmək müqaviləsini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1 maddəsinə əsasən müqavilənin müddəti başa çatdığını əsas gətirərək xx.xx.2023-ci il tarixdə müqaviləyə xitam vermişdir. Əmək müqaviləsinə xitam verilməsini əsaslandıran bir də tərəflərdən birinin təşəbbüsüdür. (Əmək Məcəlləsinin 68-ci mad.2-ci hissəsi) Belə ki, iddiaçı işlədiyi müddətdə işinin öhdəsindən layiqincə gəlmişdirş İndiyədək işində heç bir nöqsana yol verməmiş, müdiriyyətin tapşırıqlarını lazımi qaydada yerinə yetirmiş, əmək intizamına ciddi şəkildə riayət etmiş və tapşırılmış sahəni də heç vaxt nəzarətsiz qoymamışdır. İşlədiyi müddət ərzində öz üzərinə düşən vəzifəni lazımi qaydada yerinə yetirdiyinə, həmçinin əmək intizamına lazımi şəkildə riayət etdiyinə və müntəzəm olaraq işə gəlməkdə davam etdiyinə görə işdən azad olunmağına dair əmri qanunsuz və əsassız hesab edir. Onsuz da ağır maddı vəziyyətdə yaşayır. Atası 1-ci qrup əlilldir, özü isə 3-cü qrup əlildir. Onun tutduğum vəzifədən azad olunmağım xəbəri bütün ailə üzvlərinə pis təsir edib. Yeganə qazanc gətirən şəxs idi. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin iddiaya dair münasibəti: Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilsə, cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında cavabdehin nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iclasın cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsini təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. İşin halları: Cavabdeh İB-nin Ağsu X9 İdarəsi ilə İddiaçı arasında xx.xx.2019-cü il tarixində 39 nömrəli Əmək müqaviləsi bağlanılmışdır. Əmək müqaviləsinə əsasən X2 X9ı İdarəsinin İsmayıllı rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinə əsas, 5-ci dərəcəli avadanlıqların istismarı və təmiri üzrə çilingər vəzifəsinə 1 il müddətinə qəbul olunmuşdur. Cavabdeh İB-nin Ağsu X9ı İdarəsinin xx.xx.2023-cüi il tarixli 14-2-2-12/3-1K- 292/2023 nömrəli əmrinə əsasən Cavabdeh İB-nin Ağsu X9ı İdarəsinin İsmayıllı Rayonu üzrə Təbii qazın qabulu və satışı xidmətinin qaz təsərrüfatıının nəzarətçisi vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xx.xx.2019-cu il tarixli 39 nömrəli Əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin qurtarması əsası ilə xitam verilmişdir. Bununla bağlı əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə istinadən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildiriş müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində xx.xx.2023-cü il tarixində yerləşdirilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır.Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır; 45-ci maddənin 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır; 45-ci maddəsinin 5-ci hissəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 47-ci maddəsinin “f” bəndinə əsasə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər; 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi müəyyən edilmişdir; 73-cü maddəsinin birinci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur; 73-cü maddəsinin 2-ci hissəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonar işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər; 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatın və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsassız olduğuna görə rədd edilməlidir Belə ki, mülki iş materiallarından da göründüyü kimi, müddətli əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməsi üçün iki şərtin olması zəruridir: birincisi, əmək müqaviləsinin müddətinin qurtarması; ikincisi, müddətli əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərdən birinin təşəbbüsü. Hazırkı əmək mübahisəsi üzrə müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2019-cü il tarixində 39 nömrəli Əmək müqaviləsi bağlanılmışdır. Əmək müqaviləsinin müddəti bir il müəyyən edilmişdir. Əmək müqaviləsində göstərilən müddət xx.xx.2020-ci il tarixində bitsə də, tərəflər arasında əmək münasibətləri davam etdirilib və tərəflərdən heç biri həmin müqaviləyə xitam verilməsini tələb etməyib. Bu qaydada tərəflər arasında əmək münasibətləri xx.xx.2023-cü il tarixinədək davam edib və bundan sonra işəgötürən əmək münasibətlərinə xitam verilməsi təşəbbüsü ilə işçiyə müraciət edib. xx.xx.2023-cü il tarixində tərəflər arasında əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürən tərəfindən əmr verilib. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsi müddətli əmək müqaviləsi olduğundan və əmək müqaviləsinin müddəti bitdiyindən işəgötürənin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı təşəbbüsü qanuni və əsaslı olmuşdur. Odur ki, iddia əsassız olduğuna görə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı işlədiyi müddət ərzində öz üzərinə düşən vəzifəni lazımi qaydada yerinə yetirdiyi, həmçinin əmək intizamına lazımi şəkildə riayət etdiyi və müntəzəm olaraq işə gəlməkdə davam etdiyinə görə işdən azad olunmağına dair əmrin qanunsuz və əsassız olduğunu iddia etsə də, iddiaçının bu dəlillini işin faktiki hallarına uyğun deyildir. Belə ki, işə götürən tərəfindən əmək müqaviləsinə işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozulması əsası ilə deyil, müddətli əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə xitam verilmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh İB-nə qarşı iddiaçı ilə Cavabdeh İB-nin Ağsu X9 İdarəsi ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 14-2-2-12/3-1K-292/2023 nömrəli əmrin ləğv edilməsi, iddiaçı ilə Cavabdeh İB-nin Ağsu X9 İdarəsinin İsmayıllı rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinə 5-ci dərəcəli qaz təsərrüfatında nəzarətçi vəzifəsinə bərpa olunması, məcburi iş buraxma müddəti üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla iddiaçının cavabdeh tərəfindən işə barpa olunması günə qədər hər ay üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-4396/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4396/2024
12.06.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver