Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4398/2022 15.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB-nin Gəncə X12 İdarəsinin rəisi A.A.Muxtarovun xx.xx.2022-ci il tarixli, SQCAR**********00070020B00016 nömrəli əmrinin ləğv edilməsi, əvvəlki vəzifəyə bərpa edilməsi və məcburi iş buraxma dövrünün əmək haqqının tam ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 2008-ci ildən etibarən Azəriqaz İB Gəncə Qİİ, xx.xx.2015-cı il tarixdən isə ad dəyişikliyi olaraq SOCAR İB-nin Gəncə X12 İdarəsinin Gəncə rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətinin “5-ci dərəcəli Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər” vəzifəsində işləmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh İB Gəncə X12 rəisi X4 SQCAR**********00070020B00016 nömrəli əmri ilə “əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən əmək müqaviləsi ləğv edilmişdir. Həmin əmrlə razılaşmır. Belə ki, AR MPM-nin və digər qanunvericiliyin tələblərinə riayət edərək ilkin Mediasiya sessiyasından keçmiş, cavabdehin nümayəndəsinin sessiyada iştirak etməməsi səbəbindən 00776 saylı xx.xx.2022 il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışını aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İşdən çıxarılması barədə əmr əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsind; sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Lakin onun tərəfindən əmək müqaviləsinə əsasən iş vaxtı hər hansı qayda pozuntusuna yol verilməmiş, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi kimi hallar baş verməmişdir. Sözügedən əmri xx.xx.2022-ci il tarixdə şəxsən müraciət etdikdən sonra almışdır. Digər tərəfdən mübahisələndirilən əmr verilərkən qanunvericiliyin tələblərinə əməl edilməyərək onun izahatı alınmamış, həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmasına baxmayaraq, qanunvericiliyinin prossesual normalarının tələbləri kobud şəkildə pozulmuşdur. xx.xx.2022-ci il tarixli 305/2022 saylı vəkil sorğusuna verilən natamam cavab məktubuna əlavə olunan sənədlərə baxdıqda görünür ki, onun işdən çıxarılması barədə verilən əmrlə həmkarlar ittifaqının verdiyi müvafiq rəy eyni tarixə təsadüf edir. Daha sonra onun işdən çıxarılmasına əsassız səbəb olan hal- tərəflər arasında bağlanan əmək müqaviləsinin 3-cü bəndində çilingərin “Sayğacdan göstərici götürmək” kimi hər hansı bir vəzifəsi yoxdur. Eyni zamanda ona ardıcıl verilən intizam tənbehləri barədə rəsmi tanış olması barədə imzalanan vərəqlərdə kobud pozuntular aşkarlanır. Sorğuda onun izahatlarının verilməsi tələb olunsa da, bu verilməmişdir. Eyni ilə sorğuya cavab olaraq göndərilən müvafiq Vəzifə təlimatı qanunvericiliyin tələblərinə uyğun gəlmir, etibarsız və əsassızdır. Bu kimi hallar verilmiş əmrin qanunsuz və əsassız olduğunu təsdiq edir. Bundan başqa, əmrdə işçi ilə işəgötürən arasında əmək münasibətlərini nizama salan qanunvericilik aktlarına, o cümlədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin normasına düzgün istinad edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə görə, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğur gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72- cı maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda. Sadalanan normanı məzmunundan göründüyü kimi, əslində onunla müddətsiz əmək müqaviləsi başlanmışdır və həmin müqavilənin birtərəfli qaydada, əmrdə göstərilən şəkildə ləğv edilməsi qanunsuz olmuşdur. Cavabdehlə aralarında yaranmış mübahisəni yoluna qoymaq cəhdləri nəticə verməmişdir. İş üzrə Cavabdeh İB iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia qanunsuz və əsassız olduğu üçün rədd edilməlidir. İddiaçı 13 04.2015-ci ıl tarixli əmrlə Gəncə X12 İdarəsinin Gəncə şəhəri üzrə Təbii qazın qəbulu və satışı xidmətinə 5-cı dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri peşəsinə qəbul edilmişdir. Müqavilə bağlandıqdan sonra İddiaçı üzərinə düşən öhdəliyə əməl etməmiş, qeyd edilən əmək müqaviləsinə, eyni zamanda peşə təlimatına səhlənkar yanaşmışdır. İddia ərizəsində qeyd edilmişdir ki, Emin Piriyevlə bağlanmış əmək müqaviləsinin 3-cü bəndində çilingərin sayğacın göstəricisini götürmək kimi hər hansı vəzifəsi yoxdur. Halbuki, Gəncə X12 İdarəsinin rəisi X.İ.Namazov tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli “Təbii qazın qəbulu və satışı xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərinin Peşə təlimatı”nın 2.4-cü bəndində bütün qeyri-əhali abonentlərinin ayda bir və ya iki dəfə olmaqla sayğac göstəricilərinin çıxarılması və reyestr formasında imzalanaraq xidmət rəisinə təqdim edilməsi, 2.5-ci bəndinə əsasən mexaniki sayğaclı bütün əhali abonentlərinin mənzillərində tərtib edilmiş qrafikə əsasən sayğac göstəricilərinin əl terminalları vasıtəsılə çıxarılması, abonentlərə bildirişlərin paylanması, 2.6-cı bəndinə əsasən Smart kart tipli qaz sayğacı quraşdırılmış abonentlərinin ünvanlarında sayğacın mənfiyə işləmə hallarının araşdırılması, belə hal aşkar olunarsa dəyəri ödənilməyən qaz sərfinin abonentlər tərəfindən ödəmə kartlarına yüklənilməsinə nəzarət etmək, təlimatın 2.8-ci bəndinə əsasən bildirişlərin vaxtlı- vaxtında əhali və qeyri-əhali abonentlərinə təqdim edilməsi, istifadə olunmuş qazın dəyər məbləğinin yalnız poçt və ya bank vasitəsilə ödənilməsinin təmin edilməsi, müqaviləyə əsasən bildirişlərin təqdim edilməsindən bir ay ərzində qazın dəyərinin ödənilmədiyi təqdirdə abonentlərə verilən qaz təminatının akt əsasında dayandırılması, 2.9-cu bəndinə əsasən məişətdə, sənayedə təbii qazdan iqtisadi cəhətdən səmərəli istifadə edilməsi, xidmət sahəsi üzrə qaz itkisinə yol verilməməsinə nəzarət edilməsi, 2.10-cu bəndində isə aşağıda sadalanan hallarda xidmət rəisinə və ya ustasına rəsmi məlumatın təqdim edilməsi, mənzillərdə quraşdırılmış qaz sayğaclarının sazlığına nəzarət edilməsi, sayğaclara yə plomblara müdaxilə, sayğacların sökülməsi, sındırılması zamanı qaz təchizatı dayandırdıqda qazdan qeydiyyatsız istifadə, sayğacdan kənar xətt vasitəsilə qeyri-qanuni qoşulma nallarına rast gələn zaman qaz verilməsini dayandırılması kimi öhdəlik qoyulmuşdur. Buna baxmayaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186- cı maddəsinin “a” bəndinə əsasən İddiaçı vəzifə öhdəliklərini yerinə yetirməməsi səbəbindən xx.xx.2015-ci il tarixdə töhmət, xx.xx.2016-cı il tarixdə töhmət, 16 02 2017-cı ıl tarixdə töhmət, xx.xx.2019-cu il tarixdə töhmət, xx.xx.2020-ci il tarixdə töhmət, 06.11 2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin “b” bəndinə əsasən “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehləri verilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin “c” bəndinə əsasən “aylıq əmək haqqının 1/4-dən çox olmamaq şərtilə cərimə edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndinə əsasən töhmət, 29 07 2021 -ci ıl tarixdə töhmət intizam tənbehləri verilmiş, xx.xx.2021 -ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin “c” bəndinə əsasən “aylıq əmək haqqının 1/4-dən çox olmamaq şərtilə cərimə edilmiş, 19.01 2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin “b” bəndinə əsasən “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehi verilmişdir. Bundan sonra işçi ilə əmək müqaviləsinin ləğv edilməsi məsələsinə münasibət bildirilməsi üçün Gəncə X12 idarəsinin Həmkarlar Təşkilatına müraciət edilmiş, Təşkilatın 31.01 2022-ci il tarixli iclası təşkil edilmiş və 02 saylı 31.01 2022-ci il tarixli Qərarla İddiaçı ilə bağlanılmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə etiraz olunmamışdır. Göründüyü kimi, İddiaçı vəzifə öhdəliklərini və əmək funksiyasını lazımınca icra etmədiyindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi ləğv edilmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini əsassız hesab edərək iddia müddəti tətbiq edilməklə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Cavabdeh Gəncə X12 İdarəsi ilə İddiaçı arasında bağlanmış 13 04.2015-ci il tarixli 264 nömrəli əmək müqaviləsindən görünür ki, iddiaçı ilə müddətsiz əmək müqaviləsi bağlanmış və o, Gəncə X12 İdarəsinin Gəncə şəhəri üzrə Təbii qazın qəbulu və satışı xidmətinə 5-cı dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri peşəsinə qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş Gəncə X12 İdarəsinin rəisi A.A.Muxtarov tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş “Təbii qazın qəbulu və satışı xidmətinin 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərinin Peşə təlimatı”nın surətindən görünür ki, 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərinin üzərinə o cümlədən: 2.4. Xidmət göstərdiyi ərazidə daşıyıcı və məhəllədaxili qaz xətlərində qoşulma nöqtəsinədək qaz xətlərinə, onların üzərindəki avadanlıqlara, qaz sayğaclarına, bağlayıcı armaturlara, bütün yivli və qaynaq birləşmələrinə texniki baxışın keçirilməsi və aşkar edilmiş sızmaların aradan qaldırılması; 2.8. Məişətdə, sənayedə təbii qazdan səmərəli istifadə edilməsi, xidmət sahəsi üzrə qaz itkisinə yol verilməməsinə nəzarət edilməsi: 2.9. Xidmət göstərdiyi ərazidə dövrü olaraq istehlakçıların sayğac göstəricilərinin qeydiyyata alınması və məlumatların aidiyyəti üzrə təqdim edilməsi; 2.14. Qaz sayğaclarına müdaxilə edilməsi, onların yararsız hala salınması haqqında, həmçinin oğurluq hallarının baş verməsi haqqında dərhal xidmət sahəsinə məlumat verilməsi; 2.15. Rəsmi razılıq olmadan istehlakçılar tərəfindən qaz cihazlarının, qaz xətlərinin yerinin dəyişdirilməsi, ləğv edilməsi və yeni qaz xəttinin çəkilməsi, qaz cihazlarının quraşdırılması kimi hallara yol verilməməsi, göstərilən faktların aşkar olunduğu təqdirdə aidiyyəti üzrə xidmət sahəsinə məlumatın təqdim edilməsi; 2.18. Qaz xəttlərinin üzərində quraşdırılmış qaz sayğaclarının sazlığına nəzarət edilməsi, sayğaclara və plomblara müdaxilə, sayğacların sökülməsi, sındırılması zamanı dərhal akt tərtib etməklə və qaz təminatını dayandırmaqla aidiyyəti üzrə xidmət sahəsinə məlumat verilməsi; 2.19. Xidmət göstərdiyi sahədə təbii qazdan qeydiyyatsız istifadə, sayğacdan kənar xətt vasitəsilə və ya rezin borularla qoşulma hallarına yol verilməməsi və bu tip neqativ hallara rast gələn zaman qazın verilməsinin dayandırılması haqqında aidiyyəti üzrə xidmət sahəsinə məlumat verilməsi və sair kimi vəzifələr qoyulmuş və bu icra edilməməsinə görə məsuliyyət daşıdığı müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş əmrlərin surətindən müəyyən olunur ki, İddiaçı vəzifə öhdəliklərini yerinə yetirməməsi səbəbindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndinə əsasən xx.xx.2015-ci il tarixdə töhmət, xx.xx.2016-cı il tarixdə töhmət, 16 02 2017-cı ıl tarixdə töhmət, xx.xx.2019-cu il tarixdə töhmət, xx.xx.2020-ci il tarixdə töhmət, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin “b” bəndinə əsasən xx.xx.2020-ci il tarixdə “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehləri verilmiş, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin “c” bəndinə əsasən xx.xx.2021-ci il tarixdə “aylıq əmək haqqının 1/4-dən çox olmamaq şərtilə cərimə edilmiş, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndinə əsasən xx.xx.2021-ci il tarixdə töhmət, 29 07 2021 -ci ıl tarixdə töhmət intizam tənbehləri verilmiş, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin “c” bəndinə əsasən xx.xx.2021-ci il tarixdə “aylıq əmək haqqının 1/4-dən çox olmamaq şərtilə cərimə edilmiş, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin “b” bəndinə əsasən xx.xx.2022-ci il tarixdə “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehi verilmişdir. İddiaçı əmrlərlə tanış olmasını imzası ilə təsdiq etmişdir. İş materiallarında olan Gəncə RQİİ-nin X8 heyətinin xx.xx.2022-ci tarixli 2 saylə Protokolunun surətindən görünür ki, Gəncə X12 İdarəsinin Gəncə xidmət sahəsi üzrə Təbii qazın qəbulu və satışı xidmətiniı qaz avadanlıqlarının İstismarı və təmiri üzrə çilingəri İddiaçı xidmət göstərdiyi ərazidə yol verdiyi ciddi nöqsanlara görə əmək müqaviləsi üzrə öhdəlikləriı yerinə yetirilməsini kobud surətdə pozduğu üçün onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə münasibət bildirilməsi xahiş edilmişdir. Gəncə RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəisi X2 xx.xx.2022-ci il tarixli SOCAR**********30560046X00435 saylı xidməti məlumatında Gəncə xidmət sahəsi üzrə Təbii qazın qəbulu və satışı xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri X7 əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını lazımınca icra etməməsini göstərmişdir. Arqşdırma zamanı Gəncə şəhəri, Cavadxan qəsəbəsində yaşayan X10 məxsus evdə yaşayış olmasına baxmayaraq həmin ünvanda quraşdırılmış G-4 Eister tipli qaz sayğacının göstəricisinin 1 il 5 ay götürülmədiyi müəyyən olunmuş, 2021-ci ilin sentyabr ayında Bağ yeri ev 357 saylı ünvanda İSQNŞ-nin əməkdaşları tərəfindən sayğacdan kənar əlavə xətt aşkar olunmuşdur. Gəncə RQİİ-nin İcraya Nəzarət və Kargüzarlıq şöbəsinin rəisi X6, insan resursları şöbəsinin aparıcı mütəxəsisi X1, TİŞ-nin rəisi X14 və digərləri çıxış edərək, Gəncə X12 İdarəsinin Gəncə xidmət sahəsi üzrə Təbii qazın qəbulu və satışı xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı işdə yol verdiyi nöqsanların təkrarlandığını, ona verilən intizam tənbehlərindən nəticə çıxarmadığını nəzərə alıb barəsində tədbir görülməsini bildirmişdirlər. Yuxarıda göstərilənləri nəzərə alaraq Gəncə RQİİ-nin X9 X12 İdarəsinin Gəncə xidmət sahəsi üzrə Təbii qazın qəbulu və satışı xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı xidmət göstərdiyi ərazidə yol verdiyi ciddi nöqsanlara görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç“ bəndinə əsasən xitam verilməsinə etiraz edilməməsini qərara almışdır. İş materiallarında olan Cavabdeh İB-nin Gəncə X12 İdarəsinin rəisi A.A.Muxtarovun xx.xx.2022-ci il tarixli, SQCAR**********00070020B00016 saylı “Əmək müqaviləsinin ləğv edilməsi haqqında” əmrin surətindən görünür ki, X11 Qaz istismarı İdarəsinin Gəncə xidmət sahəsi üzrə Təbii qazın qəbulu və satışı xidmətinin 05-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı ilə bağlanmış xx.xx.2015-ci tarixli 264 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2022ci il tarixdən xitam verilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilməşdir. Həmin Məcəllənin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Qeyd edilən normalardan da göründüyü kimi, ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğv edilməsinin hüquqi əsasları Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsi ilə məhdudlaşdırılmaqla, daha da konkretləşdirilmişdir. Belə ki, əmək müqaviləsi ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə o halda ləğv edilə bilər ki, Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş nəticələr baş vermiş olsun. Bu halda, əmək müqaviləsinin ləğv edilməsi üçün 3 vacib şərt də nəzərə alınmalıdır: 1) işçinin təqsiri (işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi); 2) işçinin təqsirli hərəkətlərindən doğan nəticə (müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmas; 3) işçinin təqsirli hərəkətləri ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin olması. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə görə, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbayca Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Konkret mübahisəyə gəldikdə, iddiaçı iddia tələbinin əsası kimi bildirir ki, onun tərəfindən əmək müqaviləsinə əsasən iş vaxtı hər hansı qayda pozuntusuna yol verilməmiş, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi kimi hallar baş verməmişdir. Onun işdən çıxarılması barədə verilən əmrlə həmkarlar ittifaqının verdiyi müvafiq rəy eyni tarixə təsadüf edir. Tərəflər arasında bağlanan əmək müqaviləsinin 3-cü bəndində çilingərin “Sayğacdan göstərici götürmək” kimi hər hansı bir vəzifəsi yoxdur. Eyni zamanda ona ardıcıl verilən intizam tənbehləri barədə rəsmi tanış olması barədə imzalanan vərəqlərdə kobud pozuntular aşkarlanır. Sorğuya cavab olaraq göndərilən müvafiq Vəzifə təlimatı qanunvericiliyin tələblərinə uyğun gəlmir, etibarsız və əsassızdır. Halbuki, işin məhkəmə baxışı zamanı müəyyən edilmiş mübahisəsiz halları ondan ibarət olmuşdur ki, Gəncə X12 İdarəsinin Gəncə şəhəri üzrə Təbii qazın qəbulu və satışı xidmətinə 5cı dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərinin əmək funksiyalarına o cümlədən, xidmət göstərdiyi ərazidə dövrü olaraq istehlakçıların sayğac göstəricilərinin qeydiyyata alınması və məlumatların aidiyyəti üzrə təqdim edilməsi, xidmət göstərdiyi sahədə təbii qazdan qeydiyyatsız istifadə, sayğacdan kənar xətt vasitəsilə və ya rezin borularla qoşulma hallarına yol verilməməsi və bu tip neqativ hallara rast gələn zaman qazın verilməsinin dayandırılması haqqında aidiyyəti üzrə xidmət sahəsinə məlumat verilməsi daxildir və iddiaçının həmin funksiyaları icra etməməsi nəticəsində xidmət göstərdiyi ərazidə- Gəncə şəhəri, Cavadxan qəsəbəsində yaşayan X10 məxsus evdə yaşayış olmasına baxmayaraq həmin ünvanda quraşdırılmış G-4 Eister tipli qaz sayğacının göstəricisinin 1 il 5 ay götürülmədiyi müəyyən olunmuş, 2021-ci ilin sentyabr ayında isə Bağ yeri ev 357 saylı ünvanda İSQNŞ-nin əməkdaşları tərəfindən sayğacdan kənar əlavə xətt aşkar olunmuş, qaz sayğacının göstəricisinin 1 il 5 ay götürülməməsi və sayğacdan kənar qazdan istifadə olunması nəticəsində cavabdeh təşkilata qanunsuz istifadə olunmuş qazın dəyərinin ödənilməməsi şəklində maddi ziyan dəymişdir. Beləliklə, məhkəmə işin faktiki hallarına əsasən İddiaçı müddətsiz Gəncə X12 İdarəsinin Gəncə şəhəri üzrə Təbii qazın qəbulu və satışı xidmətinə 5-cı dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri peşəsinə qəbul edilməsi, Gəncə X12 İdarəsir rəisi A.A.Muxtarovun xx.xx.2022-ci il tarixli, SQCAR**********00070020B00016 saylı əmri ilə onunla bağlanmış 13 04.2015-ci il tarixli 264 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən (əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə) xitam verilməsi, iddiaçının işdən qanunsuz azad olunması barədə dəlillərinin məhkəmə baxışında təsdiqini tapmamasını və əmrin ləğv edilməsi üçün əsasların olmamasını nəzərə alıb, qanunvericiliyin göstərilən müddəalarına əsaslanaraq hesab edir ki, iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №e-2(011)-4398/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4398/2022
15.08.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver