Məhkəmə qərarları › İş №e-2(011)-4448/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4448/2024

29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4448/2024 29.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı - İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı – Cavabdeh əsassız varlanmaya görə 123,51 avro məbləğində əsas borcun, 25,03 avro faiz borcunun, cəmi 148,54 avro məbləğində pul vəsatinin, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilməsi barədə kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Bank Respublika ASC-nin plastik kartlarının əldə edilməsi və istifadəsinə dair” müqaviləyə əsasən əsasən sonuncuya (MC Word NeoCard) debet kart verilmişdir. Cavabdeh tərəfindən müqavilə əsasında yaradılmış 523522***4269 saylı kart hesabına xx.xx.2023-cü il tarixində yaranan texniki xəta səbəbindən onun qeyd olunan kart hesabında yetərli pul vəsaiti (həmin zaman hesabında 10,39 avro məbləğində pul vəsaiti olduğu təqdirdə) olmadığı halda banka məxsus 123,51 avro məbləğində pul vəsaitini istifadə etmişdir. Bank tərəfindən müvafiq düzəlişlər aparılaraq Cavabdeh tərəfindən istifadə edilmiş banka məxsus vəsaitin geri qaytarılması istiqamətində işlər görülmüş, lakin qeyd olunan vəsait cavabdeh tərəfindən nağdılaşdırıldığından (qeyd olunan pul vəsaiti istifadə olunduğundan) həmin vəsaitin geri qaytarılması mümkün olmamışdır. Göstərilən pul vəsaitinin Cavabdeh tərəfindən istifadə olunması nəticəsində isə hal-hazırda onun banka 123,51 avro məbləğində əsas borc, 25,03 avro faiz borcu olmaqla, cəmi 148,54 avro məbləğində borcu yaranmışdır. xx.xx.2022-cü il tarixli “Qoşulma razılaşması“ müqavilənin əsasən yaranmış “Texniki overdraft”a görə bankın müştəridən istifadə etdiyi pul məbləğlərinin faizləri ilə birlikdə (faiz hesablanarsa) geri tələb etmək hüququ vardır. Cavabdeh məlum olan yaşayış yeri üzrə lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və İddiaçı ASC-nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Lakin cavabdehə göndərilən məhkəmə bildirişi ünvanda yaşayış olmaması səbəbi ilə geri qaytarılmışdır. Məhkəmə ərizəni, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli “ödəniş kartlarının təqdim edilməsinə dair” müqavilə bağlanılmışdır. Həmin müqavilənin 2.2-ci bəndinə görə müştəri İddiaçı ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş “kompleks bank xidməti” müqaviləsinin şərtlərini qəbul edir. “Kompleks bank xidməti” müqaviləsinin 3.3.5-ci bəndinə əsasən müştəri yaranmış “texniki overdraft”a görə pul vəsaitlərini bankın tələbi ilə hesablanmış faizləri ilə birlikdə (illik 42 faiz olmaqla) geri qaytarırır. İş materiallarından olan xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixədək olan overdraft -123,51 avro, hesablanmış faizlər - 25,9 avro təşkil edir. İş materiallarında olan “overdraft borcunun faizlərinin və penyanın hesablanması haqqında” arayışdan görünür ki, overdraft nəticəsində yaranan borc 148,54 avro, bundan overdraftın faiz dərəcəsi 42%, iddia qaldıran günə əsas borcun məbləği 123,51 avro, iddia qaldıran günə faiz borcunun məbləği 25,03 avro təşkil edir. Cavabdeh borcun ödənilməsi barədə xx.xx.2024-cü ildə İddiaçı ASC tərəfindən pretenziya məktubu göndərilmişdir. Beləliklə iş materialları ilə sübuta yetirilir ki, texniki səbəblərdən cavabdehin kart hesabından sonuncuya məxsus olmayan 123,51 avro pul vəsaiti silinmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materialları ilə təsdiq edilir ki, cavabdeh özünə aid olmayan 123,51 avro pul vəsaiti hesabına əsassız varlanmışdır. İş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, əsassız fayda məbləği kimi tələb edilən 123,51 avro məbləğin cavabdehdən alımasına dair iddia tələbləri əsaslıdır və buna görə də təmin edilməlidir. Cavabdehin qəbul etdiyi “ödəniş kartlarının təqdim edilməsinə dair” müqavilə və “kompleks bank xidməti” müqaviləsinin şərtlərinə əsasən cavabdeh texniki nasazlıq (overdraft) nəticəsində əldə əldə etdiyi pul vəsaitlərinə görə faizlər ödəmək öhdəliyi götürmüşdür. Buna görə də iddia tələbləri faizlərin ödənilməsi hissəsində də təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Kompleks bank xidməti müqaviləsinə əsasən texniki nasazlıq nəticəsində cavabdehin kart hesabına köçürülmüş 123,51 (bir yüz iyirmi üç avro əlli bir sent) avro məbləği və buna görə hesablanmış 25,03 (iyirmi beş avro üç sent) avro faiz borcu, cəmi 148,54 (bir yüz qırx səkkiz avro əlli dörd sent) avro (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş avro manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) məbləği və 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar