Məhkəmə qərarları › İş №e-2(011)-45/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-45/2023

23.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-45/2023 23.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 25 aprel 2018-ci il tarixli 109840-407052/2 nömrəli kredit müqaviləsi üzrə 7.938,28 manat əsas borc və 2.495,37 manat faiz borcu olmaqla, cəmi 10433.65 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqı olmaqla, cəmi 135 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 121.70 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh2 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 240.9 kv.m olan qeyriyaşayış sahəsinə (zirzəmi, yarımzirzəmi və 1-ci mərtəbə) yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqda Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 240.9 kv.m olan qeyri-yaşayış sahəsindən (zirzəmi, yarımzirzəmi və 1-ci mərtəbə) çıxarılması və həmin sahənin boşaldılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh2 ilə bağlanmış 25 aprel 2018-ci il tarixli 109840-407052/2 nömrəli kredit müqaviləsinə əsasən 26 faiz dərəcəsilə, 24 ay müddətinə 20000 manat məbləğində kredit götürülmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 240.9 kv.m olan qeyri-yaşayış sahəsi (zirzəmi, yarımzirzəmi və 1-ci mərtəbə) 25 aprel 2018-ci il tarixli 109840-407052/2 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən banka ipoteka qoyulmuşdur. Borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Bu halda, bank tərəfindən “İpoteka haqqında” AR-nın Qanununun 36.1-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka predmetinə tutma yönəldilməsi barədə xx.xx.2022-ci il tarixli 001/007/0033/2022 nömrəli bildiriş ipotekaqoyan Cavabdeh2 xx.xx.2022-ci il tarixdə sifarişli poçt göndərişi üsulu ilə göndərilmişdir. Poçt göndərişi vasitəsilə göndərilmiş həmin bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsi üzrə borclu Cavabdeh2 öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, İddiaçı ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, məhkəməyə ərizə ilə müraciət edərək məhkəmədən, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 25 aprel 2018-ci il tarixli 109840-407052/2 nömrəli kredit müqaviləsi üzrə 7.938,28 manat əsas borc və 1.173,52 manat faiz borcu olmaqla, cəmi 9.111,80 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqı olmaqla, cəmi 135 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 121.70 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh2 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 240.9 kv.m olan qeyriyaşayış sahəsinə (zirzəmi, yarımzirzəmi və 1-ci mərtəbə) yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqda Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 240.9 kv.m olan qeyri-yaşayış sahəsindən (zirzəmi, yarımzirzəmi və 1-ci mərtəbə) çıxarılması və həmin sahənin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, məhkəməyə ərizə ilə müraciət edərək məhkəmədən, Cavabdeh2 25 aprel 2018-ci il tarixli 109840-407052/2 nömrəli kredit müqaviləsi üzrə 7.938,28 manat əsas borc və 1.173,52 manat faiz borcu olmaqla, cəmi 9.111,80 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqı olmaqla, cəmi 135 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 121.70 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh2 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 240.9 kv.m olan qeyri-yaşayış sahəsinə (zirzəmi, yarımzirzəmi və 1-ci mərtəbə) yönəldilməsi, tutmanın girov obyektinin əvəzinə görə verilmiş Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “Olympus Park” brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 11, ümumi sahəsi 44 kv.metr, 1 otaqdan ibarət olan 266 saylı mənzilə, Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “Olympus Park” brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 3, mərtəbə 11, ümumi sahəsi 114 kv.metr, 3 otaqdan ibarət olan 160 saylı mənzilə, həmin 12 mərtəbəli, 6 girişli yaşayış binasında giriş 5, mərtəbə 1, ümumi sahəsi 36.75 kv.metr olan 21/A qeyri-yaşayış sahəsinə, həmin 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 1, ümumi sahəsi 127.55 kv.metr olan 22 saylı qeyri-yaşayış sahəsinə, həmin 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 1, ümumi sahəsi 135.70 kv.mter olan 23 saylı qeyri-yaşayış sahəsinə və "xxxx" MMC tərəfindən Cavabdeh2 depozitinə qoyulmuş 162.194 manat pula yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş tərəflər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırması zamanı iddiçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İşin faktiki halları: İş materiallarında olan sənədlərdən görünür ki, 25 aprel 2018-ci il tarixli 109840- 407052/2 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı ASC-dən illik 26 faiz dərəcəsi ilə 24 ay müddətinə 20.000 manat məbləğində kredit götürmüşdür. Həmin tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi İddiaçı ASC ilə Cavabdeh2 arasında 25 aprel 2018-ci il tarixli, 109840-407052/2 saylı ipoteka müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilmişdir. Hazırda cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiklərindən İddiaçı ASC 7.938,28 manat əsas borc və 1.173,52 manat faiz borcu olmaqla, cəmi 9.111,80 manat məbləğində borcun cavabdehdən tutulmasını və tələbin ipoteka predmeti olan ünvana yönəldilməsini məhkəmədən xahiş etmişdir. İşin faktiki hallarından görünür ki, ipoteka predmeti olan əmlakın "xxxx" MMC tərəfindən qanunsuz olaraq sökülməsi nəticəsində Cavabdeh2 ilə "xxxx" MMC arasında mübahisə yaranmışdır. Mübahisəyə ilkin olaraq Bakı Kommersiya Məhkəməsində baxılmış, 2-2(113)-231/2022 saylı qətnamə qəbul edilmiş, qətnamədə apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-121/2023 saylı qərardadı ilə Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi qərara alınmışdır. Barışıq sazişinə əsasən Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “Olympus Park” brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 11, ümumi sahəsi 44 kv.metr, 1 otaqdan ibarət olan 266 saylı mənzil, Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “Olympus Park” brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 3, mərtəbə 11, ümumi sahəsi 114 kv.metr, 3 otaqdan ibarət olan 160 saylı mənzil, həmin 12 mərtəbəli, 6 girişli yaşayış binasında giriş 5, mərtəbə 1, ümumi sahəsi 36.75 kv.metr olan 21/A qeyri-yaşayış sahəsini, həmin 12 mərtəbəli 6 girişli yaşayış binasında giriş 5, mərtəbə 1, ümumi sahəsi 127.55 kv.metr olan 22 saylı qeyri-yaşayış sahəsini, həmin 12 mərtəbəli 6 girişli yaşayış binasında giriş 5, mərtəbə 1, ümumi sahəsi 135.70 kv.metr olan 23 saylı qeyri-yaşayış sahəsini Cavabdeh2 mülkiyyətinə verilmiş və "xxxx" MMC tərəfindən Cavabdeh2 depozitinə qoyulmuş 162194 manat pul Cavabdeh2 verilmişdir. Hazırda iddiaçı barışıq sazişi ilə cavabdehə verilən əmlaklara tutmanın yönəldilməsini tələb edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanunu: 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. 27.3-cü madddəsinə əsasən, ipoteka qoyulmuş əşyadan istifadə qaydaları, ipoteka qoyulmuş əşyanın saxlanılması vəzifələri ipoteka qoyan tərəfindən kobud şəkildə pozulduqda və belə pozuntu ipoteka qoyulmuş əşyanın məhvi və ya zədələnməsi təhlükəsini yaratdıqda, habelə ipoteka qoyulmuş əşyanın sığortalanması üzrə vəzifələr icra edilmədikdə ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər. Belə tələb yerinə yetirilməzsə, ipoteka saxlayan tutmanı ipoteka predmetinə yönəldə bilər. 48.1.4-cü maddəsinə əsasən, ipotekaya xitam verilməsinin əsaslarından biri ipoteka predmetinin məhv olmasıdır. 32.1-ci maddəsinə əsasən, ipoteka qoyanın ipoteka predmeti olan əşyaya mülkiyyət hüququna qanunla müəyyənləşdirilmiş əsaslar üzrə və qaydada dövlət ehtiyacları üçün özgəninkiləşdirilmə, rekvizisiya və ya milliləşdirilmə nəticəsində xitam verildikdə və ipoteka qoyana başqa əşya və (və ya) müvafiq əvəz verildikdə ipoteka hüququ əvəz kimi verilmiş əşyaya şamil edilir və ya müvafiq surətdə ipoteka saxlayan ipoteka qoyana çatası əvəzin məbləğindən öz tələbinin üstün ödənilməsi hüququnu əldə edir. Bu hüquqları tam müdafiə olunmayan (əvəz kimi verilən əşya və (və ya) müvafiq əvəz ipoteka predmetinin dəyərindən aşağı olduqda) ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər, tələb yerinə yetirilmədikdə ipoteka qoyanın aldığı müvafiq əvəzə tutmanı yönəldə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. İlk verilən iddia üzrə görünür ki, tələb hər iki cavabdehə yönəlmişdir. Sonuncu dəqiqləşmə ərizəsi ilə müəyyən edilir ki, iddia tələbi Cavabdeh2 qarşı yönəlmişdir. Bundan əlavə olaraq, iş materiallarından da Cavabdeh1 hazırkı iş üzrə hansı öhdəliyi pozması və hansı öhdəliyi lazımi qaydada icra etməməsi müəyyən edilməmişdir. Belə ki, sonuncu ilə bağlanan hər hansı müqavilə iş materiallarına əlavə edilməmişdir. Məhkəmə, cavabdehdən tutulmalı olan əsas borcun və faiz borcunun məbləğini müəyyən edərkən hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqı olmaqla, cəmi 135 manat xərc və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 121.70 manat dövlət rüsumunun tutulmasına dair hissəyə qiymət verərək hesab edir ki, cavabdehin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu və xərcləri ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə iddia tələbinin tutmanın bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh2 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 240.9 kv.m olan qeyri-yaşayış sahəsinə (zirzəmi, yarımzirzəmi və 1-ci mərtəbə) yönəldilməsi, tutmanın girov obyektinin əvəzinə görə verilmiş Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “Olympus Park” brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 11, ümumi sahəsi 44 kv.metr, 1 otaqdan ibarət olan 266 saylı mənzilə, Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “Olympus Park” brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 3, mərtəbə 11, ümumi sahəsi 114 kv.metr, 3 otaqdan ibarət olan 160 saylı mənzilə, həmin 12 mərtəbəli, 6 girişli yaşayış binasında giriş 5, mərtəbə 1, ümumi sahəsi 36.75 kv.metr olan 21/A qeyri-yaşayış sahəsinə, həmin 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 1, ümumi sahəsi 127.55 kv.metr olan 22 saylı qeyri-yaşayış sahəsinə, həmin 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 1, ümumi sahəsi 135.70 kv.mter olan 23 saylı qeyri-yaşayış sahəsinə və "xxxx" MMC tərəfindən Cavabdeh2 depozitinə qoyulmuş 162.194 mant pula yönəldilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə rədd edilməlidir. Cavabdeh əsas öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən və tərəflərin verdiyi izahatlardan görünür ki, tələbin yönəlməsinin istənildiyi ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 240.9 kv.m olan qeyri-yaşayış sahəsi məhv edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən, ipoteka ilə yüklü edilmiş əmlak sığorta edilməlidir. Hazırkı iş üzrə tərəflər əmlakın sığorta edilməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. “İpoteka haqqında” Qanuna əsasən ipoteka predmeti məhv olduqda ipoteka müqaviləsinə xitam verilir. İstinad olunan qanunun normalarından görünür ki, ipoteka predmeti olan əmlak yalnız dövlət ehtiyacları üçün özgəninkiləşdirilmə, rekvizisiya və ya milliləşdirilmə nəticəsində ipoteka müqaviləsinə xitam verildikdə məhv edilmiş əmlakın əvəzi olaraq mülkiyyətçiyə təqdim olunmuş əmlaka və kompensasiya məbləğinə tutma yönəldilə bilər. Hazırkı iş materiallarından da görünür ki, əmlakın dövlət ehtiyacları üçün özgəninkiləşdirilmə, rekvizisiya və ya milliləşdirilmə məqsədləri ilə məhv edilməsi müşahidə olunmur. Belə olan halda tutmanın barışıq sazişi əsasında cavabdehə təqdim edilmiş əmlaklara və pul vəsaitinə yönəldilməsi mümkün deyil. Qanunvericiliyin tələblərinə əsasən, ipoteka predmeti olan əmlakın digər əmlakla əvəz edilməsi yalnız tərəflərin razılaşması əsasında mümkündür. Hazırkı iş üzrə tərəflər arasında belə bir razılaşmanın olması aşkar edilmir. Əlavə olaraq məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən qiymətləndirmə ekspertizası təyin edilmiş və bu əsnada barışıq sazişi üzrə cavabdehə təqdim edilmiş əmlakların mövcud olmaması, yəni gələcəkdə tikilməsinin nəzərdə tutulması müəyyən edilir. Beləliklə, iddiaçı bugün faktiki olaraq mövcud olmayan əmlaka tutmanın yönəldilməsini xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2 7.938,28 manat əsas borc və 1.173,52 manat faiz borcu olmaqla, cəmi 9.111,80 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqı olmaqla, cəmi 135 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 121.70 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsini qanunauyğun hesab edir, iddia tələbinin qalan hissədə rədd edilməsi qənaətinə gəlir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş məktubdan görünür ki, ekspertizanın keçirilməsi üçün 300 manat xidmət haqqı təyin edilmiş və həmin xidmət haqqı ödənilməmişdir. Odur ki, keçirilmiş ekspertizanın dəyəri olan 300 manatın 150 manatı İddiaçı ASCdən, qalan 150 manatı isə Cavabdeh2 alınıb "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 7.938,28 (yeddi min doqquz yüz otuz səkkiz manat iyirmi səkkiz qəpik) manat məbləğində əsas borc, 1.173,52 (bir min yüz yetmiş üç manat əlli iki qəpik) manat faiz borcu olmaqla cəmi 9.111.80 (doqquz min yüz on bir manat səksən qəpik) borc və ödənilmiş 121.70 (yüz iyirmi bir manat yetmiş qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı ASC-yə ödənilsin. Keçirilmiş ekspertizanın dəyəri olan 300 manatın 150 (bir yüz əlli) manatı İddiaçı ASC-dən, qalan 150 (bir yüz əlli) manatı isə Cavabdeh2 alınıb "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar