Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4515/2022 29.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, Cavabdeh QSC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi” barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC-nin rəhbərliyinin 31 mart 2022-ci il tarixli 064/k №-li əmrini ləğv edib, Cavabdeh QSC-də sürücü vəzifəsinə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 21 sentyabr 2016-cı il 065/k saylı əmrlə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətində sürücü vəzifəsinə işə qəbul edilmişdir, işlədiyi müddətdə heç bir intizam cəzası almamış, kollektivlə mehriban rəhbərliklə subordinasiyanı gözləyərək məsuliyyətlə işinə yanaşmışdır, xx.xx.2021-ci il tarixində rəhbərliklə bağladığı əmək müqaviləsinin müddəti yenidən uzadılmış və 153/k aylı əmrlə Anbar 2 struktur bölməsinə sürücü peşəsinə işə qəbul edilmişdir, 30 mart 2022-ci ildə işə gələrkən ona bildirdilər ki, işə buraxılmır, səbəbini soruşan zaman müxtəlif bəhanələr gətirərək cavabdan yayınmağa başlamışdırlar, kadrlar şöbəsi ilə əlaqə saxlayan zaman ona bildirmişlər ki, onunla olan müqavilənin müdəti 27 martda bitib və rəhbərlik müqavilənin müddətini uzatmamışdır, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi ilə 28 mart 2022-ci ildə yeni müqavilə bağlamışdır, 28, 29 mart tarixlərində işdə olmuşdur, bilinməyən səbəbdən onu işdən azad etmişlər, həmin vaxtda onunla bərabər digər iş yoldaşlarının da əmək müqavilələrinin müddəti uzadılmış və şəxsən müqavilənin müddətinin uzadılması barədə e.gov.az–da məlumatın telefonuna yüklədiyi proqram vasitəsilə də görmüşdür, hüquqlarının müdafiə olunması məqsədilə vəkilə müraciət etmişdir, məhkəməyə müraciət etməzdən əvvəl mediatorla görüşmüş, görüş zamanı telefonla mediatora bildirilmişdir ki, onu 31 mart 2022-ci il tarixli 064/k saylı əmri ilə həmin müəssisədən işdən azad etmişdirlər, işdən azad edilməyinə dair əmri qanunsuz və əsassız sayır, həmin əmr qanunsuz və əsassız olduğundan ləğv edilməli, işə bərpa edilməyinə, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməlidir, əmrdə işçi ilə işəgötürən arasında əmək münasibətlərini nizama salan qanunvericilik aktlarına, o cümlədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin normasına düzgün istinad edilməmişdir, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (müqavilənin müddətinin qurtarması) ilə işçinin işəgötürən tərəfindən azad edilməsi əsaslarını müəyyən edir, sadalanan normanın məzmunundan göründüyü kimi əslində onunla müddətli əmək müqaviləsi başlanmışdır və həmin müqavilənin müddəti 27 mart 2022-ci ildə bitmiş və 28 mart 2022-ci ildə yenidən uzadılmışdır, cavabdehlə aralarında yaranmış mübahisəni yoluna qoymaq cəhdləri nəticə verməmişdir. Məhkəmə iclasında Cavabdeh QSC-nin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbləri əsassız olduğu üçün rədd edilməlidir, belə ki, cəmiyyətilə İddiaçı arasında bağlanmış 27 sentyabr 2021-ci il tarixli, GC-055 nömrəli əmək müqaviləsinə əsasən o, sürücü vəzifəsinə işə qəbul edilmiş, müqavilənin müddəti 3 aylıq, xx.xx.2021-ci il tarixə kimi müəyyən edilmiş, həmin tarixdə müqaviləyə xitam verilməmiş, növbəti 3 ay müddətə uzadılmışdır, növbəti 3 aylıq müddət xx.xx.2021-ci il tarixdə tamam olmuş və cəmiyyət tərəfindən İddiaçılə əmək müqaviləsinin müddətinin uzadılmamış, Əmək Məcəlləsinin 73-cu maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq müddət bitdikdən 4 gün sonra, 31 mart 2022-ci il tarixdə 064/k nömrəli əmrlə əmək müqaviləsinə xitam verilmişdir, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə müvafiq qaydada İddiaçı əmək müqaviləsinin müddəti bitdikdən sonrakı bir həftə ərzində əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildiriş təqdim edilmiş, işəgötürənin müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı tələbi işçiyə bildirilmiş və 31 mart 2022-ci il tarixli əmr verildikdən sonra onunla son haqq-hesab aparılmışdır, Əmək Məcəlləsinin 73-cü maddəsinə müvafiq olaraq İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ona Cəmiyyətin 30 mart 2022-ci il tarixli 132 nömrəli bildirişi təqdim edilmiş, o isə bildirişi qəbul etməkdən imtina etmişdir, bununla bağlı Cəmiyyətin kadrlar üzrə meneceri X.Şıxıyeva, kadrlar üzrə aparıcı mütəxəssisi T.Şirinova və Loqistika üzrə mütəxəssisi E.Musayev tərəfindən 30 mart 2022-ci il tarixli Akt tərtib olunmuşdur, bununla yanaşı 30 mart 2022-ci il tarixdə X2 Poçt Daşınması Xidməti vasitəsi ilə cavabdehin ünvanına (ünvan 1əsi ilə bağlı xəbərdarlıq bildirişi göndərilmişdir, müqaviləyə xitam verildikdən sonra isə əmək kitabçasını təhvil almaqla bağlı bildiriş də iddiaçıya göndərilmişdir, X2 Poçt Daşınması Xidmətinin 478966 və 478968 nömrəli yol qaimələrindən məlum olur ki, həmin bildirişlərin İddiaçı çatdırılması mümkün olmamışdır, iş üçün vacib əhəmiyyət kəsb edən və aydınlaşdırılmalı məqam ondan ibarətdir ki, əmrin verilməsi, bu barədə xəbərdar edilməsi, işə buraxılmaması, xx.xx.2022-ci il tarixdə son haqq-hesab verilməsi ilə iddiaçıya bəlli olmuşdur ki, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir, iddiaçının əmrdən məlumatlı olması vəkili Gülsabah xanım Şəfiyeva tərəfindən cəmiyyətə ünvanlanmış xx.xx.2022-ci il tarixli sorğu ilə də təsdiq olunur (Gülsabah xanım qəbulda olarkən məktubla bağlı ona təfsilatı ilə cavab verilmişdir), əmrin verilməsindən 12 gün sonra, xx.xx.2022-ci il tarixdə iddiaçı cəmiyyətə mediasiya təklifi vermiş və həmin tarixdə 1 aylıq müddətin axımı dayanmış və iddiaçının ehtiyatda 18 gün müddəti qalmışdır, xx.xx.2022- ci il tarixdə iddiaçıya ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 5 saylı mediasiya təşkilatı tərəfindən mşb/5-01615 saylı arayış verilmişdir, iddiaçı ehtiyatında qalan 18 gün müddətdə məhkəməyə müraciət etməmiş, mediasiya arayışı verildikdən 1 aya yaxın müddət sonra, ilkin olaraq xx.xx.2022-ci il tarixdə Nizami rayon Məhkəməsində iddia qaldırmışdır, qanunvericilik müddətin dayandırılmasına kimi keçən vaxtın bərpadan sonra davam etdiyini müəyyən etmişdir, yəni müddət kəsilmir və ya yenidən hesablanmır, əvvəlki hesab davam edir, iddiaçı üzrlü səbəbdən məhkəməyə müraciət etməyə imkanı olmadığını sübut edə bilməyəcəyi halda hesab edirik ki, yuxarıda göstərilən digər əsaslarla yanaşı iddia müddətinin iddiaçı tərəfindən ötürülməsi ilə əlaqədar iddia müddəti tətbiq edilməklə də, iddia rədd edilməlidir. Sonda cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Bununla belə xx.xx.2022-ci il tarixdə məhkəməyə teleqram ilə müraciət edərək, hərarəti olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyindən prosesi 15 gün sonraya təxirə salınmasını xahiş etmiş, məhkəmə iclasına gəlməmə səbəblərinin üzrlü olması barədə sübutları təqdim etməmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh QSC-nin direktoru X1 və İddiaçı arasında 27 sentyabr 2021-ci il tarixdə Əmək müqaviləsi bağlanmış, İddiaçı anbar 2 struktur bölməsinə, sürücü vəzifəsinə işə qəbul olunmuşdur, müqavilə onların qarşılıqlı razılığına əsasən 27 sentyabr 2021-ci il tarixdən 27 dekabr 2021-ci il tarixədək 3 ay müddətinə bağlanmışdır. İş materiallarında olan Cavabdeh QSC tərəfindən İddiaçı ünvanlanmış 30 mart 2022ci il tarixli 132 №-li Bildirişin surətindən görünür ki, sonuncuya xx.xx.2021-ci il tarixli GC- 055 saylı əmək müqaviləsinin müddətinin xx.xx.2022-ci il tarixdə başa çatması, cəmiyyət rəhbərliyi tərəfindən əmək müqaviləsinin növbəti müddətə uzadılmaması barədə qərar qəbul olunduğu bildirilmiş, xx.xx.2022-ci il tarixdən əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən müqavilə müddətinin bitməsi ilə xx.xx.2022-ci il tarixdən xitam veriləcəyi və əmək qanunvericiliyinin tələblərinə müvafiq olaraq son haqq hesab aparılacağı bildirilmişdir. İş materiallarında olan 478966 saylı Qəbzin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Qarayev məktubu almaqdan imtina etmişdir. İş materiallarında olan 064/k saylı 31 mart 2022-ci il tarixli “Əmək müqaviləsinə xitam verilməsi haqqında” Əmrdən görünür ki, Cavabdeh QSC-nin Anbar 2 struktur bölməsinin sürücüsü ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən müqavilə müddətinin bitməsi ilə xx.xx.2022-ci il tarixdən xitam verilmiş, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 11 təqvim gün pul əvəzi ödənilməsi əmr edilmiş, əsas kimi İddiaçı xx.xx.2021-ci il tarixli GC-055 saylı əmək müqaviləsi göstərilmişdir. İş materiallarında olan ********* saylı Məxaric qəbzindən görünür ki, əmr xx.xx.2022ci il tarixdə Cavabdeh QSC tərəfindən göndərilmiş, İddiaçı tərəfindən alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xxxxxxx0002X0 №-li Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Bildirişdən görünür ki, xx.xx.2022-ci il tarixli 064/k saylı əmr ilə 68.2.b) əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xx.xx.2022-ci il tarixdə işçi İddiaçı işəgötürən Cavabdeh QSC ilə əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Bildirişin qeydiyyata alınmasına dair Məlumatın surətindən görünür ki, Cavabdeh QSC və İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi xx.xx.2022-ci il tarixli xxxxxxx0002X0 №-li “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Bildiriş” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh QSC tərəfindən İddiaçı ünvanlanmış 01 aprel 2022-ci il tarixli 142 №-li məktubdan görünür ki, sonuncuya xx.xx.2022-ci il tarixli 064\k nömrəli əmrlə işdən azad olunmasına baxmayaraq əmək kitabçasını təhvil almadığı bildirilmiş, təhvil-təslim üçün xidməti vəsiqəsi ilə şirkətə yaxınlaşması xahiş olunmuşdur. İş materiallarında olan 478968 saylı Qəbzin surətindən görünür ki, məktub İddiaçı Bakı şəhəri, A.Cəlilov küçəsi ev 5, mənzil 35 göndərilmiş, xx.xx.2022-ci il tarixdə qapı bağlıdır qeydi aparılmışdır. İş materiallarında olan X.Şıxıyeva, T.Şirinova, E.Musayev tərəfindən imzalanmış 30 mart 2022-ci il tarixli Aktdan görünür ki, anbar 2 struktur bölməsinin sürücüsü İddiaçı müqavilə müddətinin bitməsi barədə bildiriş təqdim edilmək üçün ofisə dəvət edilmişdir, İddiaçı ofisə gəlmiş lakin bildirişi qəbul etməkdən imtina etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiyanın keçirilməsinə dair 50 manat xərci ödəmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Qəbzdən görünür ki, İddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli GC-055 saylı müddətli saylı əmək müqaviləsinə əsasən, İddiaçı cavabdeh müəssisədə xx.xx.2021-ci il tarixdən başlamaqla üç ay müddətinə (27 dekabr 2021-ci il tarixədək) sürücü vəzifəsinə qəbul olunmuşdur, müqavilə müddəti bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmədiyindən 27 dekabr 2021-ci il tarixdə əmək müqaviləsi üç ay müddətə (27 mart 2022ci il tarixədək) uzadılmış, müqavilə müddəti 27 mart 2022-ci il tarixdə bitmişdir, 30 mart 2022-ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya cəmiyyət rəhbərliyi tərəfindən əmək müqaviləsinin növbəti müddətə uzadılmaması barədə qərar qəbul olunması, xx.xx.2022-ci il tarixdən əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (müqavilə müddətinin bitməsi ilə) xitam veriləcəyi barədə bildiriş göndərilməklə və akt tərtib edilməklə işçi bu barədə xəbərdar olunmuşdur, Cavabdeh QSC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 064/k saylı əmr ilə Cavabdeh QSC-nin Anbar 2 struktur bölməsinin sürücüsü İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən müqavilə müddətinin bitməsi ilə xx.xx.2022-ci il tarixdən xitam verilmiş, işçi müvafiq əmri xx.xx.2022-ci il tarixdə alınmışdır, işçi mübahisənin məhkəmədənkənar həlli məqsədilə 5 saylı Mediasiya təşkilatına müraciət etmiş, xx.xx.2022-ci il tarixdə ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir, iddiaçı xx.xx.2022-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. Bununla belə, əmək müqaviləsinə xitam verilməsini istisna edən, həmçinin əmrin etibarsızlığına əsas olan hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə hesab edir ki, tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitdiyindən, qanunvericiliyə əsasən müqavilə bitdikdən sonrakı bir həftə ərzində (xx.xx.2022–ci il tarixdə) işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi tələb edilməklə, xx.xx.2022-ci il tarixdə 064/k saylı əmr ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyindən və əmək müqaviləsinə xitam verilməsini istisna edən, həmçinin əmrin etibarsızlığına əsas olan hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, əmr əsaslıdır və buna görə də onun ləğvi barədə iddia tələbi məhkəmə tərəfindən təmin oluna bilməz. Məhkəmə, cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə qeyd edir ki, iddia müddəti, iddiaçının hüququnun pozulmasının aşkar edildiyi gün tarixi kimi əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin və əmək kitabçasının cavabdeh tərəfindən təqdim edildiyi xx.xx.2022-ci il, iddia müddətinin axımının bərpa olunduğu gün tarixi kimi ilkin mediasiya arayışının verildiyi xx.xx.2022-ci il, iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gün tarixi kimi isə xx.xx.2022-ci il götürülməli, bu zaman mediasiya prosessinin tətbiqi dövrü nəzərə alınmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı, ən azı iddia müddətinin bərpa olunduğu (ilkin mediasiya arayışının verildiyi) xx.xx.2022-ci il tarixdən bir təqvim ayı müddətində (son tarix xx.xx.2022-ci il) iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olduğu halda, xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür. Bununla bərabər, iddiaçı məhkəmənin xx.xx.2022-ci il tarixli hazırlıq və xx.xx.2022-ci il tarixli baxış iclaslarında iştirak etməməklə də müddətin ötürülməsinin üzrlü səbəbləri barədə sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, əmək qanunvericiliyinin normaları baxımından tələb üzrə iddia müddəti keçdiyindən, iddia müddətinin tətbiq edilməsinə dair cavabdeh tərəfindən ərizə verildiyindən və iddia müddətinin ötürülməsinin üzrlü səbəblərinə dair hallar məhkəmə tərəfindən müəyyən olunmadığından iddia müddəti tətbiq edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 11-ci maddəsinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək kimi əsas hüquqları vardır. Həmin Məcəllənin 42-ci maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur Həmin Məcəllənin 76-cı maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcələnin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcələnin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Həmin Məcələnin 84-cü maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin Məcəllənin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 296-cı maddəsinin 7-ci hissəsinə əsasən Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının "Mediasiya haqqında" Qanunun 35-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Həmin Qanunun 32.4.2-ci maddəsinə əsasən, bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən Mediasiya prosesinə xitam verilir. Həmin Qanunun 32.1.9-cu maddəsinə əsasən bu Qanunun 21.8-ci, 29.2-ci və 29.3cü maddələrində göstərilən arayış tərtib olunduqda Mediasiya prosesinə xitam verilir. Həmin Qanunun 21.8-ci maddəsinə əsasən tərəflər arasında mediasiyaya dair qeydşərtdə mediatorun (mediasiya təşkilatının) adı müəyyən edildiyi halda və bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə və ya təklif rədd edildikdə, təklifi göndərən tərəf mediasiyaya dair qeyd-şərtdə nəzərdə tutulmuş mediatora (mediasiya təşkilatına) müraciət edir. Həmin mediatorun (mediasiya təşkilatının) bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən mediasiya sessiyası barədə bildirişi tərəflərə təqdim etməsindən sonra tərəflər və ya onlardan biri mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, yaxud “mediasiya prosesinin tətbiqi barədə müqavilə”ni imzalamağa razı olmadıqda, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin ikinci cümləsində qeyd edilən bildiriş tərəflərə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilən hüquqi mövqeyə əsasən, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Həmin Qərarla formalaşdırılmış hüquqi mövqeyə görə, Konstitusiya Məhkəməsinin Plenumu fərdi əmək mübahisələrinin həlli zamanı tətbiq olunan iddia müddəti ilə əlaqədar müraciətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi məqsədilə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarında göstərildiyi kimi, “Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. Həmin Qərar ilə formalaşdırılmış hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında formalaşdırdığı presedentə görə, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qanuni və əsaslıdır, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən hər hansı bir hüquq pozuntusu törədilməmişdir və buna görə də iddia tələbi rədd edilməlidir. Məhkəmə dövlət rüsumuna münasibətdə isə hesab edir ki, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarından və hazırki iddia tələbi rədd edildiyindən tərəflərdən dövlət rüsumu alınmamalıdır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 9.1.1-ci mafddəsin ə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “Cavabdeh QSC-nin rəhbərliyinin 31 mart 2022-ci il tarixli 064/k №-li əmrinin ləğv edilib, Cavabdeh QSC-də sürücü vəzifəsinə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsi” barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-4515/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4515/2022
29.07.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver