Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-457/2024 14.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürmə tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı və cavabdehə aid olan ünvan 1ndəki birgə nikah dövründə əldə etdikləri və tikdikləri, hazırda da pasport qeydiyyatında olduğu-ünvan 1 ünvanında yerləşən 38D nömrəli fərdi yaşayış evinə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi tələbi barədə ərizə ilə müraciət etmişdir. Məhkəmə baxışında tərəflər barışıq sazişini məhkəməyə təqdim edərək təsdiq edilməsini və mülki işlə bağlı iddia tələbləri üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. Barışıq sazişindən müəyyən olunur ki, tərəflər barışıq sazişini aşağıdakı şərtlərlə bağladılar: 1.İddiaçı əvəzsiz olaraq birgə nikah dövründə əldə etdikləri və tikdikləri, hazırda da daimi pasport qeydiyyatında olduğu ünvan 1 ünvanında yerləşən 38D nömrəli fərdi yaşayış evinə köçməkdən və digər iddia tələbindən imtina edir, sözü gedən barışıq sazişinin məhkəmə qaydasında təsdiq edildiyi vaxtdan 1(bir) ay müddətində pasport qeydiyyatından çıxacağını öhdəsinə götürür. Gələcəkdə də sözü gedən fərdi yaşayış evinə dair hər hansı bir iddia və tələbi olmayacaqdır. Bununla da, məhkəmə mübahisələrini dayandırmaqla hazırki iddiasını geri götürür.
2. Cavabdeh iddiaçının mülkiyyətində olan Sabirabad rayonu, Qəzili kəndindəki 0,04 ha torpaq sahəsinə və üzərindəki fərdi taşayış evinə dair hər hansı tələb irəli sürmür, həmin evə dair sahiblik, istifadə və əmlak tələbindən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə mülki iş materiallarını tədqiq edib hesab edir ki, tərəflərin tərtib etdikləri barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı və cavabdehə aid olan ünvan 1ndəki birgə nikah dövründə əldə etdikləri və tikdikləri, hazırda da pasport qeydiyyatında olduğu-ünvan 1 ünvanında yerləşən 38D nömrəli fərdi yaşayış evinə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə tərəflər arasında aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin: 1.İddiaçı əvəzsiz olaraq birgə nikah dövründə əldə etdikləri və tikdikləri, hazırda da daimi pasport qeydiyyatında olduğu ünvan 1 ünvanında yerləşən 38D nömrəli fərdi yaşayış evinə köçməkdən və digər iddia tələbindən imtina edir, sözü gedən barışıq sazişinin məhkəmə qaydasında təsdiq edildiyi vaxtdan 1(bir) ay müddətində pasport qeydiyyatından çıxacağını öhdəsinə götürür. Gələcəkdə də sözü gedən fərdi yaşayış evinə dair hər hansı bir iddia və tələbi olmayacaqdır. Bununla da, məhkəmə mübahisələrini dayandırmaqla hazırki iddiasını geri götürür.
2. Cavabdeh iddiaçının mülkiyyətində olan Sabirabad rayonu, Qəzili kəndindəki 0,04 ha torpaq sahəsinə və üzərindəki fərdi taşayış evinə dair hər hansı tələb irəli sürmür, həmin evə dair sahiblik, istifadə və əmlak tələbindən imtina edir. Mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Əminə Abbasova