Məhkəmə qərarları › İş №e-2(011)-4645/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4645/2022

12.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4645/2022 12.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İByə vurulmuş 1034,60 manat, iddiaçı tərəfindən ödənilmiş 30,35 manat məbləğində dövlət rüsumunun və ümumilikdə isə 1064,95 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi R.V.Əliyev iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2018-ci il tarixində «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir, qeyd olunan ünvana İddiaçı İB tərəfindən**********01680 nömrəli abonent kodu verilmişdir, sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Zenner G-4 mexaniki markalı **********8 nömrəli qaz sayğacı quraşdırılmışdır, cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin və “X3”nın 6.5-ci tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacına qanunsuz olaraq müdaxilə etmişdir, belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 464,40 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur, yuxarıda göstərilən borc məbləğindən əlavə olaraq “Azəriqaz İB”-yə 570.20 manat məbləğində qalıq borcu olmuşdur, cavabdeh məsuliyyətini hiss edərək, iddia ərizəsi məhkəməyə verildikdən sonra iyun və iyul aylarında cəmi 790 manat ödəniş etmişdir, təqdim edilmiş abonent saldosunda da görünür ki, ödənişlər olub, son məhkəmə iclasından sonra cavabdeh yenə ödəniş edəcəyini bildirmişdir, lakin ödəniş olmamışdır, hazırda geriyə qalan borcun silinməsinə etiraz etmir. Sonda iddiaçının nümayəndəsi R.V.Əliyev iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı İB və Cavabdeh arasında Şüvəlan, H.Məmmədov küçəsi ev 15 ünvanı üzrə qazın alqı-satqısı barədə xx.xx.2018-ci il tarixdə Müqavilə bağlanmışdır. İş materiallarında olan İddiaçı İB-nin «qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, Cavabdeh məxsus ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış İTRON G-4 markalı 1002AQ**********9 nömrəli qaz sayğacı İTRON G-4 markalı İT**********89 saylı yeni qaz sayğacı ilə əvəzləşdirilmişdir. İş materiallarında olan “təbii X3nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, Cavabdeh ünvanı üzrə aktda “sayğacın klapanı işlək deyil, yivli birləşmələrində korroziya izi mövcuddur” nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan İddiaçı İB-nin xx.xx.2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 4644 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan 08 iyun 2022-ci il tarixli Abonent Saldosundan görünür ki, Cavabdeh məxsus **********01680 abonent kodu üzrə “Qalıq və aktlar” əsasında 02/2019cu il tarixə 464,40 manat borc yazılmışdır, ünvan üzrə sərf edilmiş qazın məbləği 10/2021ci il tarixə 34,25 manat, 11/2021 tarixə 225,75 manat, 12/2021 tarixə 197 manat, 01/2022 tarixə 108 manat, 02/2022 tarixə 89,28 manat, 03/2022 tarixə 131,40 manat, 04/2022 tarixə 28,40 manat, 05/2022 tarixə 7,80 manat, 05/2022 ci ilə tarixinə ayın sonuna cəmi borc 1042,40 manatdır. İş materiallarında olan 24 avqust 2022-ci il tarixli Abonent Saldosundan görünür ki, **********01680 abonent kodu üzrə 06/2022 tarixində 390 manat, 07/2022 tarixində 400 manat olmaqla cəmi 790 manat ödəniş olunmuşdur. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli “qazın alqı-satqısı” müqaviləsinə əsasən Cavabdeh, ona məxsus Şüvəlan, H.Məmmədov küçəsi ev 15 ünvanında (abonent kodu: **********01680) təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, ünvanda yerləşən sayğac 2018-ci ildə yenisi ilə əvəzləşdirilmişdir, əvəzləşdirilmiş sayğaca iddiaçı tərəfindən yoxlama keçirilərkən “sayğacın klapanı işlək deyil, yivli birləşmələrində korroziya izi mövcuddur” nöqsanı qeyd edilməklə xx.xx.2019-cu il tarixli ******* saylı akt tərtib olunmuş və itirilmiş 4456 m3 təbii qazın bərpası məqsədilə Cavabdeh abonent hesabına 02/2019-ci il tarixi üzrə 446 manat borc daxil edilmişdir, həmçinin cavabdehin qazdan istifadəyə görə 10/2021-ci il tarixə 34,25 manat, 11/2021 tarixə 225,75 manat, 12/2021 tarixə 197 manat, 01/2022 tarixə 108 manat, 02/2022 tarixə 89,28 manat, 03/2022 tarixə 131,40 manat, 04/2022 tarixə 28,40 manat, 05/2022 tarixə 7,80 manat debitor borcu olmaqla, cəmi 1034,60 manat borcu yaranmışdır, iddia tələbi həmin borcun ödənilməsi barədədir, cavabdeh tərəfindən 06/2022 tarixində 390 manat, 07/2022 tarixində 400 manat olmaqla cəmi 790 manat ödəniş olunmuşdur, hazırda cavabdehin qazdan istifadəyə görə iddiaçıya 244,60 manat borcu qalmışdır. Bununla belə, təbii qaz istifadəyə görə yaranmış borcun cavabdeh tərəfindən ödənilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 11-ci maddəsinin 6-cı hissəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X3 ilə tənzimlənir. X3 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X3»nın 3.1.2-ci bəndinə əsasən, istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etmək qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısının vəzifəsidir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən vurulmuş ziyana görə 244,6 manat alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan və hazırki iddia tələbi qismən təmin olunduğundan məhkəmə xərcinə daxil olan dövlət rüsumu 30 manat hissədə cavabdehə aid edilərək ondan alınaraq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxara bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 244 (iki yüz qırx dörd) manat 60 (altmış) qəpik və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat alınaraq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar