Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-4648/2022 26.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili X1, Cavabdeh1 MMC-nin nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakları ilə, İlkin iddia tələbi üzrə İddiaçı Cavabdeh1 MMC-yə qarşı “icarə müqaviləsinin ləğv edilməsi və qeyri-yaşayış sahəsinin (binasının) boşaldılması” tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 MMC-nin cavabdehlər İddiaçı, Cavabdeh3, Cavabdeh2 Hətəm qızına qarşı “müqavilənin və həmin müqavilə əsasında Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında HDQ haqqında DƏRD-dən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1 MMC-yə qarşı “icarə müqaviləsinin ləğv edilməsi və qeyri-yaşayış sahəsinin (binasının) boşaldılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 MMC-si cavabdehlər İddiaçı,Cavabdeh3, Cavabdeh2 Hətəm qızına qarşı “müqavilənin və həmin müqavil əsasında Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında HDQ haqqında DƏRD-dən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə etmişdir. Məhkəmə baxış iclasında İddiaçı nümayəndəsi X2 barışıq sazişi təqdim edərək barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi Vəkil da eyni zamanda barışıq sazişi ilə məhkəməyə müraciət edərək, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 hər biri ayrı-ayrılıqda elektron ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Azərbaycan Respublikası MPM-nin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Repsublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi qanuna uyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261.0.5, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İlkin iddia tələbi üzrə İddiaçı Cavabdeh1 MMC-yə qarşı “icarə müqaviləsinin ləğv edilməsi və qeyri-yaşayış sahəsinin (binasının) boşaldılması” tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 MMC-nin cavabdehlər İddiaçı, Cavabdeh3, Cavabdeh2 Hətəm qızına qarşı “müqavilənin və həmin müqavilə əsasında Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında HDQ haqqında DƏRD-dən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə 2(011)-4648/2022 saylı mülki iş üzrə İddiaçı, Cavabdeh1 MMC-nin qanuni təmsilçisi X4, eyni zamanda Cavabdeh3 və Cavabdeh2 arasında 22 oktyabr 2022-ci il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Sazişin şərtləri: 1.1. Bu sazişin predmetini tərəflər arasında olan “icarə müqaviləsinin ləğv edilməsi və qeyri-yaşayış sahəsinin (binasının) boşaldılması” və “müqavilənin və həmin müqavilə əsasında Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında HDQ haqqında DƏRD-dən çıxarışın etibarsız hesab edilməsi” iddiaları üzrə mübahisənin qarşılıqlı güzəşt yolu ilə həll edilməsi təşkil edir. 1.2. Bu sazişin 1.1-ci bəndində göstərilən mübahisə üzrə mülki iş hazırda Bakı şəhəri Xətai Rayon Məhkəməsində (İş №e-2(011)4648/2022) baxılmaqdadır.
2. Tərəflərin hüquq və öhdəlikləri 2.1. Bu sazişə əsasən, Tərəflər belə razılığa gəlir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində 06 aprel 2022-ci il tarixdə ********** nömrə ilə İddiaçı xüsusi mülkiyyət hüququ qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 443.9 kv/m olan qeyri-yaşayış binasını X3 xeyrinə 01 noyabr 2022-ci il tarixinədək özgəninkiləşdirməyi İddiaçı öhdəsinə götürür. 2.2. Cavabdeh1 MMC əvəzində 16 oktyabr 2022-ci il tarixində nağd qaydada ödənilmiş 10000 (on min) manat nəzərə alınmaqla qalan 190 000 (bir yüz doxsan min) manat pulu hissə-hissə, 01 may 2023-cü il tarixindən 01 oktyabr 2022-cü il tarixinədək İddiaçı ödəməyi öhdəsinə götürür. 2.3. Tərəflər bəyan edirlər ki, bu Sazişin 2.1-2.2-ci bəndlərində müəyyən edilən hallarla bağlı bir-birilərinə qarşı əlavə tələb və ya iddiaları yoxdur və olmayacaqdır.
3. Digər müddəalar
3.1. Bu Sazişin şərtlərini Tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu Saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262-ci maddələrinin məzmunu Tərəflərə aydındır və Tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu Sazişi imzalamışlar. 3.2. Bu sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir. 3.3. Tərəflər arasında xoşməramlı niyyətin təzahürü kimi barışıq sazişində göstərilən şərtlərin yerinə yetirildiyini nəzərə alaraq məhkəmədən barışıq sazişini qəbul etməsini, işin icraatına xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş edirlər. 3.4. Bu Saziş tərəflər üçün məcburi şərtləri özündə əks etdirməklə azərbaycan dilində 3 (üç) nüsxədə tərtib olunur. Nüsxələrin biri iddiaçıda, ikincisi cavabdehdə saxlanılır, üçüncü nüsxə isə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə təqdim olunur. Bu saziş məhkəmə tərəfindən müvafiq qaydada təsdiq edildiyi andan qüvvəyə minir. 3.5. Bu Saziş ilə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliynə uyğun olaraq Azərbaycan Respublikasının aidiyyəti məhkəmələri tərəfindən həll olunacaqdır.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Tərəflərdən hər hansı biri bu saziş ilə üzərilərinə götürdükləri öhdəlikləri icra etmədikdə, öhdəliyin icra edilməsi ilə bağlı məhkəməyə müraciət edə bilər. İlkin iddia tələbi üzrə İddiaçı Cavabdeh1 MMC-yə qarşı “icarə müqaviləsinin ləğv edilməsi və qeyri-yaşayış sahəsinin (binasının) boşaldılması” tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 MMC-nin cavabdehlər İddiaçı, Cavabdeh3, Cavabdeh2 Hətəm qızına qarşı “müqavilənin və həmin müqavilə əsasında Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında HDQ haqqında DƏRD-dən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə 2(011)-4648/2022 saylı mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: İlahə Abbasova