Məhkəmə qərarları › İş №e-2(011)-4677/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4677/2024

13.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4677/2024 13.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 MTK-nin nümayəndəsi Yiğitgöl Hikmət, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən şəxs Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MMC-ə qarşı qarşı “müqavilədən irəli gələn mübahisələr, mənzilin təhvil verilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 MTK arasında xx.xx.2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32, mehəllə 1181 ünvanında tikilən yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1 və A2 bloklarının orta hissəsində 1-ci mərtəbədə yerləşən 8 nöimrəli mağaza, ümumi sahəsi 12,0 x 5,0 m, 60.0 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin (mağaza) ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Hom-Paş Prestij” MTK arasında xx.xx.2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Cavabdeh1 MTK və Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32, mehəllə 1181 ünvanında yerləşən yüksək mərtəbəli binanın A1 və A2 bloklarının orta hissəsində yerləşən tikilinin 1-ci mərtəbədə olan 8 nömrəli mağaza, ümumi sahəsi 60.0 kv.metr və 65 kv.m təşkil edən və Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32, məhəllə 1181 ünvanında yerləşən yüksək mərtəbəli binanın A1 və A2 bloklarının orta hissəsində yerləşən tikilinin 2-ci mərtəbədə olan 8 x 75 ölçüsündə ümumi sahəsi 60.0 kv.metr qeyri-yaşayış sahələrinin İddiaçı təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Cavabdeh2 MMC xx.xx.2024-cü il tarixdə iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, Cavabdeh2 MMC sonradan cavabdeh qismində işə cəlb olunmuşdur, həmin iş üzrə iddia ərizəsi ilə tanış olduqda, iddia tələbinin əvvəllər Cavabdeh1 MTK-nə qarşı yönəldiyini görünür. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında bir neçə belə iddia tələbləri olmuş və hal-hazırda da ayrı-ayrı hakimlərin icraatındadır. Bu iddialarda əslində Cavabdeh1 MTK cavabdeh olsa da, bu tamamilə formal xarakter daşıyır. Sonradan işə Cavabdeh2 MMC də cəlb olunur. Cavabdeh2 MMC-də olan məlumata əsasən, bu kimi iddiaları Cavabdeh1 MTK-nın sədri, əvvəllər dələduz əməllərinə görə məhkum edilmiş Hikmət Yigitdöl irəli sürür. Belə ki, bu iddia tələbi də İddiaçı tərəfindən əvvəllər Cavabdeh1 MTK-a qarşı irəli sürülmüş sonradan iddia tələbi iddiaçı tərəfindən dəqiqləşdirilərək, Cavabdeh2 MMC bu işə cəlb olunmuşdur. Məlum olduğu kimi, Cavabdeh1 MTK-nin sədri Hikmət Yigitdöl, müqavilədə qeyd olunun ünvanda yerləşən binalarda olan yaşayış və qeyri-yaşayış sahələrini təkrar-təkrar başqa-başqa adamlara sataraq dələduzluq əməli törətmiş və buna görə də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzalandırılmışdır. Bu iş üzrə araşdırma təxminən 2017-2019-cu illərdə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmışıdr. Maraqlıdır nə üçün bu müddətdə, iddiaçı bir dəfə də olsun sonuncu quruma müraciət etməmişdir. Baxmayaraq ki, iddiaçı özü də həmin iş üzrə digər sahələr üzrə zərərçəkmiş kimi tanınmışdır. Nəyə görə başqa sahələri tələb etdiyi kimi, hal-hazırda iddia predmeti olan 60 kv.m sahəni tələb etmirdi?! Belə ki, yuxarıda qeyd olunan cinayət işi üzrə auditor rəyi tərtib olunmuş və həmin rəyə əsasən Cavabdeh1 MTK-nin sədri Hikmət Yigitdölün ziyan vurduğu zərərçəkmişləri siyahısı tərtib edilmişdir. Həmin audit rəyində İddiaçı, Cavabdeh1 MTK-nin tikdiyi qeyri-yaşayış binasının 1-ci mərtəbəsində 60 kv.m qeyri- yaşayış sahəsi olan 8 saylı mağazanın verilməsi qeyd olunmayıb. Hesab edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi müqavilə saxta müqavilədir və sonradan tərtib olunmuşdur. Belə ki, halhazırda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında 2(011)-1954/2024 saylı mülkü iş vardır ki, həmin işdə də eyni senari ilə Cavabdeh2 MMC cavabdeh qismində cəlb olunmuşdur. Həmin mülki iş üzrə olan iddiaçı Cavabdeh3 da iddia tələbi irəli sürərək, Cavabdeh1 MTK-nin tikdiyi qeyri-yaşayış binasının 1-ci mərtəbəsində 8 saylı mağazada olan 65 kv.m qeyri-yaşayış sahəsinin verilməsini məhkəmədən xahiş edir. Qeyd olunanlara əsasən Sizdən xahiş edirik ki, icraatınızda olan iş üzrə olan iddia tələbinin rədd olunması barədə qətnamə və qeyd olunan faktlar əsasında xüsusi qərardad qəbul edəsiniz. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı, Cavabdeh1 MTK ilə xx.xx.2007-ci il tarixdə müqavilə bağlayaraq Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Xocalı prospekti 32, mehelle 1181 ünvanında tikilən yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1 və A2 bloklarının orta hissəsində 1-ci mərtəbədə yerləşən 8 nömrəli mağaza, ümumi sahəsi 12,0 x 5,0 m, 60.0 kv.metr təşkil edən qeyri-yaşayış sahəsini (mağaza) almışdır. Bu faktı cavabdeh tərəfindən İddiaçı verilmiş maliyyə arayışı təsdiq edir. Ümumilikdə, iddiaçının üç yeri olub orda: 60 kv.m, 65 kv.m və 60 kv.m sahələri olan, ikinci mərtəbədə 190 kv m olub. Hər iki tərəfdən istəyir evi. Cavabdeh2 MMC-dən ona görə istəyir ki, Cavabdeh2 MMC ilə Cavabdeh1 MTK arasında razılıq ərizəsi var. 2018 avqust ayında Hikmətlə bağlı iş gedəndə müqavilə bağlanıb. Ona əsasən Auditdə olan şəxsləri Cavabdeh2 MMC yerləşdirməlidir, həmçinin ikili satışları da. İcra zamanı icra edəndə görəcək Cavabdeh2 MMC var orada Cavabdeh1 MTK yoxdur. Nəzarət edən qurum Cavabdeh2 MMC-dir. İndi həmin ərazi Cavabdeh1 MTK və Cavabdeh2 MMC-nin balansındadır. Cavabdeh2 MMC və Cavabdeh1 MTK mübahisəlidir. Həmin ərazidə Cavabdeh2 MMC nə istədiyini edir. Cavabdeh1 MTK sahəni versə, ev Cavabdeh2 MMC ona mane olur. Buna görə də, tələbləri hər ikisinə yönəldilmişdir. Sonda Vəkil iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 MTK-nin nümayəndəsi Yiğitdöl Hikmət izahatında bildirdi ki, İddiaçı üç müqaviləsi var: 60 kv.m, 65 kv.m və 60 kv.m, birinci mərtəbədə 125 kv.m və 2-ci mərtəbə 60 kv.m. İkinci mərtəbədə 190 kv.m olub ondan 240 min manat qarşılığında imtina edib. İddiaçı Audit yoxlamasında adı var. Birinci mərtəbədə olanlar yoxdur, ikinci mərtəbədə olan 60 kv.m sahə var amma. Saxta yolla satılıb o ona. Auditdə olan 190 kv.m bu sahələrə aidiyyatı yoxdur. Cavabdeh3 olan 65 kv.m və İddiaçı olan 65 kv.m eyni sahədir. Bir biri ilə alqı-satqı eləyiblər, əmlakları Cavabdeh2 MMC verməlidir. Məhkəmə, həmin sahənin Cavabdeh1 MTK tərəfindən təhvil verilməsi barədə qərar qəbul etsə, Cavabdeh2 MMC deyəcək, həmin verin sahibi odur, verməkdən imtina edəcək. Ona görə də, Cavabdeh2 MMC-nin üzərinə də öhdəlik qoyulmalıdır. X9 qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs Cavabdeh3 izahatında bildirmişdir ki, 65 kv.m olan sahəyə dair hazırda hər hansı bir tələbi yoxdur, həmin sahədən İddiaçı xeyrinə imtina etmişdir. Digər iş üzrə də idda tələbini geri götürmüşdür, aralarındakı mübahisəni həll etmişlər. Sonda Cavabdeh3 qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Digər Cavabdeh2 MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bununla belə, iddiaçı elektron ərizə ilə məhkəyə müraciət edərək məhkəm baxış iclasını onların iştirakı olmadan keçirilməsi və iddia tələbini Cavabdeh2 MMC-ə münasibətdə rədd edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh1 MTK (Hikmət Yigitdöl şəxsində) və İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilədən görünür ki, həmin müqavilənin 1.3ci bəndinə görə “Bakı Şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərancamına əsasən Cavabdeh1 MTK Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilir. Buna əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın Xocalı prospektinə baxan orta hissəsinin 2-ci mərtəbəsində yerləşən və sahəsi 190 kv.m təşkil edən (mağazanı, dükanı) “Kooperativ” “Payçı”a (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər. İş materiallarında olan xx.xx.2007-ci il tarixli Maliyyə arayışdan görünür ki, Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yerləşən yaşayış binasındakı qeyri-yaşayış sahəsi (ofis) İddiaçı məxsusdur. Bu binanın A1 və A2 orta girişi, ümumi sahəsi 190 kv.m olan 2-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin pay dəyəri tam ödənilmişdir. İş materiallarında olan Cavabdeh1 MTK (Hikmət Yigitdöl şəxsində) və İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli 61 №-li müqavilədən görünür ki, həmin müqavilənin 1.3-ci bəndinə görə “Bakı Şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərancamına əsasən Cavabdeh1 MTK Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilir. Buna əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1, A2 bloklarının orta hissəsində 1ci mərtəbədə yerləşən 8 nömrəli mağaza, ümumi sahəsi 12.0 x 5.0 m, 60.0 kv.m təşkil edən qeyri-yaşayış sahə “Kooperativ” “Payçı”a (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər. İş materiallarında olan xx.xx.2007-ci il tarixli Maliyyə arayışdan görünür ki, Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yerləşən binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1, A2 bloklarının orta hissəsində 1-ci mərtəbədə yerləşən 8 nömrəli mağaza, ümumi sahəsi 12.0*5.0 m, 60.0 kv.m təşkil edən qeyri-yaşayış sahə İddiaçı məxsusdur, pay dəyəri tam ödənilmişdir, borcu yoxdur. Həmin maliyyə arayışından görünür ki, onun arxasına “ Not iki tarafın razılığı, birinci mertebede olan 60 kv.m evezinde A1 bloku ikinci mertebesinde Hocalıya bakan hissesinde 120 kv.m-le evezleştirtik – 60 kv.m evezine 120 kv.m verilecekti. Cavabdeh1 MTK H.Yigitdöl 17.12.12” qeyd edilməklə Cavabdeh1 MTK-nın möhrü vürulmuşdur. İş materiallarında olan Cavabdeh1 MTK (Hikmət Yigitdöl şəxsində) və İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli 070 №-li müqavilədən görünür ki, həmin müqavilənin 1.3-ci bəndinə görə “Bakı Şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərancamına əsasən Cavabdeh1 MTK Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilir. Buna əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1 blokunun sağ hissəsində, 2-ci mərtəbədə yerləşən Xocalı prospektinə baxan 8 x 7.5=60 kv.m təşkil edən ofis, qeyriyaşayış sahə “Kooperativ” “Payçı”a (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər. İş materiallarında olan xx.xx.2007-ci il tarixli Maliyyə arayışdan görünür ki, Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yerləşən binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1 blokunun sağ hissəsində, 2-ci mərtəbədə yerləşən Xocalı prospektinə baxan 8 x 7.5=60 kv.m təşkil edən ofis, qeyri-yaşayış sahə İddiaçı məxsusdur, pay dəyəri tam ödənilmişdir, borcu yoxdur. İş materiallarında olan Cavabdeh1 MTK (Hikmət Yigitdöl şəxsində) və İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli 070 №-li müqavilədən görünür ki, həmin müqavilənin 1.3-ci bəndinə görə “Bakı Şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərancamına əsasən Cavabdeh1 MTK Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilir. Buna əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1, A2 bloklarının orta hissəsində 1ci mərtəbədə yerləşən 8 nömrəli mağaza, ümumi sahəsi 13.0 x 5.0 m, 65.0 kv.m təşkil edən qeyri-yaşayış sahə “Kooperativ” “Payçı”a (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər. İş materiallarında olan xx.xx.2007-ci il tarixli Maliyyə arayışdan görünür ki, Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yerləşən binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1, A2 bloklarının orta hissəsində 1-ci mərtəbədə yerləşən 8 nömrəli mağaza, ümumi sahəsi 12.0 x 5.0 m, 60.0 kv.m təşkil edən qeyri-yaşayış sahə İddiaçı məxsusdur, pay dəyəri tam ödənilmişdir, borcu yoxdur. Maliyyə Arayışı xx.xx.2006-cı il tarixli Cavabdeh3 imtinasına görə verilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Müqavilədən görünür ki, tərəflər Bakı Şəhər İcra “Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli, Sərancamına əsasən Cavabdeh1 MTK-nın qanuni təmsilçisi Türkiyə vətəndaşı X2 Bakı şəhəri, Xocali prospekti 32 ünvanında inşa etdiyi 21 mərtəbəli (2 mərtəbəsi zirzəmi olmaqla) A1, A1 və A2 blokları arasında yerləşən 6 mərtəbəli binadan (2 mərtəbəsi zirzəmi olmaqla) yaşayış, qeyriyaşayış sahələrinin digər vətəndaşlara təkrar satması nəticəsində, aparılan Auditlə müəyyən olunacaq zərər çəkmiş şəxslərin Bakı Şəhər İcra Hakimiyyətinin 443 sayli xx.xx.2015-ci il tarixil Sərəncamına əsasən Cavabdeh2 MMC-yə ayrılmış Bakı şəhəri Xatai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə onun təsisçisi və qanuni təmsilçisi X8 tərəfindən tikilməkdə olan digər bloklardakı sahələrə köçürülməsindən, köçürülmə proseslərinin tələb olunan qaydada sənədləşdirilməsindən, həmin MTK və MMC-nin Auditinin başa çatdığı tarixə Auditlə müəyyən olunacaq debitor və kreditor borclarının X2 şəriki - Cavabdeh2 MMC-nin təsisçisi və qanuni təmsilçisi X5 qəbul etməsindən və Auditin başa çatdırıldığı tarixədək yaranmış, Audit aktında qeyd ediləcək digər müvafiq problemlərin, şikayətlərin onun tərəfindən həll olunması barədə razılığa gəlmişlər. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Auditor rəyindən görünür ki, ... Cavabdeh1 MTK və İnter"MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, ünvan 4 ünvanda yüksəkmərtəbəli yaşayış kompleksinin tikintisi ilə bağlı olaraq aparılmış torpaq, mal, pul, əmlak, yaşayış, qeyri-yaşayış sahələrinin alqı-satqısı və bununla bağlı olan digər müvafiq əməliyyatların yoxlanılması, o cümlədən, müvafiq şəxslərə vurulmuş ziyan məbləğinin, bir mənzilin neçə şəxsə satılmasının və kim tərəfindən satılmasının, satılan sahələrin dəyərinin və ölçüsünün, satışdan daxil olan vəsaitlərin MTK-ya və ya MMC-yǝ mədaxil edilib edilməməsinin, satış pullarının hara və necə xərclənilməsinin, inşa edilmiş hündürmərtəbəli yaşayış binalarında yerinə yetirilmiş tikinti işlərinin həcminin, işlərin və xidmətlərin faktiki icra vəziyyətinin, sərf olunmuş mal materialların miqdarının(ölçüsünün və ya çəkisinin), qiymətinin, məbləğinin, binaların inşaası zamanı tikinti norma və qaydalarına əməl edilib - edilməməsinin, tikintisi başa çatdırılmamış blokların layihə üzrə maya dəyərinin, hər iki Müəssisə üzrə olan bloklardan boş qalmış yaşayış və qeyri yaşayış sahələrinin və istintaq üçün xüsusi əhəmiyyət kəsb edən digər müvafiq faktların, məsələlərin, öhdəliklərin müəyyən edilməsi məqsədi ilə keçirilmiş Auditor yoxlamasının nəticəsində pozuntular müəyyən edilmiş, Cavabdeh1 MTK ilə müqavilə bağlamış şəxslər müəyyən edilmişdir. Həmin rəydə, A1 blokunda 123.4 kv.m sahənin satılması, həmçinin A1 və A2 blokları arasında yerləşən 6 mərtəbəli qeyri-yaşayış binasında 190 kv.m (60 kv.m faktiki mövcud olmamaqla) sahənin xx.xx.2007-ci il tarixli müqavilə əsasında İddiaçı adına rəsmiləşdirilməsi, həmin 190 kv.m sahə üzrə İddiaçı yerləşdirilməsi və probleminin həll edilməli olan şəxs kimi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanında yerləşən binanın A1 və A2 bloklarının orta hissəsində 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 60 kv.m təşkil edən 8 nömrəli mağazanın dövlət reyestrində qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. İş materillarından görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə tikintisi başa çatdıqdan sonra həmin binanın “D” blokunun 8-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 90.5 kv.m olan 15 saylı, 9-cu mərətəbəsində yerləşən, ümumi sahəsi 98.5 kv.m olan 16 saylı yaşayış sahəsinin ona verilməsi, yaxud vurulmuş zərərin Cavabdeh1 MTK tərəfindən tam ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında binanın A1 blokunun 18-ci mərtəbəsində yerləşən ümumi sahəsi 123,4 kv.mdən ibarət mənzilin ona verilməsi və eyni ünvanda A1 blokunun 19-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 123,4 kv.m-dən ibarət mənzilə görə ödənilmiş 123000 manat pulun və ya onu Cavabdeh2 MMC-nin arayışı əsasında verilmiş Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə yüksək mərtəbəli binanın “D” blokunun 8-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 90.5 kv.m olan 15 saylı və 9-cu mərətəbəsində yerləşən, ümumi sahəsi 98.5 kv.m olan 16 saylı mənzillə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili daha sonra, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında, binanın A1 blokunun 18-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 123,4 kv.m təşkil edən və Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında, binanın A1 blokunun 19-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 123,4 kv.m mənzillərə bərabər yaşayış sahəsinin (mənzillərin) Cavabdeh2 MMC-dən alınaraq zərərin əvəzi kimi ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-646/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə, Dəymiş zərərin əvəzi olaraq xx.xx.2019-cu il tarixli müqavilədə göstərilən mənzillərin əvəzinə onların dəyəri olan ümumilikdə 315.630 (üç yüz on beş min altı yüz otuz) manat məbləğində pul Cavabdeh2 MMC-dən tutularaq İddiaçı ödənilməsi, iddia qalan hissədə təmin edilmməəsi qət edilmişdir. Həmin qətnamə ilə işin hallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 MTK arasında xx.xx.2013-cü il tarixdə müqavilə bağlanmışdır. Müqaviləyə görə, Bakı şəhəri İcra Hakimiyyətinin 267 saylı, xx.xx.2005-ci il tarixli Sərəncamı əsasında, Cavabdeh1 MTK Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının, tikintisi başa çatdıqdan sonra binanın A1 blokunun 18-ci mərtəbəsində yerləşən ümumi sahəsi 123,4 kv.m-dən ibarət və 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 123,4 kv.mdən ibarət (dupleks 246,8 kv.m.) 2 mənzili iddiaçıya (sahəsinin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödənildikdən sonra) təhvil verməyi, iddiaçı isə mənzilləri qəbul edib dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Mənzillərin hər birinin dəyəri – 136 000 manat, ümumilikdə 246800 manat müəyyən edilmiş, mənzillərin dəyəri tam şəkildə iddiaçı tərəfindən xx.xx.2013-cü il tarixdə ödənilməklə, bu barədə eyni tarixli maliyyə arayışı verilmişdir. Həmçinin iddiaçı ilə Cavabdeh2 MMC arasında xx.xx.2019-cu il tarixdə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 MTK tərəfindən xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən iddiaçıya verilmiş A1 blokunun 18-19-cu mərtəbələrində 123,4 kv.m. mənzillər ləğv edilmiş (müqavilənin tarixi texniki olaraq xx.xx.2007-ci il göstərilmişdir, çünki mənzillərin verilməsi ilə bağlı müqavilələr xx.xx.2013-cü il tarixdə bağlanmışdır), Cavabdeh2 MMC Bakı şəhəri İcra Hakimiyyətinin 443 saylı, xx.xx.2015-ci il tarixli Sərəncamı əsasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə layihəndirdiyi yüksək mərtəbəli yaşayış binasının, tikintisi başa çatdıqdan sonra, “D” blokunun 18-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 90.5 kv.m olan 15 saylı və 19-cu mərətəbəsində, ümumi sahəsi 98.5 kv.m olan 16 saylı yaşayış sahəsini tikərək iddiaçıya verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndində Cavabdeh1 MTK tərəfindən verilmiş maliyyə arayışına əsasən mənzilin pay dəyərinin ödənilməsi və maliyyə arayışının qüvvədə olması əks edilmişdir. Mənzillər cavabdeh tərəfindən iddiaçıya təhvil verilməmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin icraatında olan 2(011)-1954/2024 saylı mülki işdən görünür ki, iddiaçı Cavabdeh3 cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı "qeyri-yaşayış sahəsinin təhvil verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X11” MTK ilə aralarındakı xx.xx.2006-cı il tarixdə bağlanmış müqavilə əsasında Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Xocalı prospekti 32, məhəllə 1181 ünvanında inşa edilmiş yüksək mərtəbəli binanın A1 bloku ilə A2 bloku arasında olan 6 (altı) mərtəbəli (zirzəmi İlə birlikdə) qeyri-yaşayış binasının Xocalı prospektinə baxan orta hissəsində 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 65 kv.metr olan mağaza (dükan) təyinatlı 8 saylı mağaza-qeyri-yaşayış sahəsinin cavabdeh “X11" MTK-dan alınaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 ərizəsi əsasında “İddiaçı Cavabdeh3 cavabdeh "xxxx"Mənzil Tikinti Kooperativinə qarşı "qeyri-yaşayış sahəsinin təhvil verilməsi" tələbinə dair hissədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İş materiallarında olan Cavabdeh1 MTK (Hikmət Yigitdöl şəxsində) və Cavabdeh3 arasında bağlanmış xx.xx.2006-cı il tarixli 08 №-li müqavilədən görünür ki, həmin müqavilənin 1.3-ci bəndinə görə “Bakı Şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərancamına əsasən Cavabdeh1 MTK Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilir. Buna əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1 və A2 bloklarının orta hissəsi, Xocalı prospektinə baxan hissəsi 8 saylı Mağaza 7.5/8.7 cəmi 65 kv.m təşkil edən qeyriyaşayış sahə “Kooperativ” “Payçı”a (Mağazının tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər. İş materiallarında olan xx.xx.2007-ci il tarixli Maliyyə arayışından görünür ki, İddiaçıH həmin maliyyə arayışının arxasına xx.xx.2022-ci il tarixində “Mən İddiaçı Cavabdeh2 MMC və "xxxx" MTK tərəfindən mənə satılmış müqavilələrə görə sahələrinin X1, 240000 manat pulu aldım Cavabdeh2 MMC və "xxxx" MTK-a qarşı heç bir tələbim yoxdur” kimi qeyd etmiş və imzalamışdır. İş materiallarında olan Cavabdeh3 Cavabdeh1 MTK-nın sədri X4 ünvanladığı Ərizədən görünür ki, xx.xx.2006-cı il tarixli müqavilə № 08 və xx.xx.2006-cı il tarixli maliyyə arayışı etibarsız hesab edilməsi, 325000 AZN dəyərində məbləği aldığını və 65 kv.m olan 8 saylı qeyri-yaşayış obyektinin (mağazanın) İddiaçı satılmasına etirazı yoxdur və bundan sonra heç bir haqq və tələbi olmayacağını bildirmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh1 MTK (Hikmət Yigitdöl şəxsində) və İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın Xocalı prospektinə baxan orta hissəsinin 2-ci mərtəbəsində yerləşən və sahəsi 190 kv.m təşkil edən (mağazanı, dükanı) “Kooperativ” “Payçı”a (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürmüşlər, İddiaçı tərəfindən yaşayış sahəsinin dəyəri tam ödənilmişdir. Cavabdeh1 MTK-nın qanuni təmsilçisi X2 Bakı şəhəri, Xocali prospekti 32 ünvanında inşa etdiyi 21 mərtəbəli (2 mərtəbəsi zirzəmi olmaqla) A1, A1 və A2 blokları arasında yerləşən 6 mərtəbəli binadan (2 mərtəbəsi zirzəmi olmaqla) yaşayış, qeyri-yaşayış sahələrinin digər vətəndaşlara təkrar satması nəticəsində, aparılan Auditlə müəyyən olunacaq zərər çəkmiş şəxslərin Cavabdeh2 MMC-yə ayrılmış Bakı şəhəri Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə onun təsisçisi və qanuni təmsilçisi X8 tərəfindən tikilməkdə olan digər bloklardakı sahələrə köçürülməsi, köçürülmə proseslərinin tələb olunan qaydada sənədləşdirilməsi, MTK və MMC-nin Auditinin başa çatdığı tarixə Auditlə müəyyən olunacaq debitor və kreditor borclarının X2 şəriki - Cavabdeh2 MMC-nin təsisçisi və qanuni təmsilçisi X5 qəbul etməsi və Auditin başa çatdırıldığı tarixədək yaranmış, Audit aktında qeyd ediləcək digər müvafiq problemlərin, şikayətlərin X8 tərəfindən həll olunması barədə xx.xx.2018-ci il tarixində müqavilə bağlanılmışdır. Audit yoxlamasının nəticəsində Həmin rəydə, A1 blokunda 123.4 kv.m sahənin satılması göstərilmiş, bununla bağlı tərəflər arasında baş vermiş məhkəmə mübahisəsi yekunlaşmışdır, həmçinin Audit rəyində A1 və A2 blokları arasında yerləşən 6 mərtəbəli qeyri-yaşayış binasında 190 kv.m (60 kv.m faktiki mövcud olmamaqla) sahənin xx.xx.2007-ci il tarixli müqavilə əsasında İddiaçı adına rəsmiləşdirilmiş, həmin 190 kv.m sahə üzrə İddiaçı yerləşdirilməsi və probleminin həll edilməli olan şəxs kimi göstərilmiş, həmin öhdəlik Cavabdeh2 MMC tərəfindən yerinə yetirilmişdir. Qeyd edilənlərlə bağlı hər hansı bir mübahisə yoxdur. Bundan başqa, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın A1 və A2 bloklarının ortasında, Xocalı prospektinə baxan hissədə Cavabdeh1 MTK (Hikmət Yigitdöl şəxsində) tərəfindən Cavabdeh3 ilə xx.xx.2006-cı il tarixdə (7.5 x 8.7) 65 kv.m, İddiaçı ilə xx.xx.2006-cı il tarixdə 7.5 x 8.7) 65 (kv.m, xx.xx.2007-ci il tarixdə (12.0 x 5.0) 60.0 kv.m, xx.xx.2007-ci il tarixdə (8 x 7.5)=60 kv.m, xx.xx.2007-ci il tarixdə (13.0 x 5.0) 65.0 kv.m sahəyə dair müqavilələr bağlanılmışdır, Cavabdeh3 və İddiaçı satılmış 65 kv.m sahə eyni yerdir. Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanında yerləşən binanın A1 və A2 bloklarının orta hissəsində 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 60 kv.m təşkil edən 8 nömrəli mağaza dövlət reyestrində qeydiyyata alınmamışdır. Hazırda İddiaçı Cavabdeh1 MTK və Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32, mehəllə 1181 ünvanında yerləşən yüksək mərtəbəli binanın A1 və A2 bloklarının orta hissəsində yerləşən tikilinin 1-ci mərtəbədə olan 8 nömrəli mağaza, ümumi sahəsi 60.0 kv.metr və 65 kv.m təşkil edən və Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32, məhəllə 1181 ünvanında yerləşən yüksək mərtəbəli binanın A1 və A2 bloklarının orta hissəsində yerləşən tikilinin 2-ci mərtəbədə olan 8 x 7.5 ölçüsündə ümumi sahəsi 60.0 kv.metr qeyriyaşayış sahələrinin İddiaçı təhvil verilməsini tələb edir. Bununla belə, keçirilmiş Auditor yoxlamasının nəticəsində Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanında yerləşən binanın A1 və A2 bloklarının orta hissəsindəki binanın tikintisi ilə bağlı yol verilmiş pozuntulara dair siyahıda adı göstərilmiş İddiaçı vurulmuş ziyan ilə bağlı Cavabdeh2 MMC tərəfindən icra edilməmiş öhdəliyinə dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, Cavabdeh2 MMC və Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh1 MTK-nın qanuni təmsilçisi X2 Bakı şəhəri, Xocali prospekti 32 ünvanında inşa etdiyi qeyri-yaşayış sahələrinin digər vətəndaşlara təkrar satması nəticəsində, aparılan Auditlə müəyyən olunacaq zərər çəkmiş şəxslərin Cavabdeh2 MMC-yə ayrılmış Bakı şəhəri Xatai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə onun təsisçisi və qanuni təmsilçisi X8 tərəfindən tikilməkdə olan digər bloklardakı sahələrə köçürülməsi nəzərdə tutulmuş, qeyd edilən Aktda İddiaçı 190 kv.m sahə ilə bağlı zərərçəkdiyi göstərilmiş və həmin 190 kv.m sahəyə dair öhdəlik Cavabdeh2 MMC tərəfindən yerinə yetirilmişdir. Bununla belə, Auditor Aktında, iddiaçı tərəfindən tələb edilən 60 kv.m, 60 kv.m və 65 kv.m sahəyə dair Cavabdeh2 MMC-nin hər hansı öhdəliyi nəzərdə tutulmamış, iddiaçının buna dair mülkiyyət hüququ məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı deyil və ona görə də məhkəmə tərəfindən təmin oluna bilməz. Məhkəmə, İddiaçı məxsus maliyyə arayışının arxa hissəsində “60 kv.m evezinde A1 bloku ikinci mertebesinde Hocalıya bakan hissesinde 120 kv.m sahənin verilməsinə razılıq qeydi”nə münasibətdə isə qeyd edir ki, əvvəla, bu qeyd tərəflərin qarşılıqlı razılığını ifadə etmədiyindən müqavilə şərti kimi nəzərə alına bilməz, ikincisi, Cavabdeh1 MTK-nın həmin mənzillərə əmlak hüququ olmadığından ona münasibətdə öhdəlik yaranmır, digər tərəfdən isə, belə qeyd, müqavilə tərəfi olmayan şəxsə, yəni Cavabdeh2 MMC-yə münasibətdə etibarlı hesab oluna bilməz. Bununla belə məhkəmə hesab edir ki, hazırki halda iddiaçının Cavabdeh1 MTK-nın müqavilənin predmeti olan yaşayış sahəsinə deyil, həmin sahəyə görə ödədiyi pulun və ona dəymiş zərərin tələb edilməsi hüququ yaranmış olur və iddiaçı bu barədə Cavabdeh1 MTK-ya qarşı ümumi qaydada tələb irəli sürmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəlləsinin 560.3.1-ci maddəsinə əsasən, qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi hüquqdan sui-istifadədir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 575.2-ci maddəsinə əsasən satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MMC-ə qarşı “Cavabdeh1 MTK arasında xx.xx.2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Cavabdeh1 MTK və Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32, mehəllə 1181 ünvanında yerləşən yüksək mərtəbəli binanın A1 və A2 bloklarının orta hissəsində yerləşən tikilinin 1-ci mərtəbədə olan 8 nömrəli mağaza, ümumi sahəsi 60.0 kv.metr və 65 kv.m təşkil edən və Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32, məhəllə 1181 ünvanında yerləşən yüksək mərtəbəli binanın A1 və A2 bloklarının orta hissəsində yerləşən tikilinin 2-ci mərtəbədə olan 8 x 75 ölçüsündə ümumi sahəsi 60.0 kv.metr qeyri-yaşayış sahələrinin İddiaçı təhvil verilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh1 MTK arasında xx.xx.2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Cavabdeh1 MTK və Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32, məhəllə 1181 ünvanında yerləşən yüksək mərtəbəli binanın A1 və A2 bloklarının orta hissəsində yerləşən tikilinin 1-ci mərtəbədə olan 8 nömrəli mağaza, ümumi sahəsi 60.0 kv.metr və 65 kv.m təşkil edən və Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32, məhəllə 1181 ünvanında yerləşən yüksək mərtəbəli binanın A1 və A2 bloklarının orta hissəsində yerləşən tikilinin 2-ci mərtəbədə olan 8 x 7.5 ölçüsündə ümumi sahəsi 60.0 kv.metr qeyri-yaşayış sahələrinin İddiaçı təhvil verilməsi” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar