Məhkəmə qərarları › İş №e-2(011)-4695/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4695/2025

24.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4695/2025 24.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMCyə qarşı əmlka tələbi üzrə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC tərəfindən müqavilə öhdəliyinin natura (real) qaydada icra olunması barədə-yəni, müqavilə predmeti olan mənzilin şərtlərinə uyğun (yerləşmə, sahə, dəyər) digər bir mənzilin Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında Kooperativ binada mənzil tikdirilməsi haqqında xx.xx.2014-cü il tarixli Müqavilə bağlanmışdır, həmin müqaviləyə əsasən iddiaçı cavabdehdən ünvan 1 ünvanda inşa edilən yaşayış binasında mənzil almış, Cavabdeh MMC həmin ünvanda tikəcəyi yaşayış binasında 219 nömrəli mənzili ona verməyi, o isə qeyd edilən mənzili qəbul etməyi öz üzərinə götürmüşdür. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanan xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən, müqavilə predmeti olan mənzilin qiyməti 85000 manat müəyyən olunmuş və həmin məbləğ İddiaçı tərəfindən tam olaraq Cavabdeh MMC-nə ödənilmişdir. Axırıncı ödəniş olunduqdan sonra İddiaçı maliyyə arayışını tələb etdikdə mənzilin dəyərinin tam ödənilməsi və hər hansı borcunun olmaması barədə arayışı ala bilməmişdir. Bununla bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4604/2019 saylı, 02 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı ünvan 2 ünvanında yerləşən 3-cü giriş, 5ci mərtəbə, iki otaqdan ibarət olan 112,78 kv.m olan 219 saylı mənzilə dair maliyyə arayışı verilməklə, mənzil üzərində onun sahiblik və istifadə hüququnun tanınması qət edilmişdir. Qətnamədən maraqlarına toxunulan şəxs X3 tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv olunması və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Müvafiq iş üzrə Bakı Apellyasiya Məhkəməsinin icraatında olan araşdırma zamanı müqavilə predmeti olan mənzilin İddiaçı daha əvvəl həmin şəxsə satılması faktı məlum olmuş və mənzilə dair həmin şəxsin hüquqlarının daha əvvəl yaranması halı əsas gətirilərək, mənzilə dair həmin şəxsin mülkiyyət hüququ tanınmışdır. Belə bir halın mövcudluğu İddiaçı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən sonra məlum olmuşdur. Qeyd edilən halla bağlı İddiaçı hüquq və mənafeləri pozulduğundan, iddiaçı pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, cavabdehin bu kimi qanunsuz hərəkəti, tərəflər arasında olan müqavilə öhdəliklərinin Cavabdeh MMC tərəfindən pozulması ilə nəticələnmiş və iddiaçının mülkiyyət hüququnun pozulmaqla, mənzil hüququnun həyata keçirilməsinə əngəl törətmişdir. Tərəflər arasında bağlanmış müqavilə üzrə nəzərdə tutulan mənzil faktiki olaraq başqa şəxsə təhvil verildiyindən, həmin mənzilin iddiaçıya təhvil verilməsi hazırkı halda mümkün deyildir. Lakin nəzərə alınsa ki, iddiaçı qanuni müqavilə əsasında Cavabdeh MMC-dən aldığı mənzilin pulunu tam olaraq ödəsə də, mənzil haqqı kimi ödədiyi pulun əvəzində mənzil ala bilməmişdir. Bu halda isə Cavabdeh MMC qanunvericiliyin tələbinə əsasən, müqavilə öhdəliyini icra etməli, İddiaçı satmış olduğu və pul dəyərini tam olaraq aldığı mənzilə uyğun olan, yerləşmə yerinə, sahəsinə, və qiymətə uyğun digər bir mənzili iddiaçıya verməlidir. Bu səbəbdən də hazırkı halda İddiaçı qanunvericiliyə uyğun olaraq, müqavilədə göstərilən yerləşmə yerinə, sahəyə, və qiymətə uyğun digər bir mənzillə təmin olunmasını cavabdehdən tələb etməkdədir. Cavabdehin etirazının dəlilləri Cavabdeh məhkəməyə yazılı etiraz ilə müraciət etməmişdir. Tərəflərin izahatı: İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları 14 oktyabr 2014-cü il tarixdə "xxxx" MMC-nin direktoru X6 ilə İddiaçı arasında “Mənzil tikintisi haqqında” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən "xxxx" MMC Bakı şəhəri, Xətai rayonu, Telnov (ünvan 3də yerləşmiş "xxxx" MMC-nin tikilməkdə olan binasında 219 №-li mənzili 85.000 manata payçı İddiaçı verməyi öz öhdəsinə götürmüşdür. 02 iyul 2019-cu il tarixli, 02/135 saylı arayışa əsasən İddiaçı Bakı şəhəri, Xətai rayonu, Telnov (ünvan 3 ünvanında yerləşən 219 saylı mənzili almaq üçün mənzilin dəyərini "xxxx" MMC-yə tam şəkildə ödəmişdir. İddiaçı tərəfindən müxtəlif vaxtlarda 10000, 5000, 2000, 4000, 2000, 4000, 5000, 2000, 6000 manat omaqla, cəmi 40000 manat məbləğində pul Cavabdeh MMC-yə ödənilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4604/2019 saylı, 02 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı ünvan 2 ünvanında yerləşən 3-cü giriş, 5-ci mərtəbə, iki otaqdan ibarət olan 112,78 kv.m olan 219 saylı mənzilə dair maliyyə arayışı verilməklə, mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4169/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4604/2019 saylı, 02 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı “Əzizbəy-KM Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilə dair maliyyə arayışının verilməklə mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması, həmin mənzil ilə bağlı öhdəliyin cavabdeh "xxxx" KM MMCnin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədə göstərilmişdir ki, "xxxx" MMC cavabdehlər X5ma, X1 və Etalon- İnşaat MTK-ya qarşı “Əzizbəyov-KM" MMC-yə məxsus olan Xətai rayonu Xocalı küçəsində 2347-48-ci məhəllədə 0,3 ha torpaq sahəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində 2 otaqlı sahəsi 122,78 m2 olan 219 saylı mənzilə dair Etalon İnşaat MTK ilə X4 arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir.Xətai Rayon Məhkəməsinin 2(011)-3543/2013 saylı, 25 oktyabr 2013-cü il tarixli qətnaməsi ilə "xxxx" MMC cavabdehlər X2, X1 və Etalon-İnşaat MTK-ya qarşı "xxxx" MMC-yə məxsus olan Xətai rayonu Xocalı küçəsində 2347-48ci məhəllədə 0,3 ha torpaq sahəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində 2 otaqlı sahəsi 122,78 m" olan 23 9 saylı mənzilə dair Etalon İnşaat MTK ilə X4 arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1327/2014 saylı, 05 mart 2014-cü il tarixli qətnaməsi ilə, iddiaçı "xxxx" MMC-nin apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xətai rayon məhkəməsinin 25 oktyabr 2013-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2( 102)- 2094/2015 saylı, 29 may 2015-cü il tarixli qərarı ilə, iddiaçı "xxxx" MMC-nin kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarda qeyd edilmişdir ki, Əhliman Əhmədov tərəfindən 26 iyul 2006-cı il tarixdə mənzil tikinti müqaviləsinin təsdiq olunmuş surəti, həmçinin 2009-cu ildə binanın tikilməsi ilə əlaqədar "xxxx" MTK ilə "xxxx" MMC arasında bağlanmış 03 may 2006-cı il tarixli müqavilə ləğv edildikdən sonra "xxxx" MMC mübahisəli mənzilə dair Əsli Əhmədova ilə 31 mart 2011-ci il tarixdə bağlanmış yeni müqavilə təqdim olunmuşdur. Həmin müqavilədə mənzilin dəyərini təşkil edən 38,345 ABŞ dollarının ödənilməklə Əsli Əhmədovanın həmin mənzilə dair borcunun olmaması qeyd olunmuşdur. Göründüyü kimi “Əzizbəyov-KM" MMC-yə məxsus olan Xətai rayonu Xocalı küçəsində 2347-48-ci məhəllədə 0,3 ha torpaq sahəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində 2 otaqlı sahəsi 122,78 m2 olan 219 saylı mənzilə dair Etalon İnşaat MTK ilə X4 arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilə, sonradan müqavilə ləğv edildikdən sonra "xxxx" MMC mübahisəli mənzilə dair Əsli Əhmədova ilə 31 mart 2011-ci il tarixdə bağlanmış yeni müqavilə hazırda qüvvədədir və onun etibarsız hesab edilməsinə dair iddia tələbi qanuni qüvvəsini almış məhkəmə aktı ilə rədd edilmişdir. İddiaçı "xxxx" KM MMC ilə bağlamış olduğu xx.xx.2014-cü il tarixli müqaviləyə istinad etməklə iddia tələblərinin qanuni əsası kimi Mülki Məcəllənin 442-ci, 445-ci və 448-ci maddələrinə əsaslanmış və cavabdehin ("xxxx" KM MMC-nin) müqavilə öhdəliklərini icra etmədiyini irəli sürmüşdür; bununla belə, yuxarıda qeyd olunduğu kimi, İddiaçı ilə həmin MMC arasında müqavilə bağlandığı zaman Əsli Əhmədova ilə daha əvvəl bağlanmış müqavilələr qüvvədə olmuş, həmin müqavilədə mənzilin dəyərini təşkil edən 38,345 ABŞ dollarının ödənilməklə Əsli Əhmədovanın həmin mənzilə dair borcunun olmaması qeyd olunmuşdur. Başqa sözlə "xxxx" KM MMC, İddiaçı istinad etdiyi müqavilənin predmeti olan əmlakla bağlı əqd bağlamaq səlahiyyəti olmadığı halda onunla müqavilə bağlamış, həmin MMC ilə Ləyla Fətullayevadan daha əvvəl müqavilə bağlayaraq əmlakı təhvil almış şəxsin müqavilələrinin ləğv olunduğu və ya etibarsız hesab edildiyi isə müəyyən olunmamışdır. Kollegiyanın qənaətinə görə bu hal, Əsli Əhmədovaya satılmış, ünvan 4 ünvanda yerləşən 3-cü giriş, 5-ci mərtəbə, 2 otaqdan ibarət olan 112,78 kv.m olan yaşayış sahəsinin İddiaçı təhvil verilməsini istisna etməklə yanaşı, onun irəli sürdüyü faktiki halların iddia tələbinin qanuni əsası kimi göstərdiyi qanunvericilik müddəalarının dispozisiya əlamətləri ilə uzlaşmaması deməkdir Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1714/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4169/2020 nömrəli iş üzrə 31 avqust 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəllləsi Maddə 135. Əşya hüququnun obyektləri 135.7. Başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar əvəzedilən əşyalar sayılır. Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 437. Müqavilənin predmeti fərdi-müəyyən əşya olduqda öhdəliyin icrası 437.1. Əgər müqavilənin predmeti fərdi-müəyyən əşyadırsa, kreditor başqa əşyanı, onun dəyəri daha yüksək olsa da, qəbul etməyə borclu deyildir. 437.2. Əgər borclu fərdi-müəyyən əşyanı verməyə borcludursa, o, orta tipli və keyfiyyətli eyni əşyanı verməlidir. Əgər borclu həmin əşyanın verilməsi üçün zəruri olan özündən asılı hər şeyi etmişdirsə, borc öhdəliyi bu əşya ilə məhdudlaşır. Maddə 452. Fərdi-müəyyən əşyanı vermək öhdəliyinin icra edilməməsinin nəticələri 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 82.2. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən və işdə iştirak edən şəxslərə aid olan hallar başqa işə baxan məhkəmə üçün məcburidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia aşağıda göstərilən əsaslara görə rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 14 oktyabr 2014-cü il tarixli “Mənzil tikintisi haqqında” müqaviləyə əsasən "xxxx" MMC Bakı şəhəri, Xətai rayonu, Telnov (ünvan 3də yerləşmiş "xxxx" MMCnin tikilməkdə olan binasından 219 nömrəli mənzili İddiaçı verməyi öz öhdəsinə götürmüşdür. Lakin ünvan 4 ünvanda yerləşən mənzil üçüncü şəxsə satıldığına görə qeyd edilən mənzilin İddiaçı təhvil verilməsi mümkün olmamışdır. Hazırda iddiaçı Əzizbəy-KM” MMC-yə qarşı Cavabdeh MMC tərəfindən müqavilə öhdəliyinin natura (real) qaydada icra olunması barədə-yəni, müqavilə predmeti olan mənzilin şərtlərinə uyğun (yerləşmə, sahə, dəyər) digər bir mənzilin Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbinin hüquqi əsasını təşkil edən 452-ci maddəsinə əsasən borclu fərdi müəyyən əşyanı vermək öhdəliyini icra etmədiyi təqdirdə kreditor ya həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini, ya da əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Göründüyü kimi, müqavilə predmeti fərdi müəyyən əşya, yəni əvəz edilməyən əşya olduğuna görə kreditor borclu tərəfindən öhdəlik icra edilmədiyi təqdirdə, yalnız həmin əşyanın ona verilməsini tələb edə bilər. Hazırkı mübahisə üzrə tərəflər arasında bağlanmış müqavilə predmeti olan mənzil fərdi müəyyən əşyadır. Belə olan halda, iddiaçı cavabdehdən aralarında bağlanmış xx.xx.2014-cü il tarixli “Mənzil tikintisi haqqında” müqavilənin icrası məqsədi ilə müqavilə predmeti olan mənzilin əvəzinə hər hansı digər mənzilin ona təhvil verilməsini tələb edə bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC tərəfindən müqavilə öhdəliyinin natura (real) qaydada icra olunması barədə-yəni, müqavilə predmeti olan mənzilin şərtlərinə uyğun (yerləşmə, sahə, dəyər) digər bir mənzilin Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilməsi tələbinə dair iddiası əsassızdır və rədd edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC tərəfindən müqavilə öhdəliyinin natura (real) qaydada icra olunması barədə-yəni, müqavilə predmeti olan mənzilin şərtlərinə uyğun (yerləşmə, sahə, dəyər) digər bir mənzilin Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar