Məhkəmə qərarları › İş №e-2(011)-4774/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4774/2025

05.08.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4774/2025 05.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi , İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh X1 qarşı “mənzilə köçürmə” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdeh X1 qarşı iddia ərizəsi ilə müraciət edərək, iddiaçının Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yerləşən ümumi sahəsi 59.4 kv.m. olan bir otaqlı mənzilə dair istfadə hüquqlarının tanınması, iddiaçının həmin mənzilə köçürülməsi bununla bağlı mövcud maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 2935A ünvanındayerləşən yaşayış binasının 1-ci blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 59,47 kv.m olan 1 otaqlı mənzili xx.xx.2006-cı il tarixli 53 saylı müqaviləyə əsasən isə İddiaçı satmış, sonuncu tərəfindən həmin mənzilin dəyəri xx.xx.2008-ci il tarixində tam ödənilmişdir. Bundan sonra sözügedən mənzil barəsində uzun müddətli məhkəmə mübahisəsi başlanılmışdır. AR Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)-3708/2024 tarixli qərarı əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(103)-35/2024 nömrəli qətnaməsinə əsasən X3 ailə üzvləri ilə birlikdə mənzildən çıxarılmalı və sözügedən mənzil Cavabdeh təhvil verilməlidir. xx.xx.2025-ci il tarixli icraata başalamaq haqqında qərara əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103) - 35/2024-057 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə cavabdeh X3 borclu şəxs qismində icraata cəlb edilmişdir. İcra Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: sənədinə əsasən cavabdeh X3 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yerləşən ümumi sahəsi 59.4 kv.m. olan bir otaqlı mənzildən çıxarılmalı və mənzil boşaldılaraq iddiaçı Cavabdeh təhvil verilməsini qərara almışdır. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yerləşən ümumi sahəsi 59.4 kv.m. olan bir otaqlı mənzil hazırda onun istfadəsində və sahibliyində deyil belə ki, xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən həmin mənzil İddiaçı təhvil verilib. Təhvil təslim aktı X3 və İddiaçı arasında bağlanıb . Baxmayaraq ki sözügedən icra vərəqi üzrə İddiaçı borclu şəxs qismində tanınmayıb, lakin Xətai rayon İcra şöbəsi tərəfindən mənzil xx.xx.0205-ci ildə məcburi qaydada boşaldılıb və İddiaçı heç bir qanuni əsas olmadan həmin mənzildən icra məmurları tərəfindən məcburi çıxardılıb. Hazırda həmin mənzil cavabdehin sahibliyində və istfadəsindədir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli 1/26 saylı maliyyə arayışından görünür ki, həqiqətən o, "xxxx" MMC ilə fərdi mənzil almaq üçün bağladığı xx.xx.2006-cı il tarixli, 53 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, 2935A ünvanında tikilən 2 bloklu yüksəkmərtəbəli binanın 1-ci bloku, 11-ci mərtəbəsində yerləşən 53.47 kv.m ümumi, o cümlədən yaşayış sahəsi 50.47 kv.m, qeyri-yaşayış sahəsi 39.00 kv.m olan mənzilin tikintisi üçün müqavilə şərtləinə uyğun bütün dəyəri 17.317,66 manatı İddiaçı ödəmişdr. Onun bu mənzilin tikintisi ilə əlaqədar müqavilə üzrə heç bir borcu yoxdur. xx.xx.2006-cı il tarixli 53 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC-nin Gəncə pr, 2935 A ünvanda tikəcəyi yaşayış binasının 1-ci blok, 11 mərtəbəsində 1 otaqlı mənzil almaq "xxxx" MMC ilə İddiaçı arasında müqavilə bağlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-35/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2394/2017 nömrəli 5 iyun 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı Cavabdeh X2 qarşı “mənzilin təhvil verilməsi və s.” tələbinə dair iddiası təmin olunmuş, cavabdeh X3 ailə üzvləri ilə birlikdə Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 2935A ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci blok, 11-ci mərtəbəsindəki ümumi sahəsi 59.47 kv.m olan bir otaqlı mənzilindən çıxarılması və mənzil boşaldılaraq iddiaçı Cavabdeh təhvil verilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 iddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab olunması” tələbinə dair iddiasının rədd edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdeh X2 qarşı “mənzilin qanunsuz sahiblikdən geri alınması, mənzildən çıxarılma və s.” iddiasının rədd edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab olunması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Azəraycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)-3708/2024 saylı qərarından görünür ki, müstəqil tələb irəli sürən üçüncü şəxslər X4 və İddiaçı kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)- 35/2024 nömrəli qətnaməsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 iddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab olunması” tələbinə dair, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdeh X2 qarşı “mənzilin qanunsuz sahiblikdən geri alınması, mənzildən çıxarılma və s.” tələbinə dair iddiasının rədd edilməsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab olunması” tələbinə dair iddiasının rədd edilməsi hissələrində dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasını Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsaəsn daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 178.8-ci maddəsinə əsasən (hüquq münasibəti yarandığı vaxt qüvvədə olmuş redaksiya) mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenum Qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki iş materiallarını və işin faktiki hallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Məhkəmə bu mövqeyə gələrkən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-35/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindəki mövqeyi əsas götürür. Belə ki, qanuni qüvvəyə minmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)-91/2014 saylı hökmünə və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(103)-285/2015 saylı qərarına əsasən MMC-nin direktoru olan Kazım-zadə Kazım Ələsgər oğlunun Bakı şəhəri Gəncə prospekti 2935 A ünvanında yerləşən binanın 1-ci blokunun 11-ci mərtəbəsində ümumi sahəsi 59,47 kv.m olan mənzili iddiaçıya satmaqla ona məxsus pul vəsaitinin ələ keçirməklə dələduzluq etdiyi müəyyən edilmişdir. Həmin məhkəmə aktları ilə Cavabdeh binanın 1-ci blok 11-ci mərtəbəsində ümumi sahəsi 59,47 kv.m olan mənzilin verilməsi, olmadığı təqdirdə 23.788 manat məbləğində pul ödənilməsi tələblərinə dair mülki iddiasının təmin olunması qərara alınmışdır. Yəni, qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə iddiaçı zərərçəkmiş kimi tanınmış, həmin hökmlə Cavabdeh mübahisəli mənzilin dəyərini tam ödəməklə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etdiyi müəyyən edilmiş, bu mənzilin ona təhvil verilməli olması barədə nəticəyə gəlinmişdir. Müəyyən edilən bu hallar da ona faktiki olaraq mübahisəli mənzilə münasibətdə üstün hüquqa malik olmasına dəlalət edir. Bu halda, üçüncü şəxsin MMC ilə iddiaçı arasında bağlanmış müqavilənin əhəmiyyətsiz əqd olması barədə tələbi əsaslı hesab edilə bilməz. Belə ki, qanuni qüvvəsini almış məhkəmə aktlarına əsasən iddiaçı Cavabdeh mübahisəli mənzilinin qanuni sahibi statusunun yaranmasına əsas olan müqavilənin etibarlılığı məhkəmə qaydasında öz təsdiqini tapmış, bununla onun digər şəxsin qanunsuz sahibliyindən bu mənzili tələb etmək üzrə subyektiv hüququ tanınmışdır. Həmçinin həmin qətnamədə qeyd edilmişdir ki, “Məhkəmə kollegiyası tərəfindən yuxarıda aparılan araşdırma nəticəsində, iddiaçının tələbinin təmin edilməsi üçün zəruri olan bütün əsasların mövcudluğu müəyyən edilmişdir. Belə ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir, o, öz əmlakı üzərində faktiki sahiblikdən məhrum olmuşdur, onun məhrum olduğu əmlak naturada mövcuddur və cavabdehin faktiki sahibliyindədir, onun isə həmin əşyaya hər hansı hüququ yaranmamışdır. Beləliklə, cavabdehin həmin sahədən hər hansı hüququ olmadan istifadə etməsi, sahibliyində saxlaması, əmlakın mülkiyyətçisi olan iddiaçının mülkiyyət hüququnu sərbəst surətdə həyata keçirməsinə məhdudiyyətlər yaradır və qüvvədə olan qanunvericiliyə əsasən yolverilməzdir.” Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2003-cü il tarixli qərarında qeyd etmişdir ki, hüquqi müəyyənlik “res judicata” prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. Göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə aktı ilə Cavabdeh mübahisəli mənzilin “mülkiyyətçi”si kimi tanınmışdır. Belə olduğu təqdirdə iddiaçının Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən (vindikasiya iddiası) Cavabdeh qarşı qaldırdığı hazırkı iddiası təmin edilə bilməz. Bundan başqa iddiaçı tərəfin tələbin əsası olaraq təqdim etdiyi xx.xx.2006-cı il tarixli 53 nömrəli müqaviləsi və xx.xx.2008-ci il tarixli maliyyə arayışına adıçəkilən qərarda hüquqi qiymət verilmiş və ona göstərilən bina üzərində sərəncamvermə səlahiyyətləri keçmiş hüquqi şəxsə qarşı dəymiş zərərin (ödənilmiş vəsaitin və digər xərclərin) ödənilməsi barədə məhkəməyə müraciət etmək üzrə hüququ izah edilmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdeh X1 qarşı “mənzilə köçürmə” tələbi barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar