Məhkəmə qərarları › İş №e-2(011)-4782/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4782/2022

12.12.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4782/2022 12.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaradılan maneələrin aradan qaldırılması və mənzilə köçürülmə tələbinə dair” iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “yaradılan maneələrin aradan qaldırılması və mənzilə köçürülmə tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, xx.xx.1971-ci il tarixdə anadan olmuşdur. ünvan 3, 4 saylı mənzilin (Yeni qaydalarla: AZ 1123, ünvan 1 1/3 hissəsi onun adına ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir, 2/3 hissəsi isə mərhum anası – X4 adına açıq qalmışdır. Hazırki iş üzrə cavabdeh olan Cavabdeh bacısıdır, aralarındakı vəziyyət münaqişəlidir. Mənzilə mülkiyyət hüququnun olmasına baxmayaraq, cavabdeh xeyli müddətdir ki, onu mənzilə buraxmır, həmin mənzilə dair hüquqlarının həyata keçirməsinə maneələr yaradır. O, hesab edir ki, cavabdeh tərəfindən konstitusion hüquqları pozulur. Onun mülkiyyətində olan mənzilə dəfələrlə daxil olmaq istəsə də, lakin cavabdeh maneələr yaradır, buna imkan vermir, arada münaqişələr yaranır. Bu səbəblərdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, hesab edir ki, onun mənzilə dair mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi, ünvan 3, 4 saylı mənzilə (Yeni qaydalarla: AZ 1123, ünvan 1 mülkiyyət hüququnun həyata keçirilməsinə Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması və onun həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı və onun nümayəndəsi X3 hər biri ayrıayrılıqda iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclası barədə Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, hazırki məhkəmə iclasına gəlməmişdir. Lakin Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı etiraz ərizəsi təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3, mənzil 4 (Yeni qaydalarla: AZ 1123, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına (1/3 hissə pay olmaqla) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3, mənzil 4 (Yeni qaydalarla: AZ 1123, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh oğlunun adına (1/6 hissə pay olmaqla) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Digər 5/6 hissə isə X4 adına qeydə alınmışdır. İş materiallarında olan Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 30 avqust 2019-cu il tarixdə vəfat etmiş X4 vərəsələri oğlu İddiaçıdur və o, miras əmlakdan 1/6 hissədə irs almalıdır.Şəhadətnamə verilən miras əmlak ünvan 3, mənzil 4 (Yeni qaydalarla: AZ 1123, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 94.4 kv/m olan mənzildən ibarətdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2230/2021 saylı, 30 iyul 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar X1 və Cavabdehlər İddiaçı və 4 saylı Bakı “ASAN xidmət” mərkəzinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və s. tələbinə dair” iddiası qismən təmin edilmiş, 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X6 tərəfindən verilmiş reyestrdə 2V-306 nörməsi ilə qeyd edilmiş 29 mart 2021-ci il tarixli və 4 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu Hacıyeva Hicran Qismət qızı tərəfindən verilmiş reyestrdə 2V-344 nömrəsi ilə qeyd edilmiş 15 aprel 2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələr ləğv edilmiş, ünvan 2 ünvanda yerləşən mənzilin ½ hissəsi üzərində X1 1/3, Cavabdeh 1/3 və İddiaçı 1/3 hissədə miras payı müəyyən edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 10626/2021 saylı, 08 dekabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2230/2021 saylı, 30 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2230/2021 saylı, 30 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, ünvan 3, mənzil 4 (Yeni qaydalarla: AZ 1123, ünvan 1 mərhum X5 məxsusdur və onunla X1 birgə nikahlarından 2 övladları, İddiaçı və Cavabdeh olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2230/2021 saylı, 30 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar X1 və Cavabdehlər İddiaçı və 4 saylı Bakı “ASAN xidmət” mərkəzinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və s. tələbinə dair” iddiası qismən təmin edilmiş, 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X6 tərəfindən verilmiş reyestrdə 2V-306 nörməsi ilə qeyd edilmiş 29 mart 2021-ci il tarixli və 4 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu Hacıyeva Hicran Qismət qızı tərəfindən verilmiş reyestrdə 2V-344 nömrəsi ilə qeyd edilmiş 15 aprel 2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələr ləğv edilmiş, ünvan 2 ünvanda yerləşən mənzilin ½ hissəsi üzərində X1 1/3, Cavabdeh 1/3 və İddiaçı 1/3 hissədə miras payı müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh hazırda hər birinin 1/3 hissədə payları olan mənzildə iddiaçının paylı mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə yaradılması mülki işdə olan sübutlarla təsdiq edildiyindən, ünvan 3, mənzil 4 (Yeni qaydalarla: AZ 1123, ünvan 1 ünvanı ilə bağlı İddiaçı mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələrin yaradılması cavabdehə qadağan edilməli və İddiaçı həmin mənzilə köçürülməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “yaradılan maneələrin aradan qaldırılması və mənzilə köçürülmə tələbinə dair” iddiası təmin edilsin. İddiaçı ünvan 3, mənzil 4 (Yeni qaydalarla: AZ 1123, ünvan 1 ünvanında yerləşən mənzilə köçürülsün. ünvan 3, mənzil 4 (Yeni qaydalarla: AZ 1123, ünvan 1 ünvanında yerləşən mənzilə dair İddiaçı paylı mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələrin yaradılması Cavabdeh qadağan edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar