Məhkəmə qərarları › İş №e-2(011)-4804/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-4804/2025

28.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-4804/2025 28.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Hüseynova Mehri Polad qızının katibliyi, İddiaçı1 və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “X1 Mərkəzi” MMC-yə qarşı “hərracın nəticələri haqqında protokolun və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər “X1 Mərkəzi” MMC-yə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə, Cavabdeh1 MMC-yə qarşı X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi “hərracın nəticələri haqqında protokolun və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən tərtib edilmiş hərracın nəticələri haqqında **********3205120 saylı, xx.xx.2025-ci il tarixli protokolun və həmin protokolun hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən İddiaçı1 və onun nümayəndəsi və vəkili Vəkil hər biri ayrı-ayrılıqda iddia tələbini müdafiə etməklə yanaşı, iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək qeyd etmişdir ki, tələb birbaşa Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə, Cavabdeh1 MMC-yə yönəldilmədiyindən onlar cavabdehlər siyahısından çıxarılmalı, mövcud iş üzrə üçüncü şəxs qismində iştirak etməli, cavabdeh olaraq “X1 Mərkəzi” MMC-si qalmalıdır. Bundan əlavə hərrac proseduru ümumilikdə yanlış keçirildiyindən ünvan 1 ünvanında yerləşən 190,9 kv.m sahəni əhatə edən qeyri-yaşayış sahəsinin satılmasına dair təşkil edilmiş hərrac da etibarsız hesab edilməlidir. Qeyd olunanlara əsasən, cavabdeh “X1 Mərkəzi” MMC-si tərəfindən ünvan 1 ünvanında yerləşən 190,9 kv.m sahəni əhatə edən qeyriyaşayış sahəsinin satılmasına dair təşkil edilmiş hərracın, həmin hərracın nəticələri haqqında **********3205120 saylı, xx.xx.2025-ci il tarixli protokolun və həmin protokolun hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi eyni zamanda məhkəmə yazılı vəsatətlə müraciət edərək, iddia tələbi dəqiqləşdirildiyindən cavabdehin qeydiyyat ünvanı Suraxanı rayonunun ərazisində yerləşdiyindən işin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ərazi aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası barədə cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmənin hazırlıq iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Məhkəmə işə cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı və onun nümayəndəsinin izahatını dinləyib, təqdim edilmiş vəsatəti və iş materiallarını araşdıraraq, hesab edir ki, mülki iş ərazi aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyatı qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.5-ci maddəsinə əsasən iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. MPM-nin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. MPM-nin 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Mülki iş materiallarında olan sübutlardan müəyyən olunur ki, iddia ərizəsi icraata qəbul edilən zaman cavabdehlərdən biri olan Cavabdeh1 MMC-nin hüquqi ünvanı ünvan 3raata qəbul olunmuşdur. Məhkəmə iclası protokolundan görünür ki, məhkəmənin hazırlıq iclasında iddiaçının nümayəndəsinə hər bir cavabdehə qarşı yönəlmiş tələb göstərilməklə iddia ərizəsinin dəqiqləşdirilməsi bildirilmiş, hazırlıq iclası təxirə salınmışdır. İkinci hazırlıq iclasında iddiaçının nümayəndəsi tələbini dəqiqləşdirmiş, cavabdeh qismində yalnız “X1 Mərkəzi” MMC-ni saxlamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyini, Cavabdeh1 MMC-ni müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən olan çıxarışdan görünür ki, “X1 Mərkəzi” MMC-nin hüquqi ünvanı ünvan 4dür. Məhkəmə belə qənaətə gəlir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə görə iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməli olduğundan, hazırki mülki iş baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. MPM-nin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 (on) gün ərzində şikayət verilə bilər. Yuxarıda göstərilənləri əsasən və Azərbaycan Respublikası MPM-nin 35.1 və 39.1-ci və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “X1 Mərkəzi” MMC-yə qarşı “hərracın nəticələri haqqında protokolun və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar