Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-49/2025 02.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Nağıyev Vüqar Güloğlan oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK-nın direktoru Hikmət Yiğitdölün iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı "xxxx" MTK müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “müqavilə üzrə öhdəliyin icrası” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə öhdəliyin icrası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hom-Paş Prestij" MTK ilə aralarında bağlanmış xx.xx.2010-cu il tarixli müqaviləyə əsasən C2 (yeni layihə ilə A5) blokunun 6-cı mərtəbəsində ümumi sahəsi 572 kv.m (tam mərtəbə) təşkil edən yaşayış sahəsinin, xx.xx.2010-cu il tarixli müqaviləyə əsasən C2 (yeni layihə ilə A5) blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 572 kv.m (tam mərtəbə) təşkil edən yaşayış sahəsinin, xx.xx.2010-cu il tarixli müqaviləyə əsasən C2 (yeni layihə ilə A5) blokunun 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 572 kv.m (tam mərtəbə) olan yaşayış sahəsinin və xx.xx.2010-cu il tarixli müqaviləyə əsasən C2 (yeni layihə ilə A5) blokunda 1-ci mərtəbəsində (A. İsmayılov küçəsinə baxan hissədə 15.5 metr, eni 20 metr olmaqla) yerləşən və ümumi sahəsi 310 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin (ofis), xx.xx.2011ci il tarixli müqaviləyə əsasən C2 (yeni layihə ilə A5) blokunda 2-ci mərtəbəsində (A. İsmayılov küçəsinə baxan hissədə 19,5 metr, eni 20 metr olmaqla) yerləşən və ümumi sahəsi yerləşən 390 kv.m təşkil edən qeyri-yaşayış (ofis) sahəsinin, xx.xx.2011-ci il tarixli müqaviləyə əsasən C2 (yeni layihə ilə A5) blokunda 3-cü mərtəbəsində (A.İsmayılov küçəsinə baxan hissədə 13 metr, eni 20 metr olmaqla) yerləşən və ümumi sahəsi 260 kv.m təşkil edən qeyri-yaşayış (olis) sahəsinin və həmin müqavilələr üzrə öhdəliyin gecikdirilməsinə görə 235 kv.m əlavə yaşayış sahəsinin və 204 kv.m əlavə qeyri-yaşayış sahəsinin (ofis) cavabdeh "İnter” MMC tərəfindən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında hazırda tikilməkdə olan yüksək mərtəbəli binanın C2 (yeni layihə ilə A5) blokunda tikilərək ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında proses iştirakçıları mülki işin məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya məhkəməsinə göndərilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə proses iştirakçılarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, hazırkı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəllənin 30-cu maddəsinə əsasən, bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Mülki Prosessual Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli, 10 nömrəli Qərarında da qeyd edilir ki, işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir (12 və 13-cü bəndlər). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh MMC (VÖEN: **********) kommersiya hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, İddiaçı (VÖEN: **********) xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh MMC kommersiya hüquqi şəxsidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə müvafiq olaraq kommersiya hüquqi şəxsləri göstərdikləri fəaliyyətdən gəlir əldə etmək məqsədilə yaradılırlar. İddiaçı isə vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə malik olan, dövlət qeydiyyatından keçmiş fərdi sahibkardır. Hazırkı mübahisənin subyektiv tərkibinin sahibkarlıq fəaliyyətinin subyektləri olması işin mübahisəsiz halını təşkil edir. Tərəflər arasında olan münasibətlərin xarakterinə və mübahisənin predmetinə münasibətdə isə qeyd edilməlidir ki, İddiaçı müqavilə əsasında əladə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinin cavabdeh tərəfindən ona təhvil verilməsini tələb edir. Tərəflər qeyri-yaşayış sahəsinin alqı-satqısını həyata keçirməklə ayrı-ayrılıqda kommersiya münasibətləri yaratmışlar. Nəzərə alınsa ki, iddiaçının tələblərindən biri qeyriyaşayış sahəsinin təhvil verilməsi ilə bağlı olduğundan mübahisə kommersiya xarakterli hesab olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq hazırki işə Bakı Şəhəri Xətai Rayon Məhkəməsində baxıla bilməz. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMCyə qarşı, "xxxx" MTK müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “müqavilə üzrə öhdəliyin icrası” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 26, 31, 263-264 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı "xxxx" MTK müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “müqavilə üzrə öhdəliyin icrası” tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Vüqar Nağıyev
Məhkəmə qərarları › İş №e-2(011)-49/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-49/2025
02.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver