Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4904/2025 20.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın məyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək qanun üzrə vərəsəlik hüququ haqqında X2 Balayevnaya aid olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin mərhum atası X6 ünvan 1 ünvanda yaşayış evləri miras qalmışdır. Onun mərhum atası vəfat edən zaman iki vərəsəsi olmuşdur. Həmin vərəsələrdən biri mərhum anası X5, digəri isə ərizəçi olmuşdur. Vərəsələr miras qoyan şəxsin vəfatından sonra 10 iyun 1997-ci ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Həmin qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədə vərəsələr bərabər hissədə irs almışlar. Qeyd edirik ki, vərəsəlik hüququ haqqında şəhadətnamədə digər vərəsə X3 inissialları Həsənova (Şaxnazarova) Liza (Yelizaveta) Balayevna kimi göstərilmişdir. Həmçinin göstəririk ki, vərəsə X7 ərizəçinin atasına ərə gələnə qədər başqa respublikanın vətəndaşı olmuşdur. Vərəsə yəni, ərizəçinin mərhum anası X5 24 yanvar 2009-cu il tarixdə vəfat etmişdir. Onun da vərəsəsi ərizəçidir. Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə ilə ölüm haqqında şəhadətnamədə inissiallarda uyğunsuzluq olduğuna görə ərizəçi vərəsəlik hüququnu həyata keçirə bilmir. Bu barədə “Çıxarış” almaq üçün DƏDRX 9 saylı Qəbələ ərazi idarəsinə müraciət edilmişdir. Lakin oradan onlara 12 avqust 2024-cü il tarixli, 3-21-3-42/2-H-00xx-xx/2024 saylı imtina məktubu ilə cavab verilmişdir ki, qeydiyyat şöbəsinə müraciət edilməlidir. Ərizəçi qeydiyyat şöbəsinə dəfələrlə şifahi müraciət etsə də ona rəsmi heç bir cavab verilməmişdir. Ona görə də məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişdir. Lakin, göstərir ki, qanun üzrə vərəsəlik haqqında Şəhadətnamədə mərhum X8 arvadı kimi göstərilən Həsənov (Şaxnazarova) Liza (Yelizaveta) Balayevna və ölüm haqqında şəhadətnamədə göstərilən X5 adlarının (inissialların) hər ikisi mərhum X4 aiddir. Onu da qeyd edir ki, yuxarıda adları göstərilən sənədlər hüquqmüəyyənedici sənəd almaq üçün mühüm əhəmiyyətə malikdir. Ona görə də həmin sənədlərə aydınlıq gətirilməsi zəruridir. Qeyd edir ki, ərizəçi Bakı şəhəri, ünvan 2 ünvan Bakı şəhəri Xətai rayon ərazisində yerləşir. Ona görə də işə Xətai rayon Məhkəməsində baxılmalıdır. Tərəflərin izahatları: Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında qanun üzrə vərəsəlik hüququ haqqında X2 Balayevnaya aid olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onların nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 3-16-5/8- 99/2025 saylı arayışdan görünür ki, X9 və X1 nikahı haqqında xx.xx.1954-cü il tarixdə 37№-li akt qeydi tərtib edilmiş, nikah bağlandıqdan sonra ərə Həsənov, arvada Həsənova soyadı verilmişdir. Nikaha Y.Həsənovun xx.xx.1992-ci il tarixdə və Y.Həsənovanın isə xx.xx.2009-cu ildə ölməsi ilə bağlı xitam verilmişdir. xx.xx.1997-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, ünvan 1 ünvanda yaşayış evlərindən Həsənova/Şaxnazarova/Liza/ Yelizaveta/ Balayevna və Ərizəçi bərabər hissələrdə irs almalıdırlar. xx.xx.1997-ci il tarixli müqavilənin surətindən görünür ki, Həsənova (Şaxnazarova) Liza Balayevna satıcı qismində iştirak etmişdir. AZ-İİ 381217 saylı, xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2009-cu il tarixdə Qəbələ rayonunda vəfat etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, torpaq sahələrinə dair hüquq müəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınması Ərazi İdarəsinin səlahiyyətinə aid olmadığından VVAQ İdarəsinə müraciət edilməsi tövsiyyə edilmişdir. ********** saylı, xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən, 100 manat məbləğində dövlət rüsumu tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları da müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarın 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də təmin edilməlidir. Beləliklə işin materialları ilə müəyyən edilmişdir ki, X8 xx.xx.1992-ci il tarixdə vəfat etməsi və X3 və Ərizəçi onun vərəsələri olması işin mübahisəsiz halıdır. Ölüm haqqında şəhadətnamədə adı, soyadı və ata adı “X5”olaraq qeyd edilmişdir. xx.xx.1997-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamədə səhvə yol verilərək, adı, soyadı və ata adı “Həsənova/Şaxnazarova/Liza/Yelizaveta/Balayevna” kimi göstərildiyindən, ərizəçi həmin əmlaka dair vərəsəlik haqqında şəhadətnaməni ala bilmir. Məhkəmə hesab edir ki, ərizəçi ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır və həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən ərizə təmin edilərək, xx.xx.1997-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında X2 Balayevnaya məxsus olmasına dair hüquqi fakt müəyyən edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1997-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında X2 Balayevnaya məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-4904/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4904/2025
20.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver