Məhkəmə qərarları › İş №e-2(011)-4922/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4922/2024

31.07.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4922/2024 31.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ İş № 2(011)-4922/2024 Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri Xətai Rayon Məhkəməsi 31 iyul 2024-cü il Bakı şəhəri Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, ərizəçinin nümayəndəsi və vəkili X4 iştirakı ilə, Ərizəçi Usmanovnanın iştirakı ilə Ərizəçi Usmanovnanın Maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin ölmüş elan edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçinin tələbi və dəlilləri Ərizəçi Usmanovna 16 sentyabr 1988-ci il təvəllüdlü qızının X3 xx.xx.1992-ci ildə Xocalı faciəsi nəticəsində ölmüş elan edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, milliyyəti məshəti türkü olmaqla Özbəkistan Respublikasının Səmərqənd vilayətinin Akdərə rayonunda yaşamışdır. Orada X20ilə ailə həyatı qurmuş, birgə nikahdan 1985-ci il təvəllüdlü X16 və 16 sentyabr 1988-ci il təvəllüdlü X9 anadan olmuşdur. 1989-cu ildə özbək ekstremistləri tərəfindən doğma yurdlarından qovulduqdan sonra Azərbaycan Respublikasına həyat yoldaşı X20, 1985-ci ildə anadan olmuş oğlu X16 Xocalı şəhərinə gəlib və orda yaşamışlar. Azərbaycana gəldikdən sonra qızı X9 anadan olmuşdur. xx.xx.1992-ci il tarixədək onlar birlikdə Xocalı şəhərində yaşamışdır. xx.xx.1992-ci ildə erməni faşistləri tərəfindən Xocalı şəhərinə hücum zamanı ermənilər oğlu X12 və qızı 16 sentyabr 1988-ci il təvəllüdlü X5 vəhşicəsinə öldürmüş, yoldaşı X20 itkin düşmüşdür. 26 fevral 1992-ci ildə Xocalı faciəsi nəticəsində o əvvəlcə Ağdam şəhərinə, sonra isə Bakı şəhərinə gəlib, burada məskunlaşmışdır. Oğlu X16 və qızı X3 Xocalı şəhərinə atılmış «qrad» raketi atəşi nəticəsində həlak olmaları barədə kifayət qədər şahid ifadələri var. Həyat yoldaşı X13 və X27 və qızı X3 ölümü barədə sənəd olmadığından, bu faktla əlaqədar ona veriləsi dövlət müavinətlərini, imtiyaz və güzəştləri əldə edə bilmir. Azərbaycan Respublikası Xocalı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş arayışa istinadən həyat yoldaşı X20 itkin düşmüş, qızı X9 həlak olmuş, oğlu X1 faciəsi zamanı xx.xx.1992-ci il tarixdə şəhid olmuşdur. Ərizəçinin nümayəndəsi və vəkili məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxsin ərizəyə dair münasibəti Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılsa da, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları NA 04955993 №-li Nikah haqqında şəhadətnaməyə əsasən, xx.xx.1963-cü il təvəllüdlü X20 xx.xx.1963-cü il təvəllüdlü Ərizəçi Usmanovna ilə xx.xx.1984-cü il tarixində Azərbaycan Respublikasının səfirliyində rəsmi nikaha daxil olmuş və bu barədə akt qeydləri kitabında 48 № ilə qeyd edilmişdir. Xocalı Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 5-51-3-2-38 nömrəli arayışda qeyd olunmuşdur ki, “Ərizəçi, X7, X17, X18, X10 iştirakı və Xocalı şəhər İƏD-si üzrə nümayəndə X11 iştirakı və təsdiqi ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli akta əsasən bildiririk ki, Xocalı faciəsi zamanı həyat yoldaşınız X20 itkin düşmüş,qızınız X9həlak olmuşdur.” Xocalı Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən verilmiş 5-51/2-57/2024 №-li, xx.xx.2024-cü il tarixli məlumata əsasən, Xocalı Rayon İcra Hakimiyyəti Başçısının Xocalı şəhər İ.Ə.D üzrə nümayəndəsi X11, yerli sakinlərin iştirakı ilə və nümayəndəliyin möhürü ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli akta əsasən Xocalı faciəsi zamanı X20 itkin düşmüş, övladı X9 isə həlak olmuşdur. Sözügedən aktın nəzərə alınması xahiş edilmişdir. Xocalı Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən verilmiş 5-51/2-118 №-li, xx.xx.2024-cü il tarixli məlumata əsasən, Xocalı Rayon İcra Hakimiyyəti Başçısının Xocalı şəhər İ.Ə.D üzrə nümayəndəsi X11, yerli sakinlərin iştirakı ilə və nümayəndəliyin möhürü ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli akta əsasən Xocalı faciəsi zamanı X20 itkin düşmüş, övladı X9 isə həlak olmuşdur. Sözügedən aktın nəzərə alınması xahiş edilmişdir. Azərbaycan Respublikası Xocalı Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən verilmiş 5-51-3-2-38 nömrəli, xx.xx.2023-cü il tarixli arayışa əsasən, Ərizəçi Usmanovna qızı xx.xx.1992-ci il tarixdə baş vermiş Xocalı faciəsinə kimi Xocalı şəhərində yaşamış və faciə zamanı ordan məcburi köçkün düşmüşdür. Xocalı faciəsi zamanı X15 şəhid olmuşdur. Xocalı faciəsi zamanı Xocalı rayon Dövlət Arxivinə məxsus olan bütün sənədlər Xocalıda qaldığı üçün Ərizəçi Usmanovna qızının həyat yoldaşının itkin düşməyi və qızının həlak olmağı haqqında heçbir sənəd yoxdur. Ərizəçi Usmanovna qızı, X7, X17, X18, X10 iştirakı və Xocalı şəhəri İƏDsi üzrə nümayəndə X11 iştirakı və təsdiqi ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli akta əsasən Xocalı faciəsi zamanı Ərizəçi Usmanovnanın həyat yoldaşı X20 itkin düşmüş, qızı X9 həlak olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 oktyabr 2005-ci il tarixli 2-2009/2005 nömrəli qətnaməsi ilə 03 aprel 1985-ci ildə anadan olmuş X14 1991-ci ilin fevral ayında vəfat etməsində dair hüquqi fakt müəyyən edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-841/2024 nömrəli Qətnaməsi ilə xx.xx.1963-cü il təvəllüdlü X20 ölmüş elan edilmiş, xx.xx.1992-ci il tarixi X13 ölüm günü sayılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 verdiyi izahatında bildirmişdir ki, əvvəllər Xocalı rayonu Daşbulaq kəndində yaşamış, sonra Xocalı şəhərinə köçmüşdür. Ərizəçi Usmanovan ailəsi ilə Özbəkistan Respublikasından məcburi köçkün olaraq Xocalı şəhərində məskunlaşmışdırlar. Xocalı faciəsi zamanı X33 şəhid olmuş, qızı Kupriyeva Fatimə həlak olmuşdur. Əri X22 itkin düşmüşdür. Xocalı faciəsi zamanı Ərizəçi Xocalı sakinləri ilə birlikdə Ağdam rayonuna gəlmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 verdiyi izahatında bildirmişdir ki, Ərizəçi Xocalı şəhərində onunla qonşu olmuşdur. O, 1989-cu ildə Özbəkistandan gələn mesxeti türklərindəndir. Xocalıda tikilən finiski evlərdə müvəqqəti məskunlaşmışdırlar. Xocalı faciəsi zamanı əri X22 itkin düşmüşdür. X33 şəhid olmuş, qızı Kupriyeva Fatimə həlak olmuşdur. Xocalı faciəsi zamanı Ərizəçi Xocalı sakinləri ilə birlikdə Ağdam şəhərinə gələrək orada məskunlaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 verdiyi izahatında bildirmişdir ki, Ərizəçi Xocalı şəhərində onunla qonşu olmuşdur. O, 1989-cu ildə Özbəkistan Respublikasından gələn mesxeti türklərindəndir. Onlar Xocalıda yerləşən finsky evlərdə müvəqqəti məskunlaşmışdırlar. xx.xx.1992-ci il tarixində Xocalıda baş vermiş ermənilər Xocalıya hücum etmişdirlər. Uşaqlar evdə idi. Həmin evə top atdilar, uşaqlar da evin içində məhv oldular. Qızı da həmin gecə rəhmətə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 verdiyi izahatında bildirmişdir ki, o, ərizəçini 1988-ci ildən tanıyır. Hamısı qonşu olmuşdurlar. 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalıya gəldilər, atəş açdılar, bomba atdılar. Ərizəçinin evinə də bomba düşdü, oğlu və qızı həlak oldu. Yoldaşı isə müharibəyə könüllü qoşulmuşdu, o vaxtdan məlumat yoxdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.2. Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər. 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. 42.1. Ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər 305.1.2. şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında; Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 312. Ərizənin verilməsi Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Maddə 313. Ərizənin məzmunu Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Maddə 315. Məhkəmənin ərizə üzrə qətnaməsi 315.2. Şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır.[ Məhkəmənin mövqeyi Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək üzrə belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçi və onun ailəsi 1989-cu ildən xx.xx.1992-ci il tarixədək Xocalı şəhərində yaşamışdır. xx.xx.1992-ci ildə ermənilərin Xocalı şəhərinə hücumu zamanı ərizəçinin oğlu X16 və qızı X9 həlak olmuşdur, həyat yoldaşı X20 itkin düşmüşdür. Həyat yoldaşı və övladlarının ölümü barədə sənəd olmadığından, bu faktla əlaqədar ərizəçiyə veriləsi dövlət müavinətlərini, imtiyaz və güzəştləri əldə edə bilmir. Məhkəmə hesab edir ki, ərizəçinin şəxsin ölmüş elan edilməsi ilə bağlı tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsi özündə üç əsas tərkib ünsürünü ehtiva edir. Belə ki, şəxsin ölmüş elan edilməsi ilə bağlı normanın tərkib ünsürlərinə “şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmaması”, “şəxsin hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşməsi” və “şəxsdən altı ay ərzində xəbər çıxmaması” daxildir. Məhkəmə qeyd edir ki, X3 Xocalı faciəsi zamanı itkin düşməsi, ondan hazırki dövrə qədər hər hansı xəbər alınmaması şəxsin ölmüş elan edilməsi üçün kifayət qədər əsasların olmasına əsas verir. Belə ki, məhkəmə araşdırması zamanı sözügedən şəxsdən 26 fevral 1992-ci il tarixindən xəbər çıxmaması halı müəyyən edilmiş və bu da işin mübahisəsiz hallarındandır. X3 ölüm təhlükəsi qarşısında olmasını və onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən halları şərh etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçinin izahatı, şahid ifadələri və işin digər mötəbər sübutları ilə Xocalı faciəsi zamanı Abbasova X2 Fatimə Roman qızının ölməsi sübuta yetirilmişdir Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır, bu səbəbdən 16 sentyabr 1988-ci il təvəllüdlü X3 ölmüş elan edilməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli və şəxs ölmüş elan edilməlidir. Məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 16 sentyabr 1988-ci il tarixində anadan olmuş X9 ölmüş elan edilsin. xx.xx.1992-ci il tarixi X3 ölüm günü sayılsın Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar