Məhkəmə qərarları › İş №e-2(011)-5060/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5060/2024

03.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5060/2024 03.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X9 və iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavadeh Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Bakı şəhəri 18 saylı notariat ofisinə qarşı “vərəsəlik hüququnun tanınması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Bakı şəhəri 18 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən Bakı şəhəri 18 saylı Notariat ofisində 15 mart 2023-cü il tarixdə Cavabdeh2 adına açılmış vərəsəlik hüquq haqqında şəhadətnamənin və həmçinin həmin şəhadətnamədən irəli gələn Cavabdeh2 adına bütün hüquqi sənədlərin etibarsız hesab edilməsi, Bakı şəhəri 18 saylı Notariat ofisində 15 avqust 2022-ci il tarixdə Cavabdeh3 adına açılmış vərəsəlik hüquq haqqında şəhadətnamənin və həmçinin həmin şəhadətnamədən irəli gələn Cavabdeh3 adına bütün hüquqi sənədlərin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 29.01 kv.m., 2 otaqlı mənzilə dair iddiaçının miras payının tanınması, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.0433 ha olan torpaq sahəsinin üzərinə iddiaçının miras payının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının X3 28 yanvar 2022-ci il tarixdə vəfat etmişdir. ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2006-cı il tarixdə X10 verilmiş **********25-05101-093002 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 29.01 kv.m., 2 otaqlı mənzil və ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə X10 verilmiş **********31 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.0433 ha olan torpaq sahəsi X3ndan miras əmlakı qalmışdır. İddiaçının atası 29 yanvar 1980-ci il təvəllüdlü X14 12 oktyabr 2005-ci il tarixdə vəfat etmişdir. X3 ona məxsus əmlakının öldükdən sonra mənə vəsiyyət edəcəyini elan etmiş, həmin əmlakların mənim haqqım olduğunu bildirmiş və buna rəğmən əmlakların iddiaçının adına rəsmiləşdirilməsi üçün əmlaklar üzərində sərəncam verməsi ilə bağlı Bakı şəhəri 44 saylı notariat ofisində 20 iyun 2020-ci il tarixdə anası X11 etibarnamə vermişdir. Bundan bir il sonra nənəsi R.S.Əliyeva rəhmətə getmişdir. İddiaçı nənəsi R.S.Əliyevadan miras qalmış mənzilə və bağ sahəsinə dair onun adına vərəsəlik hüququ haqqında şəhadətnamənim açılmasına dair ərazi üzrə Bakı şəhəri 18 saylı notariat ofisinə müraciət etdikdə ona məlum olmuşdur ki, həmin əmlaklara dair vərəsəlik şəhadətnaməsi açılmış Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, ev 18, 109 mənzil Cavabdeh2 adına, ünvan 2 isə Cavabdeh3 adına vərəsəlik açılmış və rəsmiləşdirilmişdir. Cavabdehlərin vərəsəlik şəhadətnaməsinin hansı yolla və necə açılması iddiaçıya hələ də məlum olmasa da məlum olan nüanslar ondan ibarətdir ki, cavabdehlər onun varlığını gizlətmişlər, onun vərəsə olduğuna dair heç bir əməli hərəkət aparmamışlar. Tərəflərin izahatları İddiaçının nümayəndəsi X15 və iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddia tələbi əsassız olduğunu bildirərək, iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh Bakı şəhəri 18 saylı notariat ofisi və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, onlar, məhkəmə iclasına gəlməməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1980-ci ildə anadan olmuşdur, atası X17, anası isə X6r. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2005ci ildə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2004-cü ildə anadan olmuşdur, atası X14, anası isə Bəşir-zadə Kəmalə Nazim qızıdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2022ci ildə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Xəzər rayonu, Zirə qəsəbəsi, “Toxucu” B/Y-nin 35 saylı bağ sahəsi tam mülkiyyət hüququ üzrə X7 adına qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli vəsiyyətnamədən görünür ki, X13 ölən günədək ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivi ərazisində olan 433 kv.m daşınmaz əmlak reyestrində 912 nömrəli reyestr kitabının 86418 nomrəli vərəqdə qeydiyyatda olan torpaq sahəsini Cavabdeh3 Eldar qızına vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə xx.xx.2020-ci il tarixində Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmişdr. İş materiallarında olan vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixində təsdiq edilən vəsiyyətnaməyə əsasən miras əmlak olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.0433 olan torpaq sahəsi X7 vərəsəsi olan Cavabdeh3 verilmişdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, ev 18 ünvanında yerləşən 109 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X5 adına qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli vəsiyyətnamədən görünür ki, X13 ölən günədək ona məxsus olan bütün əmlakını Cavabdeh2 vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə xx.xx.2020-ci ildə Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixində təsdiq edilən vəsiyyətnaməyə əsasən miras əmlak olan Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, ev 18 ünvanında yerləşən 109 saylı mənzil X7 vərəsəsi olan Cavabdeh2 verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 8İ-1593 reyestr nömrəli ərizənin surətindən görünür ki, İddiaçı X4 miras qalmış əmlaklardan mərhum atasına çatan hissəyə dair şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri 18 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçıya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən, vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1203.1-ci maddəsinə əsasən, məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Həmin Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2.-ci maddəsinə əsasən, Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia tələbi rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X13 iddiaçının nənəsi olmuşdur. X7 3 oğlu olmuş və hər üç övladı X4 öncə vəfat etmişdir. Belə ki, iddiaçının atası X14 xx.xx.2005-ci ildə, iddiaçının X3 isə xx.xx.2022-ci ildə ölmüşdür. Hazırda isə iddiaçı, atası X8 X7 vərəsəsi olduğunu və irsi transmissiya qaydasında atasına çatmalı olan əmlaka dair özünün miras payının tanınmasını xahiş edir. X2 mülkiyyətində Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, ev 18 ünvanında yerləşən 109 nömrəli mənzil və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.0433 olan torpaq sahəsi olmuşdur. X13 tərəfindən xx.xx.2020-ci il tarixində və xx.xx.2020-ci il tarixində imzalanmış vəsiyyətnamə ilə mülkiyyətində olan əmlaklarını Cavabdeh2 və Cavabdeh3 vəsiyyət etmişdir. Məhkəmə ilkin olaraq vurğulayır ki, vərəsə ola biləcək şəxslərin dairəsi Mülki Məcəllənin 1134-cü maddəsi ilə müəyyən olunmuşdur. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq ola bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, vərəsəlik hüququnda irsi transmissiya dedikdə, miras açıldıqdan sonra öldüyünə görə mirası qəbul edə bilməyən vərəsənin (transmittent) mirası qəbul etmək hüququnun onun öz vərəsələrinə (transmissar) keçməsi başa düşülür. Yəni, qanun və ya vəsiyyət üzrə vərəsə miras açıldıqdan sonra miras əmlakın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mirası qəbul etmədən və vərəsəlik hüququnu həyata keçirə bilmədən ölərsə, mirası qəbul etmək hüququ ləğv edilmir və bu hüquq ölmüş vərəsənin vərəsələrinə keçir. Bu halda əksi sübuta yetirilməyincə mirası qəbul etmədən ölmüş vərəsənin miras qoyanın əmlakını, mirası qəbul etmək niyyətinin mövcudluğu prezumpsiyası tətbiq edilir. Göründüyü kimi irsi transmissiya qaydasında iddiaçının nənəsindən qalmış miras əmlakdan pay almaq hüququ onun atasının miras açıldığı vaxt sağ olması, lakin mirası qəbul etmədən öldüyü təqdirdə yaranmış olacaqdır. Lakin mülki işdən görünür ki, X12 miras qoyan X4 öncə vəfat etmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Halbuki mülki işdən görünür ki, mərhum X1 ona məxsus olan əmlakları vəsiyyətnamə ilə Cavabdeh3 və Cavabdeh2 vəsiyyət etmişdir. Buna görə də hazırkı mübahisəyə vəsiyyətnamə üzrə vərəsəlik münasibətləri kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə “iddiaçının miras əmlakda məcburi payı” anlayışına aydınlıq gətirərək, qeyd edir ki, Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Mirasda məcburi pay almaq hüququ olan şəxslərdən miras açıldığı an sağ olmuş, lakin məcburi payı tələb etmək hüququnu həyata keçirmədən ölmüş şəxsin bu hüququ qanun və ya vəsiyyət üzrə vərəsələrinə keçir. Miras açıldığı andan sonra məcburi pay hüququ olan şəxs öldükdə, onun vərəsəsi (vərəsələri) vəsiyyətnamə üzrə miras qoyanın məcburi vərəsəsi statusunda deyil, yalnız məcburi pay hüququna malik olmuş şəxsin vərəsəsi kimi tələb etmək hüququnu əldə edir. Belə ki, miras qoyan (vəsiyyət edən) öldüyü vaxt məcburi pay almaq hüququ olan şəxs sağ olduğuna görə, həmin hüquq onun əmlakının aktivində əmlak hüququ kimi yaranmış olur. Bununla yanaşı, Mülki Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi pay vərəsəlik qaydasında keçdiyindən, həmin Məcəllənin 1159.1-ci maddəsində müəyyən edilmiş birinci növbə vərəsələrdən digər ailə üzvləri, həmçinin vəsiyyət edənlə qohumluq əlaqəsi olmayan şəxslər də məcburi payı tələb etmək hüququna malik ola bilərlər. Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 1194-cü maddəsinin “Bu cür tələb hüququ vərəsəlik üzrə keçir” müddəası məcburi payı tələb etmək hüququ olan şəxsin miras açıldığı an sağ olduğu, lakin məcburi payı tələb etmək hüququnu həyata keçirmədən öldüyü halda, onun bu hüququnun vərəsəlik qaydasında keçməsini nəzərdə tutur. Göründüyü kimi X12 miras açıldıqdan əvvəl vəfat etdiyindən onun mirasdan məcburi pay almaq hüququ olmamışdır ki, bu hüquq qanun üzrə vərəsəlik hüququ qaydasında iddiaçıya keçmiş olsun. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Bakı şəhəri 18 saylı notariat ofisinə qarşı “vərəsəlik hüququnun tanınması” tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasıya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar