Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5104/2025 08.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə İddiaçının vəkili Vəkil, Cavabdeh direktoru X7 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, ödənilməmiş əmək haqqının ödənilməsi və məcburi işburaxma üçün əmək haqqının ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, S. Rüstəmov Adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin xx.xx.2025-ci il tarixli №28 saylı əmrini ləğv etməyinizi, məni işimə bərpa etməyinizi, məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb mənə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Mən 10 sentyabr 1990-cı il tarixli №90 saylı əmr ilə S. Rüstəmov aına Bakı şəhəri 13 nömrəli uşaq musuqi məktəbinə fortapiano ixtisası üzrə müəllimə təyin edilmişəm. Məktəbdə 2025-ci ilin əvvəllərində bildirdilər ki, keçiriləcək. Biz də buna hazırlaşırdıq. Mən atettasiya imtahanını uğrla verdiyimi düşünürəm. Çünki mən Fortopiano müəllimiyəm. İmtahan vərəqəmdə göstərildiyi kimi mənə deyilən musiqiləri ifa etmişəm. Əlavə verilən suallara cavab versəmdə mənə bildirdilər ki düzgün cavab verməmişəm . Amma bu belə deyil. S. Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi məktəbinin Attestasiya Komisiyasının xx.xx.2025-ci il tarixli qərarına əsasən verilmiş xx.xx.2025-ci il tarixli №28 saylı əmri əsasız və qanunsuz olduğu üçün qəbul etmirəm. Belə ki, Təhsil Nazirliyi və Lənkəran rayon Təhsil Şöbəsi hec bir əsas göstərmədən mənim işdən azad etmişlər. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, S. Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi məktəbinin direktorunun qərarı əsasında Attestasiya Komisiyası yaradılıb. Attestasiya Komisiyası imtahan keçirib. İddiaçı 35 ilin müəllimidir, ifa üzrə müəllimdir, seminar üzrə müəllim deyil. X2 digər suallar verib, İddiaçı özünü itirib, ömründə birnici dəfə attestasiya keçib, X5 qərar verib ki, İddiaçı tutduğu vəzifəyə layiq deyil. Sonra S. Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi məktəbinin direktorunun əmri ilə İddiaçı işdən çıxarılıb. Bizə maraqlıdır ki, Attestasiya Komisiyasının üzvlərinin özləri attestasiya keçib ki, gəlib attestasiya götürürlər? İddiaçı 35 ilin müəllimidir, öz sahəsi üzrə attestasiya olunmayıb, nə deyiblər ifa edib, əlavə suallar verilib ona, görüblər bilmir qərar veriblər ki, tutduğu vəzifəyə layiq deyil. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında məhkəmə iclasında Cavabdeh direktoru X9 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, məqsəd heç vaxt müəllimləri işdən çıxarmaq olmayıb. Attestasiya keçirilməsi Mədəniyyət Nazirliyinin qərarı ilə keçirilib. Bir dəfə sertifikasiya olub. Attestasiya ilə sertifikasiya fərqlidir. Attestasiya Komisiyasının rəyində iki nəticə olur: tutduğu vəzifəyə uyğundur, tutduğu vəzifəyə uyğun deyil. X1 rəyi əsasında addım ata bilər. Bizdə musiqi məktəbində müəllim vəzifəsindən aşağı vəzifə yoxdur. X3 rəyində yazsa ki, tutduğu vəzifəyə uyğun deyil, aşağı vəzifəyə keçirin, onda sevə-sevə aşağı vəzifəyə keçirərdik. Lakin hazırkı vəziyyətdə qanun belə tələb edir deyə belə addım atıb. Komissiya üzvlərini Nazirlik özü cəlb edib. Bütün Attestasiya prosedurları ilə bağlı qabaqcadan məlumat verilib. Attestasiya proqramı müəllimlərə əvvəldən verilib. Attestasiya Komisiyasının üzvləri üçün attestasiyadan keçmək adi bir şeydir. Attestasiya həmin anda verilən suallara verilən cavabın nəticəsidir. Komissiyanın tərkibində Həmkarlar İtifaqının üzvüləri də olub. Komissiyanın qərarı direktor üçün məcburidir. Məhkəmə, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan İddiaçı ******* saylı Əmək Kitabçasından görünür ki, o, 90 saylı əmrlə xx.xx.1990-cı ildə S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano şöbəsinin müəllimi vəzifəsinə təyin edilmiş, həmin məktəbin 28 saylı əmri ilə xx.xx.2025-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) xitam verilməklə işdən azad edilmişdir. İş materiallarında olan S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyası haqqında 122 nömrəli əmrdən görünür ki, S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının Əsasnaməsi təsdiq edilmiş, Attestasiya Komissiyasının yaradılması və fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə müəllimlərin 2025-ci il fevral ayının 05-dən iyun ayının 05-dək attestasiyadan keçirilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 25 dekabr 2024-cü il tarixli 122 nömrəli əmrlə təsdiq edilmiş S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının Əsasnaməsindən görünür ki, Attestasiyasının nəticələri əsasında attestasiya komissiyası İşçilərə aşağıdakı qərarlardan birini verir: tutduğu vəzifəyə uyğun gəlir; tutduğu vəzifəyə uyğun gəlmir (Əsasnamənin 6.1.7-ci bəndi). Attestasiya komissiyasının verdiyi qiymət əsas götürülərək, tövsiyələr nəzərə alınmaqla və qüvvədə olan qanunvericiliyə uyğun olaraq, ayrı-ayrı İşçinin qazandığı müvəffəqiyyətlər müqabilində mükafatlandırılması, irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil edilməsi, yuxarı vəzifəyə keçirilməsi, xidməti fəaliyyətlə bağlı müvafiq İstiqamət üzrə əlavə təhsilə cəlb edilməsi, attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun gəlmədiyi aşkara çıxan İşçinin aşağı vəzifəyə, eləcə də digər vəzifəyə keçirilməsi və ya tutduğu vəzifədən azad edilməsi haqqında qərarlar attestasiyanın nəticələrinə əsasən Məktəbin direktoru tərəfindən qəbul edilir (Əsasnamənin 6.2.3-cü bəndi). İş materiallarında olan Müəllimlərin attestasiyası haqqında 8 nömrəli xəbərdarlıq bildirişindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixində Attestasiya ilə bağlı bildirişi və Attestasiya zamanı veriləcək suallar barədə proqramı almışdır. İş materiallarında olan xx.xx.2025-ci tarixli Attestasiya Vərəqəsindən görünür ki, attestasiyadan keçən şəxsə verilən suallar və cavablar aşağıdakılardan ibarətdir:
1. Əsərin ifası və təhlili. İ.S.Bax “YTK” İ cild Prelüd və fuqa d moll. Yaxşı ifa etdi.
2. Qammanın ifası. F moll. İfa yaxşı idi.
3. Üzdən oxuma. İ.S.Bax. a moll suitasından Allemanda. Yaxşı idi.
4. Prelüd və fuqa yazan bəstəkarlar hansılardır? İ.S.Bax, D.Çostakoviç. Digər bəstəkarların adlarını çəkmədi.
5. İ.S.Baxın klavir yaradıcılığı haqqında məlumat. “Kiçik prelüdlər”, “İngilis Suitaları”, “Fransız Suitaları”. Aşağı siniflərdə keçirilən repertuarı bilmədi.
6. İ.S.Bax hansı dövrdə yaşamışdır? Klassik. Cavab səhvdir.
7. Musiqi mədəniyyətində hansı dövrlər var? Cavab verə bilmədi.
8. Vyana klassikləri kimlərdir? Y.Haydn, V.Motsart. tam cavab verə bilmədi.
9. Vyana klassiklərindən başqa hansı bəstəkar sonata janrına ən çox müraciət etmişdir? Cavab verə bilmədi. Həmçinin, həmin attestasiya vərəqəsindən görünür ki, attestasiya komissiyası üzvlərinin rəy və təklifi “Nəzəri bilikləri çox zəifdir. Təkmilləşməyə ehtiyac var.”-dan ibarətdir, Nurizadə X4 Komissiyasının 2 lehinə, 3 əleyhinə səsi ilə tutduğu vəzifəyə uyğun deyil. Nurizadə X4 Vərəqəsi ilə tanış olduğunu öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan Bakı şəhər S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının xx.xx.2025-ci il tarixli, 4 mömrəli qərarından görünür ki, Bakı şəhəri S. Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin xx.xx.2024cü il tarixli 122 nömrəli əmrinə əsasən həmin məktəbdə attestasiyanın keçirilməsi qərara alınmış, bu məqsədlə attestasiyanın keçirilməsi müddəti və qaydaları cari ilin başlanmasına qədər Bakı şəhər S. Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin xx.xx.2024-cü il tarixli 122 nömrəli əmri ilə təsdiq edilərək, attestasiyanın başlanmasına 1 aydan çox qalmış attestasiyadan keçiriləcək işçilərin diqqətinə çatdırılmış, habelə məktəbin xx.xx.2025-ci il tarixli 16 nömrəli əmri əsasında attestasiyanın keçirilməsi üçün attestasiya komissiyası yaradılmışdır. Qeyd olunanlara əsasən məktəbin fortepiano müəllimi İddiaçı 03 mart 2025-ci il tarixində attestasiyaya dəvət edilmişdir. İddiaçı tutduğu vəzifəyə, əmək funksiyasına, ixtisasına dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar 9 ədəd sual verilmişdir. İddiaçı həmin suallardan 3 ədədinə cavab verə bilməmiş, 3 ədədinə qismən cavab vermiş, yalnız 3 ədədinə tam cavab verə bilmişdir. Bakı şəhər S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi İddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməmişdir. İş materiallarında olan İddiaçı tərəfindən S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru X8 yazılmış ərizədən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsində göstərilən hallarla tanış olmuş, həmin halların özündə mövcud olmadığını qeyd etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 28 №-li Əmrin surətindən görünür ki, fortepiano şöbəsinin müəllimi İddiaçı əmək müqaviləsinin Attestasiya Komissiyasının xx.xx.2025-ci tarixli qərarı ilə tutduğu vəzifəyə uyğun olmadığından 2025-ci il 1 aprel tarixindən ləğv edilməsi, İddiaçı son haqq-hesabın verilməsinin təmin edilməsi əmr edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli MŞB/3/2025-00250 №-li “X6 (İMS) iştirak edilməməsi barədə arayış”dan görünür ki, Cavabdeh X6 iştirak etməmiş, İddiaçı tərəfindən ilkin mediasiya sessiyası ilə bağlı 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.1990-cı il tarixində S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano şöbəsinin müəllimi vəzifəsinə işə qəbul edilmiş, S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin 122 nömrəli əmri ilə Attestasiya Komissiyasının yaradılması və Attestasiyanın keçirilmə tarixi (2025-ci ilin fevralın 5-dən iyunun 5-dək) müəyyənləşdirilmişdir, Nurizadə X4 ilə bağlı bildirişi və Attestasiya zamanı veriləcək suallar barədə proqramı qabaqcadan almış, xx.xx.2025-ci il tarixində Nurizadə X4ya dəvət edilmiş, attestasiya prosesində attestasiyadan keçən şəxsə verilən suallar və cavablar aşağıdakı kimi olmuşdur: 1) Əsərin ifası və təhlili. İ.S.Bax “YTK” İ cild Prelüd və fuqa d moll. Yaxşı ifa etdi. 2) Qammanın ifası. F moll. İfa yaxşı idi. 3) Üzdən oxuma. İ.S.Bax. a moll suitasından Allemanda. Yaxşı idi. 4) Prelüd və fuqa yazan bəstəkarlar hansılardır? İ.S.Bax, D.Çostakoviç. Digər bəstəkarların adlarını çəkmədi. 5) İ.S.Baxın klavir yaradıcılığı haqqında məlumat. “Kiçik prelüdlər”, “İngilis Suitaları”, “Fransız Suitaları”. Aşağı siniflərdə keçirilən repertuarı bilmədi. 6) İ.S.Bax hansı dövrdə yaşamışdır? Klassik. Cavab səhvdir. 7) Musiqi mədəniyyətində hansı dövrlər var? Cavab verə bilmədi. 8) Vyana klassikləri kimlərdir? Y.Haydn, V.Motsart. tam cavab verə bilmədi. 9) Vyana klassiklərindən başqa hansı bəstəkar sonata janrına ən çox müraciət etmişdir? Cavab verə bilmədi. Attestasiya Komissiyasının qərarına əsasən tutduğu vəzifəyə uyğun hesab edilməmişdir, İddiaçı öz ərizəsində Əmək Məcəlləsinin 79cu maddəsinin 1-ci hissəsində göstərilən halların özündə mövcud olmadığını qeyd etmiş, S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin xx.xx.2025-ci il tarixli, 28 nömrəli əmri ilə tutduğu vəzifəyə uyğun olmadığından 2025-ci il 1 aprel tarixindən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir, iddiaçı atestasiyanın nəticələri ilə razı deyil, düzgün qiymətləndirilmə aparılmadığına əsaslanaraq əmrin ləğv edilməsini xahiş edir. Bununla belə, attestasiya keçirilərkən qanunun göstərilən tələblərinin pozulması halları aşkar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən attestasiya işçinin əmək müqaviləsi əsasında üzərinə düşən işinin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq tutduğu vəzifəyə, peşəyə uyğun olub-olmadığını müəyyən etmək məqsədilə keçirilir. Hazırkı işin müəyyyən olunmuş hallarından göründüyü kimi attestasiya zamanı iddiaçıya tutduğu vəzifəyə uyğun olaraq suallar verilmiş, lakin iddiaçı tərəfindən suallara verilən cavablar komissiya üzvlərini qane etməmiş, bu səbəbdən attestasiya komissiyasının üzvlərinin səsverməsi nəticəsində iddiaçının tutduğu vəzifəyə uyğun olmaması müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının işdən azad olunması barədə əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olduğundan, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilmədiyindən, əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələb əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur. Ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Qanunverici şəxsin sərbəst iradə ifadəsi əsasında əməyə olan qabiliyyətinin realizəsi üzrə artıq yaratmış olduğu konkret münasibətlərdə məhz işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin qorunması məqsədilə həmin münasibətlərin əmək münasibətləri olaraq qəbul edilməsinin və əmək müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyini təsbit etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “c” bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək hüquqları vardır. Məhkəmə qeyd edir ki, işçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin “a” bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinə əsasən:
1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.
2. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.
3. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz.
4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir.
5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır.
6. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır.
7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-ci maddəsinin 1-ci bəndinə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinini «c» bəndinə əsasən, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, ödənilməmiş əmək haqqının ödənilməsi və məcburi işburaxma üçün əmək haqqının ödənilməsi” tələbi rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi rədd edildiyindən, iddiaçı isə hazırki iddia tələbi üzrə dövlət rüsumu ödəməkdən azad olduğundan, dövlət rüsumu Dövlət Büdcəsinə aid edilməldir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2–ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
qətetdi:
İddiaçı “S. Rüstəmov Adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin xx.xx.2025-ci il tarixli №28 saylı əmrinin ləğv edilməsi, onun işinə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb iddiaçıya ödənilməsi” barədə iddia tələbi rədd edilsin. Dövlət rüsumu Dövlət Büdcəsinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Şəhriyar Əliyev