Məhkəmə qərarları › İş №e-2(011)-5170/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5170/2024

04.10.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5170/2024 04.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı X6 üçüncü şəxs olmaqla Cavabdeh Məmməq qızına qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, o və qızı xx.xx.2014-cü il təvəllüdlü Əfəndizadə Adelin Cavabdeh istifadə və sahibliyində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980/81-ci məhəllədə yerləşən binanın 2-ci girişindəki 120.37 kv.m-dən ibarət olan 4 otaqlı 132 saylı mənzilə köçürülməsi və həmin mənzildə istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edəm iddiaçının nümayəndəsi-vəkili Vəkil1 iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçı və X6 ilə məktəb vaxtından tanış olmuş və təxminən 2007-ci ildə nişanlanmışlar, buna baxmayaraq beş il sonra evlənmişlər, çünki ailələri arasında razılıq əldə olunub ki, yaşayacaqları mənzil alınıb təmir olunandan sonra evlənib həmin mənzilə köçsünlər, bu məqsədlə qaynanası Cavabdeh xx.xx.2007-ci ildə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980/81-ci məhəllədə yerləşən binanın 2ci girişindəki 120.37 kv.m-dən ibarət olan 4 otaqlı 132 saylı mənzili "xxxx" MTK-dan alımışdır, lakin həmin mənzil kreditlə götürülmüşdür, onun təmir edilməsi ləngiyirdi, yalnız 2012-ci ilin iyununda mənzilin pulunun tam ödənilməsi başa çatıb. Beləliklə elə o vaxtdan Cavabdeh onun Ayaz ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980/81-ci məhəllədə yerləşən mənzilə köçürülməyinə razılıq vermişdi. Təxminən 2011-ci ildə onların ailələri-onun və Ayazın valideynləri, o cümlədən o və Ayaz qərara gəliblər ki, Xətai rayonu, Gəncə prospektində yerləşən mənzili Ayazın doğulub yaşadığı Yasamal rayonu, Şərifzadə küçəsi, 40 saylı binada qonşu olduğu X4 34 saylı mənzili ilə dəyişdirsinlər, hər iki tərəf buna razılaşmışdır. Beləliklə hər iki tərəf hər hansı dəyişdirmə və sair müqavilə bağlamadan faktiki olaraq mənzilləri dəyişdirmişdir. Çünki Xətai rayonu, Gəncə prospektində yerləşən mənzilə dair çıxarış alınması o vaxt və indi mümkün olmadığına görə rəsmi şəkildə dəyişdirmə baş tutmamışdır. Nəhayət o və X6 ilə xx.xx.2013-cü ildə Bakı şəhəri, Həsən Əliyev küçəsində yerləşən Asan Xidmət Mərkəzində nikahlarını qeyd etdirməklə evlənmişlər və xx.xx.2013-cü ildə el adəti ilə toy edib həmin günü Ayaz ilə birlikdə ünvan 1 ünvanına gəlin köçmüşlər, o və qızı indiyədək həmin ünvanda yaşayır. Bütün cehiz əşyalarını bu ünvana gətirmişdir, beləliklə X9, onun oğlu Əliyev Fikrət və arvadı Əliyeva X1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 40 saylı evin, 34 saylı mənzili ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980/81-ci məhəllədə yerləşən binanın 2-ci girişindəki 120.37 kv.m-dən ibarət olan 4 otaqlı Cavabdeh məxsus olan 132 saylı mənzili dəyişmişlər. Onlar təxminən 2011-ci ildən həmin mənzili təmir etməyə, təxminən 2012-cil ildə isə orada yaşamağa başlayıblar. 3-4 il bundan qabaq Əliyev Fikrət və Əliyeva Məryəm boşanmış, sonradan Əliyeva Məryəm Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980/81-ci məhəllədə yerləşən binanın 2-ci girişindəki 120.37 kv.m-dən ibarət olan 4 otaqlı Cavabdeh məxsus olan 132 saylı mənzili kirayə vermişdir, əldə etdikləri sonuncu məlumata görə Əliyeva Məryəm və 3 uşağı hazırda həmin mənzildə yaşayırlar. Birgə nikah dövründə xx.xx.2014-cü il təvəllüdlü Əfəndizadə Adel doğulmuşdur. Qızları Səbail rayonunda yerləşən 160 nömrəli tam orta məktəbdə 3-cü sinifdə təhsil alır. O və Ayaz 10 il birgə nikahda olmuşlar, lakin ona xəyanət etməsinə görə Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə boşanmışlar, həmin qətnamə ilə xx.xx.2014-cü il təvəllüdlü Əfəndizadə Adelin onun yanında yaşaması qərara alınmışdır. Aralarında yaranmış münaqişə ilə əlaqədar olaraq Ayaz birgə yaşadıqları Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 40 saylı evin, 34 saylı mənzilindən köçmüşdür. Belə ki, xx.xx.2023-cü ildə ona xəsarət yetirməsinə görə Yasamal RPİ-nin 28-ci PB-nə ondan şikayət edib, həmin gün bölmənin təhqiqatçısı Azər müəllimə izahat vermişdir. Təxminən xx.xx.2023-cü ildə ekspertizadan keçmiş və ekspert rəyi ilə baş, üz və qol nahiyələrimə, eyni zamanda dodağına xəsarətlərin vurulması öz təsdiqini tapmışdır. Lakin üzr istədiyinə görə Ayaz barəsində şikayətini geri götürmüşdür. X9 ünvan 1 ünvandan mənim məcburi şəkildə çıxarılmağım barədə Yasamal rayon Məhkəməsində iddia qaldırmışdır, mülki iş xx.xx.2024-cü il tarixdə məhkəmənin hakimi Toğrul Axundovun icraatına qəbul edilmişdir. Ona görə də onun və yeganə övladının yaşamağa yerləri yoxdur. Onun və uşağının gəlin kimi köçmüş olduğu evdə yaşamaq, oraya köçmək hüququ var. Sonda Vəkil1 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, iddiaçı ilə üçüncü şəxs X6 2013-cü ildə rəsmi nikaha daxil olmuşlar, tərəflər arasında olan nikah 2024-cü ildə rəsmi qaydada pozulmuşdur, iş üzrə Cavabdeh üçüncü şəxsin anası, iddiaçının keçmiş qaynanasıdır, tərəflər arasında hüquq münasibətləri 2013-cü ildə yarandığı üçün, hazırki mübahisəyə qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları, həmçinin AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında formalaşmış hüquqi mövqe baxımından qiymətləndirilməlidir, iş üzrə İddiaçı mübahisəli mənzilin mülkiyyətçi olan Cavabdeh keçmiş gəlinidir və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair) formalaşmış hüquqi mövqeyə əsasən onun ailə üzvü hesab edilmir, bu səbəbdən Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından iddiaçının mübahisəli mənzilə hər hansı hüququnun yaranmasından söhbət gedə bilməz, digər tərəfdən Mülki Məcəllənin 228-ci maddəsinin tələblərinə əsasən iddiaçının mübahisəli mənzilə istifadə hüququnun yaranması üçün mənzilin mülkiyyətçisi ilə notariat qaydada bağlanılmış müqavilənin və həmin müqavilənin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələb olunur, tərəflər arasında isə 2013-cü ildən nikah pozulanadək mübahisəli mənzildən istifadə ilə bağlı hər hansı notariat qaydada müqavilə bağlanılmamışdır, beləliklə, İddiaçı mənzilin mülkiyyətçisi Cavabdeh ailə üzvü sırasına daxil olmadığı üçün, həmçinin onlar arasında mübahisəli mənzildən istifadə ilə bağlı hər hansı notariat qaydada müqavilə bağlanmadığı üçün, iddiaçının mübahisəli mənzilə köçürülməsi və orada yaşamaq hüququnun verilməsi Mənzil Məcəlləsinin 30-cu maddəsinin, həmçinin Mülki Məcəllənin 228-ci maddəsinin tələbləri baxımından yolverilməzdir, iddiaçının Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980/81-ci məhəllədə yerləşən binanın 2-ci girişindəki 120.37 kv.m-dən ibarət olan 4 otaqlı 132 saylı mənzilin, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsindəki 40 saylı evin 34 saylı mənzillə dəyişdirilməsi barədə iddia ərizəsində qeyd olunanlarla bağlı qeyd olunmalıdır ki, həmin dəlillərin də iddianın təmin edilməsi üçün heç bir hüquqi əsası yoxdur, belə ki, AR Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir, həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır, göründüyü kimi mülki qanunvericiliyin tələblərinə əsasən iddiaçının iddia ərizəsində qeyd etdiyi mənzillərin dəyişməsi barədə müqavilə, o, halda etibarlı hesab edilə bilər ki, həmin müqavilə notariat qaydada təsdiq edilsin və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınsın, tərəflər arasında isə iddia ərizəsində qeyd olunan mənzillərin dəyişdirilməsi ilə bağlı notariat qaydada hər hansı müqavilə bağlanılmamışdır, hətta tərəflər arasında belə müqavilənin şifahi formada bağlanılması qəbul edilsə belə, həmin müqavilə qanunun tələblərinə cavab vermədiyi üçün etibarsız əqddir və hər hansı hüquqi nəticəsi yoxdur. Sonda Vəkil2 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə iddiaçını iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsi-vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980/81-ci məhəllə, ev 22A, mənzil 132 (Yeni qaydalarla: AZ1129, Bakı şəhəri, Xətai rayonu, Tusi küçəsi, giriş 314, M1, m4) xx.xx.2024-cü il tarixdə xüsusi mülkiyyət kimi Cavabdeh adına qeydə alınmışdır. İş materiallarında olan "xxxx" MMC və Cavabdeh arasında bağlanmış oktyabr 2007ci il tarixli 103 №-li müqavilədən görünür ki, sifarişçi Bakı şəhəri ərazisində çoxmənzilli yaşayış binasında yaşayışın tikilməsi sifarişinə əsasən, Podratçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980-81-ci məhəllə, binanın 2-ci giriş, 2-ci mərtəbə, 132 saylı 120,37 m2 mənzili tikib Sifarişçiyə təminat olaraq müqavilə bağlanmışdır. İş materiallarında olan Maliyyə arayışından görünür ki, Podratçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980-81-ci məhəllə, binanın 2-ci giriş, 2-ci mərtəbə, 132 saylı 120,37 m2 mənzilin dəyərini Cavabdeh tərəfindən ödənilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-371/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, X6 ilə İddiaçı arasında xx.xx.2013cü il tarixdə 1 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 73 saylı qeyd edilmiş nikah pozulması, tərəflərin övladları xx.xx.2014-cü il təvəllüdlü X10 anası İddiaçı yanında qalması, iddiaçı X2 xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay qazancının 1/4 hissəsi miqdarda aliment tutularaq cavabdeh İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)- 2572/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, ilkin iddia üzrə cavabdeh İddiaçı azyaşlı övladı 07 noyabr 2014-cü il təvəllüdlü X10 və bütün əşyaları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 40 saylı evin 34 saylı mənzildən çıxarılması, qarşılıqlı iddia üzrə İddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X5 qarşı mənzildə yaşayış və istifadə hüququnun tanınması tələbi barədə qarşılıqlı iddia tələbi rədd edilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ 493844 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə İddiaçı arasında bağlanmış nikah Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 104 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİİ 442579 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 07 noyabr 2014-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X6, anası isə İddiaçıdır. İş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli Qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanda ailə münqişəsi zəmnində X3 həyat yoldaşı İddiaçı bədən xəsarəti yetirməsi faktında onun əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi, vətəndaş İddiaçı təkrarən RPl-nin 28-ci PŞ-nə ərizə ilə müraciət edərək X6 barəsində heç bir şikayəti və tələbi olmadığını qeyd etdiyi və müraciəti ilə əlaqədar toplanmış materialın icraatının dayandırılmasını xahiş etdyi üçün X3 əməlində yaranmış inzibati xətaya xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, X8 tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsi üzrə cəmi 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsi üzrə cəmi 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980/81-ci məhəllə, ev 22A, mənzil 132 (Yeni qaydalarla: AZ1129, Bakı şəhəri, Xətai rayonu, Tusi küçəsi, giriş 314, M1, m4) xx.xx.2024-cü il tarixdə Cavabdeh mülkiyyətindədir, həmin mənzil 2007-ci il tarixli müqavilə əsasında cavabdeh tərəfindən dəyəri ödənilməklə alınmışdır, İddiaçı xx.xx.2013-cü il tarixdə üçüncü şəxs - Cavabdeh oğlu Ayaz Əfəndizadə ilə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2014cü il təvəllüdlü X10 doğulmuşdur, İddiaçı və cavabdehin oğlu (Ayaz Əfəndizadə) arasında bağlanmış rəsmi nikaha Nəsimi rayon Məhkəməsinin qətnaməsinə əsasən xx.xx.2024-cü il tarixdə xitam verilmiş, xx.xx.2014-cü il təvəllüdlü X10 adlı uşaq ananın yanında saxlanmışdır, iddiaçı mübahisəli mənzildə qeydiyyatda deyil və hazırda mübahisəli evdə yaşamır – qeyd edilənlər işin mübahisəsiz hallarıdır. İddiaçı 2007-ci ildə keçmiş yoldaşı ilə tanış olduqlarını, mənzilin keçmiş yoldaşı və onun yaşaması məqsədilə alındığını, mübahisəli mənzilə gəlin köçdüyünü, sonradan Yasamal rayonunda yerləşən evə köçdüklərini, hazırda uşağı ilə birlikdə yaşamağa yeri olmadığını bildirir və öz iddia tələbini Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (maddə: 30.1, 30.4, 30.7) və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu (maddə: 8, 20) ilə əsaslandırır, cavabdeh iddia tələbini qəbul etmir və iddiaçının mübahisəli evdə hər hansı hüququnun olmadığını və öz etirazını AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı və Mənzil Məcəlləsi ilə əsaslandırır. Bununla belə, İddiaçı mübahisəli mənzilə istifadə hüququna, mübahisəli mənzilə köçürülməsinə əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasındakı mübahisə 2013-cü ildə (2009-cu il oktyabrın 1-dən sonra) yarandığından, mübahisə də həmin dövrdə qüvvədə olan maddi hüquq normaları, yəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməklə həll olunmalıdır ki, bu maddəyə əsasən də İddiaçı əmlakın mülkiyyətçisi Cavabdeh ailə üzvü və ya digər qohumları siyahısına daxil deyildir. Belə ki, normada istifadə hüququ tanınan “digər qohumlar” tərkibinə daxil olan şəxslər dairəsi, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir, bu şəxslər isə qardaş, bacı, nəvə, baba, nənə, ögey ata, ögey ana və faktiki tərbiyəçidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı, Cavabdeh keçmiş gəlini olmaqla, onun ailə üzvləri sırasına aid olmadığından, eləcə də yuxarıda sadalanan şəxslər kateqoriyasına aid edilmədiyindən, İddiaçı mübahisəli mənzilə istifadə hüququnun tanınmaqla mənzilə köçürülməsi barədə iddia tələbi məhkəmə tərəfindən təmin edilə bilməz. Məhkəmə, iddia tələbinin “X7 mübahisəli mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülməsi” hissəsinə münasibətdə qeyd edir ki, Adel Əfəndizadə xx.xx.2014-cü il təvəllüdlü olmaqla on dörd yaşı olmayan yetkinlik yaşına çatmayan şəxs olduğundan və məhkəmə qətnaməsinə əsasən o, anası İddiaçı yanında saxlanıldığından, onun yaşayış yeri anası İddiaçı yaşayış yeri hesab edilir. Hazırki halda da sonuncunun mübahisəli mənzilə köçürülməsi barədə tələbinin təmin olunmaması, iddianın qeyd olunan hissədə də (X7 mənzilə köçürülməsi) təmin edilməməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 3-cü hissəsinə görə, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 390.1-ci maddəsin əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında göstərmişdir ki, istifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda, əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarı ilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Mülki Məcəllənin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu müəyyən edən 228-ci maddəsinə müvafiq olaraq, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki Məcəllənin göstərilən maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir...Eyni zamanda, qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiqi zamanı məhkəmələr Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında əks olunmuş hüquqi mövqeləri də nəzərə almalıdırlar.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli Qərarına əsasən məhkəmə aktının əsaslandırıcı hissəsində digər hüquq normalarına istinad etdikdə məhkəmə iddianın predmetini və ya əsasını dəyişmir, mövcud normativ hüquqi aktları rəhbər tutaraq mübahisənin mahiyyəti üzrə qərar qəbul edir. Məhkəmənin belə hərəkətləri qanunçuluğun maraqlarına uyğun olan hesab edilməlidir...Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin hüquqi mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “o və qızı xx.xx.2014-cü il təvəllüdlü Əfəndizadə Adelin Cavabdeh istifadə və sahibliyində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980/81-ci məhəllədə yerləşən binanın 2-ci girişindəki 120.37 kv.m-dən ibarət olan 4 otaqlı 132 saylı mənzilə köçürülməsi və həmin mənzildə istifadə hüquqlarının tanınması” barədə iddia tələbi rədd edilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsumunları iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “o və qızı xx.xx.2014-cü il təvəllüdlü Əfəndizadə Adelin Cavabdeh istifadə və sahibliyində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980/81-ci məhəllədə yerləşən binanın 2-ci girişindəki 120.37 kv.m-dən ibarət olan 4 otaqlı 132 saylı mənzilə köçürülməsi və həmin mənzildə istifadə hüquqlarının tanınması” barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar