Məhkəmə qərarları › İş №e-2(011)-5173/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5173/2025

31.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5173/2025 31.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Məhərrəmova Aysel İsrafil qızının katibliyi İddiaçıların nümayəndəsi (vəkili) Nümayəndə Səadət oğlunun, İddiaçılar İddiaçı2, İddiaçı1, Cavabdeh3 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1na qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi,” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:

1. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi babaları X19 məxsus olmuşdur. X31 10 may 1958-ci il tarixində vəfat etmişdir. X14 həyat yoldaşı X7 1 iyul 1958-ci il tarixdə vəfat etmişdir. X14 və X4 iki övladları olmuşdur. X3 və X20r. X15 bir övladı X21 olmuşdur. X16 üç övladı olmuşdur: İddiaçı2, Rəhimov Rza və Rəhimova Xanım. X9 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə miras qoyanın vərəsəsi X33 öldükdən sonra miras əmlakın onun payına olan hissəsini övladı X21 qəbul etmişdir. X21 01 may 1987-ci il tarixdə vəfat etdiyindən miras qalmış əmlakı həyat yoldaşı Cavabdeh3 və mərhumun qızı Cavabdeh2 miras əmlakı qəbul etmişlər.

2. X6 miras qalmış əmlaka ½ pay haqqının müəyyən olunması barədə 18 avqust 1990-cı il tarixdə Bakı şəhəri 15 saylı notariat kontorunda 102/90 nömrəli vərəsəlik işi açılmışdır. ünvan 1 ünvanda yerləşən 56 kv. metr yaşayış sahəsinə Cavabdeh3 daşınmaz əmlaka 3/8 pay haqqı daşınmaz əmlak mülkiyyət hüququ qeyd alınmışdır.

3. İddiaçı1 X15 nəvəsi olmaqla miras əmlakdan pay almaq hüququ vardır. İddiaçı2 X16 övladı olmaqla miras əmlakdan 1/8 pay haqqı müəyyən olunmuşdur. X9 miras qalmış ünvan 1 ünvanda yerləşən 56 kv. metr yaşayış sahəsinə vərəsələr İddiaçı2 1/8 hissədə, X10 1/8 hissədə, Cavabdeh3 3/8 hissədə, Cavabdeh2 1/8 hissədə, X14 2/8 hissədə pay hüquqları müəyyən olunmuş və paylı mülkiyyətə hüquqları daşınmaz əmlakın dövlət reyestrində 23. 08. 2024-cü il tarixdə **********57-10301 reyestr nömrəsi ilə qeydə alınmışdır.

4. 08 mart 2025-ci il tarixdə ünvan 7u X27 tərəfindən 10 may 1958-ci il tarixdə vəfat etmiş X9 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzrə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə vermişdir. ünvan 7u X27 tərəfindən verilmiş 08 mart 2025-ci il tarixli, V-67/1966 nömrəli vərəsəlik işi üzrə 10 may 1958-ci il tarixdə vəfat etmiş X9 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə Cavabdeh2 1/16 hissədə, Cavabdeh3 1/16 hissədə qanun üzrə vərəsə olduqları müəyyən olunmuş, miras qalmış əmlakın mərhumun adına 1/8 hissədə açıq qalmışdır. Bakı şəhəri 6 saylı notariat ofisi tərəfindən verilmiş 08 mart 2025-ci il tarixli, V-67/1966 nömrəli vərəsəlik işi üzrə 10 may 1958-ci il tarixdə vəfat etmiş X9 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə Cavabdeh2 1/16 hissədə, Cavabdeh3 1/16 hissədə qanun üzrə vərəsəlik hüququnun tanınması ilə digər vərəsələrin, həmçinin İddiaçı1 və İddiaçı2 miras əmlakdan pay alma hüquqları pozulmuşdur. X9 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən pay almaq hüququ olan vərəsələr arasında miras əmlak pay haqlarının ədalətli və qanuni əsaslarla müəyyən olunmasına Bakı şəhəri 6 saylı notariat ofisi tərəfindən verilmiş 08 mart 2025-ci il tarixli, V-67/1966 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə payların müəyyən olunması mane yaratmışdır. İddiaçıların və digər vərəsələrin vərəsəlik hüquları pozulmuş, payların müəyyən olunması ilə əlaqədar olaraq digər vərəsələr vərəsiliyə çağrılmamış və miras əmlakdan pay haqqları müəyyən olunmamışdır.

İddiaçının tələbi:

5. 10 may 1958-ci il tarixdə vəfat etmiş X9 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə Cavabdeh2 1/16 hissədə, Cavabdeh3 1/16 hissədə qanun üzrə vərəsə olmalarının müəyyən olunması, miras qalmış əmlakın mərhumun adına 1/8 hissədə açıq qalmasına dair ünvan 7u X27 tərəfindən verilmiş 08 mart 2025-ci il tarixli, V-67/1966 nömrəli vərəsəlik işi üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin etirazı:

6. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 xx.xx.2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək bildirmişlər ki, İddiaçı1 və İddiaçı2 iddiası əsassızdır və rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən əvvəlki çıxarışına əsasən, ünvan 2 ünvanda yerləşən ev xüsusi paylı mülkiyyət kimi 1/8 hissədə X17, 1/8 hissədə X28, 3/8 hissədə Cavabdeh3, 1/8 hissədə Cavabdeh2 və 2/8 hissədə X14 adına xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sonradan isə Bakı şəhəri 6 saylı notariat ofisi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, mərhum X9 miras qalmış daşınmaz əmlakın 2/8 hissənin yarısı onların adına qeydə alınmış hər birinin adına 1/16 hissədə), mirasın qalan 1/8 hissəsi isə mərhumun adına açıq qalmışdır. Hesab edirlər ki, ünvan 7u .L. İmanov tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş qanım üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə tam qanuni və əsaslı olmuş və həmin şahadətnamə verilərkən heç bir qanun pozuntusuna yol verilməmişdir. Hamin ev paylı mülkiyyət hesab olunur və xx.xx.1958-ci il tarixdə vəfat etmiş X9 miras qalmış evin 2/8 hissəsi çıxarışa əsasən dörd mülkiyyətçi İddiaçı2, Rəhimov Rəhim, Cavabdeh3 va Cavabdeh2 tərəfindən faktiki qəbul edildiyinə görə, mərhumun adına açıq qalmış miras həmin mülkiyyətçilərinin arasında dörd yerə bölünməli idi (hər bir mülkiyyətçinin 1/16 hissə hissədə). Bundan sonra Cavabdeh3 va Cavabdeh2 notariat ofisinə müraciət etmiş və onların hər birinin adına evin 1/16 hissədə qanun üzrə vərəsəlik hilquqları müəyyən edilmişdir. İddiaçı2 və Rəhim Rəhimova isə notarius və cavabdehlər tərəfindən dəfələrlə öz paylarını qəbul edib qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin alınması təklif olunsa da, lakin onlar həmin mirası bu günə kimi qəbul etməmiş və bu səbəbdən də mirasın qalan 1/8 hissəsi mərhumun adına açıq qalmışdır. İddia ərizəsində qeyd olunan müddəalar, İddiaçı1 X15 nəvəsi olmaqla onda miras əmlakdan pay almaq hüququ vardır - tamamilə əsassızdır və həqiqətə uyğun deyil. Çünki Mehriban X1 nəvəsi deyil və həmin şəxsin nəvələri iş üzrə cavabdeh olan Cavabdeh2 və onun qardaşı X29r və məhz onlarda miras əmlakdan pay almaq hüququ vardır. Digər tərəfdən İddiaçı1 qanun üzrə mirasın qəbul etmə müddətini üzrlü səbəb olmadan buraxmışdır, çünki miras açıldığı gündən 67 ildən artıq müddət keçmişdir (xx.xx.1958-ci ildən bu günə kimi). İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 6 saylı notariat ofisinə, Cavabdeh2 və Cavabdeh3 qarşı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə M.R.Rəhmovanın 1/16 hissədə, Cavabdeh3 1/16 hissədə qanun üzrə vərəsəlik hüquqlarının müəyyən olunması, miras qalmış əmlakın mərhumun adına 1/8 hissədə açıq qalmasına dair ünvan 7u Ə.L.İmanov tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, V-67/1966 nömrəli vərəsəlik işi üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddiası əsassız olduğuna görə rədd edilməsini xahiş etmişdir.

İşdə iştirak edən şəxslərin izahatları:

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə Səadət oğlu iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasında iştirak edən İddiaçı1 öz izahatında bildirmişdir ki, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.

9. Məhkəmə iclasında iştirak edən İddiaçı2 öz izahatında bildirmişdir ki, 08 mart 2025ci il tarixdə ünvan 7u X27 tərəfindən verilmiş X9 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzrə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əsassızdır. Bu səbəbdən də ləğv edilməlidir. İddia tələbinin təmin edilməsini xahiş etmişdir.

10. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 öz izahatında bildirmişdir ki, həmin ev paylı mülkiyyət hesab olunur və xx.xx.1958-ci il tarixdə vəfat etmiş X9 miras qalmış evin 2/8 hissəsi çıxarışa əsasən dörd mülkiyyətçi İddiaçı2, Rəhimov Rəhim, Cavabdeh3 və Cavabdeh2 tərəfindən faktiki qəbul edildiyinə görə, mərhumun adına açıq qalmış miras həmin mülkiyyətçilərinin arasında hər bir mülkiyyətçinin 1/16 hissədə olmaqla dörd yerə bölünməli idi. Şəhadətnamə qanunidir və əsaslıdır. Bu səbəbdən də, iddianın rədd edilməsini xahiş etmişdir.

11. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

12. xx.xx.2025-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən X11 vərəsələri ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdeh2, ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdeh3 miras əmlakdan 1/16 hissədə irs almalıdırlar. 1/8 hissə mərhumun adına açıqda qalır.

13. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 56 kv.m. oln fərdi yaşayış evi Cavabdeh3 mülkiyyətindədir.

14. ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, MA saylı arayışına əsasən, Fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşnmaz əmlakın dövlət reyestrində 574 nömrəli reyestr kitabının 53979 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülkiyyətçilər: İddiaçı2 xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi ilə 1/8 hissə (xx.xx.2025-ci il tarixinə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydiyyata alınmamışdır), X28 1/8 hissə (xx.xx.2025-ci il tarixinə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydiyyata alınmamışdır), Cavabdeh3 xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi ilə 3/8 hissə (xx.xx.2025-ci il tarixinə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydiyyata alınmamışdır), Cavabdeh2 1/8 hissə (xx.xx.2025-ci il tarixinə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydiyyata alınmamışdır), X31 2/8 hissə (xx.xx.2025-ci il tarixinə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydiyyata alınmamışdır).

15. xx.xx.1987-ci il tarixli “Ölüm haqqında” Şəhadətnaməyə əsasən X35 xx.xx.1987-ci il tarixdə oğlu vəfat etmişdir.

16. xx.xx.1958-ci il tarixli “Ölüm haqqında” Şəhadətnaməyə əsasən X31 xx.xx.1958-ci il tarixdə vəfat etmişdir.

17. Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-35/8-70- 1725/24 saylı arayşına əsasən, X33 xx.xx.1988-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Ölüm haqqında xx.xx.1988-ci ildə 647 №-li akt qeydi tərtib edilmişdir.

18. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən, ünvan 2 (Yeni qaydalarla: AZ1031, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 56 kv.m. olan fərdi yaşayış evi Cavabdeh3 mülkiyyətindədir. İddiaçı2 xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi ilə 1/8 hissə, X28 1/8 hissə, Cavabdeh2 xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi ilə 3/16 hissə, Cavabdeh3 xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi ilə 7/16 hissə hüquq sahibləridirlər və əmlak 1/8 hissədə X14 adına açıq qalır.

19. Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyə Hüquqlarının Qeydiyyat İdarəsinin FM seriyalı, 023986 saylı Qeydiyyat vəsiqəsinə əsasən, Müşkünaz Atababa qızı Q.Sadıx küçəsindəki 2 otaqlı, 30.4 kv.m. yaşayış sahəsi, 56 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evini 2/8 payda, digər paylar üzrə 2/8 Rzaxan Rəhim oğlu, 3/8 payda Cavabdeh3, 1/8 payda Cavabdeh2 adlarına xüsusi mülkiyyət kimi hhüquqi qeydiyyatdan keçirmişdir və bu barədə 203 saylı reyestr kitabında 11396 səhifə 30/77 qeydə alma nömrəsi ilə tarixsiz qeydiyyat aparılmışdır.

20. Vİİİ-ЖГ № 377019 saylı “Doğum haqqında şəhadətnamə”yə əsasən Cavabdeh2 atası X12r.

21. № 142601 saylı “Doğum haqqında şəhadətnamə”yə əsasən X22 atası X12r

22. V-ЖГ № 473155 saylı “Doğum haqqında şəhadətnamə”yə əsasən X8 atası X23r.

23. АЗ № 140457 saylı “Nikah haqqında şəhadətnamə”yə əsasən X2 (Rəhimova) X48 ilə xx.xx.1969-cu il tarixində rəsmi nikaha daxil olmuşdur.

24. xx.xx.32025-ci il tarixli, 3-21-3-30/2-34410/2025 saylı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 Saylı Bakı Ərazi İdarəsinin məktubuna əsasən, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Qurban Sadıq küçəsi, 2 saylı fərdi yaşayış evi Bakı şəhəri 15 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1990-cı il tarixli 1kn-N-122 və 1kn-N-123 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə və Bakı şəhəri 30 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2005-ci il tarixli 2-V-1-18 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı2, Cavabdeh2 və Cavabdeh3 Ağamirzə qızının adlarına qeydiyyatdan keçmişdir.

25. xx.xx.2005-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən xx.xx.1966-cı ildə vəfat etmiş X5 vərəsələri ünvan 5 ünvanında yaşayan nəvəsi İddiaçı2 və xx.xx.2003-cü ildə vəfat etmiş nəvəsi X24, ünvan 6 ünvanında yaşayan X28 miras əmlakdan bərabər hissələrdə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri Q.Sadıx küçəsi ev 2-də yerləşən ümumi sahəsi 56 kv.m. olan, yaşayış sahəsi 30.4 kv.m. olan 2 otaqlı fərdi yaşayış evini 2/8 hissəsi.

Tətbiq edilən hüquq:

26. Azərbaycan Respublikasının Konstitusiyası:

29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

29. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.

27. İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokol:

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

28. Azərbaycan SSR-in Mülki Məcəlləsi (1964-cü il redaksiyalı):

527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir.

528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır...

530. Aşağıdakılar vərəsə ola bilərlər: - qanun üzrə vərəsəlikdə — miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar;

532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (övladlığa götürülənlər), arvad (ər), ölənın valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar.

538. Vərəsəlikdə məcburi pay hüququ miras qoyanın həddi-büluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın) üçdə iki hissədən az olmayan hissəsini alırlar.

552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.

554. Mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyənedilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilər.

561. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr,vərəsəlik açılan yerin notariat kontorundan onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər.

563. Miras əmlakının bölünməsi qanun üzrə və vəsiyyət üzrə vərəsələrin hər birinə düşən hissəyə müvafiq olaraq, mirası qəbul edən vərəsələrin razılığı ilə verilir. Razılıq olmadıqda bölgü, məhkəmə qaydasında aparılır.

29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (hal-hazırda qüvvədə olan): 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1274. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1301.1. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. 1301.2. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. 1301.3. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Plenum Qərarı: Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd edir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur.Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.

31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

32. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.

33. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən, ünvan 2 (Yeni qaydalarla: AZ1031, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 56 kv.m. olan fərdi yaşayış evi Cavabdeh3 mülkiyyətindədir. İddiaçı2 xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi ilə 1/8 hissə, X28 1/8 hissə, Cavabdeh2 xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi ilə 3/16 hissə, Cavabdeh3 xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi ilə 7/16 hissə hüquq sahibləridirlər və əmlak 1/8 hissədə X14 adına açıq qalır. (§18) Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyə Hüquqlarının Qeydiyyat İdarəsinin FM seriyalı, 023986 saylı Qeydiyyat vəsiqəsinə əsasən, Müşkünaz Atababa qızı Q.Sadıx küçəsindəki 2 otaqlı, 30.4 kv.m. yaşayış sahəsi, 56 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evini 2/8 payda, digər paylar üzrə 2/8 Rzaxan Rəhim oğlu, 3/8 payda Cavabdeh3, 1/8 payda Cavabdeh2 adlarına xüsusi mülkiyyət kimi hhüquqi qeydiyyatdan keçirmişdir və bu barədə 203 saylı reyestr kitabında 11396 səhifə 30/77 qeydə alma nömrəsi ilə tarixsiz qeydiyyat aparılmışdır. (§19) xx.xx.2005-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən xx.xx.1966-cı ildə vəfat etmiş X5 vərəsələri ünvan 5 ünvanında yaşayan nəvəsi İddiaçı2 və xx.xx.2003-cü ildə vəfat etmiş nəvəsi X24, ünvan 6 ünvanında yaşayan X28 miras əmlakdan bərabər hissələrdə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri Q.Sadıx küçəsi ev 2-də yerləşən ümumi sahəsi 56 kv.m. olan, yaşayış sahəsi 30.4 kv.m. olan 2 otaqlı fərdi yaşayış evini 2/8 hissəsi. (§25).

34. Məhkəmə araşdırması zamanı iddiaçılar və cavabdehlərin babaları X14 10 may 1958-ci il tarixində vəfat etməsindən sonra mövcud olan qanun üzrə vərəsəlik şəhadətnamələri və hazırda mübahisələndirilən verilmiş 08 mart 2025-ci il tarixli, V-67/1966 nömrəli vərəsəlik işi üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsində payların bölgüsü üzrə qeyri-mütənasiblik olması, vərəsəliyin faktiki qəbul halının nəzərə alınmaması, vərəsələrin dairəsinin tam müəyyən edilməməsi halları aşkarlanmışdır.

35. Məhkəmə verilmiş 08 mart 2025-ci il tarixli, V-67/1966 nömrəli vərəsəlik işi üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbini əsaslı hesab edir.

36. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Plenum Qərarında formalaşdırıdığı mövqeyə əsasən vərəsəlik işi üzrə işə baxan məhkəmənin vərəsələrin dairəsinin və paylarının dəqiq müəyyən edilməsi tövsiyyə edir. Lakin miras qoyan X14 10 may 1958-ci il tarixində vəfat etməsi, hazırda sağ olan vərəsələrin dairəsinin dəqiq müəyyən edilməsi üçün məhkəmənin elektron məhkəmə sistemi üzərindən (notariat orqanlarında olduğundan fərqli olaraq) məhdud axtarış imkanının olması, verilən izahlar zamanı da X9 törəyən vərəsələlə bağlı dəqiq məlumatların azlığı, miras əmlakını uzun illər faktiki qəbul hallarının olması məhkəmə qətnaməsində dəqiq vərəsələrin dairəsini və paylarını müəyyən etməyi qeyri-mümkün edir. Belə ki, məhkəmə ehtimallar, qeyri-dəqiq məlumatkar əsasında qətnamə qəbul etməməlidir.

37. Beləliklə, məhkəmə hesab edir ki, 10 may 1958-ci il tarixdə vəfat etmiş X9 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə Cavabdeh2 1/16 hissədə, Cavabdeh3 1/16 hissədə qanun üzrə vərəsə olmalarının müəyyən olunması, miras qalmış əmlakın mərhumun adına 1/8 hissədə açıq qalmasına dair ünvan 7u X27 tərəfindən verilmiş 08 mart 2025-ci il tarixli, V-67/1966 nömrəli vərəsəlik işi üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir.

Məhkəmə xərcləri:

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumunun tutulması ilə bağlı hər hansı tələb olmadığından ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

39. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddia təmin edilsin.

2. 10 may 1958-ci il tarixdə vəfat etmiş X9 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair ünvan 7u X27 tərəfindən verilmiş 08 mart 2025-ci il tarixli, V- 67/1966 nömrəli vərəsəlik işi üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin.

3. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.

4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar