Məhkəmə qərarları › İş №e-2(011)-5187/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5187/2022

23.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5187/2022 23.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X6 qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh4 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2na qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov (köhnə Naximov) küçəsində yerləşən 13 saylı evin 34 saylı mənzilinə dair Cavabdeh3 ilə Cavabdeh4 arasında Cavabdeh2 bağlanmış 4Ə-710 reyestr nömrəli 09 dekabr 2021-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh4 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Cavabdeh4 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov (köhnə Naximov) küçəsində yerləşən 13 saylı evin 34 saylı mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli 2(011)-3337/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mənzildən çıxarılma və mənzilin sahibliyə qaytarılması tələbinə dair iddiasının təmin edilməsi, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 13 saylı evin 34 saylı mənzilinə dair Bakı şəhəri 52 saylı Notariat Ofisinin Xüsusi X1 tərəfindən 4Ə-246 reyestr nömrəsi ilə təsdiq edilmiş Cavabdeh3 ilə İddiaçı arasında 26 fevral 2020-ci il tarixdə bağlanmış “daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, cavabdeh İddiaçı adına verilmiş Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 13 saylı evin 34 saylı mənzilinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli, RX seriyalı çıxarışın və dövlət reyestri tərəfindən aparılmış qeydin ləğv edilməsi, cavabdeh İddiaçı Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 13 saylı evin 34 saylı mənzilindən çıxarılması və mənzilin Cavabdeh3 sahibliyinə qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 dekabr 2021-ci il tarixli 2(103)-10912/2021 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(011)-3337/2020 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçı Cavabdeh3 iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 may 2022-ci il tarixli 2(102)-2733/2022 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 dekabr 2021-ci il tarixli 2(103)-10912/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bundan sonra Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 13 saylı evin 34 saylı mənzilinin hansı əsaslarla və kimin mülkiyyətində olması barədə 07 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu göndərilmiş, idarə tərəfindən sorğuya cavab olaraq qeyd edilmişdir ki, ünvan 1 ünvanı Cavabdeh2 4ə-710 reyestr nömrəli 09 dekabr 2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh4 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İşə apellyasiya instansiyasında baxılan zaman Cavabdeh3 09 dekabr 2021-ci il tarixli alğısatqı müqaviləsinə əsasən mübahisəli mənzili Cavabdeh4 satsa da, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 20 dekabr 2021-ci il tarixli 2(103)-10912/2021 saylı qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 13 saylı evin 34 saylı mənzilinə dair Cavabdeh3 ilə iddiaçının arasında 26 fevral 2020-ci il tarixdə bağlanmış daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarlılığı təsdiq edilmiş və iddiaçının mənzil üzərində mülkiyyət hüququ bərpa edilmişdir. Belə olan halda Cavabdeh3 iddiaçıya məxsus mənzili Cavabdeh4 satmasına dair 09 dekabr 2021-ci il tarixli alğı-satqı müqaviləsi etibarsızdır. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2na qarşı iddia irəli sürərək, Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov (köhnə Naximov) küçəsində yerləşən 13 saylı evin 34 saylı mənzilinə dair Cavabdeh3 ilə Cavabdeh4 arasında Cavabdeh2 bağlanmış 4ə- 710 reyestr nömrəli 09 dekabr 2021-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh4 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və Cavabdeh4 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov (köhnə Naximov) küçəsində yerləşən 13 saylı evin 34 saylı mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh4 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş digər cavabdehlər Cavabdeh3, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPMin 185.5-ci maddəsinə əsasən, digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 məhkəməyə ərizə ilə müraciət edərək, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli 2(011)-3337/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mənzildən çıxarılma və mənzilin sahibliyə qaytarılması tələbinə dair iddiasının təmin edilməsi, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 13 saylı evin 34 saylı mənzilinə dair Bakı şəhəri 52 saylı Notariat Ofisinin Xüsusi X1 tərəfindən 4Ə-246 reyestr nömrəsi ilə təsdiq edilmiş Cavabdeh3 ilə İddiaçı arasında 26 fevral 2020-ci il tarixdə bağlanmış “daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, cavabdeh İddiaçı adına verilmiş Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 13 saylı evin 34 saylı mənzilinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli, RX seriyalı çıxarışın və dövlət reyestri tərəfindən aparılmış qeydin ləğv edilməsi, cavabdeh İddiaçı Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 13 saylı evin 34 saylı mənzilindən çıxarılması və mənzilin Cavabdeh3 sahibliyinə qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 dekabr 2021-ci il tarixli 2(103)- 10912/2021 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(011)- 3337/2020 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçı Cavabdeh3 iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 may 2022-ci il tarixli 2(102)-2733/2022 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 dekabr 2021-ci il tarixli 2(103)-10912/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Yuxarıda istinad olunan 2(011)-3337/2020 saylı mülki işin materiallarından görünür ki, Xətai Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli qətnaməsi üzrə 18 dekabr 2020-ci il tarixdə qətnamə qüüvvəyə mindiyindən icra vərəqəsi verilmişdir. İcra vərəqəsinin verilmə tarixi xx.xx.2021-ci ilə aiddir. İstinad olunan iş materiallarından görünür ki, hazırki iş üzrə iddiaçı məhkəmə qətnaməsinin xx.xx.2020-ci il tarixdə almış olsa da ondan apellyasiya şikayətini müddəti ötürməklə vermiş və məhkəməyə xx.xx.2021-ci il tarixdə vəsatətlə müraciət edərək qətnamədən şikayət verilməsi üçün prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixdən prosessual müddət bərpa edilərək apellyasiya şikayəti baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. İş materialları apellyasiya məhkəməsinin icraatında olan zaman Cavabdeh3 öz adına əldə etdiyi çıxarış əsasında mübahisəli mənzili Cavabdeh4 satmışdır. İş materiallarında olan Cavabdeh1 1 saylı Bakı Ərazi İdarəsinin 30 iyun 2022-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanı Cavabdeh2 4ə-710 reyestr nömrəli 09 dekabr 2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh4 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Baxılan iş üzrə iddiaçı cavabdehlər arasında bağlanmış müqavilənin qanunazidd olduğuna istinad edərək hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda istinad olunanlara əsasən məhkəmə verilmiş iddia tələbinin təmin edilməsini mümkünsüz hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı Cavabdeh4 mənzilin mübahisəli olması və vicdanlı alıcı olmasını istisna edən hər hansı hal proseslər əsnasında aşkar edilməmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş reyestrin həqiqiliyi prezumpsiyasına əsasən Cavabdeh4 mənzili əldə etmiş və öz mülkiyyətinə keçirmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfin vəkili işə Ali Məhkəmədə baxılan zaman Cavabdeh4 qətnamə ilə hüquqlarına toxunan şəxs qismində prosesə cəlb edilməsi ilə bağlı Ali Məhkəməyə müraciət etməsinə istinad edərək sonuncunun vicdanlı olmamasına dair izahatlar vermişdir. İstinad olunan hala münasibətdə məhkəmə qeyd edir ki, işə Ali Məhkəmənin icraatında baxılan zaman, yəni 2022-ci ilin mart-may aylarında cavabdehlər arasında artıq alğı-satqı müqaviləsi bağlanmışdı. Eyni zamanda, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-10912/2021 saylı qərardaddan görünür ki, mübahisəli mənzilin üzərinə həbs qoyularaq özgəninkiləşdirilməsi Cavabdeh3 və digər şəxslərə qadağan edilmişdir. Məhkəmə bu halı da nəzərədən keçirdərək qeyd edir ki, nə qədər ki Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov (köhnə Naximov) küçəsi, 13 saylı evin, 34 saylı mənzilinə dair alğı-satqı müqaviləsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-10912/2021 saylı qərardadından əvvəl, yəni 09 dekabr 2021-ci il tarixdə bağlanmışdır, bu faktın özü də Cavabdeh4 vicdanlı alıcı olmamasını istisna etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə uyğun olaraq Mülki Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən almanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; Həmin Məcəllənin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Vicdanlı əldə etmə, reyestrin tamlığı və həqiqiliyi prezumpsiyası məsələləri ilə bağlı hüquqi hallara Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında aydınlıq gətirilmişdir. Həmin qərarlarda ifadə edilmiş hüquqi mövqelərə müvafiq olaraq mübahisəli əmlakla bağlı əvəzli əqdin bağlanması anına qədər bu əmlakla bağlı üçüncü şəxslərin iddiaları belə şəxsə bəlli olduqda və bu iddialar sonradan müvafiq qaydada hüquqa zidd hesab edilmədikdə, o, vicdanlı sahib kimi qəbul olunmur (“S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərar). Mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyri-qanuni itirilməsi riski mövcud olardı... Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri müəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarardı (“H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli Qərarı). Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqelərindən göründüyü kimi, daşınmaz əmlakı əldə edən şəxsin vicdanlı əldə edən olaraq qəbul edilməsi və tam vindikasiyanın istisna edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqi və tam olması, həmin məzmunla bağlı hər hansı etirazın qeydə alınmaması ilə yanaşı, əldə olunan əmlakla bağlı üçüncü şəxslərin iddialarının və ya reyestrdəki qeydin qeyri-dəqiq olmasının əldə edənə bəlli olmadığı, əldə edənin müqavilə bağlayarkən xoş niyyət, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməsi, müqavilənin etibarsızlığını bilməməsi və ya bilməli olmaması şərtləri də mövcud olmalıdır. Belə şərtlərin olmadığı və ya mübahisə doğurduğu vəziyyət əldə edənin vicdanlı olmadığı barədə qənaət üçün əsas ola bilər. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasınm (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı). Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehlər arasında bağlanmış 09 dekabr 2021-ci il tarixli alğı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmış, həmin müqavilənin və onun əsasında verilmiş çıxarışın etibarsız sayılması üçün hüquqi əsaslar mövcud deyildir. Həmçinin, məhkəmə qeyd edir ki, əqdin etibarsız sayılması üçün mövcud olan hallar əqdin bütün tərəflərinə münasibətdə mövcud olmalıdır. Yəni, əqdin etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və buna baxmayaraq, onlar əqdi bağlamalıdırlar. Hazırkı halda isə yuxarıda qeyd olunduğu kimi Cavabdeh4 bağladığı əqdə münasibətdə vicdanlı olmuş, əqdin legitimsizliyi barədə onda hər hansı şübhə olmamış və əqd üzrə üzərinə düşənləri edərək, mənzili dəyərini ödəməklə əldə etmiş, mənzilə dair hüquqlarını daşınmaz əmlakın dövlət reystrində qeydə aldırmışdır. Bununla da vicdanlı əldə edən kimi cavabdeh iddiaçıya nisbətdə daha üstün hüquqi mövqeyə çıxmışdır. Alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi və cavabdehin ailə üzvləri ilə birlikdə mənzildən çıxarılması üçün qanuni əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlər arasında bağlanmış müqavilənin etibarsızlığı üçün hər hansı qanuni əsas mövcud deyildir. Əlavə olaraq məhkəmə qeyd edir ki, hazırkı alğı-satqı müqaviləsinin bağlanması ilə iddiaçı ona ziyan dəyməsinə istinad edirsə, bununla bağlı ona dəymiş ziyan tələbi ilə məhkəməyə müraciət edə bilər. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən, belə qənaətə gəlir ki, iddia tələbi əsassız olmaqla rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzin surətindən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2na qarşı - Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov (köhnə Naximov) küçəsində yerləşən 13 saylı evin 34 saylı mənzilinə dair Cavabdeh3 ilə Cavabdeh4 arasında Cavabdeh2 bağlanmış 4ə-710 reyestr nömrəli 09 dekabr 2021-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh4 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və Cavabdeh4 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov (köhnə Naximov) küçəsində yerləşən 13 saylı evin 34 saylı mənzilindən çıxarılması barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar