Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5223/2022 12.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Bayramova Nərmin Nizami qızının katibliyi İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilənin ləğv edilməsini və əmlakın geri qaytarılması tələbinə dair iddiası üzrə mülki iş açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı xx.xx.2021-ci il tarixli K-169A-PCC-21 saylı avtomobilin müddətli satışı üzrə müqavilənin ləğv edilməsi, “Chevrolet Trax” minik markalı **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin və 209 manat məbləğində dövlət rüsumunun əvəzinin X1 alınaraq İddiaçı MMC-yə verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 29 dekabr 2021-cı il tarixli K-169A-PCC-21 saylı avtomobilin müddətli satışı üzrə müqaviləyə əsasən cavabdeh İddiaçı MMC-dən Cevrolet Trax minik markalı **-PX-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi almışdır. Tərəflər arasında olan razılaşmaya əsasən nəqliyyat vasitəsinin dəyəri 39299 (otuz doqquz min iki yüz doxsan doqquz ) manat məbləğində razılaşdırılmışdır. Cavabdeh həmin məbləğdən 8027 (səkkiz min iyirmi yeddi ) manat məbləğində hissəni ilkin ödəniş kimi icra etmişdir. Qalan 31272 (otuz nin iki yüz yetmiş iki) manat məbləğində pulun hissəhissə olmaqla 24 (iyirmi dörd) ay müddətinə ödənilməsi haqqında tərəflər arasında razılıq əldə edilmişdir. Müqavilə imzalandıqdan sonra İddiaçı MMC üzərinə düşən öhdəliyi icra edərək nəqliyyat vasitəsini cavabdehə təhvil vermişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini əvvəllər vaxtında icra etsə də sonradan gecikmələrlə yol vermiş və 2022-cı ilin may ayından sonra ödənişlərin icrasını tamamilə dayandırmışdır. Dəfələrlə cavabdehlə əlaqə yaradılaraq ya müqavilə üzrə öhdəliklərini icra etməsini ya da nəqliyyat vasitəsini qaytarması tələb edilsə də cavabdeh öhdəliklərini icra etməmişdir. Bununla da cavabdeh bizim hüquqlarımızı kobud surətdə pozur və biz hüquqlarımızın müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışıq. Tərəflər arasında bağlanmış 29 dekabr 2021-cı il tarixli K-169-A-PCC-21 saylı avtomobilin müddətli satışı üzrə müqavilənin 3.2.4-cü maddəsinə əsasən alıcı müqavilənin 2.2-ci bəndi ilə müəyyən edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə İddiaçı MMC müqavilənin icrasından birtərəfli qaydada imtina edə, nəqliyyat vasitəsini geri götürə və ödənilmiş məbləği geri qaytarmaya bilər. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə K-169A-PCC-21 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən “Chevrolet Trax” minik markalı ** PX *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi İddiaçı MMC tərəfindən Cavabdeh satılmışdır. Müqavilənin 3.2.4-cü maddəsinə əsasən, alıcı müqavilənin 2.3-cü bəndi ilə müəyyən edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə İddiaçı MMC müqavilənin icrasından birtərəfli qaydada imtina edə, nəqliyyat vasitəsini geri götürə və ödənilmiş məbləği geri qaytarmaya bilər. Həmin müqavilənin 2 saylı əlavəsindən görünür ki, müqavilənin dəyəri 31271,49 manatdır, alıcı 24 ay müddətinə hər ay 1303,00 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İşin materiallarından görünür ki, İddiaçı MMC Cavabdeh borcunu ödəməsinə dair xx.xx.2022-ci il tarixdə məktub göndərmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixinə müqavilə üzrə 30882,0 manat məbləğində borcu qalmışdır, həmin məbləğin də 619 manat məbləğində hissəsi müqavilənin 2.4-cü bəndinə əsasən ödənişin gecikdirilməsinə görə hesablanmış cərimədir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Yenə həmin Məcəllənin 421.2.-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, tərəflər arasında avtomobilin alqı-satqısı barədə müqavilə bağlanmış, müqaviləyə əsasən ilkin ödəniş edildikdən sonra qalan məbləğ cavabdeh tərəfindən iddiaçıya 36 ay müddətinə ödənilməli idi. Hazırda isə müqavilənin bağlanmasından 1 ildən çox vaxt keçməsinə baxmayaraq, cavabdeh üzərinə düşən öhdəliyi icra etmədiyi üçün, iddiaçı bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq, müqavilənin vaxtından əvvəl ləğv edilməsini və “Chevrolet Trax” minik markalı ** PX *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbləri təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 209 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixdə K-169A-PCC- 21 nömrəli müqavilə “Avtomobilin müddətli satışı müqaviləsi” ləğv edilsin. “Chevrolet Trax” minik markalı ** PX *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi Cavabdeh alınaraq İddiaçı MMC-yə qaytarilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 209 (iki yüz doqquz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-5223/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5223/2022
12.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver