Məhkəmə qərarları › İş №e-2(011)-5235/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5235/2022

10.10.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5235/2022 10.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “mənzilin açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı – tərəflərin birgə paylı mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən 107 saylı mənzilinə dair paylı mülkiyyətçi kimi paylarının hər kəsə öz payına mütənasib qaydada bölünməsi mümkün olmadığından mənzilinin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmədən iddia ərizəsinin xahiş etdi hissəsində texniki səhvə yol verilərək ünvan 2 ünvanında yerləşən 107 saylı mənzilin 4 otaqlı olması qeyd olunduğunu, göstərilən hissədə “4 otaqlı” ifadəsini nəzərə almamağı xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-867/2018 nömrəli 25 yanvar 2018-ci il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən 107 saylı mənzildə X1 ½ hissədə payının müəyyən edilməsi və iddiaçı X1 Bakı şəhəri Xətai rayonu Neapol küçəsində yerləşən 27 saylı evin 107 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-7602/2019 saylı Qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 867/2018 nömrəli 25 yanvar 2018-ci il tarixli qətnaməsi qanuni güvvəsini almışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən 107 saylı mənzildə X1 ½ hissədə payının müəyyən edilməsi qət edildiyindən, lakin iddiaçının öz mülkiyyət hüququndan istifadə edə bilməsi faktiki olaraq qeyri-mümkün olduğundan mənzilin paylara uyğun real bölgüsünün həyata keçirilməsi ilə bağlı iddia ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət olunmuşdur. Həmin e-2(011)-48/2021 saylı mülki iş üzrə keçirilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 10/2868 saylı, xx.xx.2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli mənzilin paylarına uyğun ½ hissədə real bölünməsi İnşaat norma qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7 və 2.9-cu bəndlərinin və metodik tövsiyələrin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyil. Bu səbəbdən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e- 2(011)-48/2021 saylı qətnaməsi ilə iddianın təmin edilməməsi qət olunmuşdur Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-867/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 107 saylı mənzildə X1 ½ hissədə payı müəyyən edilməsi, iddiaçı X2 ünvan 2 ünvanında yerləşən 107 saylı mənzilə köçürülməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-7602/2019 saylı xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, iddiaçı Aslanova (Həmzəyeva) Ayşən Fərhad qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)-4821/2018 nömrəli qətnaməsi qisməniddianın təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qərar qəbul edilmiş, iddiaçı Aslanova (Həmzəyeva) Ayşən Fəhrad qızının ünvan 2 ünvanında yerləşən 107 saylı mənzilə ½ hissədə pay hüququ tanınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-48/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X1 ünvan 2 ünvanında yerləşən 107 saylı mənzilin paylara mütənasib bölünməsi, bu mümkun olmadıqda mənzilin açıq hərracdan satılaraq onun payına müvafiq pulun verilməsi barədə iddiası təmin edilməmişdir. İş materiallarında olan iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən Cavabdeh ünvanlanmış təklifdən görünür ki, tərəflərin ümumi birgə mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 107 saylı mənzilinə dair ½ hissədə payını İddiaçı 100000 manat həddində qiymətləndirir və bu məbləğdə vəsait ödənildiyi təqdirdə mənzilə dair ½ hissə payından imtina oluna bilər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Qeyd edilən Məcəllənin 221-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, müxtəlif hissələrdən ibarət olub, vahid mürəkkəb əmlak sayılan ünvan 2 ünvanında yerləşən mübahisəli 107 saylı mənzilin göstərilən qaydada bölünməsi açıq-aşkar məqsədə uyğun deyildir. Buna görə də mübahisəli mənzil açıq hərracdan satılaraq, satışdan əldə edilmiş pul vəsaiti tərəflər arasında paylarına mütənasib surətdə bölünməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı və Cavabdeh birgə paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 107 saylı mənzil açıq hərracdan satılsın. ünvan 2 ünvanında yerləşən 107 saylı mənzilin satılmasından əldə edilən vəsait İddiaçı ilə Cavabdeh arasında paylarına mütənasib surətdə bölünsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar