Məhkəmə qərarları › İş №e-2(011)-5288/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-5288/2024

27.05.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-5288/2024 27.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu – iddiaçılar İddiaçı2 və qeyrilərinin cavabdehlər Cavabdeh2 MMC-yə, "xxxx" MMC-yə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Fonduna qarşı “hərəkətlərin qanunsiz hesab edilməsi və tutulmuş məbləğlərin geri qaytarılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçılar cavabdehlərin rəhbərliyinin 2006-cı ildən 2023-cü ilədək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-yə onların hesablarına ödənilməli vəsaiti 90.000 manat mənimsədiyinə görə hərəkətlərin qanunsuz hesab olunması, həmin vəsaitin hesablanaraq geri alınaraq iddiaçılara qaytarılması, hər bir iddiaçı barəsində əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi və əmək müqaviləsinin qüvvədən salınması ilə bağlı məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi hüququnun X1 Xidmətinə həvalə edilməsi, cavabdehlərin rəhbərliyi barəsində xüsusi qərardad qəbul edib Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddianın mahiyyətindən göründüyü kimi, tərəflər arasındakı mübahisə əmək münasibətlərindən irəli gələn mübahisə ilə bağlıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarından görünür ki, İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh "xxxx" MMC ilə aralarında yaranmış mübahisə üzrə mediasiyadan keçsə də, digər cavabdeh "xxxx" MMC-yə münasibətdə mediasiyadan keçməmişdir. Digər iddiaçılar, İddiaçı2 və İddiaçı6 ilə "xxxx" MMC arasında medasiya prosessinin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixdə arayış verilsə də, arayışdan da göründüyü kimi, mediasiya prosessi İddiaçı6 və İddiaçı2lə "xxxx" MMC arasında baş tutmuşdur. Digər cavabdeh "xxxx" MMC-yə ünasibətdə aralarında mediasiya olmamışdır. Bundan başqa, İddiaçı4 ilə "xxxx" MMC arasında mediasiya prosessinin davam etdirilə bilməməsi barədə arayış iddia ərizəsinə əlavə edilsə də, arayışdan görünür ki, tərəflər arasında mediasiya prossesi xx.xx.2023-cü il tarixdə keçirilmiş, həmçinin mediasiya prosessi yalnız İddiaçı4la "xxxx" MMC arasında baş tutmuşdur. Digər iddiaçılar, İddiaçı3 və İddiaçı5lə cavabdehlər arasında mediasiya olmamışdır. Mülki Prosessual Məcəllənin 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 150.0.8-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Qeyd edilən müddəalardan da göründüyü kimi əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə tərəflər məhkəməyə iddia ərizəsi ilə müraciət etməzdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya sessiyasında iştirak etməli, bu iştirakla bağlı müvafiq sənədi əldə etdikdən sonra, həmin sənədi iddia ərizəsinə əlavə etməklə məhkəməyə müraciət edə bilər. Göstərilən tələblərə əməl etmədən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi isə iddia ərizəsinin geri qaytarılması üçün əsasdır. Mülki Prosessual Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilmədən verildiyindən onun məhkəmə icraatı mümkün deyildir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçılar İddiaçı2 və qeyrilərinin cavabdehlər Cavabdeh2 MMC-yə, "xxxx" MMC-yə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Fonduna qarşı “hərəkətlərin qanunsiz hesab edilməsi və tutulmuş məbləğlərin geri qaytarılması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar