Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5319/2025 29.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı – “nikahın pozulması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı – İddiaçı ilə Cavabdeh arasında xx.xx.1990-cı il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində 1794 saylı akt qeydi ilə qeydə alınmış nikahın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq İddiaçı ilə Cavabdeh arasında xx.xx.1990-cı il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində 1794 saylı akt qeydi ilə qeydə alınmış nikahın barışıq üçün vaxt verilmədən pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.1990-cı ildə rəsmi nikah qeyd elətdirmişdir. Lakin iddiaçı cavabdehi yalnız nikah qeydə alınan zaman görmüş, bundan sonra ondan xəbəri olmamışdır. Tərəflər birlikdə heç bir təsərrüfat aparmamış, bir ailə kimi birlikdə yaşamamışdır. Onlar arasında heç bir nikah münasibəti olmamışdır. Cavabdehin nikah bağlandığı gündən sonra çıxıb getməsi onun əslində iddiaçı ilə ailə qurmaq niyyətinin olmadığını göstərir. Həmin vaxtlar iddiaçı hüquqi savadsızlığı ucbatından nikahın etibasızlığı barədə heç yerə müraciət etməmişdir. O, daha sonra X3 ilə faktiki nikaha girərək ailə həyatı qurmuşdur. Həmin faktiki nikah münasibətlərindən xx.xx.1995-ci il təvəllüdlü X6, xx.xx.1996-cı il təvəllüdlü X7 və xx.xx.2002-ci il təvəllüdlü X1 uşaqları doğulmuşdur. Tərəflər arasında qeydə alınmış rəsmi nikah səbəbindən İddiaçı faktiki arvadı Nəzakət Əhmədova ilə rəsmi nikah qeyd elətdirə bilməmiş, buna görə də uşaqları nikahdan kənar doğulmuşlar. Bundan başqa iddiaçı rəsmi sənədləşmə işlərində də çox çətinlik çəkir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddiaçının cavabdehlə heç vaxt nikah münasibətlərində olmadığını, qeyri-rəsmi nikahdan övladlarının olmasını nəzərə alaraq barışıq üçün vaxt verilmədən nikahın pozulmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılsa da, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.1990-cı il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində 1794 saylı aktla rəsmi nikaha daxil olmuşlar. Ərə Əhmədov, arvada Dorofeyeva soyadı verilmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. MŞB/6-00538 saylı ünvan 2 verilmiş “Mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak edərək 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. xx.xx.2025-ci il tarixli, **********05 saylı qəbzdən görünür ki, İddiaçı tərəfindən 50 manat dövlət rüsumu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına ödənilmişdir. 351675 saylı, xx.xx.1997-ci il tarixli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1996-cı il təvəllüdlü X4 “atası” qrafasında İddiaçı qeyd edilmişdir. 343841 saylı, xx.xx.1997-ci il təvəllüdlü Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1996-cı il təvəllüdlü X4 atası hesab edilmişdir. 436162 saylı, xx.xx.1997-ci il tarixli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1995-ci il təvəllüdlü X5 “atası” qrafasında İddiaçı qeyd edilmişdir. AZ-İ № 001378 saylı, xx.xx.2002-ci il tarixli Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2002-ci il təvəllüdlü X2 atası hesab edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər. Həmin Məcəllənin 19-cu maddəsinə əsasən, bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Ər-arvadın razılığı olduqda, lakin onların biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Qeyd edilən Məcəllənin 20-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutlarla, iddiaçının nümayəndəsi və vəkilinin verdiyi izahatı ilə müəyyən edilmişdir ki, tərəflər xx.xx.1990-cı ildə nikaha daxil olmuş, birgə nikah övladları olmamışdır. Tərəflər ayrı-ayrılıqda yaşayaraq birgə təsərrüfat aparmadıqlarından, artıq onların nikah münasibətləri faktiki olaraq pozulmuş, rəsmi nikahları isə hər hansı əhəmiyyətə malik olmayıb, yalnız formal olaraq zahiri görünüş cəhətdən mövcuddur. Məhkəmə hesab edir ki, tərəflər ayrı-ayrılıqda yaşayaraq, birgə təsərrüfat aparmadıqlarından artıq onlar biri-digəri qarşısında nikahdan irəli gələn ər-arvadın birbirini saxlamaq, onun qayğısına qalmaq kimi vəzifələrin daşıyıcıları deyildirlər. Buna görə də hər hansı əhəmiyyətə malik olmayan, formal olaraq zahiri görünüş cəhətdən mövcud olan tərəflərin nikahlarının mövcud olmaqda davam etməsinə hər hansı bir zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin nikahları pozulmalıdır. İddiaçının qeyri-rəsmi nikahı və bu nikahdan övladları olduğundan, cavabdeh ilə heç vaxt nikah münasibətlərində olmadığından, ailənin bərpası mümkünsüz olduğundan məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə salmağı zəruri hesab etməmişdir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddiaçının məhkəmə xərcləri ilə bağlı tələbi olmadığından məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində xx.xx.1990-cı il tarixdə 1794 nömrə ilə qeydə alınmış nikah pozulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-5319/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5319/2025
29.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver