Məhkəmə qərarları › İş №e-2(011)-537/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-537/2022

25.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-537/2022 25.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının qanuni nümayəndəsinin nümayəndəsi və vəkili Nümayəndə, X2 iştirakı ilə İddiaçı qanuni nümayəndəsi X4 Cavabdeh qarşı “kompensasiya verilmədən istifadə hüququna xitam verilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı X8 Cavabdeh qarşı – Cavabdeh və yetkinlik yaşına çatmamış X11 ünvan 1 ünvanı üzrə yaşayış sahəsindən istifadə hüquqlarına kompensasiya verilmədən xitam verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının 155 nömrəli xx.xx.2021-ci il tarixli sərəncamı ilə X8, oğlu İddiaçı qəyyumu təyin edilmişdir. Hazırkı iddia ərizəsini qəyyumu olduğu İddiaçı hüquq və qanuni mənafeyinin müdafiəsi məqsədilə vermişdir. ünvan 1 ünvanındakı daşınmaz əmlak xx.xx.1995-ci il tarixdən bu günədək tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Oğlu İddiaçı Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Evləndikdən sonra, Cavabdeh ünvan 1 ünvanına köçərək, orada yaşamışdır. Bu nikahdan onların xx.xx.2010-cu il təvəllüdlü X14 adlı qızları var. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə sözügedən nikah pozulmuş, xx.xx.2010-cu il təvəllüdlü X14 yetkinlik yaşına çatana qədər anası Məmmədova (Baxşəliyeva) Aynur Söhbət qızının yanında saxlanılmaqla onun himayəsinə verilmişdir. Lakin Cavabdeh hələ bu qətnamədən əvvəl - 2020-ci ilin iyun ayından X12 da özü ilə apararaq, ünvan 1 ünvanını könüllü olaraq tərk etmişdir. Bir müddət sonra isə - xx.xx.2020-ci il tarixdə o, özünün və qızının bütün əşyalarını könüllü apararaq, mənzili əşyalarından boşaltmışdır. Həmin vaxtdan etibarən cavabdehlər bu ünvanda yaşamırlar. Bu günədək onlar mənzilə köçürülmə ilə bağlı hər hansı tələb də irəli sürməyiblər. Bununla belə, cavabdehlər, yaşamadıqları halda, əsassız olaraq, bu ünvan üzrə yaşayış yeri üzrə qeydiyyatda da qalmaqda davam edirlər. Beləliklə, İddiaçı ilə Cavabdeh arasında ailə münasibətlərinə xitam verildiyindən, Cavabdeh ünvan 1 ünvanından öz istəyi ilə başqa yerə köçdüyündən, mənzildən ona, eləcə də, özü ilə apardığı və məhkəmə qaydasında himayəsinə verilmiş qızına məxsus bütün əşyalarını çıxartdığından və cavabdehlərin həmin vaxtdan daimi yaşadıqları başqa yaşayış sahələri olduğundan, cavabdehlərin istifadə hüquqlarına kompensasiya verilmədən xitam verilməlidir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında X8 əsl İddiaçı ilə əvəz edilmiş və X1 Elxan Zöhrab oğlunun qanuni nümayəndəsi kimi tanınmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iddiaçının qanuni nümayəndəsinin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizəsinə əsasən, xx.xx.2010-cu il təvəllüdlü X14 cavabdeh qismində cəlb edilmiş və Cavabdeh onun qanuni nümayəndəsi qismində tanınmışdır. İddiaçının qanuni nümayəndəsinin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh və X14 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlara göndərilmiş məhkəmə bildirişləri ünvana çatdırılmadan geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikaha xx.xx.2021-ci il tarixində xitam verilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3977/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X9 ilə cavabdeh İddiaçı arasında Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə 222 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2010-cu il təvəllüdlü X11 anası X5 yanında saxlanması və s. qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Sığorta üzrə X17 Ərazi Bölmələrinin İdarəetmə Birliyinin 38 nömrəli şəhər poliklinikasının 192 nömrəli xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdən bu günədək poliklinikaya heç bir müraciəti olmamışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayonu 3 saylı Poçt filialının 27 saylı poçt şöbəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh adına ünvan 2 ünvanına xx.xx.2021-ci il tarixdən poçt şöbəsinə korrespondensiya daxil olmayıb və daxil olduğu halda həmin ünvanda yaşamadığı üçün göndərişlər geri qaytarılmışdır. İş materiallarında olan X3 notarial qaydada təsdiq edilmiş xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh və onun qızı X14 ünvan 1 ünvanında 2020-ci ilin iyun ayından bu günədək yaşamırlar. İş materiallarında olan Xətai rayon İcra Hakimiyyəti Başçısının 155 saylı xx.xx.2021-ci il tarixli sərəncamından görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X8 həmin ünvanda qeydiyyatda olmaqla yaşayan fəaliyyət qabiliyyəti olmayan oğlu İddiaçı üzərinə qəyyum təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 86 saylı evin 25 saylı mənzili üzərində İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.1995-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, iddiaçının qanuni nümayəndəsi X4 qonşusudur. ünvan 1 ünvanının 4-cü mərtəbəsində X8, 5-ci mərtəbəsində isə o, yaşayır. Cavabdeh ilə İddiaçı boşanmışlar və onların bir uşaqları var idi. Evləri yaxın olduğu üçün tez-tez onları və cavabdehi görürdü. 2020-ci ilin iyun ayından Cavabdeh və uşağı ünvan 1 ünvanında yaşamırlar. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə nikah bağlanmış, onların birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X14 anadan olmuşdur. Tərəflər arasında bağlanmış nikah xx.xx.2020-ci il tarixdə məhkəmə qaydasında pozulmuş və birgə nikahdan anadan olmuş azyaşlı X14 cavabdehin yanında saxlanmışdır. Tərəflər arasında nikah bağlandıqdan sonra Cavabdeh mübahisəli ünvan 1 ünvanına gəlin köçmüş, nikah pozulduqdan sonra isə mənzili qızı ilə birlikdə tərk etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə” dair 8 oktyabr 2013-cü ii tarixli Qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvü olan Cavabdeh həmin yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün həqiqətən də əsasların olub-olmamasının yoxlayaraq, hesab edir ki, cavabdehin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı üçün və cavabdeh azyaşlı Məryam Baxşəlinin isə yaşayış yeri anası Cavabdeh yanında müəyyən edildiyindən, onların mübahisə predmeti olan yaşayış sahəsindən istfadə hüquqlarına kompensasiya verilmədən xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə” dair 29 mart 2016-cı il tarixli Qərarına əsasən, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Həmin Qərarda qeyd edilir ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar... Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: - Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.” Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mənzilə istifadə hüququnu əldə etmiş cavabdehlər uzun müddət həmin mənzildən istifadə etmədiyndən və davamlı surətdə başqa yerdə yaşadıqlarından, onların mübahisəli ünvan 1 ünvanından istifadə hüquqlarına kompensasıya verilmədən xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh və X11 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 86 saylı evin 25 saylı mənzilindən istifadə hüquqlarına kompensasıya verilmədən xitam verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar