Məhkəmə qərarları › İş №e-2(011)-5416/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5416/2024

07.10.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5416/2024 07.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh İB-yə qarşı “əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 65 yaşda pensiya yaşına çatdığına görə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin Cavabdeh İB tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı Cavabdeh Bakı X6 Departamenti Qazın balansı, satışı və müştəri xidmətləri şöbəsində mühəndis vəzifəsində işləmişdir. Qanunvericiliklə müəyyən olunmuş qaydada pensiya yaşına çatdığıma görə o, xx.xx.2024-cü il tarixdə Birliyin rəhbərliyinə ərizə ilə müraciət etmiş və xx.xx.2024-cü il tarixdən əmək müqaviləsinə xitam verilməsini, orta aylıq əmək haqqımın 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsini xahiş etmişdir. 14-2-2/3-1K-273/2024 nömrəli xx.xx.2024-cü il tarixli əmrə əsasən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən xitam verilmişdir. Lakin cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verildikdən sonra ona orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilməmişdir. Halbuki, SOCAR-ın və Azərbaycan X3 Həmkarlar İttifaqı Respublika Komitəsinin ANQSİHİRK-nın xx.xx.2009-cu il tarixli 57/06-19ə nömrəli “Azərbaycan Respublikası Dövlət Neft Şirkətində işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” əmr-qərarına və Cavabdeh İB ilə Cavabdeh İBnin Həmkarlar İttifaqı Komitəsi arasında bağlanmış kollektiv sazişə əsasən işçi qanunvericilikdə müəyyən olunmuş pensiya yaşına çatdıqda, bir ay müddətində öz təşəbbüsü ilə “Əmək müqaviləsinə” xitam verilməsi üçün müraciət etdikdə, işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının 5 misli məbləğində işdənçıxma müavinətinin ödənilməsi nəzərdə tutulur. İddiaçı ərizə ilə Cavabdehnə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar ona orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsini xahiş etmişdir. Lakin hazırkı vaxtadək müraciətinə cavab verilməmişdir. Mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, lakin cavabdehin nümayəndəsi mediasiya sessiyasında iştirak etməmiş və bu barədə arayış təqdim edilmişdir. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əlavə olaraq, Xətai rayon Məhkəməsində baxılmış analoji işlərdən də görünür ki, Cavabdeh İB tərəfindən belə ödənişlər həyata keçirilmiş, hətta Cavabdeh İB bu pulun ödənilməli olmaması barədə hallara istinad edərək həmin məbləği geri istəsə də, həmin tələbi əsassız olduğundan təmin edilməmişdir, çünki qeyd olunan məbləğ işdən çıxan işçilərin maddi təminatı olmaqla onların əmək hüquqlarının təmin edilməsi üçün vacibdir. Sonda iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi Tehran Hacıyev iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçı tərəflə cavabdeh Azəriqaz İB arasında bağlanmış əmək müqaviləsi iddiaçının pensiya yaşına çatması ilə əlaqədar onun ərizəsi əsasında əsasında xx.xx.2024-cü il tarixində xitam verilmişdir, iddiaçı həmin ərizədə pensiya yaşına çatmasına görə əmək müqaviləsinə xitam verilməsi və əmək haqqının 5 misli miqdarında müavinət verilməsi tələbini göstərmişdir, lakin onun tələb etdiyi məbləğ 2020-2023-cü illərə aid olmuş, iddiaçı isə 2024-cü ildə pensiya yaşına çatması ilə bağlı müqaviləyə xitam verilmişdir, həmçinin iddiaçı tərəfindən isə xx.xx.2024-cü il tarixdə mediasiyanın tətbiqi barədə Azəriqaz İB-yə təklif göndərilmiş, 12 və xx.xx.2024-cü il tarixlərində Azəriqaz İB-yə bildirişlər verilmiş, xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş və həmin tarixdə İMS-də iştirak edilməməsi barədə arayış əldə edilmişdir, iddiaçı tərəf həmin təqvimdən, yəni ki xx.xx.2024-cü il tarixindən 2 ay sonra, daha dəqiqliklə xx.xx.2024-cü il tarixində elektron məhkəmə portalı vasitəsi ilə "əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi" iddia tələbi ilə məhkəməyə müraciət etmişdir, buna görə də, iddiaçı tərəfindən əmək qanunvericiliyinin 296.2-ci maddəsinin tələbləri pozulmuş olduğundan iddia müddətinin nəzərə alınmasını və iddia müddətinin tədbiq edilməsi əsasında iddia tələbinin təmin olunmamalıdır. X8 iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh İB-yə ərizə ilə müraciət edərək əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar ona əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinərin ödənilməsini xahiş etmişdir. İş materiallarında olan 18 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, cavabdeh “Azəriqaz İB” ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, 50 manat mediasiya xərcini ödəmişdir. İş materiallarında olan “Haqq hesab vərəqəsi”ndən görünür ki, İddiaçı ödəniləcək məbləğ 454.37 manat təşkil edir. İş materiallarında olan AR Dövlət Neft Şirkətinin xx.xx.2012-ci il tarixli 81 saylı və Neft və X7 Həmkarlar İttifaqı Respublika Komitəsinin xx.xx.20212-ci il tarixli 14-29ə saylı “ARDNŞ-də işçilərin sayının optimallaşdırılması üzrə tədbirlərin həyata keçirilməsi ilə əlaqədar artıq işçi qüvvələrinin sərbəstləşdirilməsinin stimullaşdırılması barədə” Əmr- Qərarının surətindən görünür ki, 1-ci bəndə əsasən, istehsalat-təsərrüfat prosesinin normal fəaliyyətinə xələl gətirmədən Şirkətin müəssisə və təşkilatları üzrə ştat vahidlərinin mütərəqqi normativlər hesabına təkmilləşdirilməsi və işçilərin say tərkibinin optimallaşdırılması ilə əlaqədar tədbirlərin həyata keşirilməsi nəticəsində ARDNŞ-nin qurumlarında (və ya onların struktur bölmələrində) kütləvi sayda sərbəstləşən, qanunvericiliklə müəyən edilmiş qaydada əmək müqavilələrinə xitam verilmiş şəxslərə tərəflərin razılığı ilə ARDNŞ-nin qərarı əsasında müstəsna hal kimi orta aylıq Əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi müəyyən edilə bilər. İş materiallarında olan “Azəriqaz İB və Azəriqaz İB HİK arasında 2020-2023-cü illər üçün Kollektiv Müqavilənin 5.16-cı bəndinə əsasən, pensiya yaşına çatdıqda AR ƏM-nin 70-ci maddəsinin “a” və “b” bəndinə əsasən işçilər sərbəstləşdikdə onlara orta aylıq əmək haqqının 5 misli həcmində birdəfəlik və ya sosial dayanıqlılığının təmin edilməsi məqsədilə qüvvədə olan Proqram üzrə müavinət vermək Birliyin idarəetmə aparatında və qurumlarda çalışan işçilərin sosial rifah halının gücləndirilməsi, onların sosial müdafiəsi üzrə hüquqlarının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərdən biridir. İş materiallarında olan X2 üzrə Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair Məlumatdan görünür ki, Azəriqaz İB ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsi xx.xx.2020-ci il tarixli xxxxxxx000400 nömrəli “Əmək Müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi” ilə X2ndə qeydiyyata alınmışdır. İş materiallarında olan X2 üzrə Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair Məlumatdan görünür ki, Azəriqaz İB ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi xx.xx.2020-ci il tarixli xxxxxxx0003X0 nömrəli “Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə X2ndə qeydiyyata alınmışdır. İş materiallarında olan X2 üzrə Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair Məlumatdan görünür ki, Azəriqaz İB ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə edilmiş dəyişiklik xx.xx.2020-ci il tarixli xxxxxxx000401 nömrəli “Əmək Müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə X2ndə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş X2 sosial müavinət və təqaüd haqqında xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslər kateqoriyası kimi İddiaçı təyanatın başlandığı tarix xx.xx.2019-ci il olmaqla 80.0 manat məbləğində müavinət alır. İş materiallarında olan ARDNŞ-nın 14-2-2/3-1K-273/2024 saylı xx.xx.2024-cü il tarixli İddiaçı əmək müqaviləsinin ləğv edilməsi haqqında Əmrin surətindən görünür ki, İddiaçı əmək müqaviləsinə AR ƏM-nin 69.3-cü maddəsinə əsasən və yaşa görə əmək pensiyasına çıxması ilə əlaqədar xx.xx.2024-cü il tarixdən İddiaçı ilə SOCAR-ın “Azəriqaz İB” arasında bağlanmış xx.xx.2019-cu il tarixli 343 nömrəli əmək müqaviləsinin 9.5.1-ci bəndinin “d” yarımbəndi və İddiaçı şəxsi ərizəsi əsasında ləğv edilməsi əmr edilmişdir. İş materiallarında olan Azəriqaz İB-nin xx.xx.2019-cu il tarixli Əmək müqaviləsinin rəsmiləşdirilməsi haqqında Əmrdən görünür ki, işçi İddiaçı xx.xx.2019-cu il tarixdən Azəriqaz İB-nin Bakı Regional qaz ölçü qurğularına xidmət Departamentinin Məişət sayğaclarının istismarı şöbəsinə 10-cu dərəcəli mühəndis vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan Azəriqaz İB-nin xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinin ləğv edilməsi haqqında Əmrdən görünür ki, Azəriqaz İB ilə İddiaçı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsi Əmək Məcəlləsinin 69.3-cü maddəsi, işçinin təşəbbüsü ilə xx.xx.2020-ci il tarixdə ləğv edilmişdir. İş materiallarında olan X2 üzrə Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı iş yerinin adı SOCAR Cavabdeh İB-nin Bakı Regional qaz ölçü qurğularına xidmət Departamenti – Məişət sayğaclarının istismar şöbəsi, əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2019-cu il, əmək müqaviləsinin növü müddətli, müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix: xx.xx.2019, işçinin əmək haqqı 823 manat, vəzifəsi mühəndisdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, Novruzov X4 İB-yə müraciət edərək, yaşa görə pensiyaya çıxdığı üşün öz təşəbbüsü ilə xx.xx.2024-cü il tarixdən işdən azad edilməsini və SOCAR və ANQSİHİRK arasında bağlanmış 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişin 5.16-cı bəndində “qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqdan sonra bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş şəxslərə tərəflərin razılığı ilə SOCAR-ın qərarı əsasında orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinət vermək” qaydası müəyyən edildiyini nəzərə alaraq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinətinin ödənilməsini xahiş etmişdir. İş materiallarında olan Azəriqaz İB və İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli Əmək müqaviləsinin surətindən görünür ki, işçi İddiaçı xx.xx.2019-cu il tarixdə Birliyin Bakı Regional qaz ölçü qurğularına Xidmət Departamentinin Məişət sayğaclarının istismarı şöbəsinə 10-cu dərəcəli mühəndis vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 4.1-ci bəndinə görə işçiyə hər ay 823 manat məbləğdə əmək haqqı ödənilir. İş materiallarında olan Azəriqaz İB və İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinin surətindən görünür ki, işçi İddiaçı xx.xx.2020-ci il tarixdə Birliyin Bakı Regional Qazın balansı və satışı şöbəsinə 10-cu dərəcəli mühəndis vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 4.1-ci bəndinə görə işçiyə hər ay 823 manat məbləğdə əmək haqqı ödənilir. İş materiallarında olan Əmək müqaviləsinə dəyişiklik edilməsi barədə Əmrdən görünür ki, İddiaçı təyin edilmiş əmək haqqı dəyişilərək 988 manat təşkil etmişdir. Razılaşdırılmış dəyişiklik xx.xx.2022-ci il tarixdən qüvvəyə minmişdir və əmək müqaviləsinin tərkib hissəsini təşkil etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, Novruzov X4 İB-yə müraciət edərək, xx.xx.2024-cü il tarixdə yaş həddinə çatma ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyini, lakin ona əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilmədiyini bildirərək, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar ona əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsini xahiş etmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu ildə anadan olmuşdur. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh İB ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli Əmək müqaviləsinə əsasən, sonuncu xx.xx.2019-cu il tarixdən cavabdeh təşkilatda 10-cu dərəcəli mühəndis vəzifəsinə işə qəbul edilmişdir, xx.xx.2024-cü il tarixdə İddiaçı Cavabdeh İB-yə müraciət edərək, pensiya yaş həddinə çatma ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini və ona əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsini xahiş etmiş, sonuncunun əmək müqaviləsi AR ƏM-nin 69.3-cü maddəsinə əsasən və yaşa görə əmək pensiyasına çıxması ilə əlaqədar ARDNŞ-nın 14-2-2/3-1K-273/2024 saylı xx.xx.2024-cü il tarixli əmri ilə ləğv edilmiş, haqq-hesab vərəqəsi üzrə iddiaçıya xx.xx.2024-xx.xx.2024-cü illəri əhatə edən ödəniləcək əmək haqqı 454,37 manat müəyyən edilmişdir. İddiaçı ərizə ilə Cavabdeh İB-yə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar ona qanunvericiliklə nəzərdə tutulmuş orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsini xahiş etmiş, lakin onun müraciəti cavabsız qalmışdır, iddiaçı qeyd olunan tələblə bağlı məhkəməyə müraciət etmişdir, cavabdeh işçiyə 5 misli miqdarında müavinətin verilməməsi ilə bağlı qeyd edir ki, həmin müavinət 2020-2023-cü illər dövrünə aid olmaqla iddiaçı pensiya yaşına 2024-cü ildə çatmaqla əmək müqaviləsinə həmin tarixdə xitam verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, AR Dövlət Neft Şirkətinin xx.xx.2012-ci il tarixli 81 saylı və Neft və X7 Həmkarlar İttifaqı Respublika Komitəsinin xx.xx.20212-ci il tarixli 14-29ə saylı “ARDNŞ-də işçilərin sayının optimallaşdırılması üzrə tədbirlərin həyata keçirilməsi ilə əlaqədar artıq işçi qüvvələrinin sərbəstləşdirilməsinin stimullaşdırılması barədə” Əmr-Qərarının 1-ci bəndinə əsasən, istehsalat-təsərrüfat prosesinin normal fəaliyyətinə xələl gətirmədən Şirkətin müəssisə və təşkilatları üzrə ştat vahidlərinin mütərəqqi normativlər hesabına təkmilləşdirilməsi və işçilərin say tərkibinin optimallaşdırılması ilə əlaqədar tədbirlərin həyata keşirilməsi nəticəsində ARDNŞ-nin qurumlarında (və ya onların struktur bölmələrində) kütləvi sayda sərbəstləşən, qanunvericiliklə müəyən edilmiş qaydada əmək müqavilələrinə xitam verilmiş şəxslərə tərəflərin razılığı ilə ARDNŞ-nin qərarı əsasında müstəsna hal kimi orta aylıq Əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi, əlavə olaraq Cavabdeh İB və Cavabdeh İB-nin Həmkarlar İttifaqı Komitəsi arasında 2020-ci ildə kollektiv müqavilə bağlanmışdır, istinad olunan razılaşmaya əsasən təqaüd yaşına, yəni 65 yaşına çatmış işçilərlə əmək müqaviləsinə xitam verilərkən onlara əmək haqqının 5 misli miqdarında müavinət ödənilməsi nəzərdə tutulmuşdur. Bununla belə, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verildikdən sonra iddiaçıya qanunvericiliklə ödənilməli olan orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin verilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, AR Dövlət Neft Şirkətinin xx.xx.2012-ci il tarixli 81 saylı və Neft və X7 Həmkarlar İttifaqı Respublika Komitəsinin xx.xx.20212-ci il tarixli 14-29ə saylı “ARDNŞ-də işçilərin sayının optimallaşdırılması üzrə tədbirlərin həyata keçirilməsi ilə əlaqədar artıq işçi qüvvələrinin sərbəstləşdirilməsinin stimullaşdırılması barədə” Əmr-Qərarının əsasən, istehsalat-təsərrüfat prosesinin normal fəaliyyətinə xələl gətirmədən Şirkətin müəssisə və təşkilatları üzrə ştat vahidlərinin mütərəqqi normativlər hesabına təkmilləşdirilməsi və işçilərin say tərkibinin optimallaşdırılması ilə əlaqədar tədbirlərin həyata keşirilməsi nəticəsində ARDNŞ-nin qurumlarında (və ya onların struktur bölmələrində) qanunvericiliklə müəyən edilmiş qaydada əmək müqavilələrinə xitam verilmiş şəxslərə tərəflərin razılığı ilə ARDNŞ-nin qərarı əsasında müstəsna hal kimi orta aylıq Əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi nəzərdə tutulmuş, əmək müqaviləsinə xitam verilməsi əsası da məhz işçinin “işdən çıxma və müavinətin verilməsi” barədə ərizəsi olmuş, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrdə isə müavinətin verilməsindən imtina edilməsinə dair hər hansı qeyd göstərilməmiş, həmçinin nə qanunvericilikdə, nə də kollektiv müqavilədə şəxslərin yaşa görə təqaüdə çıxdıqları zaman bu müavinəti almaqdan məhrum edilmələri ilə bağlı hər hansı bir qeyd-şərt müəyyən edilmiş, cavabdeh tərəf də bu vəsaitin verilməməsinin qanuniliyi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bununla belə, qanunvericiliklə nəzərdə tutulmuş işçilər sərbəstləşdikdə onlara orta aylıq əmək haqqının 5 misli həcmində birdəfəlik ödəncin verilməsini istisna edən hallar isə məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi barədə tələb ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə, iddia tələbi ilə bağlı cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, əvvəla, cavabdeh müəssisə işçi ilə əmək müqaviləsini işçinin “işdən çıxma və müavinətin verilməsi” barədə ərizəsi əsasında ləğv etməsinə baxmayaraq, həmin müavinətin verilməməsi ilə bağlı kollektiv müqavilənin 2020-2023-cü illər dövrünə aid olmaqla iddiaçının pensiya yaşına 2024-cü ildə çatmaqla əmək müqaviləsinə həmin tarixdə xitam verildiyinə istinad etsə də, xx.xx.2012-ci il tarixli Əmr-Qərarın hansı əsasla iddiaçıya münasibətdə tətbiq edilməməsini əsaslandırmamışdır, ikincisi, cavabdeh iddiaçının Əmək Məcəlləsinin 296.2-ci maddəsində göstərilən müddəti ötürdüyünü qeyd etsə də, hazırkı mübahisə əmək münasibətlərində yaranmış pul tələbi ilə bağlıdır və qanunvericiliklə, pul tələbi ilə əlaqədar işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət etməsi nəzərdə tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddia tələbinə qarşı dəlilləri əsaslı sayla bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmin Məcələnin 3-cü maddəsinin 4-1-ci hissəsinə əsasən, əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Həmin Məcəllənin 3.6-cı maddəsinə əsasən, kollektiv müqavilə — işəgötürənin, əmək kollektivinin və ya həmkarlar ittifaqları təşkilatının arasında yazılı formada bağlanan əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləyən müqavilədir. Həmin Məcəllənin 7.3-cü maddəsinə əsasən, kollektiv müqavilələrdə, sazişlərdə, habelə əmək müqavilələrində əmək qanunvericiliyinə nisbətən daha geniş əlavə əmək, sosial, iqtisadi, maddi-məişət və digər münasibətləri əhatə edən əmək şəraiti nəzərdə tutula bilər. Əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin daxil edilməsi yolverilməzdir. Belə şərtlərin tətbiqi nəticəsində işçilərə dəyən maddi və digər ziyan işəgötürən tərəfindən tam ödənilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, kollektiv müqavilələrin, sazişlərin şərtlərinə, onlarda nəzərdə tutulmuş öhdəliklərə əməl etmək; işçilərin əmək, maddi, sosialməişət şəraitinin, onların ailəsinin rifah halının yaxşılaşdırılması üçün müəssisənin əsasnaməsinə (nizamnaməsinə), kollektiv müqaviləyə müvafiq olaraq zəruri tədbirlər görmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrinə aid edilmişdir. Həmin Məcəllənin 24-cü maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulan qaydada bağlanmış kollektiv müqavilənin və sazişin şərtləri tərəflər və bu şərtlərin aid edildiyi iş yerləri üçün məcburidir. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İB tərəfindən İddiaçı 65 yaşda pensiya yaşına çatdığına görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, hazırki tələb üzrə iddiaçı dövlət rüsumu ödənilməsindən azad olduğundan və cavabdeh tərəfindən dövlət rüsumunun ödənilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, 100 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməldir. Məhkəmə hesab edir ki, cavabdeh ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiyindən iddiaçı tərəfindən mediasiya ilə bağlı ödənilmiş 50 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı onun orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət Cavabdeh İB-dən tutularaq İddiaçı ödənilsin. Cavabdeh İB-dən mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat alınaraq İddiaçı ödənilsin. Cavabdeh İB-dən 100 (yüz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar